Məhkəmə qərarları › İş №2(078)-67/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-67/2025

30.01.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-67/2025 30.01.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X7 məhkəmə iclas katibliyi, İddiaçı-cavabdeh İddiaçı, iddiaçı-cavabdehin vəkil və nümayəndəsi Vəkil və cavabdeh-iddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması və yaşayış yerinə köçürülmə tələbinə dair və cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması və yaşayış yerinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilə olan istifadə hüququna törədilən maneələr aradan qaldırılmaqla (evin giriş qapısının və daxili qapılarının kilidini birgə istifadəyə yararlı formaya salınması, yəni açarların bir nüsxəsinin ona verilməsi və gələcəkdə kilidin dəyişdirilməsinin birgə razılıqla həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmaqla) onun həmin mənzilə köçürülməyi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini əsaslandıraraq bildirmişdir ki, o, İddiaçı xx.xx.1989-cu ildə Naxçıvan şəhərində doğulmuşdur. Həmin tarixdən də ünvan 1 ünvanında qeydiyyatda olmaqla müxtəlif fasilələrlə həmin ünvanda yaşamışdır. Belə ki, həmin mənzil üç otaqdan ibarət olmaqla mərhum nənəsi X3 məxsus olmuş, o və anası Dürrü, eyni zamanda xalası olacaq Cavabdeh həmin ünvanda qeydiyyatda olmaqla mənzildən yaşayış və istifadə hüququna malik olmuşlar. Sonradan nənəsi Atlas 2006-cı ildə vəfat etmiş, anası Dürrü isə atasından ayrıldıqdan sonra Türkiyə Respublikası vətəndaşı ilə ailə qurmaqla bir müddət Türkiyə Respublikasında yaşamış və yenidən Naxçıvana qayıdaraq vəfat etdiyi 2023-cü ilin noyabr ayınadək qeydiyyatda olduğu ünvanda yaşamışdır. Xalası-Cavabdeh isə işi ilə əlaqədar yaşadığı mənzildən ayrılmış və uzun müddət həmin mənzildə yaşamışdır. Özü isə ailə qurduğu 2008-ci ilin oktyabr ayınadək davamlı olaraq həmin məzildə yaşamış, ailə qurduqdan sonra isə anasının səhhəti ilə əlaqədar çox vaxt anası ilə bərabər həmin mənzildə yaşamaqla anası vəfat etdikdən sonra daimi olaraq həmin mənzildə yaşamışdır. Belə ki, ailəli olsa da sonradan müxtəlif səbəblərdən münasibətləri pozulmuş və faktiki olaraq 7-8 il əvvəl ayrı yaşasalar da rəsmi olaraq nikahları xx.xx.2022-ci il tarixdə Naxçıvan şəhər Məhkəməsinin 2(078)-176/2022 saylı qətnaməsi ilə pozulmuşdur. Nikahı pozulduqdan sonra övladı ilə birgə mübahisəli mənzildə yaşamaqla mənzilin zəruri təmizliyi, mənzilə dair kommunal ödənişlər onun tərəfindən aparılmaqla mənzilin açarları onda olmuşdur. Lakin xalası olacaq Cavabdeh ona qarşı yaşayış və istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə Naxçıvan Şəhər Məhkəməsində iddia qaldırmış və onun bu tələbi məhkəmə tərəfindən təmin edildikdən sonra mübahisəli mənzilin ehtiyat açarını ona təhvil vermişdir. Belə ki, qeyd edilən məhkəmə qərarının icrasına maneçilik törətməmiş, cavabdehin mənzilə köçürülməsinə etiraz etməmişdir. Çünki mübahisəli mənzildə yaşayış hüququnun onun qədər cavabdehə də məxsus olduğu bilavasitə məhkəmə qətnaməsi ilə təsbit edilmişdir. Lakin o açarı cavabdehə təhvil verdikdən sonra cavabdeh mənzilə yerləşmiş və tez bir zamanda mənzilin giriş qapısının kilidini dəyişdirməklə onu mənzilə buraxmamışdır. O bununla onun mənzildən istifadə və yaşayış hüququna maneə yaratmışdır. Qeyd etdiyi kimi cavabdeh qədər onun da həmin mənzildə yaşayış və istifadə hüququ vardır. Eyni zamanda nikahı pozulduğundan himayəsində azyaşlı uşaq olmaqla onun qalacaq başqa yeri yoxdur. Cavabdeh isə onu həmin mənzilə buraxmamaqla onun hüquqlarını tapdalamaqdadır. Eyni zamanda aldığı məlumata görə cavabdeh həmin mənzildə ona məxsus əşyaları da atmaq və dağıtmaqla onun əmlak hüquqlarını pozmaqdadır. Bununla bağlı cavabdehlə razılaşmanın əldə edilməsinə dair göstərdiyi səylər bir nəticə vermədiyindən o, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, ərizəsində göstərilənlər nəzərə alınmaqla məhkəmə onun yaşayış və istifadə hüququna cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılmaqla (evin giriş qapısının və daxili qapılarının kilidini birgə istifadəyə yararlı formaya salınması, yəni açarların bir nüsxəsinin ona verilməsi və gələcəkdə kilidin dəyişdirilməsinin birgə razılıqla həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmaqla) həmin mənzilə köçürülməyinin təmin edilməsi barədə qərar qəbul edəcəkdir. Əgər maneənin aradan qaldırılması qətnamədə öz əksini tapmazsa, cavabdeh hər vəchlə evin giriş və daxili qapılarının kilidini dəyişərək onun evə giriş-çıxışına və yaşamağına çətinilik yaratmaqda davam edəcəkdir. Cavabdeh 04 noyabr 2024-cü il tarixdə yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsini məhkəməyə göndərərək ərizədə cavabdeh-İddiaçı ünvan 4 ünvanındakı mənzilin tərkib hissəsindən yaşayış və istifadə hüquqları itirilmiş (saxlanılmayan) hesab olunması və ünvan 4 ünvanındakı mənzildə istifadəsində olmuş otağından götürülmüş əşyalarının dəyəri olan 709.500 (yeddi yüz doqquz min beş yüz) manat pulun və qarşılıqlı iddia vermək üçün ödədiyi 999.5 (doqquz yüz doxsan doqquz manat əlli qəpik) manat rüsumun qarşılıqlı iddia üzrə cavabdeh-İddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini əsaslandıraraq qeyd etmişdir ki, ünvan 5 ünvanında yerləşən mənzil icarədar mərhum anası X1 adınadır. Mənzilin orderi mərhum X3 verilərkən mənzilin uçot qeydiyyatında övladları olaraq o, ərindən boşanaraq anasının yanına qayıdan X8 və onun qızı İddiaçı olmuşdur. X8 1995-ci ildə ailə qurub Türkiyə Respublikasına getmiş, rəsmi nikahı olduğu üçün 1997-ci ildə Türkiyə Respublikasının vətəndaşlığını qəbul etdiyinə görə, Naxçıvan MR Daxili İşlər Nazirliyinin X28nə ərizə ilə müraciət edərək öz ərizəsi əsasında ünvan 6 ünvanının uçot qeydiyyatından çıxmış, 2005ci ildə Naxçıvana qayıdaraq Naxçıvan Şəhər Məhkəməsində ona qarşı böhtan xarakterli iddia qaldırmışdır. Bu iddia əsasında məhkəmə prosesi keçirilmədən iddiada göstərilənlər məhkəmə qaydasında sübut olunmadan Naxçıvan Şəhər Məhkəməsi tərəfindən 2-219 saylı, 25 iyul 2005-ci il tarixli qətnamə qəbul edildikdən sonra məhkəmə icraçıları tərəfindən onun yaşadığı mənzilə yerləşdirilən Topçu Dürrü tərəfindən evdən zorakılıqla çıxarılmışdır. Onun apellyasiya şikayəti əsasında Naxçıvan MR AM MİÜAK tərəfindən işə baxılaraq Naxçıvan Şəhər Məhkəməsinin 219 saylı 25 iyul 2005-ci il tarixli qətnaməsi qanunsuz olduğundan Naxçıvan MR AM MİÜAK-nın 01 mart 2006-cı il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Lakin Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi haqqında 23 dekabr 2003-cü il tarixli qanunun 34.1.2.; 34.2.2.; 34.2.3. maddələri əsasında ciddi qanun pozuntusuna yol verilərək Naxçıvan MR və Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qətnaməsinin icrasından imtina edilmiş, bunun əvəzində isə Ali Məhkəmə tərəfindən ləğv edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 219 saylı 25 iyul 2005-ci il tarixli qətnaməsi qanunsuz icra edilərək Türkiyə vətəndaşı T.Dürrü vəfat edən günə qədər qüvvədə saxlanılmışdır. Naxçıvan şəhəri Əcəmi 22/10 ünvanında və Türkiyə Respublikasında daimi yaşayış yerləri və pasport qeydiyyatı olmasına və Naxçıvan MR AM MİÜAK-nın 01 mart 2006-cı il tarixli qətnaməsi ilə Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2-219 saylı 25 iyul 2005-ci il tarixli qətnamənin ləğv olunmasına baxmayaraq, ləğv olunmuş Şəhər Məhkəməsinin qətnaməsi əsasında məhkəmə icraçıları tərəfindən onun yaşadığı ünvan 9 ünvanındakı mənzilə köçürülən T.Dürrü Naxçıvan Şəhər X28 tərəfindən daimi pasport qeydiyyatına alınmışdır. Mənzilə yerləşdirilən gündən ailədaxili münaqişələr yaradan Topçu Dürrü tərəfindən zorakılığa məruz qalmış və onun vasitəsi ilə fiziki, mənəvi-psixoloji təzyiqlərlə yaşadığı mənzildən çıxarılmışdır. Beləliklə, öz mənzilində şəxsi əmlakından istifadə etmək hüququndan məhrum edilmişdir. Bu özbaşınalığın nəticəsi olaraq 20 ilə yaxın heç bir kommunal şəraiti olmayan və bu səbəbdən tez-tez dəyişdirməyə məcbur olduğu kirayə evlərdə yaşadığından sağlamlığını itirmiş, küllü miqdarda maddi-mənəvi itkilərə məruz qalmışdır. Onun heç bir əşya götürmədən evdən zorla çıxarıldığını Naxçıvan MR Ali Məhkəməsinin Mülki İşlər üzrə Apellyasiya Kollegiyasının 22 dekabr 2005-ci il tarixli qərardadı və qoşmaya əlavə edilmiş digər rəsmi sənədlər də təsdiq edir. Uzun illər müxtəlif aidiyyəti orqanların səlahiyyətli şəxsləri tərəfindən müraciətlərinə baxılmaqdan birmənalı şəkildə imtina edildiyi üçün aidiyyəti orqanlar tərəfindən onun mənzil və digər mülki hüquqlarını pozan ciddi qanun pozuntularına yol verilmişdir ki, bunlardan sadəcə bir neçəsini diqqətə çatdırır: Aidiyyəti orqanlara dəfələrlə müraciətlərinə baxmayaraq, Naxçıvan MR AM MİÜAK-nın 01 mart 2006-cı il tarixli qətnaməsi əsasında ləğv edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 2-219 saylı 25 iyul 2005-ci il tarixli qətnaməsi bu günə qədər qüvvədə saxlanılmaqdadır. 07 aprel 2006 (431738 saylı qəbz) və 05 may 2006 (543065 saylı qəbz) tarixdə Naxçıvan Şəhər Məhkəməsində “Vurulmuş zərərə görə təzminatın ödənilməsi” ilə əlaqədar qaldırdığı iddialar Naxçıvan Şəhər Məhkəməsi tərəfindən prosedura uyğun olaraq nə geri qaytarılmamış, nə də rəsmi şəkildə cavablandırılmamışdır. “Vurulmuş ziyanın ödənilməsinə dair” 16 mart 2009-cu il tarixli iddiası 13 aprel 2009-cu il tarixli qərardadı ilə Naxçıvan Şəhər Məhkəməsi tərəfindən geri qaytarılmışdır. MPM-nın 47.2 maddəsinə əsasən mülki materialların fotosurətini çıxarmaq üçün 13 avqust 2008-ci il, 09 iyun 2010cu il və 30 avqust 2010-cu il tarixli müraciətlərinə Naxçıvan Şəhər Məhkəməsi tərəfindən yenə də rəsmi cavab verilməkdən imtina edilmişdir. Naxçıvan MR AM MİÜK-na müraciətindən sonra AM MİÜK-in sədrinin göstərişi ilə 12 fevral 2008-ci il tarixdə Naxçıvan Şəhər Məhkəməsinin icraçı nümayəndəsi Cəlal Hüseynov ilə elmi tədqiqat materiallarının, həmçinin tədris vəsaitlərinin bir qismini götürmək üçün qeydiyyatında olduğu, zorakılıqla çıxarıldığı, uzun illər yaşadığı yeganə yaşayış yeri olan mənzilinə yerləşdirilən və qanunsuz qeydiyyatda saxlanılan, vəzifəli məmurlar tərəfindən himayə edilən Türkiyə Respublikası vətəndaşı Topçu Dürrü tərəfindən buraxılmamışdır. Açar yeri sındırılmış iş otağının qapısının kilidi dəyişdirildiyindən öz açarı ilə bağladığı qapını aça bilməmiş və heç bir əşyasını götürmədən evindən çıxarılmışdır. Məhkəmə icraçısı Cəlal Hüseynovun qapını açmaq cəhdləri də boşa çıxmışdır. Bu faktın rəsmiləşdirilməsi üçün Naxçıvan Şəhər Məhkəməsinə dəfələrlə müraciətinə baxmayaraq, sonda Naxçıvan Şəhər Məhkəməsindən qovulmuş və Naxçıvan Şəhər Məhkəməsinin sədri H.Məmmədov tərəfindən qarşı tərəf himayə edildiyindən bu faktı da aktlaşdırmaqdan imtina etmişdir. Nəticədə ona külli miqdarda maddi və mənəvi ziyan vurulmuş, beynəlxalq nüfuzuna xələl gətirilmiş, elmi fəaliyyəti iflic vəziyyətinə salınmış, mənəvi-psixoloji təzyiqlər üzündən sağlamlığını itirmiş, uzun müddət müxtəlif xəstəxanalarda davamlı olaraq müalicələr almışdır. Bu məsələ ilə əlaqədar aidiyyəti dövlət orqanlarına, səlahiyyətli şəxslərə dəfələrlə müraciət etsə də 2005-ci ildən bu günə kimi Naxçıvandakı mövcud hakimiyyət tərəfindən müraciətlərinə birmənalı olaraq baxılmasa da, Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev tərəfindən Naxçıvanda aparılan yeni islahatlar nəticəsində nəhayət Naxçıvandakı hakimiyyət dəyişikliyindən sonra müraciətinə Naxçıvan Şəhər Məhkəməsi tərəfindən baxılmış və iş № 2(078)-305, xx.xx.2024-cü il tarixli qərarı ilə illərlə yaşadığı mənzilə məcburi köçürülməsi haqqında qətnamə qəbul edilmişdir. Vaxtilə uzun illər yaşadığı və qeydiyyatında olduğu mənzildən onu əsassız və qanunsuz olaraq zorakılıq ilə çıxaran Türkiyə vətəndaşı Topçu Dürrünün 19 noyabr 2023-cü ildə vəfatından sonra öz mənzilinə qayıtmaq üçün onun 2008-ci ildə ailə quraraq mənzili tərk etmiş, haliyyədə ailəsi ilə birlikdə Atatürk 33 ünvanında yaşayan qızı Türkaya müraciət edib mənzilin açarlarını istəmiş, lakin gözlənilməyən qarşıdurma ilə üzləşmişdir. Anasının ölümündən sonra açarları mənimsəyib mənzili qanunsuz zəbt edən Türkay qeyri-etik formada çox tərbiyəsiz davranış sərgiləyərək anası kimi polis və prokurorluq orqanlarının, eyni zamanda müxtəlif vəzifəli şəxslərin adından təhqir və təhdidlərlə onu evə buraxmayacağını, qayınatası Rəsulun mənzili onun əlindən alana qədər sonuna qədər arxasında dayanıb, onun üçün nə lazımsa edəcəyini bildirərək onun öz evinə qayıtmağına ciddi əngəl törətmişdir. Rəsullu Türkay 2008-ci ildən ailə quraraq ünvan 11 ünvanını öz istəyi ilə tərk edərək getdiyi ünvan 12z yaşadığından, bu mənzildən sadəcə kommersiya məqsədi ilə istifadə etməsi bir daha təsdiq edir ki, Türkayın onun yaşadığı mənzilə ehtiyacı yoxdur. T.Dürrünün vəfatından sonra, mənzilin açarlarını götürüb yaşamadığı mənzili zəbt etməklə kifayətlənməyən İddiaçıovlar ailəsi ilə birlikdə mənzildəki bütün əşyaları boşaldaraq, hətta anasından qalan köhnə qazanları, samovarı, yemək stolunu (satdığını etiraf edir) yaşadığı Atatürk 33 ünvanında qayınatasının evinə doldurmuş, bütün otaqların və mətbəxin qapılarını da çıxarıb aparmışlar. Mənzilə daxil olarkən tamamilə boşaldılmış mənzildə nəinki ona, heç Türkaya da aid heç bir əşya yox idi. Bu fakt isə Türkayın bu mənzildə yaşamadığını təsdiq edir. Məhkəmə icraçıları tərəfindən mənzilin açarları ona verildiyi zaman onun bağlı qoyub getdiyi otağının qapısının sındırıldığını, tamamilə boşaldıldığını və həmin otaqda şəxsən ona məxsus bütün əşyalarının (mebel, bilgisayar, yazı makinası, stol və digər əşyalarla birlikdə bütün kitabları, əlyazmaları, elmi-tədqiqat materialları və s.) talan edildiyini, bütün otaqların və mətbəxin qapılarının çıxarılıb aparıldığını görüb həmin anda bu vəziyyəti aktlaşdırmaq üçün Naxçıvan Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. İcra hakimiyyətindən göndərilən nümayəndə gördüyü bu vəziyyəti aktlaşdırmasa da, bir neçə fotoşəkil çəkib getmişdir. Elə həmin an öz şəxsi telefonu ilə çəkdiyi video və foto materiallar da mənzilin Türkay tərəfindən tamamilə boşaldıldığını və evdə ona aid heç bir əşyanın olmadığını təsdiq edir ki, bu fakt da onun bu mənzildə yaşamadığını, eyni zamanda vəkili Vəkil tərəfindən imzalanmış iddia tələbində “aldığım məlumata görə (bu məlumat kim tərəfindən verilib?) həmin mənzildə mənə məxsus əşyaları da atmaq və daşıtmaqla mənim əmlak hüququmu pozmaqdadır” şəklində yazılan bu ifadənin tamamilə yalan və böhtan olduğunu təsdiq edir. Çəkiliş zamanı balkonun zibilliyə çevrildiyi açıq şəkildə görünür, hətta bu mənzildə kişi cinsinin olmamasına baxmayaraq, balkonda toplanan zibillərin arasında çoxlu siqaret qutuları və çəkilmiş siqaret kötüklərinin olması da bu evdə yaşayışın olmadığını, mənzilin tamamilə başqa məqsədlə istifadə olunduğunu təsdiq edən diqqəti cəlb edən fakt kimi ortaya çıxdı. Çəkiliş zamanı ortaya çıxan bu faktlar Vəkil imzası ilə təsdiq olunmuş iddia ərizəsində “R.Türkayın mənzilin zəruri təmizliyi ilə məşğul olduğu” ifadəsinin də tamamilə yalan olduğunu sübut edir. Faktiki olaraq Naxçıvan şəhər Atatürk 33 ünvanda Rəsulovlar ailəsi ilə birlikdə villada yaşayan 2 övladı olan Türkayın ailəsinin Bakıda, Naxçıvanda və Şahtaxtında bir neçə yerdə mənzilləri vardır. Hətta həddi-buluğa çatmayan oğlunun adına belə Bakı şəhərində və Naxçıvanda adına mənzillər alındığını söyləyən Türkayın özünün dediyinə görə Bakıda şəxsi ofisi var, çox yüksək maddi imkanlara malikdir. Anasının ölümündən sonra qeydiyyatında olduğu və uzun illər yaşadığı yeganə yaşayış yeri olan mənzilə qayıtmaq üçün açarları istədiyində ciddi əngəl törədən Türkaya dəfələrlə müraciətinə baxmayaraq, onu mənzilə buraxmayacağını söyləmişdir. O da məcbur qalıb Naxçıvan Şəhər Polis Şöbəsinə müraciət etmişdir. Müraciətinə bu günə qədər PŞ-dən rəsmi cavab verilməsə də, orada izahat yazdıqları zaman bu məsələ ilə bağlı yalnız məhkəməyə müraciət etməyini tövsiyə etmişlər. O da məcbur qalıb 2024-cü ilin yanvar ayında mənzilə məcburi köçürülməsi ilə bağlı Naxçıvan Şəhər Məhkəməsində iddia qaldırmışdır. Heç bir hüquqi əsası olmadan zorakılıqla mənzili tamamilə zəbt edən Türkay bir neçə dəfə məhkəməyə gəlməmiş, aydın olmuşdur ki, R.Türkay Nizami 53A/34 ünvanında yaşamadığından bildiriş ona çatmamışdır, buna görə də məhkəmədə iştirak etmir. Daha sonra məhkəmənin gedişatında onun mənzil hüquqlarının bərpa ediləcəyi təqdirdə hakim qarşısında çəkinmədən açıq şəkildə cinayət baş verəcəyini ifadə edərək süni əngəllər yaratmaqla, təhdidlə onu öz mənzilinə buraxmayacağını bildirmişdir. Lakin bütün əngəllərə baxmayaraq, Naxçıvan Şəhər Məhkəməsinin 30 aprel tarixli qətnaməsinin icrası məhkəmə icraçıları tərəfindən 22 iyul 2024-cü il tarixdə yerinə yetirilərək mənzilə köçürülməsi üçün açarlar ona təqdim olunmuşdur. İlk dəfə iyul ayının əvvəllərində evə köçürülməsinə ciddi əngəl törədən Türkayın, ikinci dəfə 22 iyul 2024-cü il tarixdə icra məmurlarına açarları təqdim edib gedərkən hərəkət və davranışlarından, ifadələrindən aydın olurdu ki, bundan sonra da onun üçün müxtəlif formada təxribatlar törədəcək və əngəllər yaradacaqdır. Evə daxil olarkən qapısını bağlayıb əşyalarla dolu qoyduğu otağının tamamilə boşaldıldığını, qapısının vəhşicəsinə sındırıldığını, bütün əşyalarının onlar tərəfindən mənimsənildiyini, evin tamamilə darmadağın edilərək antisanitariya şəraitində yaşayış üçün tamamilə yararsız vəziyyətinə salındığını görmüşdür. (Onu mənzilə yerləşdirən icra məmurları da bu vəziyyətin şahidi olmuşdur. DVD-dəki videolar və fotoşəkillər də sübut kimi işə əlavə edilmişdir). Bu 20 ildə Türkay bu mənzildə yaşamasa da, anası ilə birlikdə mənzildə ona aid bütün əşyaları mənimsəyib talamış, anasının ölümündən sonra da açarları mənimsəyib mənzildən kommersiya məqsədi ilə istifadə edərək qazanc əldə etmiş, mənzildə qalan digər əşyaların bir qismini satmaqla, bir qismini isə qayınatası Rəsulovun evinə daşımış, beləliklə bütün əmlakını, şəxsi kitabxana və arxivini dağıtmış, geyim və zinət əşyalarına qədər satıb mənfəət əldə etmişdir. Sadəcə onun şəxsi əşyalarını deyil, hətta mənzilə ciddi zərər vurmuş, onun bağlı qoyub getdiyi otağının qapısını sındırmış, digər otaqların və mətbəxin qapılarını, hətta balkonun dövlət tərəfindən qoyulmuş standart dəmir çəpərini də kəsib aparmışlar. Bu da Azərbaycan Respublikasinin Cinayət Məcəlləsinin 183-cü maddəsində Xüsusi dəyəri olan əşyaları talama; və 183.1. bəndində Xüsusi tarixi, elmi, ədəbi və ya mədəni dəyəri olan əşyaları və ya sənədləri üsulundan asılı olmayaraq talama; 183.2.3. bu Məcəllənin 183.1-ci maddəsində göstərilən əşyaların və ya sənədlərin məhv olmasına, korlanmasına və ya dağıdılmasına səbəb olduqda səkkiz (8) ildən on beş (15) ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bununla da ona məxsus olan bütün şəxsi əşyaları, əqli mülkiyyətinə aid çoxsaylı elmi-ədəbi əsərlərinin əlyazması, illərlə şəxsi ekspedisiyaları zamanı topladığı elmi tədqiqat materialları (audio, video kasetlər, fotoplyonkalar, tarixi fotoşəkillər, müxtəlif ölkələrin arxivlərindən əldə etdiyi çox qiymətli tarixi arxiv sənədləri), bütövlükdə şəxsi arxivi, (buraya masaüstü bilgisayarı (kompüteri), yazı makinası da daxil olmaqla), qazandığı elmi mükafatlar, 4 mindən çox kitabı olan şəxsi kitabxanası və ona məxsus digər qiymətli əşyaları Topçu Dürrü və onun qızı Rəsullu Türkay tərəfindən tamamilə mənimsənilib məhv edildiyindən bu gün elmi tədqiqat işlərini dayandırmaq məcburiyyətində qalmışdır. Anası ilə birlikdə Türkayın mənimsəyib sataraq qazanc əldə etdiyi və ya məhv etdiyi həmin qiymətli əşyalarının əsas bir qisminə aşağıdakılar daxildir: 1. Əqli mülkiyyətinə aid çoxsaylı elmi - ədəbi əsərlərinin əlyazması: Buraya daxildir: namizədlik və doktorluq dissertasiyalarının ilk əlyazma qaralama nüsxəsi və bu işlə əlaqədar topladığı elmi materiallar, tarixi arxiv sənədləri, eyni zamanda nəşrə hazır olan elmi-ədəbi əsərləri: a) “Ölüm hökmü” adlı roman (37-ci il repressiya qurbanlarına həsr olunmuş əsər); b) “Qisas” (20 yanvar və Xocalı soyqırımına həsr olunmuş əsərinin əlyazması); c) “Kölgə”, “Cəhənnəm qapısı” və “Yağmur qoxusu” adlı povestlərinin əlyazması; d) “Hər çinardan bir yarpaq” adlı Türk xalqlarının əsərlərindən ibarət hazırladığı ədəbi toplu; e) “Qaradəniz yörəsinin toponimik mənzərəsi” (Elmi monoqrafiya); f) “Dil tariximizin qan yaddaşı” adlı nəşrə hazırladığı elmi məqalələrindən ibarət elmi monoqrafiya; g) “Güney rüzgarı” nəşr üçün hazırlanmış (Güney Azərbaycan ziyalılarının yaradıcılığına həsr olunmuş) elmi-tədqiqat işi; i) Uşaq teatrı üçün yazdığı “İsti çörək” və “Əlmərdan kişinin nağılı” adlı ssenariləri; j) Dünyanın müxtəlif ölkələrinin mətbu orqanlarında nəşr olunmuş elmi məqalələrinin çap olunmuş orijinal variantları: ümumilikdə- 150.000 (yüz əlli min) manat 2. Ekspedisiya zamanı elmi tədqiqatlarında əlaqədar xarici ölkələrdən gətirdiyi qədim mənbələr, tarixi arxiv sənədləri tarixi fotoşəkillər və çox qiymətli əlyazmalar: ümumilikdə-100.000 (yüz min) manat 3. Stolüstü kompüteri (bilgisayarı), yazı makinası, iki ədəd səs yazmaq üçün diktafon və bir ədəd fotoaparat: ümumilikdə - 2.500 (iki min beş yüz) manat. 4. 4 mindən (4000) çox kitabı olan şəxsi kitabxanası (içərisində nümunə olaraq Ervand Sevoıtyanın rus dilində “Türk dillərinin etimoloji lüğəti”nin (“Этимологический словарь тюркских языков”) dörd (4) cildini Bakıda bukinistdən 280 ABŞ dollara almışdır. Mahmud Kaşğarlının 4 cildlik “Divani Lüğət-it Türk” əsəri var idi ki, onu da 200 manata almış, 2 cilddə “Molla Nəsrəddin” jurnalının toplusunun 1 ədədini 50 manata (əlli manat) və digər bu kimi çox sayda bahalı kitablar) ümumilkdə-150.000 (yüz əlli min) manat; 5. İstanbulda 1500 nüsxədə nəşr olunmuş “X6 Yer Adları” adlı ilk kitabı: ümumilikdə - 15.000 (on beş min) manat. 6. Ona məxsus digər şəxsi əşyaları (buraya geyim və zinət əşyaları daxildir) ümumilikdə - 2.000 (iki min) manat. Bütövlükdə şəxsi arxivi: buraya daxildir: beynəlxalq tədbirlərdə aldığı xüsusi mükafatlar, sertifikatlar, fotoşəkilləri, audio və video kassetlər, bilgisayarda yazılmış yazılarının yaddaş kartları olan hard disklər, fotoplyonkalar, öz şəxsi əlyazmaları ilə bərabər, xarici ölkələrdən gətirdiyi qədim əlyazmalar: ümumilikdə-200.000 (iki yüz min) manat; 8. Namizədlik dissertasiyası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidenti X40 Komissiyası üçün hazırlanmış sənədlərin nüsxəsi: 10.000 (on min) manat; 9. X41 Teleradio Şikətində hazırladığı “Qardaş türk ellərindən soraq”, “Yurdumuz yurddaşlarımız”, “Qardaşlıq körpüsü”, “Müdriklərimizin söz xəzinəsindən”, “Təbrizə gedən yollar” adlı silsilə müəllif proqramlarının üzü köçürülmüş video və audio kassetləri, lent yazıları: ümumilikdə 20.000 (iyirmi min) manat;

10. 2000-ci ildə namizədlik dissertasiyasının müdafiəsindən sonra X21 iş yoldaşlarının özlərinin əl işləri olan və ona hədiyyə etdikləri bir neçə qiymətli sənət əsəri və tablolar: buraya daxildir: mis üzərində döymə sənəti “Leyli və məcnun” tablosu, “Mənzərə” tablosu (rəsm əsəri), şair Məhəmməd Hadinin portreti, dəmir üzərində döymə sənəti “Tənha qadın” portreti, X48 xanımın hədiyyə etdiyi “İnci çiçəyi” adlı ebru əl işi (rəsm tablosunun bir növü), Bütöv Azərbaycanın qədim tarixi xəritələri: ümumilikdə 50.000 (əlli min) manat 11. “Belorus” markalı 3 ayaqlı fortepiano: ümumilikdə 3.000 (üç min) manat 12. Otağındakı divarboyu mebel: ümumilikdə 2.000 (iki min) manat 13. Qiymətli məişət əşyaları (buraya öz əmək haqqısı ilə aldığı bahalı yemək və çay dəstləri, digər əşyalar və s.) ümumilikdə 5.000 (beş min) manat. Qeyd: Siyahıda və iddia ərizəsində sadalanan sübut əhəmiyyətli qoşmalar iddiaya etiraz ərizəsi ilə birlikdə məhkəməyə təqdim edilib. Elmi fəaliyyətinə çox ciddi təsir edən və siyahıda göstərilən bu elmi tədqiqat materialları ilə yanaşı, ona məxsus olan digər şəxsi əşyaları-geyim və zinət əşyaları da həmin mənzildə qalmış iddiaçı və onun anası tərəfindən mənimsənilmiş və məhv edilmişdir. Bu faktı ərizəyə əlavə olunmuş Naxçıvan MR AM MİÜAK-in xx.xx.2005-ci il tarixli qərardadının surəti də təsdiq edir. 20 ildə Türkay və anasının ona yaşatdığı mənəvi sarsıntılar nəticəsində uzun illər müxtəlif xəstəxanalarda aldığı müalicələr də bu siyahıya əlavə edilsə, bu günə qədər ona vurulan maddi zərərin miqdarını müəyyənləşdirmək daha da çətinləşir. Onu da diqqətə çatdırmaq istəyir ki, doğulduğu ilk gündən anası tərəfindən atılan Türkayı anası ilə özü birlikdə böyütmüşlər. Hətta uşaq bağçasına verməmiş, hər səhər özü ilə iş yerinə aparmış, günortadan sonra anası işdən qayıtdıqdan sonra o baxmışdır. Türkayın sağlam və qayğısız böyüməsi üçün əlindən gələni etmiş, maddi və mənəvi sıxıntılarına imkan verməmişdir. Təhsil alması üçün bütün maddi və mənəvi qayğılarını da o çəkmişdir. Evdən çıxarıldığı bu 20 ildə iddiaçı və onun anası tərəfindən antisanitariya vəziyyətində saxlanılan mənzil yaşayış üçün tam yararsız hala salındığından evə köçürülərkən xeyli miqdarda maliyyə vəsaiti xərcləyərək mənzili təmir etdirmək məcburiyyətində qalmışdır. Onu da qeyd etmək istəyir ki, qarşı tərəfin əksinə olaraq o mənzilə yerləşdirilərkən iddiaçıya heç bir zorakılıq və təzyiq göstərməmişdir. Çünki iddiaçı faktik olaraq mənzildə yaşamadığından icra məmurları ilə o, evə köçərkən heç bir münaqişə olmadan açarları onların yanında təhvil verib getmişdir. Bir aydan çox müddətdə mənzildə təmir işləri aparılarkən bir dəfə də evə gəlməmiş, təmir üçün heç bir yardım göstərməmişdir. Qapının kilidi xarab olduğundan dəyişdirmək məcburiyyətində qalmışdır. Türkay da bu evdə yaşamadığından açarları ona verməmişdir. Vaxtilə evdən çıxarılarkən şəxsi əşyaları ilə dolu olan bağladığı otağın qapısını vəhşicəsinə sındırıb bütün əşyalarını talan etməsi və hakim qarşısında çəkinmədən açıq şəkildə onun mənzil hüquqları bərpa ediləcəyi təqdirdə cinayət baş verəcəyini söyləməsi həyati təhlükəsizliyi üçün ciddi təhdid olduğundan açarları ona verməmişdir. Buna görə də Vəkil imzası ilə təsdiq olunmuş iddiasında ona qarşı göstərilən 16.1; 27.1; 152.2; 152.3; 162; 164.1; 560.2. və digər maddələrlə onun üzərinə heç bir hüquqi öhdəlik qoyula bilməz. Çünki qarşı tərəfin əksinə olaraq ona aid heç bir əmlakı, hətta kiçik bir əşyanı belə mənimsəməmiş, ziyan vurmamışdır. 20 ildir ki, qarşı tərəfin anası və özü tərəfindən zorakılığa məruz qalmaqla bütün əmlakı onlar tərəfindən mənimsənilmiş və talan edilmişdir. Əgər vəkil belə iddiasında yazdığını əsaslandırmaq istəyirsə, o zaman maddi sübutlarını məhkəməyə təqdim etməlidir. Əks halda iddiada göstərilənlər böhtan xarakterli olduğundan qarşı tərəf haqqında qanunamüvafıq tədbir görülməlidir. Vəkildə MPM-nin 53-cü maddəsində əsas gətirdiyi “mülkiyyətçi tərəfindən ailə üzvlərinə verilən yaşayış sahəsi”nin olduğunu təsdiq edən hansı rəsmi sənəd mövcuddur? Onu da qeyd etmək istəyir ki, anası X5 “mülkiyyətçi” yox mənzilin “icarədarı” olmuşdur. Çünki mənzil özəlləşdirilməmiş, Naxçıvan Şəhər İcra Hakimiyyətinin balansında olan mənzildir. Onu da qeyd etmək lazımdır ki, onların bu qanunsuz əməlləri nəticəsində ona həm də çox böyük mənəvi zərər də dəymişdir: elmi-tədqiqat materiallarının, qədim əlyazmalarının Türkayın ailəsi ilə birlikdə məhv edilməsi uzun müddət (20 ilə yaxın) kirayə qaldığı evlərdə keçirdiyi iztirablar, mənəvi-psixoloji sarsıntılar, elmi fəaliyyətinə ciddi ziyan vurmuş, nəticədə tədqiqat işlərini dayandırmaq məcburiyyətində qalmışdır. O evi tərk etdikdən qısa bir müddət sonra hətta anasının ölümünün ondan gizlədilməsi və ölüm ayağında belə onunla görüşməyinə icazə verməmələri faktı da anasının ölümünün müəmmalı olması haqqında şübhələrinə əsas verir. Yuxarıda göstərilən hallara əsasən bildirmək istəyir ki, 2008-ci ildən ailə quraraq mənzili tərk edib fasiləsiz olaraq Atatürk 33 ünvanında yaşayan, hətta anasının ölümündən sonra mənzildə qalan son əşyaları da daşıyıb yaşadığı ünvana aparan, özünün dediyinə görə bir qismini isə satıb qazanc əldə edən Türkayın mənzilin açarlarını tələb edərək mənzilə köçürülmə iddiasının əsassız olduğuna öz etirazını bildirərək işin hüquqi hallarını diqqətə çatdırmaq istəyir. R.Türkayın ərindən boşandığı üçün yaşayış yeri olmadığı bəhanəsi ilə əlaqədar ondan mənzil tələbinin heç bir hüquqi əsası yoxdur. Boşandığı üçün aliment və yaşadığı ünvandan yaşayış hüququ tələbini qanuna müvafiq şəkildə ərindən və onun ailəsindən tələb etməlidir. Boşandığı halda uşağına aliment verilməməsi və o mənzildəki hüquqlarının təmin edilməməsi ilə ondan israrla mənzil və ya maddi tələbin irəli sürülməsi faktı da şübhə doğuran bir hal kimi dəyərləndirilməlidir. Ailəsindən bu tələbi etmək əvəzinə, iki dəfədir ki, məhkəmədə iştirak etməyən Türkayın israrla ondan mənzil və ya maddi tələbinin arxasında sevimli qayınatası Rəsulovlar ailəsinin dayandığını açıq ifadə edir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1371/2024 nömrəli, 07 noyabr 2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması və yaşayış yerinə köçürülmə tələbinə dair mülki iş üzrə Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin icraata qəbul olunması və mülki işə iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması və yaşayış yerinə köçürülmə tələbi, eyni zamanda cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması və vurulmuş maddi ziyanın ödənilməsi tələbi çərçivəsində baxılması qərara alınmışdır. Cavabdeh 14 oktyabr 2024-cü il tarixdə məhkəməyə iddia ərizəsinə etiraz ərizəsi göndərərək ərizədə qeyd etmişdir ki, “iddiaçı Rəsullu Türkay mənə qarşı ünvan 13 ünvanda yerləşən mənzildə maneələrin aradan qaldırılması və yaşayış yerinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Hesab edirəm ki, iddiaçının iddiası əsassızdır, çünki 2008-ci ildə ailə qurub mənzili tərk etmiş və həmin dövrdən Naxçıvan şəhər Atatürk 33 ünvanında ailəsi ilə birlikdə yaşayıb. Lakin nədənsə uzun müddət bu mənzildə yaşamadığı halda qanunsuz olaraq mənzilin qeydiyyatında saxlanılmışdır. Mənzil Məcəlləsinin 60-cı maddənin birinci hissəsinə əsasən “icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır”, həmin məcəllənin 87-ci maddəsinin ikinci hissəsinə əsasən isə “icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edildiyindən" iddiaçının iddiası təmin edilə bilməz. 2005ci ildə anası Topçu Dürrü, 2023-cü ildə anasının vəfatından sonra açarları mənimsəyən Türkayın özü tərəfindən mənzil bütünlüklə zəbt olunaraq. 20 ildir ki, mənə qarşı zorakılıq tətbiq edərək məni öz yaşadığım mənzilə buraxmamış, məni öz mənzilimdə yaşamaq hüququmdan məhrum etməklə kifayətlənməyib, mənzilə ciddi ziyan vurmuş, eyni zamanda mənə məxsus bütün şəxsi əşyalarımı mənimsəyib talan etmişlər. İddia ərizəsində mənə qarşı yazılan ifadələrin yalan olduğunu bu ərizəyə əlavə etdiyim materiallar təsdiq edir və iddiaçının tələbinin əsassız olduğunu sübuta yetirir. İddiaçı iddiasının hüquqi əsası kimi 42 il bundan əvvəl Azərbaycan Sovet Sosialist Respublikası dövründə qüvvədə olan, lakin sonradan qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü maddəsinə istinad etməklə mənim iş ilə əlaqədar uzun müddət mənzildə yaşamadığımı əsas göstərməyə çalışır. Lakin mənim bu iddia ərizəsinə əlavə etdiyim istinad edilən rəsmi sənədlərin siyahısı və faktlar iddiaçının bu ifadəsinin də yalan olduğunu təsdiq edir. Eyni zamanda, iddia ərizəsindən göründüyü kimi sovet dövrünün qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü maddəsinin heç bir hüquqi əsası olmadığından bu işə tətbiq oluna bilməz. Buna görə də məhkəmə tərəfindən bu mübahisəyə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Bildirirəm ki, mən Hacıyeva X34 şəhəri, Nizami küçəsi 53A 34 ünvanında 2005-ci ilədək ailə üzvü olaraq yaşamış və bütün hüquqlarımdan istifadə etmişəm. Lakin 1995-ci ildə ailə qurub Türkiyəyə getmiş, rəsmi nikahı olduğu üçün 1997-ci ildə Türkiyə Respublikasının vətəndaşlığını qəbul etdiyinə görə, Naxçıvan MR Daxili İşlər Nazirliyinin X28nə ərizə ilə müraciət edərək öz ərizəsi əsasında yaşadığımız ünvan 6 ünvanının uçot qeydiyyatından çıxmış Türkiyə vətəndaşı Topçu Dürrünün imzası ilə təsdiq olunmayan Naxçıvan Şəhər Məhkəməsində mənə qarşı qaldırılmış böhtan xarakterli iddia əsasında məhkəmə prosesi keçirilmədən iddiada göstərilənlər məhkəmə qaydasında sübut olunmadan Naxçıvan Şəhər Məhkəməsi tərəfindən 2-219 saylı 25 iyul 2005-ci il tarixli qətnamə qəbul edildikdən sonra yaşadığım mənzildən zorakılıqla çıxarılmışam. Mənim apellyasiya şikayətim əsasında Naxçıvan MR AM MİÜAK tərəfindən işə baxılaraq Naxçıvan Şəhər Məhkəməsinin 219 saylı 25 iyul 2005-ci il tarixli qətnaməsi qanunsuz olduğundan Naxçıvan MR AM MİÜAK-nın 01 mart 2006-cı il tarixli qətnaməsilə ləğv edilmişdir. Lakin Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi haqqında 23 dekabr 2003-cü il tarixli qanunun 34.1.2.; 34.2.2. ; 34.2.3. maddələri əsasında ciddi qanun pozuntusunu yol verilərək Naxçıvan MR və Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qətnaməsinin icrasından imtina edilmiş, bunun əvəzində isə Ali Məhkəmə tərəfindən ləğv edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 219 saylı 25 iyul 2005-ci il tarixli qətnaməsi qanunsuz icra edilərək Türkiyə vətəndaşı T.Dürrü vəfat edən günə qədər qüvvədə saxlanılmışdır. Naxçıvan şəhəri Əcəmi 22/10 ünvanında və Türkiyə Respublikasında daimi yaşayış yerləri və pasport qeydiyyatı olmasına və Naxçıvan MR AM MİÜAK-nın 01 mart 2006-cı il tarixli qətnaməsi ilə Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2-219 saylı 25 iyul 2005-ci il tarixli qətnamənin ləğv olunmasına baxmayaraq, ləğv olunmuş Şəhər Məhkəməsinin qətnaməsi əsasında məhkəmə icraçıları tərəfindən mənim yaşadığım ünvan 9 ünvanındakı mənzilə köçürülən T.Dürrü Naxçıvan Şəhər X28 tərəfindən daimi pasport qeydiyyatına alınmışdır. Mənzilə yerləşdirilən gündən ailədaxili münaqişələr yaradan Topçu Dürrü tərəfindən zorakılığa məruz qaldım və onun vasitəsi ilə fiziki, mənəvi-psixoloji təzyiqlərlə yaşadığım mənzildən çıxarıldım. Beləliklə, öz mənzilimdə şəxsi əmlakımdan istifadə etmək hüququndan məhrum edildim. Bu özbaşınalığın nəticəsi olaraq 20 ilə yaxın heç bir kommunal şəraiti olmayan və bu səbəbdən tez-tez dəyişdirməyə məcbur olduğum kirayə evlərdə yaşadığımdan sağlamlığımı itirdim, küllü miqdarda maddi-mənəvi itkilərə məruz qaldım. Mənim heç bir əşya götürmədən evdən zorla çıxarıldığımı Naxçıvan MR AM-nin Mülki İşlər Üzrə Apellyasiya Kollegiyasının 22 dekabr 2005-ci il tarixli qərardadı və qoşmaya əlavə edilmiş digər rəsmi sənədlər də təsdiq edir. Uzun illər müxtəlif aidiyyəti orqanların səlahiyyətli şəxsləri tərəfindən müraciətlərimə baxılmaqdan birmənalı şəkildə imtina edildiyi üçün aidiyyəti orqanlar tərəfindən mənim mənzil və digər mülki hüquqlarımı pozan ciddi qanun pozuntularına yol verilmişdir ki, bunlardan sadəcə bir neçəsini diqqətinizə çatdırıram: 1. Aidiyyəti orqanlara dəfələrlə müraciətlərimə baxmayaraq, Naxçıvan MR AM MİÜ AK-nın 01 mart 2006-cı il tarixli qətnaməsi əsasında ləğv edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 2- 219 saylı 25 iyul 2005-ci il tarixli qətnaməsi bu günə qədər qüvvədə saxlanılmaqdadır.

2. 07 aprel 2006 (431738 saylı qəbz) və 05 may 2006 (543065 saylı qəbz) tarixdə Naxçıvan Şəhər Məhkəməsində “Vurulmuş zərərə görə təzminatın ödənilməsi" ilə əlaqədar qaldırdığım iddialar Naxçıvan Şəhər Məhkəməsi tərəfindən prosedura uyğun olaraq nə geri qaytarılmadı, nə də rəsmi şəkildə cavablandırılmadı. 3. “Vurulmuş ziyanın ödənilməsinə dair” 16 mart 2009-cu il tarixli iddiam Naxçıvan Şəhər Məhkəməsinin 13 aprel 2009-cu il tarixli qərardadı ilə geri qaytarılmışdır. 4. MPM-nın 47.2 maddəsinə əsasən mülki materialların fotosurətini çıxarmaq üçün 13 avqust 2008-ci il, 09 iyun 2010cu il və 30 avqust 2010-cu il tarixli müraciətlərimə Naxçıvan Şəhər Məhkəməsi tərəfindən yenə də rəsmi cavab verilməkdən imtina edildi. 5. Naxçıvan MR AM MİÜK-na müraciətimdən sonra AM MİÜK-in sədrinin göstərişilə 12 fevral 2008-ci il tarixdə Naxçıvan Şəhər Məhkəməsinin icraçı nümayəndəsi Cəlal Hüseynov ilə elmi tədqiqat materiallarımın, həmçinin tədris vəsaitlərimin bir qismini götürmək üçün qeydiyyatında olduğum, zorakılıqla çıxarıldığım, uzun illər yaşadığım yeganə yaşayış yerim olan mənzilimə yerləşdirilən və qanunsuz qeydiyyatda saxlanılan, vəzifəli məmurlar tərəfindən himayə edilən Türkiyə Respublikası vətəndaşı Topçu Dürrü tərəfindən buraxılmadım. Açar yeri sındırılmış iş otağımın qapısının kilidi dəyişdirildiyindən öz açarımla bağladığım qapını aça bilmədik və heç bir əşyamı götürmədən evimdən çıxarıldım. Məhkəmə icraçısı Cəlal Hüseynovun qapını açmaq cəhdləri də boşa çıxdı. Bu faktın rəsmiləşdirilməsi üçün Naxçıvan Şəhər Məhkəməsinə dəfələrlə müraciətimə baxmayaraq, sonda Naxçıvan Şəhər Məhkəməsindən qovuldum və Naxçıvan Şəhər Məhkəməsinin sədri H.Məmmədov tərəfindən qarşı tərəfi himayə edildiyindən bu faktı da aktlaşdırmaqdan imtina etdi. Nəticədə mənə külli miqdarda maddi və mənəvi ziyan vuruldu, beynəlxalq nüfuzuma xələl gətirildi, elmi fəaliyyətim iflic vəziyyətinə salındı, mənəvi-psixoloji təzyiqlər üzündən sağlamlığımı itirdim, uzun müddət müxtəlif xəstəxanalarda davamlı olaraq müalicələr aldım. Bu məsələ ilə əlaqədar aidiyyəti dövlət orqanlarına, səlahiyyətli şəxslərə dəfələrlə müraciət etsəm də 2005-ci ildən bu günə kimi Naxçıvandakı mövcud hakimiyyət tərəfindən müraciətlərimə birmənalı olaraq baxılmasa da, Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev tərəfindən Naxçıvanda aparılan yeni islahatlar nəticəsində nəhayət Naxçıvandakı hakimiyyət dəyişikliyindən sonra müraciətimə Naxçıvan Şəhər Məhkəməsi tərəfindən baxıldı və iş № 2(078)-305, xx.xx.2024-cü il tarixli qərarı ilə illərlə yaşadığım mənzilə məcburi köçürülməm haqqında qətnamə qəbul edildi. Vaxtilə uzun illər yaşadığım və qeydiyyatında olduğum mənzildən məni əsassız və qanunsuz olaraq zorakılıq ilə çıxaran Türkiyə vətəndaşı Topçu Dürrünün 19 noyabr 2023-cü ildə vəfatından sonra öz mənzilimə qayıtmaq üçün onun 2008-ci ildə ailə quraraq mənzili tərk etmiş, haliyyədə ailəsi ilə birlikdə Atatürk 33 ünvanında yaşayan qızı Türkaya müraciət edib mənzilin açarlarını istədim, lakin gözlənilməyən qarşıdurma ilə üzləşdim. Anasının ölümündən sonra açarları mənimsəyib mənzili qanunsuz zəbt edən Türkay qeyri-etik formada çox tərbiyəsiz davranış sərgiləyərək anası kimi polis və prokurorluq orqanlarının, eyni zamanda müxtəlif vəzifəli şəxslərin adından təhqir və təhdidlərlə məni evə buraxmayacağını, qayınatası Rəsulun mənzili mənim əlimdən alana qədər sonuna qədər arxasında dayanıb, onun üçün nə lazımsa edəcəyini bildirərək mənim öz evimə qayıtmağıma ciddi əngəl törətdi. Qeyd edək ki, Rəsullu Türkay 2008-ci ildən ailə quraraq ünvan 11 ünvanını öz istəyi ilə tərk edərək getdiyi ünvan 12z yaşayır, mənim yaşadığım mənzilə ehtiyacı yoxdur. T.Dürrünün vəfatından sonra, mənzilin açarlarını götürüb yaşamadığı mənzili zəbt etməklə kifayətlənməyən İddiaçıovlar ailəsi ilə birlikdə mənzildəki bütün əşyaları boşaldaraq hətta anamdan qalan köhnə qazanları, samovarı, yemək stolunu (satdığını etiraf edir), bütün otaqların və mətbəxin qapılarını da çıxarıb aparmışlar. Mənzilə daxil olarkən tamamilə boşaldılmış mənzildə nəinki mənə, heç Türkaya da aid heç bir əşya yox idi. Bu fakt isə Türkayın bu mənzildə yaşamadığını təsdiq edir. Məhkəmə icraçıları tərəfindən mənzilin açarları mənə verildiyi zaman mənim bağlı qoyub getdiyim otağımın qapısının sındırıldığını, tamamilə boşaldıldığını və həmin otaqda şəxsən mənə məxsus bütün əşyalarımın (mebel, bilgisayar, yazı makinası, stol və digər əşyalarla birlikdə bütün kitablarım, əlyazmalarım, elmi-tədqiqat materiallarım və s.) talan edildiyini, bütün otaqların və mətbəxin qapılarının çıxarılıb aparıldığını görüb həmin anda bu vəziyyəti aktlaşdırmaq üçün Naxçıvan Şəhər İcra Hakimiyyətinə müraciət etdim, İcra hakimiyyətindən göndərilən nümayəndə gördüyü bu vəziyyəti aktlaşdırmasa da, bir neçə fotoşəkil çəkib getdi. Elə həmin an öz şəxsi telefonumla çəkdiyim video və foto materiallar da mənzilin Türkay tərəfindən tamamilə boşaldıldığını və evdə ona aid heç bir əşyanın olmadığını təsdiq edir ki, bu fakt da onun bu mənzildə yaşamadığını, eyni zamanda vəkili Vəkil tərəfindən imzalanmış iddia tələbində "aldığım məlumata görə (bu məlumat Türkaya kim tərəfindən verilib?) həmin mənzildə mənə məxsus əşyaları da atmaq və dağıtmaqla mənim əmlak hüququmu pozmaqdadır” şəklində yazılan bu ifadənin tamamilə yalan və böhtan olduğunu təsdiq edir. Çəkiliş zamanı balkonun zibilliyə çevrildiyi açıq şəkildə görünür, hətta bu mənzildə kişi cinsinin olmamasına baxmayaraq, balkonda toplanan zibillərin arasında çoxlu siqaret qutuları və çəkilmiş siqaret kötüklərinin olması da bu evdə yaşayışın olmadığını, mənzilin tamamilə başqa məqsədlə istifadə olunduğunu təsdiq edən diqqəti cəlb edən fakt kimi ortaya çıxdı. Çəkiliş zamanı ortaya çıxan bu faktlar Vəkil imzası ilə təsdiq olunmuş iddia ərizəsində “mənzilin zəruri təmizliyi” ifadəsinin də tamamilə yalan olduğunu sübut edir. Faktiki olaraq Naxçıvan şəhər Atatürk 33 ünvanda Rəsulovlar ailəsi ilə birlikdə villada yaşayan 2 övladı olan Türkayın ailəsinin Bakıda, Naxçıvanda və Şahtaxtında bir neçə yerdə mənzilləri vardır. Hətta həddi-büluğa çatmayan oğlunun belə Bakı şəhərində və Naxçıvanda adına mənzillər alındığını söyləyən Türkayın özünün dediyinə görə Bakıda şəxsi ofisi var, çox yüksək maddi imkanlara malikdir. Anasının ölümündən sonra qeydiyyatında olduğum və uzun illər yaşadığım yeganə yaşayış yerim olan mənzilə qayıtmaq üçün açarları istədiyimdə ciddi əngəl törədən Türkaya dəfələrlə müraciətimə baxmayaraq, məni mənzilə buraxmayacağını söylədi. Mən də məcbur qalıb Naxçıvan Şəhər Polis Şöbəsinə müraciət etdim. Müraciətimə bu günə qədər PŞ-dən rəsmi cavab verilməsə də, orada izahat yazdığımız zaman bu məsələ ilə bağlı yalnız məhkəməyə müraciət etməyimi tövsiyə etdilər. Mən də məcbur qalıb 2024-cıi ilin yanvar ayında mənzilə məcburi köçürülməm ilə bağlı Naxçıvan Şəhər Məhkəməsində iddia qaldırdım. Heç bir hüquqi əsası olmadan zorakılıqla mənzili tamamilə zəbt edən Türkay bir neçə dəfə məhkəməyə gəlmədi, məhkəmə prosesində aydın oldu ki, R.Türkay Nizami 53A/34 ünvanında yaşamadığından bildiriş ona çatmamışdır, buna görə də məhkəmədə iştirak etmir. Daha sonra məhkəmənin gedişatında mənim mənzil hüquqlarım bərpa ediləcəyi təqdirdə hakim qarşısında çəkinmədən açıq şəkildə cinayət baş verəcəyini ifadə edərək süni əngəllər yaratmaqla, təhdidlə məni öz mənzilimə buraxmayacağını bildirdi. Lakin bütün əngəllərə baxmayaraq Naxçıvan Şəhər Məhkəməsinin 30 aprel tarixli qətnamənin icrası məhkəmə icraçıları tərəfindən 22 iyul 2024-cü il tarixdə yerinə yetirilərək mənzilə köçürülməm üçün açarlar mənə təqdim olundu. İlk dəfə iyul ayının əvvəllərində evə köçürülməmə ciddi əngəl törədən Türkayın ikinci dəfə 22 iyul 2024-cü il tarixdə icra məmurlarına açarları təqdim edib gedərkən hərəkət və davranışlarından, ifadələrindən aydın olurdu ki, bundan sonra da mənim üçün müxtəlif formada təxribatlar törədəcək və əngəllər yaradacaqdır. Evə daxil olarkən qapısını bağlayıb əşyalarla dolu qoyduğum otağın tamamilə boşaldıldığını, qapısının vəhşicəsinə sındırıldığını, bütün əşyalarımın onlar tərəfindən mənimsənildiyini, evin tamamilə darmadağın edilərək antisanitariya şəraitində yaşayış üçün tamamilə yararsız vəziyyətinə salındığını gördüm. (məni mənzilə yerləşdirən icra məmurları da bu vəziyyətin şahidi oldu. DVD-dəki videolar və fotoşəkillər də sübut kimi işə əlavə edilmişdir). Bu 20 ildə Türkay bu mənzildə yaşamasa da, anası ilə birlikdə mənzildə mənə aid bütün əşyaları mənimsəyib talamış, anasının ölümündən sonra da açarları mənimsəyib mənzildən kommersiya məqsədi ilə istifadə edərək qazanc əldə etmiş, mənzildə qalan digər əşyaları satmaqla, bütün əmlakımı, şəxsi kitabxana və arxivimi dağıtmış, geyim və zinət əşyalarıma qədər satıb mənfəət əldə etmişdir. Sadəcə mənim şəxsi əşyalarımı deyil, hətta mənzilə ciddi zərər vurmuş, manim bağlı qoyub getdiyim otağımın qapısını sındırmış, digər otaqların və mətbəxin qapılarını, hətta balkonun dövlət tərəfindən qoyulmuş standart dəmir çəpərini də kəsib aparmışlar. Bu da Azərbaycan Respublikasinın Cinayət Məcəlləsinin 183-cü maddəsində Xüsusi dəyəri olan əşyaları talama və 183.1-ci bəndində Xüsusi tarixi, elmi, ədəbi və ya mədəni dəyəri olan əşyaları və ya sənədləri üsulundan asılı olmayanıq talama; 183.2.3. bu Məcəllənin 183.1-ci maddəsində göstərilən əşyaların və ya sənədlərin məhv olmasına, korlanmasına və ya dağıdılmasına səbəb olduqda səkkiz (8) ildən on beş (15) ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bununla da mənə məxsus olan bütün şəxsi əşyalarım, əqli mülkiyyətimə aid çoxsaylı elmi-ədəbi əsərlərimin əlyazması, illərlə şəxsi ekspedisiyalarım zamanı topladığım elmi tədqiqat materiallarım (audio, video kassetlər, fotoplyonkalar, tarixi fotoşəkillər, müxtəlif ölkələrin arxivlərindən əldə etdiyim çox qiymətli tarixi arxiv sənədləri), bütövlükdə şəxsi arxivim, (buraya masaüstü bilgisayarım (komüterim), yazı makinam da daxil olmaqla), qazandığım elmi mükafatlar, 4 mindən çox kitabı olan şəxsi kitabxanam və mənə məxsus digər qiymətli əşyalarım Topçu Dürrü və onun qızı Rəsullu Türkay tərəfindən tamamilə mənimsənilib məhv edildiyindən bu gün elmi tədqiqat işlərimi dayandırmaq məcburiyyətində qalmışam. Anası ilə birlikdə Türkayın mənimsəyib sataraq qazanc əldə etdiyi və ya məhv etdiyi həmin qiymətli əşyalarımın əsas bir qisminə aşağıdakılar daxildir: 1. Əqli mülkiyyətimə aid çoxsaylı elmi - ədəbi əsərlərimin əlyazması: Buraya daxildir: namizədlik və doktorluq dissertasiyalarımın ilk əlyazma qaralama nüsxəsi və bu işlə əlaqədar topladığım elmi materiallar, tarixi arxiv sənədləri, eyni zamanda nəşrə hazır olan elmi-ədəbi əsərlərim: a) “Ölüm hökmü” adlı roman (37-ci il repressiya qurbanlarına həsr olunmuş əsər); b) “Qisas” (20 yanvar və Xocalı soyqırımına həsr olunmuş əsərimin əlyazması); c) “Kölgə”, “Cəhənnəm qapısı” və “Yağmur qoxusu” adlı povestlərimin əlyazması; d) “Hər çinardan bir yarpaq" adlı Türk xalqlarının əsərlərindən ibarət hazırladığım ədəbi toplu; e) “Qaradəniz yörəsinin toponimik mənzərəsi” (Elmi monoqrafiya); f) “Dil tariximizin qan yaddaşı” adlı nəşrə hazırladığım elmi məqalələrimdən ibarət elmi monoqrafiya; g) “Güney rüzgarı” nəşr üçün hazırlanmış (Güney Azərbaycan ziyalılarının yaradıcılığına həsr olunmuş) elmi-tədqiqat işim; h) “Qaranlıqdan doğan işıq” ədəbi toplu; i) Uşaq teatrı üçün yazdığım “İsti çörək” və “Əlmərdan kişinin nağılı” adlı ssenarilərim; j) Dünyanın müxtəlif ölkələrinin mətbu orqanlarında nəşr olunmuş elmi məqalələrimin çap olunmuş orijinal variantları. 2. Ekspedisiya zamanı elmi tədqiqatlarında əlaqədar xarici ölkələrdən gətirdiyim nadir kitablar, qədim mənbələr, tarixi arxiv sənədləri və çox qiymətli əlyazmalar. 3. Ölkə xaricində və ölkə daxilində şəxsi ekspedisiyalarım zamanı topladığım digər elmi materiallarım və xarici ölkələrdən gətirdiyim nadir qiymətli kitablar, tarixi fotoşəkillər. 4. İki ədəd səs yazmaq üçün diktafon və bir ədəd fotoaparat. 5. 4 mindən (4000) çox kitabı olan şəxsi kitabxanam, stolüstü bilgisayarım və yazı makinam, əlavə olaraq İstanbulda 1500 nüsxədə nəşr olunmuş “X6 Yer Adları” adlı ilk kitabımın da ayrıca iddiaçı və onun anası tərəfindən yandırıldığını öyrəndim. 6. Mənə məxsus digər şəxsi əşyalarım (buraya geyim və zinət əşyalarım daxildir düşünürəm bu çox da önəmli deyil amma yenə də qeyd etdim). 7. Bütövlükdə şəxsi arxivim: buraya daxildir: beynəlxalq tədbirlərdə aldığım xüsusi mükafatlar, sertifikatlar, fotoşəkillərim, audio və video kassetlər, bilgisayarda yazılmış yazılarımın yaddaş kartları olan hard disklər, fotoplyonkalar, öz şəxsi əlyazmalarında bərabər, xarici ölkələrdən gətirdiyim qədim əlyazmalar. 8. Namizədlik dissertasiyamla əlaqədar olaraq Azərbaycan Respublikası Prezidenti X40 Komissiyası üçün hazırlanmış sənədlərin nüsxəsi. 9. X41 Teleradio Şikətində hazırladığım “Qardaş türk ellərindən soraq”, “Yurdumuz yurddaşlarımız”, "Qardaşlıq körpüsü”, “Müdriklərimizin söz xəzinəsindən”, “Təbrizə gedən yollar” adlı silsilə müəllif proqramlarımın üzü köçürülmüş video və audio kassetləri lent yazıları. 10. 2000-ci ildə namizədlik dissertasiyamın müdafiəsindən sonra X21 iş yoldaşlarımın özlərinin əl işləri olan və mənə hədiyyə etdikləri bir neçə qiymətli sənət əsəri və tablolar: buraya daxildir: mis üzərində döymə sənəti “Leyli və məcnun” tablosu. “Mənzərə” tablosu (rəsm əsəri), şair Məhəmməd Hadinin portreti, dəmir üzərində döymə sənəti “Tənha qadın” portreti, X48 xanımın hədiyyə etdiyi “İnci çiçəyi” adlı ebru əl işi (rəsm tabosunun bir növü), Bütöv Azərbaycanın qədim tarixi xəritələri: 11. Ali məktəblər üçün xeyli sayda dərsliklərim və dərs vəsaitlərim. 12. “Belorus” markalı 3 ayaqlı fortepiano. 13. Qonaq otağı üçün divarboyu mebel. 14. Masaüstü bilgisayarım (kompüter) və yazı makinam 15. Qiymətli məişət əşyalarım (buraya öz əmək haqqımla aldığım bahalı yemək və çay dəstləri, digər əşyalar və s.) Elmi fəaliyyətimə çox ciddi təsir edən və siyahıda göstərilən bu elmi tədqiqat materiallarında yanaşı, mənə məxsus olan digər şəxsi əşyalarım-geyim və zinət əşyalarım da həmin mənzildə qalmış iddiaçı və onun anası tərəfindən mənimsənilmiş və məhv edilmişdir. Bu faktı ərizəyə əlavə olunmuş Naxçıvan MR AM MİÜAK-in xx.xx.2005-cı il tarixli qərardadının surəti də təsdiq edir. Bu 20 ildə Türkay və anasının mənə yaşatdığı mənəvi sarsıntılar nəticəsində uzun illər müxtəlif xəstəxanalarda aldığım müalicələri də bu siyahıya əlavə etsək, bu günə qədər mənə vurulan maddi zərərin miqdarını müəyyənləşdirmək daha da çətinləşir. Onu da diqqətinizə çatdırmaq istəyirəm ki, doğulduğu ilk gündən anası tərəfindən atılan Türkayı anamla mən birlikdə böyütmüşük. Hətta uşaq bağçasına verməmişik, hər səhər özümlə iş yerimə aparır, günortadan sonra anam işdən qayıtdıqdan sonra anam baxırdı. Türkayın sağlam və qayğısız böyüməsi üçün əlimdən gələni etmişəm, maddi və mənəvi sıxıntılarına imkan verməmişəm. Təhsil alması üçün bütün maddi və mənəvi qayğılarını da mən çəkmişəm. Naxçıvanda bizi tanıyan kimdən soruşulsa hər kəs bunu təsdiq edər. Möhtərəm Hakim, evdən çıxarıldığım bu 20 ildə iddiaçı və onun anası tərəfindən antisanitariya vəziyyətində saxlanılan mənzil yaşayış üçün tam yararsız hala salındığından evə köçürülərkən xeyli miqdarda maliyyə vəsaiti xərcləyərək mənzili təmir etdirmək məcburiyyətində qaldım. Onu da qeyd etmək istəyirəm ki, qarşı tərəfin əksinə olaraq mən mənzilə yerləşdirilirkən iddiaçıya heç bir zorakılıq və təzyiq göstərməmişəm. Çünki iddiaçı faktiki olaraq mənzildə yaşamadığından icra məmurları ilə mən evə köçərkən heç bir münaqişə olmadan açarları onların yanında təhvil verib getmişdir. Bir aydan çox müddətdə mənzildə təmir işləri aparılarkən bir dəfə də evə gəlməmiş, təmir üçün heç bir yardım göstərməmişdir. Qapının kilidi xarab olduğundan dəyişdirmək məcburiyyətində qaldım. Türkay da bu evdə yaşamadığından açarları ona vermədim. Vaxtilə evdən çıxarılarkən şəxsi əşyalarında dolu olan bağladığım otağın qapısını vəhşicəsinə sındırıb bütün əşyalarımı talan etməsi və hakim qarşısında çəkinmədən açıq şəkildə "mənim mənzil hüquqlarım bərpa ediləcəyi təqdirdə cinayət baş verəcəyini” söyləməsi həyati təhlükəsizliyim üçün bir təhdid olduğundan mən açarları ona vermədim. Buna görə də Vəkil imzası ilə təsdiq olunmuş iddia ərizəsində mənə qarşı göstərilən 16.1; 27.1; 152.2; 152.3; 162; 164.1; 560.2. və digər maddələrlə mənim üzərimə heç bir hüquqi öhdəlik qoyula bilməz. Çünki qarşı tərəfin əksinə olaraq, onun bu evdə heç bir şəxsi əşyası olmadığından mən ona aid heç bir əmlakı, hətta kiçik bir əşyanı belə mənimsəməmişəm, ziyan vurmamışam. Əksinə 20 ildir ki, mən qarşı tərəfin anası və özü tərəfindən zorakılığa məruz qalmaqla bütün əmlakım onlar tərəfindən mənimsənilib və talan edilib. Əgər vəkil belə düşünürsə, o zaman maddi sübutlarını məhkəməyə təqdim etməlidir. Əks halda qanunamüvafiq tədbir görülməlidir. Vəkil E.D. Aslanovun imzası ilə təsdiq olunmuş iddia ərizəsində 1982-ci il Azərbaycan SSR-in (Sovet Sosialist Respublikası) Mənzil məcəlləsinin 123-cü maddəsi ilə tələbi də tamamilə əsassızdır. Çünki 42 il bundan öncə hazırda heç bir hüquqi əsası olmayan sovet dövrünün qüvvədən düşmüş qərarı 1991-ci ildə müstəqillik əldə etmiş bir dövlətin qanunu sayıla bilməz. Azərbaycan Konstitusiyasının Maddə 75. əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə — bayrağına, gerbinə və himninə hörmət etməlidir. Düşünürəm ki, sovet dövrünün hüquqi statusunu itirmiş qanunları əsasında müstəqil Azərbaycan Respublikasının vətəndaşına qarşı iddianın irəli sürülməsi ən azından Azərbaycanın dövlət müstəqilliyinə qarşı bir xəyanətdir. Vəkildə MPM-nin 53-cü maddəsində əsas gətirdiyi “mülkiyyətçi' tərəfindən ailə üzvlərinə verilən yaşayış sahəsinin olduğunu təsdiq edən hansı sənəd mövcuddur? Onu da qeyd etmək istəyirəm ki, anam X5 “mülkiyyətçisi" yox mənzilin "icarədarı” olmuşdur. Çünki mənzil özəlləşdirilməmiş, Naxçıvan Şəhər İcra Hakimiyyətinin balansında olan mənzildir. Onu da qeyd etmək lazımdır ki, onların bu qanunsuz əməlləri nəticəsində mənə həm də çox böyük mənəvi zərər də dəymişdir: elmi-tədqiqat materiallarımın, qədim əlyazmalarımın Türkay və onun ailəsi tərəfindən məhv edilməsi uzun müddət (20 ilə yaxın) kirayə qaldığım evlərdə keçirdiyim iztirablar, mənəvi sarsıntılar, elmi fəaliyyətimə ciddi ziyan vurmuş, nəticədə sağlamlığımı itirərək uzun müddət tədqiqat işlərimi dayandırmaq məcburiyyətində qalmışam. Mən evi tərk etdikdən qısa bir müddət sonra hətta anamın ölümünün məndən gizlədilməsi və ölüm ayağında belə onunla görüşməyimə icazə verməmələri faktı da bu ölümün müəmmalı olması haqqında şübhələrimə əsas verir. Yuxarıda göstərilən hallara əsasən bildirmək istəyirəm ki, 2008-ci ildən ailə quraraq mənzili tərk edib fasiləsiz olaraq Atatürk 33 ünvanında yaşayan, hətta anasının ölümündən sonra mənzildə qalan son əşyaları da daşıyıb ailəsi ilə birlikdə yaşadığı Atatürk 33 ünvanına aparan, evdə qalan son əşyaları da satıb qazanc əldə edən Türkayın məndən mənzilin açarlarını tələb edərək mənzilə köçürülmə iddiasının əsassız olduğuna öz etirazımı bildirərək işin hüquqi hallarını diqqətinizə çatdırmaq istəyirəm. R.Türkayın ərindən boşandığı üçün yaşayış yeri olmadığı bəhanəsi ilə əlaqədar məndən mənzil tələbinin heç bir hüquqi əsası yoxdur. Boşandığı üçün aliment və yaşadığı ünvandan yaşayış hüququ tələbini qanunamüvafiq şəkildə ərindən və onun ailəsindən tələb etməlidir. Boşandığı halda uşağına aliment verilməməsi və o mənzildəki hüquqlarının təmin edilməməsi ilə məndən israrla mənzil və ya maddi tələbin irəli sürülməsi faktı da şübhə doğran bir hal kimi dəyərləndirilməlidir. Ailəsindən bu tələbi etmək əvəzinə, Türkayın israrla məndən mənzil və ya maddi tələbinin arxasında sevimli qayınatası Rəsulovlar ailəsinin dayandığını açıq ifadə edir. Qeyd olunanlara əsasən hesab edirəm ki, Rəsullu Türkay yalan da olsa, mənzildə uzun müddət anası ilə yaşadığını israrla söyləyirsə, o zaman talan edilmiş bütün əmlakımın məsuliyyəti də onun üzərindədir və iddiaçı mənə vurduğu maddi və mənəvi zərərə görə cavabdehdir. Odur ki, şərh edilənlərə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 21-23, 1097.1, 1 196.1 və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 4, 149 və 151-ci maddələrinin tələblərinə, eyni zamanda qeyd edilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinə əsasən məhkəmədən xahiş edirəm ki, iddiaçı X13 iddiası əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edəsiniz”. Cavabdeh 15 oktyabr 2024-cü il tarixdə məhkəməyə iddia ərizəsinə etiraz ərizəsi göndərərək ərizədə qeyd etmişdir ki, “Bildirirəm ki, mən Hacıyeva X34 şəhəri, Nizami küçəsi 53A 34 ünvanında 2005-ci ilədək ailə üzvü olaraq yaşamış və bütün hüquqlarımdan istifadə etmişəm. Lakin 1995-ci ildə ailə qurub Türkiyəyə getmiş, rəsmi nikahı olduğu üçün 1997-ci ildə Türkiyə Respublikasının vətəndaşlığını qəbul etdiyinə görə, Naxçıvan MR Daxili İşlər Nazirliyinin X28nə ərizə ilə müraciət edərək öz ərizəsi əsasında yaşadığımız ünvan 6 ünvanının uçot qeydiyyatından çıxmış Türkiyə vətəndaşı Topçu Dürrünün imzası ilə təsdiq olunmayan Naxçıvan Şəhər Məhkəməsində mənə qarşı qaldırılmış böhtan xarakterli iddia əsasında məhkəmə prosesi keçirilmədən iddiada göstərilənlər məhkəmə qaydasında sübut olunmadan Naxçıvan Şəhər Məhkəməsi tərəfindən 2-219 saylı 25 iyul 2005-ci il tarixli qətnamə qəbul edildikdən sonra yaşadığım mənzildən zorakılıqla çıxarılmışam. Mənim apellyasiya şikayətim əsasında Naxçıvan MR AM MİÜAK tərəfindən işə baxılaraq Naxçıvan Şəhər Məhkəməsinin 219 saylı 25 iyul 2005-ci il tarixli qətnaməsi qanunsuz olduğundan Naxçıvan MR AM MİÜAK-nın 01 mart 2006-cı il tarixli qətnaməsilə ləğv edilmişdir. Lakin Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi haqqında 23 dekabr 2003-cü il tarixli qanunun 34.1.2.; 34.2.2. ; 34.2.3. maddələri əsasında ciddi qanun pozuntusunu yol verilərək Naxçıvan MR və Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qətnaməsinin icrasından imtina edilmiş, bunun əvəzində isə Ali Məhkəmə tərəfindən ləğv edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 219 saylı 25 iyul 2005-ci il tarixli qətnaməsi qanunsuz icra edilərək Türkiyə vətəndaşı T.Dürrü vəfat edən günə qədər qüvvədə saxlanılmışdır. Naxçıvan şəhəri Əcəmi 22/10 ünvanında və Türkiyə Respublikasında daimi yaşayış yerləri və pasport qeydiyyatı olmasına və Naxçıvan MR AM MİÜAK-nın 01 mart 2006-cı il tarixli qətnaməsi ilə Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2-219 saylı 25 iyul 2005-ci il tarixli qətnamənin ləğv olunmasına baxmayaraq, ləğv olunmuş Şəhər Məhkəməsinin qətnaməsi əsasında məhkəmə icraçıları tərəfindən mənim yaşadığım ünvan 9 ünvanındakı mənzilə köçürülən T.Dürrü Naxçıvan Şəhər X28 tərəfindən daimi pasport qeydiyyatına alınmışdır. Mənzilə yerləşdirilən gündən ailədaxili münaqişələr yaradan Topçu Dürrü tərəfindən zorakılığa məruz qaldım və onun vasitəsi ilə fiziki, mənəvi-psixoloji təzyiqlərlə yaşadığım mənzildən çıxarıldım. Beləliklə, öz mənzilimdə şəxsi əmlakımdan istifadə etmək hüququndan məhrum edildim. Bu özbaşınalığın nəticəsi olaraq 20 ilə yaxın heç bir kommunal şəraiti olmayan və bu səbəbdən tez-tez dəyişdirməyə məcbur olduğum kirayə evlərdə yaşadığımdan sağlamlığımı itirdim, küllü miqdarda maddi-mənəvi itkilərə məruz qaldım. Mənim heç bir əşya götürmədən evdən zorla çıxarıldığımı Naxçıvan MR AM-nin Mülki İşlər Üzrə Apellyasiya Kollegiyasının 22 dekabr 2005-ci il tarixli qərardadı və qoşmaya əlavə edilmiş digər rəsmi sənədlər də təsdiq edir. Uzun illər müxtəlif aidiyyəti orqanların səlahiyyətli şəxsləri tərəfindən müraciətlərimə baxılmaqdan birmənalı şəkildə imtina edildiyi üçün aidiyyəti orqanlar tərəfindən mənim mənzil və digər mülki hüquqlarımı pozan ciddi qanun pozuntularına yol verilmişdir ki, bunlardan sadəcə bir neçəsini diqqətinizə çatdırıram: 1. Aidiyyəti orqanlara dəfələrlə müraciətlərimə baxmayaraq, Naxçıvan MR AM MİÜ AK-nın 01 mart 2006-cı il tarixli qətnaməsi əsasında ləğv edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 2- 219 saylı 25 iyul 2005-ci il tarixli qətnaməsi bu günə qədər qüvvədə saxlanılmaqdadır.

2. 07 aprel 2006 (431738 saylı qəbz) və 05 may 2006 (543065 saylı qəbz) tarixdə Naxçıvan Şəhər Məhkəməsində “Vurulmuş zərərə görə təzminatın ödənilməsi" ilə əlaqədar qaldırdığım iddialar Naxçıvan Şəhər Məhkəməsi tərəfindən prosedura uyğun olaraq nə geri qaytarılmadı, nə də rəsmi şəkildə cavablandırılmadı. 3. “Vurulmuş ziyanın ödənilməsinə dair” 16 mart 2009-cu il tarixli iddiam Naxçıvan Şəhər Məhkəməsinin 13 aprel 2009-cu il tarixli qərardadı ilə geri qaytarılmışdır. 4. MPM-nın 47.2 maddəsinə əsasən mülki materialların fotosurətini çıxarmaq üçün 13 avqust 2008-ci il, 09 iyun 2010cu il və 30 avqust 2010-cu il tarixli müraciətlərimə Naxçıvan Şəhər Məhkəməsi tərəfindən yenə də rəsmi cavab verilməkdən imtina edildi. 5. Naxçıvan MR AM MİÜK-na müraciətimdən sonra AM MİÜK-in sədrinin göstərişilə 12 fevral 2008-ci il tarixdə Naxçıvan Şəhər Məhkəməsinin icraçı nümayəndəsi Cəlal Hüseynov ilə elmi tədqiqat materiallarımın, həmçinin tədris vəsaitlərimin bir qismini götürmək üçün qeydiyyatında olduğum, zorakılıqla çıxarıldığım, uzun illər yaşadığım yeganə yaşayış yerim olan mənzilimə yerləşdirilən və qanunsuz qeydiyyatda saxlanılan, vəzifəli məmurlar tərəfindən himayə edilən Türkiyə Respublikası vətəndaşı Topçu Dürrü tərəfindən buraxılmadım. Açar yeri sındırılmış iş otağımın qapısının kilidi dəyişdirildiyindən öz açarımla bağladığım qapını aça bilmədik və heç bir əşyamı götürmədən evimdən çıxarıldım. Məhkəmə icraçısı Cəlal Hüseynovun qapını açmaq cəhdləri də boşa çıxdı. Bu faktın rəsmiləşdirilməsi üçün Naxçıvan Şəhər Məhkəməsinə dəfələrlə müraciətimə baxmayaraq, sonda Naxçıvan Şəhər Məhkəməsindən qovuldum və Naxçıvan Şəhər Məhkəməsinin sədri H.Məmmədov tərəfindən qarşı tərəfi himayə edildiyindən bu faktı da aktlaşdırmaqdan imtina etdi. Nəticədə mənə külli miqdarda maddi və mənəvi ziyan vuruldu, beynəlxalq nüfuzuma xələl gətirildi, elmi fəaliyyətim iflic vəziyyətinə salındı, mənəvi-psixoloji təzyiqlər üzündən sağlamlığımı itirdim, uzun müddət müxtəlif xəstəxanalarda davamlı olaraq müalicələr aldım. Bu məsələ ilə əlaqədar aidiyyəti dövlət orqanlarına, səlahiyyətli şəxslərə dəfələrlə müraciət etsəm də 2005-ci ildən bu günə kimi Naxçıvandakı mövcud hakimiyyət tərəfindən müraciətlərimə birmənalı olaraq baxılmasa da, Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev tərəfindən Naxçıvanda aparılan yeni islahatlar nəticəsində nəhayət Naxçıvandakı hakimiyyət dəyişikliyindən sonra müraciətimə Naxçıvan Şəhər Məhkəməsi tərəfindən baxıldı və iş № 2(078)-305, xx.xx.2024-cü il tarixli qərarı ilə illərlə yaşadığım mənzilə məcburi köçürülməm haqqında qətnamə qəbul edildi. Vaxtilə uzun illər yaşadığım və qeydiyyatında olduğum mənzildən məni əsassız və qanunsuz olaraq zorakılıq ilə çıxaran Türkiyə vətəndaşı Topçu Dürrünün 19 noyabr 2023-cü ildə vəfatından sonra öz mənzilimə qayıtmaq üçün onun 2008-ci ildə ailə quraraq mənzili tərk etmiş, haliyyədə ailəsi ilə birlikdə Atatürk 33 ünvanında yaşayan qızı Türkaya müraciət edib mənzilin açarlarını istədim, lakin gözlənilməyən qarşıdurma ilə üzləşdim. Anasının ölümündən sonra açarları mənimsəyib mənzili qanunsuz zəbt edən Türkay qeyri-etik formada çox tərbiyəsiz davranış sərgiləyərək anası kimi polis və prokurorluq orqanlarının, eyni zamanda müxtəlif vəzifəli şəxslərin adından təhqir və təhdidlərlə məni evə buraxmayacağını, qayınatası Rəsulun mənzili mənim əlimdən alana qədər sonuna qədər arxasında dayanıb, onun üçün nə lazımsa edəcəyini bildirərək mənim öz evimə qayıtmağıma ciddi əngəl törətdi. Qeyd edək ki, Rəsullu Türkay 2008-ci ildən ailə quraraq ünvan 11 ünvanını öz istəyi ilə tərk edərək getdiyi ünvan 12z yaşayır, mənim yaşadığım mənzilə ehtiyacı yoxdur. T.Dürrünün vəfatından sonra, mənzilin açarlarını götürüb yaşamadığı mənzili zəbt etməklə kifayətlənməyən İddiaçıovlar ailəsi ilə birlikdə mənzildəki bütün əşyaları boşaldaraq hətta anamdan qalan köhnə qazanları, samovarı, yemək stolunu (satdığını etiraf edir), bütün otaqların və mətbəxin qapılarını da çıxarıb aparmışlar. Mənzilə daxil olarkən tamamilə boşaldılmış mənzildə nəinki mənə, heç Türkaya da aid heç bir əşya yox idi. Bu fakt isə Türkayın bu mənzildə yaşamadığını təsdiq edir. Məhkəmə icraçıları tərəfindən mənzilin açarları mənə verildiyi zaman mənim bağlı qoyub getdiyim otağımın qapısının sındırıldığını, tamamilə boşaldıldığını və həmin otaqda şəxsən mənə məxsus bütün əşyalarımın (mebel, bilgisayar, yazı makinası, stol və digər əşyalarla birlikdə bütün kitablarım, əlyazmalarım, elmi-tədqiqat materiallarım və s.) talan edildiyini, bütün otaqların və mətbəxin qapılarının çıxarılıb aparıldığını görüb həmin anda bu vəziyyəti aktlaşdırmaq üçün Naxçıvan Şəhər İcra Hakimiyyətinə müraciət etdim, İcra hakimiyyətindən göndərilən nümayəndə gördüyü bu vəziyyəti aktlaşdırmasa da, bir neçə fotoşəkil çəkib getdi. Elə həmin an öz şəxsi telefonumla çəkdiyim video və foto materiallar da mənzilin Türkay tərəfindən tamamilə boşaldıldığını və evdə ona aid heç bir əşyanın olmadığını təsdiq edir ki, bu fakt da onun bu mənzildə yaşamadığını, eyni zamanda vəkili Vəkil tərəfindən imzalanmış iddia tələbində "aldığım məlumata görə (bu məlumat Türkaya kim tərəfindən verilib?) həmin mənzildə mənə məxsus əşyaları da atmaq və dağıtmaqla mənim əmlak hüququmu pozmaqdadır” şəklində yazılan bu ifadənin tamamilə yalan və böhtan olduğunu təsdiq edir. Çəkiliş zamanı balkonun zibilliyə çevrildiyi açıq şəkildə görünür, hətta bu mənzildə kişi cinsinin olmamasına baxmayaraq, balkonda toplanan zibillərin arasında çoxlu siqaret qutuları və çəkilmiş siqaret kötüklərinin olması da bu evdə yaşayışın olmadığını, mənzilin tamamilə başqa məqsədlə istifadə olunduğunu təsdiq edən diqqəti cəlb edən fakt kimi ortaya çıxdı. Çəkiliş zamanı ortaya çıxan bu faktlar Vəkil imzası ilə təsdiq olunmuş iddia ərizəsində “mənzilin zəruri təmizliyi” ifadəsinin də tamamilə yalan olduğunu sübut edir. Faktiki olaraq Naxçıvan şəhər Atatürk 33 ünvanda Rəsulovlar ailəsi ilə birlikdə villada yaşayan 2 övladı olan Türkayın ailəsinin Bakıda, Naxçıvanda və Şahtaxtında bir neçə yerdə mənzilləri vardır. Hətta həddi-büluğa çatmayan oğlunun belə Bakı şəhərində və Naxçıvanda adına mənzillər alındığını söyləyən Türkayın özünün dediyinə görə Bakıda şəxsi ofisi var, çox yüksək maddi imkanlara malikdir. Anasının ölümündən sonra qeydiyyatında olduğum və uzun illər yaşadığım yeganə yaşayış yerim olan mənzilə qayıtmaq üçün açarları istədiyimdə ciddi əngəl törədən Türkaya dəfələrlə müraciətimə baxmayaraq, məni mənzilə buraxmayacağını söylədi. Mən də məcbur qalıb Naxçıvan Şəhər Polis Şöbəsinə müraciət etdim. Müraciətimə bu günə qədər PŞ-dən rəsmi cavab verilməsə də, orada izahat yazdığımız zaman bu məsələ ilə bağlı yalnız məhkəməyə müraciət etməyimi tövsiyə etdilər. Mən də məcbur qalıb 2024-cıi ilin yanvar ayında mənzilə məcburi köçürülməm ilə bağlı Naxçıvan Şəhər Məhkəməsində iddia qaldırdım. Heç bir hüquqi əsası olmadan zorakılıqla mənzili tamamilə zəbt edən Türkay bir neçə dəfə məhkəməyə gəlmədi, məhkəmə prosesində aydın oldu ki, R.Türkay Nizami 53A/34 ünvanında yaşamadığından bildiriş ona çatmamışdır, buna görə də məhkəmədə iştirak etmir. Daha sonra məhkəmənin gedişatında mənim mənzil hüquqlarım bərpa ediləcəyi təqdirdə hakim qarşısında çəkinmədən açıq şəkildə cinayət baş verəcəyini ifadə edərək süni əngəllər yaratmaqla, təhdidlə məni öz mənzilimə buraxmayacağını bildirdi. Lakin bütün əngəllərə baxmayaraq Naxçıvan Şəhər Məhkəməsinin 30 aprel tarixli qətnamənin icrası məhkəmə icraçıları tərəfindən 22 iyul 2024-cü il tarixdə yerinə yetirilərək mənzilə köçürülməm üçün açarlar mənə təqdim olundu. İlk dəfə iyul ayının əvvəllərində evə köçürülməmə ciddi əngəl törədən Türkayın ikinci dəfə 22 iyul 2024-cü il tarixdə icra məmurlarına açarları təqdim edib gedərkən hərəkət və davranışlarından, ifadələrindən aydın olurdu ki, bundan sonra da mənim üçün müxtəlif formada təxribatlar törədəcək və əngəllər yaradacaqdır. Evə daxil olarkən qapısını bağlayıb əşyalarla dolu qoyduğum otağın tamamilə boşaldıldığını, qapısının vəhşicəsinə sındırıldığını, bütün əşyalarımın onlar tərəfindən mənimsənildiyini, evin tamamilə darmadağın edilərək antisanitariya şəraitində yaşayış üçün tamamilə yararsız vəziyyətinə salındığını gördüm. (məni mənzilə yerləşdirən icra məmurları da bu vəziyyətin şahidi oldu. DVD-dəki videolar və fotoşəkillər də sübut kimi işə əlavə edilmişdir). Bu 20 ildə Türkay bu mənzildə yaşamasa da, anası ilə birlikdə mənzildə mənə aid bütün əşyaları mənimsəyib talamış, anasının ölümündən sonra da açarları mənimsəyib mənzildən kommersiya məqsədi ilə istifadə edərək qazanc əldə etmiş, mənzildə qalan digər əşyaları satmaqla, bütün əmlakımı, şəxsi kitabxana və arxivimi dağıtmış, geyim və zinət əşyalarıma qədər satıb mənfəət əldə etmişdir. Sadəcə mənim şəxsi əşyalarımı deyil, hətta mənzilə ciddi zərər vurmuş, manim bağlı qoyub getdiyim otağımın qapısını sındırmış, digər otaqların və mətbəxin qapılarını, hətta balkonun dövlət tərəfindən qoyulmuş standart dəmir çəpərini də kəsib aparmışlar. Bu da Azərbaycan Respublikasinın Cinayət Məcəlləsinin 183-cü maddəsində Xüsusi dəyəri olan əşyaları talama və 183.1-ci bəndində Xüsusi tarixi, elmi, ədəbi və ya mədəni dəyəri olan əşyaları və ya sənədləri üsulundan asılı olmayanıq talama; 183.2.3. bu Məcəllənin 183.1-ci maddəsində göstərilən əşyaların və ya sənədlərin məhv olmasına, korlanmasına və ya dağıdılmasına səbəb olduqda səkkiz (8) ildən on beş (15) ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bununla da mənə məxsus olan bütün şəxsi əşyalarım, əqli mülkiyyətimə aid çoxsaylı elmi-ədəbi əsərlərimin əlyazması, illərlə şəxsi ekspedisiyalarım zamanı topladığım elmi tədqiqat materiallarım (audio, video kassetlər, fotoplyonkalar, tarixi fotoşəkillər, müxtəlif ölkələrin arxivlərindən əldə etdiyim çox qiymətli tarixi arxiv sənədləri), bütövlükdə şəxsi arxivim, (buraya masaüstü bilgisayarım (komüterim), yazı makinam da daxil olmaqla), qazandığım elmi mükafatlar, 4 mindən çox kitabı olan şəxsi kitabxanam və mənə məxsus digər qiymətli əşyalarım Topçu Dürrü və onun qızı Rəsullu Türkay tərəfindən tamamilə mənimsənilib məhv edildiyindən bu gün elmi tədqiqat işlərimi dayandırmaq məcburiyyətində qalmışam. Anası ilə birlikdə Türkayın mənimsəyib sataraq qazanc əldə etdiyi və ya məhv etdiyi həmin qiymətli əşyalarımın əsas bir qisminə aşağıdakılar daxildir: 1. Əqli mülkiyyətimə aid çoxsaylı elmi - ədəbi əsərlərimin əlyazması: Buraya daxildir: namizədlik və doktorluq dissertasiyalarımın ilk əlyazma qaralama nüsxəsi və bu işlə əlaqədar topladığım elmi materiallar, tarixi arxiv sənədləri, eyni zamanda nəşrə hazır olan elmi-ədəbi əsərlərim: a) “Ölüm hökmü” adlı roman (37-ci il repressiya qurbanlarına həsr olunmuş əsər); b) “Qisas” (20 yanvar və Xocalı soyqırımına həsr olunmuş əsərimin əlyazması); c) “Kölgə”, “Cəhənnəm qapısı” və “Yağmur qoxusu” adlı povestlərimin əlyazması; d) “Hər çinardan bir yarpaq" adlı Türk xalqlarının əsərlərindən ibarət hazırladığım ədəbi toplu; e) “Qaradəniz yörəsinin toponimik mənzərəsi” (Elmi monoqrafiya); f) “Dil tariximizin qan yaddaşı” adlı nəşrə hazırladığım elmi məqalələrimdən ibarət elmi monoqrafiya; g) “Güney rüzgarı” nəşr üçün hazırlanmış (Güney Azərbaycan ziyalılarının yaradıcılığına həsr olunmuş) elmi-tədqiqat işim; h) “Qaranlıqdan doğan işıq” ədəbi toplu; i) Uşaq teatrı üçün yazdığım “İsti çörək” və “Əlmərdan kişinin nağılı” adlı ssenarilərim; j) Dünyanın müxtəlif ölkələrinin mətbu orqanlarında nəşr olunmuş elmi məqalələrimin çap olunmuş orijinal variantları. 2. Ekspedisiya zamanı elmi tədqiqatlarında əlaqədar xarici ölkələrdən gətirdiyim nadir kitablar, qədim mənbələr, tarixi arxiv sənədləri və çox qiymətli əlyazmalar. 3. Ölkə xaricində və ölkə daxilində şəxsi ekspedisiyalarım zamanı topladığım digər elmi materiallarım və xarici ölkələrdən gətirdiyim nadir qiymətli kitablar, tarixi fotoşəkillər. 4. İki ədəd səs yazmaq üçün diktafon və bir ədəd fotoaparat. 5. 4 mindən (4000) çox kitabı olan şəxsi kitabxanam, stolüstü bilgisayarım və yazı makinam, əlavə olaraq İstanbulda 1500 nüsxədə nəşr olunmuş “X6 Yer Adları” adlı ilk kitabımın da ayrıca iddiaçı və onun anası tərəfindən yandırıldığını öyrəndim. 6. Mənə məxsus digər şəxsi əşyalarım (buraya geyim və zinət əşyalarım daxildir düşünürəm bu çox da önəmli deyil amma yenə də qeyd etdim). 7. Bütövlükdə şəxsi arxivim: buraya daxildir: beynəlxalq tədbirlərdə aldığım xüsusi mükafatlar, sertifikatlar, fotoşəkillərim, audio və video kassetlər, bilgisayarda yazılmış yazılarımın yaddaş kartları olan hard disklər, fotoplyonkalar, öz şəxsi əlyazmalarında bərabər, xarici ölkələrdən gətirdiyim qədim əlyazmalar. 8. Namizədlik dissertasiyamla əlaqədar olaraq Azərbaycan Respublikası Prezidenti X40 Komissiyası üçün hazırlanmış sənədlərin nüsxəsi. 9. X41 Teleradio Şikətində hazırladığım “Qardaş türk ellərindən soraq”, “Yurdumuz yurddaşlarımız”, "Qardaşlıq körpüsü”, “Müdriklərimizin söz xəzinəsindən”, “Təbrizə gedən yollar” adlı silsilə müəllif proqramlarımın üzü köçürülmüş video və audio kassetləri lent yazıları. 10. 2000-ci ildə namizədlik dissertasiyamın müdafiəsindən sonra X21 iş yoldaşlarımın özlərinin əl işləri olan və mənə hədiyyə etdikləri bir neçə qiymətli sənət əsəri və tablolar: buraya daxildir: mis üzərində döymə sənəti “Leyli və məcnun” tablosu. “Mənzərə” tablosu (rəsm əsəri), şair Məhəmməd Hadinin portreti, dəmir üzərində döymə sənəti “Tənha qadın” portreti, X48 xanımın hədiyyə etdiyi “İnci çiçəyi” adlı ebru əl işi (rəsm tabosunun bir növü), Bütöv Azərbaycanın qədim tarixi xəritələri: 11. Ali məktəblər üçün xeyli sayda dərsliklərim və dərs vəsaitlərim. 12. “Belorus” markalı 3 ayaqlı fortepiano. 13. Qonaq otağı üçün divarboyu mebel. 14. Masaüstü bilgisayarım (kompüter) və yazı makinam 15. Qiymətli məişət əşyalarım (buraya öz əmək haqqımla aldığım bahalı yemək və çay dəstləri, digər əşyalar və s.) Elmi fəaliyyətimə çox ciddi təsir edən və siyahıda göstərilən bu elmi tədqiqat materiallarında yanaşı, mənə məxsus olan digər şəxsi əşyalarım-geyim və zinət əşyalarım da həmin mənzildə qalmış iddiaçı və onun anası tərəfindən mənimsənilmiş və məhv edilmişdir. Bu faktı ərizəyə əlavə olunmuş Naxçıvan MR AM MİÜAK-in xx.xx.2005-cı il tarixli qərardadının surəti də təsdiq edir. Bu 20 ildə Türkay və anasının mənə yaşatdığı mənəvi sarsıntılar nəticəsində uzun illər müxtəlif xəstəxanalarda aldığım müalicələri də bu siyahıya əlavə etsək, bu günə qədər mənə vurulan maddi zərərin miqdarını müəyyənləşdirmək daha da çətinləşir. Onu da diqqətinizə çatdırmaq istəyirəm ki, doğulduğu ilk gündən anası tərəfindən atılan Türkayı anamla mən birlikdə böyütmüşük. Hətta uşaq bağçasına verməmişik, hər səhər özümlə iş yerimə aparır, günortadan sonra anam işdən qayıtdıqdan sonra anam baxırdı. Türkayın sağlam və qayğısız böyüməsi üçün əlimdən gələni etmişəm, maddi və mənəvi sıxıntılarına imkan verməmişəm. Təhsil alması üçün bütün maddi və mənəvi qayğılarını da mən çəkmişəm. Naxçıvanda bizi tanıyan kimdən soruşulsa hər kəs bunu təsdiq edər. Möhtərəm Hakim, evdən çıxarıldığım bu 20 ildə iddiaçı və onun anası tərəfindən antisanitariya vəziyyətində saxlanılan mənzil yaşayış üçün tam yararsız hala salındığından evə köçürülərkən xeyli miqdarda maliyyə vəsaiti xərcləyərək mənzili təmir etdirmək məcburiyyətində qaldım. Onu da qeyd etmək istəyirəm ki, qarşı tərəfin əksinə olaraq mən mənzilə yerləşdirilirkən iddiaçıya heç bir zorakılıq və təzyiq göstərməmişəm. Çünki iddiaçı faktiki olaraq mənzildə yaşamadığından icra məmurları ilə mən evə köçərkən heç bir münaqişə olmadan açarları onların yanında təhvil verib getmişdir. Bir aydan çox müddətdə mənzildə təmir işləri aparılarkən bir dəfə də evə gəlməmiş, təmir üçün heç bir yardım göstərməmişdir. Qapının kilidi xarab olduğundan dəyişdirmək məcburiyyətində qaldım. Türkay da bu evdə yaşamadığından açarları ona vermədim. Vaxtilə evdən çıxarılarkən şəxsi əşyalarında dolu olan bağladığım otağın qapısını vəhşicəsinə sındırıb bütün əşyalarımı talan etməsi və hakim qarşısında çəkinmədən açıq şəkildə "mənim mənzil hüquqlarım bərpa ediləcəyi təqdirdə cinayət baş verəcəyini” söyləməsi həyati təhlükəsizliyim üçün bir təhdid olduğundan mən açarları ona vermədim. Buna görə də Vəkil imzası ilə təsdiq olunmuş iddia ərizəsində mənə qarşı göstərilən 16.1; 27.1; 152.2; 152.3; 162; 164.1; 560.2. və digər maddələrlə mənim üzərimə heç bir hüquqi öhdəlik qoyula bilməz. Çünki qarşı tərəfin əksinə olaraq, onun bu evdə heç bir şəxsi əşyası olmadığından mən ona aid heç bir əmlakı, hətta kiçik bir əşyanı belə mənimsəməmişəm, ziyan vurmamışam. Əksinə 20 ildir ki, mən qarşı tərəfin anası və özü tərəfindən zorakılığa məruz qalmaqla bütün əmlakım onlar tərəfindən mənimsənilib və talan edilib. Əgər vəkil belə düşünürsə, o zaman maddi sübutlarını məhkəməyə təqdim etməlidir. Əks halda qanunamüvafiq tədbir görülməlidir. Vəkil E.D. Aslanovun imzası ilə təsdiq olunmuş iddia ərizəsində 1982-ci il Azərbaycan SSR-in (Sovet Sosialist Respublikası) Mənzil məcəlləsinin 123-cü maddəsi ilə tələbi də tamamilə əsassızdır. Çünki 42 il bundan öncə hazırda heç bir hüquqi əsası olmayan sovet dövrünün qüvvədən düşmüş qərarı 1991-ci ildə müstəqillik əldə etmiş bir dövlətin qanunu sayıla bilməz. Azərbaycan Konstitusiyasının Maddə 75. əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə — bayrağına, gerbinə və himninə hörmət etməlidir. Düşünürəm ki, sovet dövrünün hüquqi statusunu itirmiş qanunları əsasında müstəqil Azərbaycan Respublikasının vətəndaşına qarşı iddianın irəli sürülməsi ən azından Azərbaycanın dövlət müstəqilliyinə qarşı bir xəyanətdir. Vəkildə MPM-nin 53-cü maddəsində əsas gətirdiyi “mülkiyyətçi' tərəfindən ailə üzvlərinə verilən yaşayış sahəsinin olduğunu təsdiq edən hansı sənəd mövcuddur? Onu da qeyd etmək istəyirəm ki, anam X5 “mülkiyyətçisi" yox mənzilin "icarədarı” olmuşdur. Çünki mənzil özəlləşdirilməmiş, Naxçıvan Şəhər İcra Hakimiyyətinin balansında olan mənzildir. Onu da qeyd etmək lazımdır ki, onların bu qanunsuz əməlləri nəticəsində mənə həm də çox böyük mənəvi zərər də dəymişdir: elmi-tədqiqat materiallarımın, qədim əlyazmalarımın Türkay və onun ailəsi tərəfindən məhv edilməsi uzun müddət (20 ilə yaxın) kirayə qaldığım evlərdə keçirdiyim iztirablar, mənəvi sarsıntılar, elmi fəaliyyətimə ciddi ziyan vurmuş, nəticədə sağlamlığımı itirərək uzun müddət tədqiqat işlərimi dayandırmaq məcburiyyətində qalmışam. Mən evi tərk etdikdən qısa bir müddət sonra hətta anamın ölümünün məndən gizlədilməsi və ölüm ayağında belə onunla görüşməyimə icazə verməmələri faktı da bu ölümün müəmmalı olması haqqında şübhələrimə əsas verir. Yuxarıda göstərilən hallara əsasən bildirmək istəyirəm ki, 2008-ci ildən ailə quraraq mənzili tərk edib fasiləsiz olaraq Atatürk 33 ünvanında yaşayan, hətta anasının ölümündən sonra mənzildə qalan son əşyaları da daşıyıb ailəsi ilə birlikdə yaşadığı Atatürk 33 ünvanına aparan, evdə qalan son əşyaları da satıb qazanc əldə edən Türkayın məndən mənzilin açarlarını tələb edərək mənzilə köçürülmə iddiasının əsassız olduğuna öz etirazımı bildirərək işin hüquqi hallarını diqqətinizə çatdırmaq istəyirəm. R.Türkayın ərindən boşandığı üçün yaşayış yeri olmadığı bəhanəsi ilə əlaqədar məndən mənzil tələbinin heç bir hüquqi əsası yoxdur. Boşandığı üçün aliment və yaşadığı ünvandan yaşayış hüququ tələbini qanunamüvafiq şəkildə ərindən və onun ailəsindən tələb etməlidir. Boşandığı halda uşağına aliment verilməməsi və o mənzildəki hüquqlarının təmin edilməməsi ilə məndən israrla mənzil və ya maddi tələbin irəli sürülməsi faktı da şübhə doğran bir hal kimi dəyərləndirilməlidir. Ailəsindən bu tələbi etmək əvəzinə, Türkayın israrla məndən mənzil və ya maddi tələbinin arxasında sevimli qayınatası Rəsulovlar ailəsinin dayandığını açıq ifadə edir. Qeyd olunanlara əsasən hesab edirəm ki, Rəsullu Türkay yalan da olsa, mənzildə uzun müddət anası ilə yaşadığını israrla söyləyirsə, o zaman talan edilmiş bütün əmlakımın məsuliyyəti də onun üzərindədir və iddiaçı mənə vurduğu maddi və mənəvi zərərə görə cavabdehdir. Odur ki, şərh edilənlərə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 21-23, 1097.1, 1196.1 və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 4,149 və 151-ci maddələrinin tələblərinə əsasən məhkəmədən xahiş edirəm ki, iddiaçı X13 məndən mənzilin açarlarını tələb etməsi və qızı ilə mənim yaşadığım mənzilə köçürülməsi iddiasının tamamilə əsassız olduğu; Mənzil Məcəlləsinin 60-cı maddənin birinci hissəsinə əsasən “icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır”, həmin məcəllənin 87-ci maddəsinin ikinci hissəsinə əsasən isə “icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edildiyini nəzərə alıb, həmin mənzildə yaşamaq hüququnun itirilməsi və mənzilin uçot qeydiyyatından çıxarılması Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186-1-ci və 3- cü; maddələrində mülkiyyət əleyhinə olan “əmlakı qəsdən məhv etmə və ya zədələmə” “özgənin əmlakını qəsdən məhv etmə və ya zədələməklə külli miqdarda ziyan vurulması; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 183-cü maddəsində “Xüsusi dəyəri olan əşyaları talama”, 183.1. bəndində xüsusi tarixi, elmi, ədəbi və ya mədəni dəyəri olan əşyaları və ya sənədləri üsulundan asılı olmayaraq talama; Göstərilən faktların cinayət xarakterli əməllər olduğunu nəzərə alıb, mənim qapını bağlayaraq evdə qoyub getdiyim dövrdə məhv edilmiş, dağıdılmış və ya talan edilmiş kitabxanam, elmi-tədqiqat materiallarım, bütövlükdə şəxsi arxivimin araşdırılması və axtarışı üçün cinayət işinin açılaraq istintaqa göndərilməsi; Qeydiyyatda olduğu üçün mənzildən ona çatacaq maddi dəyərin hesablanması və qarşılığında mənə vurduqları külli miqdarda maddi və mənəvi zərərlə kompensasiya edilərək ödənilməsi; Anası T.Dürrünün vəfatından sonra qanunsuz olaraq 19 noyabr 2023-cü il tarixdən 22 iyul 2024-cü il tarixədək mənim öz mənzilimdə yaşamağıma süni əngəl törətdiyini və əmlakım üzərində istifadə hüququndan məhrum edərək mənə vurduğu maddi və mənəvi zərəri nəzərə alıb, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 21-23, 1097.1, 1196.1 və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 4, 149 və 151-ci maddələrinin tələblərinə əsasən 20 illik kirayə haqqımın, əlavə olaraq mənə məxsus şəxsi əşyalarımı məhv etməklə mənə vurduğu külli miqdarda maddi və mənəvi zərərin ödənilməsi barədə qətnamə qəbul edəsiniz”. Cavabdeh-iddiaçı Cavabdeh 26 dekabr 2024-cü il tarixdə məhkəməyə “şahidlərin dindirilməsi və İddiaçı iddiasının əsassız hesab edilərək rədd edilməsi və yaşayış hüququnun itirilməsi haqqında” vəsatət göndərərək vəsatətdə qeyd etmişdir ki, “2008-ci ildə ailə quraraq öz istəyi ilə daimi yaşamaq üçün Naxçıvan şəhər Atatürk 33 ünvanına köçən və bu günə kimi fasiləsiz olaraq həmin ünvanda yaşayan Türkiyə Respublikasının vətəndaşlığını qəbul edərək orada yaşayan bacım X27 Türkayın adından onun vəkili və nümayəndəsi Vəkil imzası ilə mənə qarşı “maneələrin aradan qaldırılması və yaşayış yerinə köçürülmə tələbinə dair” ərizə əsasında iddiaya baxılması üçün Naxçıvan Şəhər Məhkəməsi tərəfindən 18 oktyabr 2024-cü il tarixli, № 2(078)-1371/2024 qərardad qəbul edilmişdir. Bildirirəm ki, qeyd olunan mülki iş (qarşılıqlı iddia) üzrə cavabdeh-iddiaçı olaraq mən Cavabdeh məhkəmədə iddiaçı-cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq “yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması və vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə” qətnamə qəbul edilməsi”ni məhkəmədən xahiş etmişəm. Məhkəmə prosesində mənim tərəfimdən “Qarşılıqlı iddia” və “Etiraz ərizəsi” ilə birlikdə məhkəməyə təqdim edilmiş rəsmi sənədlər və digər sübutlar İddiaçı vəkili və nümayəndəsi Vəkil imzası ilə təsdiq olunmuş iddiada mənə qarşı irəli sürülən 1. “işi ilə əlaqədar mənzildən ayrılmış və uzun müddət yaşamamışdır”; 2. “Türkay tərəfindən mənzilin təmizliyinə nəzarət edilməsi”; 3. 164-cü maddə əsasında sahibin iradəsi olmadan sahiblikdən məhrum etmə; 4. Türkaya məxsus əşyaları atmaq və dağıtmaq, 5. Faktiki olaraq Atatürk 33 ünvanında ailəsi ilə birlikdə yaşayan İddiaçı yalan ifadə verərək guya ünvan 11 ünvanında yaşadığını iddia etməsi; 6. Vəkilin əsas gətirdiyi MPM-nin 53-cü maddəsinə görə “mülkiyyətçi tərəfindən ailə üzvlərinə verilən yaşayış sahəsinin olduğunu təsdiq edən heç bir rəsmi sənədi məhkəməyə təqdim etməməsini; 7. Mənzildə bütün otaqların, eləcə də mətbəxin qapılarının onlar tərəfindən çıxarılıb aparıldığı halda məndən “mənzilin daxili qapıların açarlarını tələb etmə” kimi ittihamların böhtan və yalan olduğunu sübutlarla təsdiq edir. Sübut kimi məhkəməyə təqdim edilmiş rəsmi sənədlər, fotoşəkillər, video yazılarla yanaşı, həmin iddia tələbim üzrə bir çox faktların olmasını təsdiqləyəcək şahidlər vardır ki, onların şahid qismində məhkəmə baxışında dindirilməsi zərurəti var. Qeyd etmək istərdim ki, Cinayət Məcəlləsinin müvafiq qanunlarında məhkəməyə yalan ifadə vermə və ya böhtançılıqla bağlı maddələr Cinayət Məcəlləsinin 147 və ya 148-ci maddələri ilə tənzimlənir. Yuxarıda qeyd edilənlərə əsasən, hesab edirəm ki, İddiaçı tərəfindən mənə qarşı irəli sürülən tələblər yalan və böhtan xarakterli olduğunu təsdiq edən və mənim tərəfimdən məhkəməyə təqdim edilmiş rəsmi sənədlər və digər sübutlara məhkəmə tərəfindən hüquqi qiymət verilərkən, məhkəməyə təqdim edilmiş sənədlərə və sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra, iddiaçının əsassız iddia tələbinə həmin sübutlar tətbiq edilməli və Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən hüquq normalarına müvafiq olaraq qiymət verilməsi üçün məhkəmə prosesində əlavə şahidlərin dindirilməsinə imkan yaradılmasını xahiş edirəm. Ona görə də aşağıda göstərilən şəxslərin şahid qismində məhkəmədə dindirilməsini Sizdən xahiş edirəm: 1. X23 - Şəxsiyyət vəsiqəsi: AA4089417. FİN: 4M20A2Z. Ünvan: Naxçıvan şəhəri, Nizami küçəsi, bina-53A, ev-38. 2. X29 - Şəxsiyyət vəsiqəsi: AA5921741. FİN: 1P8UMCA. Ünvan: Naxçıvan şəhəri, Ş.M.Xiyabani küçəsi, ev-14. Onu da qeyd etmək istəyirəm ki, iddiaçının yaşamadığı halda açarlarını tələb etdiyi və haliyyədə mənim yaşadığım ünvan 11 ünvanlı mənzil özəlləşdirilməyən, Naxçıvan Şəhər İcra Hakimiyyətinin mülkiyyətində olan mənzildir. Buna görə də faktiki olaraq 2008-ci ildə ailə quraraq öz istəyi ilə daimi yaşamaq üçün köçdüyü Atatürk 33 ünvanında yaşadığından, eyni zamanda 2-ci dərəcəli şəxs olduğundan qanunamüvafıq olaraq İddiaçı mənzildə heç bir pay hüququna malik deyildir. Bunu təsdiq edən rəsmi hüquqi sənədlərdən biri də Naxçıvan Şəhər Məhkəməsinin 30 aprel 2024-cü il tarixli qətnaməsidir ki, bu qətnamədə İddiaçı ünvan 11 ünvanında hər hansı bir formada pay hüququ olduğu göstərilməmişdir. Lakin buna baxmayaraq, 2023-cü il anası Topçu Dürrünün vəfatından sonra mənzilin açarlarını mənimsəyərək mənim öz evimdə yaşamağıma ciddi əngəl törətmiş olsa da, İddiaçı sözügedən mənzildə yaşamamış, mənim mənzil hüquqlarımı pozmaqla mənzili kirayə verərək xeyli miqdarda qazanc əldə etmiş, mən isə hər ay 500 (beş yüz) manat kirayə haqqı ödəyərək kirayədə yaşamışam. Möhtərəm Hakim, Naxçıvan Şəhər Məhkəməsində “mənzilə məcburi köçürülməm” ilə əlaqədar mənim iddiam əsasında keçirilən məhkəmə prosesinin gedişatını izləmiş olsanız İddiaçı ifadələri də həmin mənzildə yaşamadığını və mənzili şəxsi ofisinə çevirərək gələcəkdə də yalnız kommersiya məqsədi ilə istifadə edəcəyini təsdiq edir. Onu da qeyd etmək istəyirəm ki, İddiaçı çox ciddi psixoloji problemləri var. Özünün dediyinə görə uzun müddət müalicə almışdır. Bu faktı mənim iddiamla bağlı keçirilən məhkəmə prosesində hakim qarşısında çəkinmədən açıq şəkildə mənim mənzil hüquqlarım bərpa ediləcəyi təqdirdə cinayət baş verəcəyini söyləməsi də təsdiq edir. Ona görə də qərar qəbul edərkən bu faktın da mənim həyati təhlükəsizliyim üçün ciddi təhdid olduğunu nəzərə almanızı Sizdən xahiş edirəm. 18 oktyabr 2024-cü il tarixdən başlayan və keçirilən məhkəmə proseslərində 05 dekabr 2024-cü ildəki prosesə qədər iştirak etməyən İddiaçı çox güclü maddi imkanlara malikdir, hal hazırda Bakı şəhərində yaşayır, hətta özəl televiziya şirkətlərinə maddi cəhətdən sponsorluq edir, qayınatasının həyətində ona ayrıca evin tikildiyindən bəhs edir, hətta həddi-buluğa çatmayan oğlunun, eləcə də ailə üzvlərinin adına Bakıda və Naxçıvanda, eləcə də Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndində çoxsaylı mənzillərinin olduğunu deyir. Anasının vəfatından sonra məhkəmə qərarı ilə mənim köçürüldüyüm ünvan 11 ünvanındakı mənzildə yaşamadığı halda mənzili kirayə verərək kommersiya məqsədi ilə istifadə etməsi də göstərir ki, İddiaçı bu mənzildə yaşamağa ehtiyacı yoxdur. Hətta özünün istər mənim iddiamla bağlı qaldırdığım məhkəmə prosesində verdiyi ifadələr, istərsə də 05.Xİİ.2024-cü il tarixli keçirilən məhkəmə prosesində mənimlə birgə yaşamaq istəmədiyini ifadə etməsi göstərir ki, Rəsulovlar ailəsinin təkidi və israrı ilə mənzili bütövlükdə mənim əlimdən almaq istəyən İddiaçı məqsədi həmin mənzildən sadəcə kommersiya məqsədi ilə istifadə etmək üçündür. Buna görə də iddiaçı-cavabdeh İddiaçı mənim hüquqlarımı pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması bəndin maddələrini rəhbər tutub Sizdən xahiş edirəm ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi isə eyni əməllərin külli miqdarda əmlak əldə etmək məqsədi daşıdığından, məhkəmə tərəfindən sübutlara qiymət verilərkən məhkəməyə təqdim edilmiş sənədləri və şahidlərin söylədikləri diqqətə alınaraq, qanunamüvafiq şəkildə İddiaçı iddiasının əsassız hesab edilərək rədd edilməsi və yaşayış hüququnun itirilməsi barədə qərar çıxarasınız”. Cavabdeh-iddiaçı Cavabdeh 21 yanvar 2025-ci il tarixdə məhkəməyə “şahidlərin məhkəmə prosesində iştirakının və dindirilməsinin dayandırılması haqqında” vəsatət göndərərək vəsatətdə qeyd etmişdir ki, “İddiaçı adından onun vəkili və nümayəndəsi Vəkil imzası ilə mənə qarşı “maneələrin aradan qaldırılması və yaşayış yerinə köçürülmə tələbinə dair” ərizə əsasında iddiaya baxılması üçün Naxçıvan Şəhər Məhkəməsi tərəfindən 18 oktyabr 2024-cü il tarixli, № 2(078)-1371/2024 qərardad qəbul edilmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil imzası ilə təsdiq olunmuş iddia ərizəsində mənə qarşı irəli sürülən (25 dekabr 2024-cü il tarixli vəsatətdə qeyd olunan) ittihamların böhtan, yalan və əsassız olduğunun sübut və təsdiq edilməsi üçün mənim tərəfimdən “Qarşılıqlı iddia” və “Etiraz ərizəsi” ilə birlikdə məhkəməyə təqdim edilmiş rəsmi sənədlər və digər sübutlarla yanaşı, 25 dekabr 2024-cü il tarixdə vəsatət qaldıraraq 07 yanvar 2025-ci il tarixdə keçiriləcək növbəti məhkəmə prosesində dindiriləcək şahidlərin siyahısını məhkəməyə təqdim etdim. 07 yanvar 2025-ci il tarixdə saat 11:30-da keçirilən növbəti məhkəmə prosesinə gedərkən adları vəsatətdə göstərilən şahidlərlə birlikdə məhkəməyə getdim. Keçirilən bu prosesdə şahidlər dindirilmədi. Hakim tərəfindən şahidlərin qarşıdakı prosesdə dindiriləcəyi qeyd edildikdən sonra, həmin prosesdə mənim qaldırdığım vəsatət haqqında məlumat verilərkən şahidlərin adları çəkildi. Məhkəmə prosesindən bir neçə saat sonra aydın oldu ki, iddiaçı-cavabdeh İddiaçı və vaxtilə Azərbaycan Respublikası MTN-in naziri olmuş Eldar Mahmudovun yaxın qohumu olan qayınatası Rəsul Rəsulovun dəstəyi ilə mənim şahidlərimə, eyni zamanda onun Bakı şəhərində yaşayan ailə üzvlərinə, həmçinin yaxın qohumlarına ciddi təzyiqlər edilmiş, işdən çıxarılmaqla, ailəsi ilə təhdid olunmuşlar. Bu isə şahidlərimin ailə üzvləri və yaxın qohumları arasında ciddi problemlər yaratmışdır. Möhtərəm Hakim, onu da qeyd etmək istəyirəm ki, ilk məhkəmə prosesində mənim vəkilimin olmaması ilə bağlı verdiyiniz suala da eyni şəkildə cavab verərək bildirmişdim ki, mənim iddiamla bağlı məhkəmə prosesindən sonra iddiaçı-cavabdeh İddiaçı tərəfindən mənim vəkilimə qarşı edilən ciddi təzyiq və təhdidlər üzündən məhkəməyə vəkilsiz çıxmaq məcburiyyətində qalmışam. Möhtərəm Hakim, onu da diqqətinizə çatdırmaq istəyirəm ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin balansında icarədar kimi anamın adına olan və qeydiyyatında olduğum yeganə yaşayış yerim, hazırda yaşadığım ünvan 11 ünvanındakı mənzili tamamilə ələ keçirmək məqsədi ilə anasının ölümünə qədər mənimlə heç bir münaqişəsi olmayan Türkay arasında bu süni münaqişəni yaradan onun gəlin getdiyi Rəsulovlar ailəsidir. Mənim yaşadığım mənzili sahiblənmək üçün Türkay tərəfindən atılan bu addımların arxasında vaxtilə Naxçıvan MR Maliyyə Nazirliyində yüksək vəzifədə işləyən qayınatası Rəsul Rəsulov (hazırda işdən çıxarılmışdır) dayanır. Türkayın bu cür addımlar atması üçün arxasında vaxtilə yüksək vəzifələrdə işləyən Rəsulovlar ailəsindən başqa kimsə yoxdur və ola da bilməz. Çünki Türkayın bu cür radikal addımlar atması üçün arxasında başqa heç bir güc ola bilməz. Prosesdə Türkayın müxtəlif vəzifəli şəxslərin və polislərin adından mənə qarşı işlətdiyi qeyri-etik, rüsvayçı ifadələri də bu işin arxasında Rəsulovlar ailəsinin dayandığını açıq şəkildə təsdiq edir. Bu fakt isə bu gün 20 ildə mənim müraciətlərimə baxılmamasının bəzi gizli məqamlarına aydınlıq gətirməyə, eyni zamanda icarədar kimi anamın adına olan və qeydiyyatında olduğum mənim yeganə yaşayış yerim ünvan 11 ünvanındakı mənzili tamamilə ələ keçirmək üçün bu işin arxasında da məhz Rəsulovlar ailəsinin dayandığını söyləməyə əsas verir. Möhtərəm Hakim, onu da diqqətinizə çatdırmaq istəyirəm ki, mənim mənzilə köçürülməm ilə əlaqədar X12 sədrliyi ilə keçirilən ilk məhkəmə prosesində də Rəsulovlar ailəsinin təkidi ilə mənim öz mənzilimdə yaşamağıma ciddi əngəl törədən İddiaçı Rəsulovlar ailəsi ilə birlikdə, onlara arxalanaraq öz qanunsuz əməllərinə haqq qazandırmaq üçün eyni hərəkətləri və davranışları nümayiş etdirərək məhkəmə prosesində sadəcə məni deyil, eyni zamanda hakimi də Hacı Nuran, Ağır Cinayətlər Məhkəməsinin sədri Hüseyn Məmmədov və s. bu kimi tanınmış, vəzifəli şəxslərin adından açıq şəkildə təhdid etməkdən çəkinmirdi. Lakin məhkəmənin qəbul etdiyi qətanəmədən sonra apellyasiya şikayəti belə verməyə cürəti çatmadı. Möhtərəm Hakim, məhkəmə prosesində qarşı tərəfin sadəcə mənə qarşı deyil, eyni zamanda məhkəmənin gedişatına da təsir etmək üçün heç bir əsas olmadan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ailə üzvlərinin adını çəkməsi, eyni zamanda həddini aşaraq polis əməkdaşlarının adından şərəf və ləyaqətimi alçaldan təhqiramiz rüsvayedici yalan və böhtan xarakterli ifadələri ilə hakim və məhkəmə zalında əyləşənlərin qarşısında açıq şəkildə təhqir və təhdid etməsi İddiaçı tərəfindən məhkəmə prosesinin gedişatına hüquqazidd müdaxilə və açıq təhdid kimi dəyərləndirilməli və məhkəmə qətnaməsində öz əksini tapmalıdır. Qeyd etmək istərdim ki, təhqir, yəni kütləvi çıxışlarda şəxsiyyətin şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaltma nümayiş etdirildiyi halda Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən müvafiq qanunda göstərildiyi kimi min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bununla belə, hədə-qorxu ilə tələb etmə bilavasitə zərər çəkmiş şəxsin əmlakının ələ keçirilməsi ilə müşayiət olunmaqla cinayətlərin real məcmusunu yaratdığı hallarda zorun xarakterindən asılı olaraq bu hərəkətlər hədə-qorxu ilə tələb etmə ilə yanaşı həm də soyğunçuluq və ya quldurluq kimi tövsif edilməlidir. Möhtərəm Hakim, onu da diqqətinizə çatdırıram ki, 2008-ci ildən bu günə kimi davamlı olaraq ailəsi ilə Atatürk 33 ünvanında birlikdə yaşayan İddiaçı öz dili ilə mənzildə yaşamadığını, kirayə verib qazanc əldə etdiyini, eyni zamanda Kanadaya gedib bundan sonra orada yaşayacağını açıq şəkildə bəyan edən ifadələrini və mənə qarşı təhdidiedici təhlükəli davranışlarını nəzərə alıb Sizdən xahiş edirəm ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1. və 3.2-ci maddəsi ilə eyni əməllər külli miqdarda əmlak əldə etmək məqsədi daşıdığından, məhkəmə tərəfindən sübutlara qiymət verilərkən məhkəməyə təqdim edilmiş rəsmi sənədlər və digər sübutlar, eyni zamanda qarşı tərəfin mənim şahidlərimə qarşı hüquqazidd hərəkətləri diqqətə alınaraq, 25 dekabr 2024-cü il tarixli vəsatətdə adları qeyd olunan şahidlərin dindirilməsi dayandırılsın və 2008-ci ildə ailə quraraq öz istəyi ilə mənzili tərk edərək Rəsulovlar ailəsinə gəlin gedən İddiaçı nə anasının ölümündən öncə, nə də ölümündən sonra 2008-ci ildən bu günə qədər sözügedən mənzildə yaşamadığını, mənzildən yalnız kommersiya məqsədi ilə istifadə edərək qazanc əldə etdiyini, anasının ölümündən sonra sadəcə ailəmizə aid olan daşınmaz əmlakı deyil, eyni zamanda şəxsən mənə məxsus bütün əşyalarımı mənimsədiyini, 20 il ərzində anası ilə birlikdə mənə vurduqları külli miqdarda maddi və mənəvi ziyanı, eləcə də məhkəmə prosesində bütün iştirakçıların qarşısında təhqir və təhdidlərini nəzərə alaraq, gələcəkdə də İddiaçı tərəfindən Rəsulovlar ailəsinin dəstəyi ilə mənə qarşı törədiləcək cinayətlərin qarşısının alınması üçün mənim və Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar və rəsmi sənədlər əsasında Mənzil Məcəlləsinin 60 maddəsinə əsasən İddiaçı adından Vəkilun imzası ilə təsdiq olunmuş yalan və böhtan xarakterli iddianın qanunamüvafiq olaraq əsassız hesab edilərək rədd edilməsi və İddiaçı Nizami 53 A ev 34 ünvanında yaşayış hüququnun itirilməsi və qeydiyyatdan çıxarılması barədə qərar çıxarasınız”. Mülki iş üzrə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Naxçıvan Şəhər İcra Hakimiyyətinə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Naxçıvan Şəhər İcra Hakimiyyəti məhkəmə baxış iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı-cavabdeh İddiaçı izahatında nikahının pozulduğunu, ancaq nikah pozulduqdan sonra məcbur olaraq keçmiş həyat yoldaşının evində qaldığını, özünün işi ilə əlaqədar olaraq tez-tez başqa şəhər və ölkələrə getdiyini, uşaqlarına da qayınanasıgilin baxdığını, anası rəhmətə getdikdən sonra yasını da, digər mərasimlərini də özünün etdiyini, mirası da özünün qəbul etdiyini, məhkəmə qərarı əsasında cavabdehin evə qayıtdığını, ondan sonra bütün kilidləri dəyişdirdiyini, hüquq mühafizə orqanlarına müraciət etdiyini, məhkəməyə müraciət etməli olduğunun bildirildiyini, başqa çarə olmadığını, özünün də övladları ilə birlikdə o evdə yaşamaq istədiyini, ya da evi adlarına özəlləşdirib sataraq pulu bölüşə biləcəklərini, yemək stolunun özünün olduğunu, özünün o evə gətirdiyini, daha sonra da apardığını, o evdən getdiyi zaman apardığının stol və ütü olduğunu, heç bir fotoşəkilə belə dəymədiyini, qarşılıqlı iddianı qəbul etmədiyini, özünün qeyd edilən əşyalardan xəbəri olmadığını, bir dəfə həmin evə getdiyi zaman anasının özünün gəlib əşyalarını apardığını dediyini, qaldığı yerin yoxlanılmasını, əgər ona aid əşya varsa, götürə biləcəyini, özünün heç bir əşyanı götürmədiyini, onun psixoloji problemlərinin olduğunu qeyd etdiyini, özünün problemləri olduğunu, özünün şahid gətirmək istədiyini, lakin problem yaşamaq istəmədikləri üçün də gəlmədiklərini, anası vəfat etdikdən sonra bir müddət qızı ilə həmin mənzildə yaşadığını, qızının nitq qüsurlu olduğunu, nənəsi ilə qalmaq istədiyini, ona bağlı olduğunu, ona görə daha sonra orada yaşadıqlarını, təqdim etdiyi arayışlardan da kommunal ödənişlərini həyata keçirməyinin göründüyünü, sadəcə son 3 ayın ödənişlərini cavabdeh-iddiaçının etdiyini, 2008-ci ildə ailə həyatı qurub həmin evdən çıxdığını, onların ədəb çərçivəsində ayrıldıqlarını, ona görə evlərində yaşaya bildiyini, lakin o evdə sığıntı kimi yaşadığını, özünün işi ilə bağlı səyahət etdiyini, o zaman uşaqlara da nənələrinin baxdığını, evi sadəcə 1 ay 250 manata kirayəyə verdiyini, qarşılıqlı iddianı qəbul etmədiyini, ağlasığan olmadığını, özünün o evdən sadəcə özünə məxsus ütü və yazı stolunu götürdüyünü, həmin mənzildən yaşayış və istifadə hüququnun təmin edilməsini istədiyini, cavabdeh-iddiaçı həmin mənzilə köçürülməyinə razı deyilsə də, evin özəlləşdirilməsini və payının ona verilməsini istədiyini, keçmiş həyat yoldaşının ailə həyatı quracağını, artıq onların evində yaşamağının da qeyri-mümkün olacağını, qeydiyyatda olduğu evdə yaşamaq istədiyini, başqa qalacaq yeri olmadığını, evin açarlarının anası sağ olanda özündə də olduğunu, anası vəfat etdikdən sonra bir müddət də orada yaşadığını, daha sonra icraçıların gəlib və bütün əşyaları bir otağa yığıb açarı onlara təhvil verib evdən çıxdığını, evə qayıtmaq istədiyi zaman da qapının kilidinin dəyişdirildiyini gördüyünü, polisə müraciətindən sonra da məhkəməyə müraciət etməli olduğunun deyildiyini bildirərək ilkin iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı-cavabdehin vəkil və nümayəndəsi Vəkil izahatında iddianı müdafiə etdiklərini, cavabdehin özünün də həmin mənzilin mülkiyyətçisi olmadığını, 20 ildir orada yaşamadığını qeyd etdiyini, yaşayış və istifadə hüququnun da bu yaxınlarda bərpa edildiyini, iddiaçının ailə həyatı quranadək həmin mənzildə yaşadığını, ailə qurandan sonra da anası xəstə olduğu üçün ona baxmağa getdiyini, qarşılıqlı iddia ərizəsinə etiraz etdiklərini, iddiaçı-cavabdehin ümumiyyətlə qarşılıqlı iddia ərizəsində qeyd edilən əşyalardan məlumatı olmadığını, dolayı yolla da onun tərəfindən əşyaların götürülmədiyini, iddiaçı-cavabdehin uzun müddət o evdə yaşamadığını, bu səbəbdən əşyalarla bağlı məlumatı olmadığını, cavabdeh-iddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması və yaşayış yerinə köçürülmə tələbi ilə iddia qaldırdıqlarını, hal-hazırda da iddianı müdafiə etdiklərini, iddiaçı-cavabdeh İddiaçı uzun müddətdir ki, mübahisəli mənzildə qeydiyyatda olduğunu, həmçinin son zamanlara kimi həmin mənzildən yaşayış və istifadə hüququ da olduğunu, İddiaçı nikaha daxil olduğu üçün həmin mənzildən köçdüyünü, lakin mənzildə iddiaçı-cavabdehin anasının yaşadığını, İddiaçı da mütəmadi olaraq o evə gedib-gəldiyini, anasına qulluq etdiyini, eyni zamanda cavabdeh-iddiaçının mənzilin İddiaçı tərəfindən kirayə verildiyini qeyd etdiyini, əslində bu ifadənin özünün də İddiaçı evdən istifadə hüququ olduğunu, evin açarının onda olduğunu təsdiq etdiyini, iddiaçı-cavabdehin hal-hazırda keçmiş ailə üzvlərinə məxsus evdə, onlarla birgə yaşadığını, həm İddiaçı, həm də keçmiş həyat yoldaşının gənc olduqlarını və yenidən ailə həyatı qura biləcəklərini, bu səbəbdən İddiaçı mübahisəli mənzildə yaşayış və istifadə hüququnun təmin edilməsinin olduqca vacib olduğunu, qarşılıqlı iddiaya münasibətdə isə həmin iddianın absurd iddia olduğunu, qeyd edilən əşyaların mövcudluğu barədə sübut belə olmadığını bildirərək ilkin iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh-iddiaçı Cavabdeh izahatında iddianı qəbul etmədiyini, anası xəstə olduğu vaxt Türkayın orada olmadığını, özünün yanvar ayı məhkəmədə iddia qaldırdığı zaman cavabdeh İddiaçı dəfələrlə məhkəmə iclasına gəlmədiyini, məhkəmə tərəfindən bildirişin ona çatdırılmadığı, çünki orada yaşamadığının deyildiyini, bunun özünün bir fakt olduğunu, özünün kirayədə yaşadığını, Novruz Bayramında xonça apardığını, tez-tez onlara gəlib-getdiyini, kitablarının yandırıldığını, 9 il zirzəmidə yaşadığını, özünün evini polislərin basdığını, qanunsuz axtarışlar aparıldığını, özünün o evdən öz xoşu ilə getmədiyini, Türkaya dəfələrlə gəlib onunla qalmasını istədiyini, ayrıldığı halda o evdə qalmasının uyğun olmadığını dediyini, İddiaçı psixoloji problemləri olduğunu, özünün qayınanasıgilin onu zincirlədiklərini dediyini, bu iddianı da qayınatasının qaldırdığını, Türkayın anasının ölümündən sonra artıq kirayədə qala bilmədiyini, ondan açarı verməsini xahiş etdiyini, qayınanasının sözləri ilə ona kobud şəkildə cavab verdiyini, məhkəmə iclasında da açarı verməyəcəyini, polislərin gəlib almasını dediyini, özünün yeganə varisinin Türkay olduğunu, hər şeyinin ona qalacağını da bildiyini, Türkayın hal-hazırda həyat tərzinin də normal olmadığını, Türkayı özünün oxutduğunu, təhsil haqqını ödədiyini, bəzi faktlarla bağlı prokurorluğa müraciət etdiyini, evə getdiyi zaman fotoşəkillərdən də göründüyü kimi hər yerin siqaret kötükləri olduğunu, evin çox pis vəziyyətdə olduğunu, ona görə də həmin vaxt İcra Hakimiyyətinə müraciət etdiyini, evdə hal-hazırda heç nəyi qalmadığını, özünün əziyyətlərlə tarixi arxiv sənədləri gətirdiyini, hamısının yandırıldığını, iddiaçının açarı öz xoşu ilə təhvil verdiyini, evi təmir etdiyi vaxt o evə bir dəfə də olsun gəlmədiyini, evi satsalar belə özünün başqa yerdə ev almağa imkanı olmayacağını, eyni zamanda iddiaçının o evdə hüququ da olmadığını, 2005-ci ildən kirayədə yaşadığını, 1982-ci ildə qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin 123-cü maddəsinə istinad etdiklərini, lakin Azərbaycan Respublikasının 1993-cü ildən müstəqil olduğunu və 42 il əvvəlki qanunun hal-hazırda əsaslı və qüvvədə ola bilməyəcəyini nəzərə almaq lazım olduğunu, mənzildə təmizlik işlərinin aparıldığının qeyd edildiyini, lakin heç bir təmizlik işi aparılmadığını, bu yaxınlarda Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidovanın onu çağırdığını, dediklərini onun da təsdiq etdiyini, özünün 9 il kirayədə yaşadığını, təsadüfən onların da evinin həmin ərazidə olduğundan Ramilə xanımın evdə başqalarının qaldığını təsdiqlədiyini, iddiaçı tərəfin həmin mənzili kommersiya məqsədi ilə istifadə etdiyini, evin açarını istəməsinə səbəbin sadəcə təxribat törətmək olduğunu, iddiaçınını rəfiqəsi İlkanə ilə onlara gedib-gəldiyini, Rəfiqəsinin də yanında Türkaydan boşandığı halda keçmiş həyat yoldaşının evində necə qaldığını soruşduğunu, özünün Türkayı sosial şəbəkələrdə gördüyünü, çox yüngül həyat tərzi keçirdiyini, hər şeyi keçmiş həyat yoldaşının ailəsinin etdiyini, ona zəng edib pul istədiklərini, evin daxili qapılarının açarını istədiyini, İcra Hakimiyyətinin nümayəndələrinin də iştirakı ilə icra nümayəndəliyinin işçilərinin də şahidi olduqlarını, mənzildə heç bir daxili qapı olmadığını, açarı da olmadığını, iş otağını bağladığını, onu da qırdıqlarını, əgər iddiaçının gəlib həmin mənzildə yaşasa, özü üçün heç yaxşı olmayacağını, qiymətli kağızlarının, arxiv sənədlərinin yox olduğunu, heç bir hüquq mühafizə orqanının onun bu məsələsinə baxmadığını, indiyə kimi heç nə üçün iddia qaldırmadığını, Türkaya birlikdə yaşamağı, ya da evi satıb hər ikisinə də ev almağı təklif etdiyini, heç nəyə razı olmadığını, evdə hər şeyin talandığını, salamat heç nə olmadığını, Türkayın keçmiş həyat yoldaşının ailəsinin guya ona “erməni” və “bic” dediyini dediklərini, Türkayın anasının ailə qurub getdiyini, üzərindən 3-4 ay keçdiyini, rəfiqəsi Baharın zəng edib Dürrünü zirzəmiyə atdıqlarını, kirayə pulunu 4 aydır onun ödəyib, bazarlıq etdiyini dediyini, gedib Dürrünü götürüb öz evlərinə gətirdiyini, Dürrünün qayınatasının onlara gəlib Dürrü ilə yoldaşının həmin evdə yaşamasını istədiyini, özünün də icazə vermədiyini, o zaman “erməni” söhbəti keçdiyini, yəni elə bir söz dediyi qənaətinə necə gəlindiyini bilmədiyini, qarşılıqlı iddiasının hüquqi əsasları olduğunu, iddiaçıcavabdehin vəkili və nümayəndəsi Vəkil iddiaçı-cavabdehin qarşılıqlı iddia ərizəsində qeyd edilən əşyalardan məlumatı olmadığını qeyd etdiyini, lakin bunun belə olmadığını, özünün məhkəməyə təqdim etdiyi fotoşəkillərdən və digər sübutlardan qarşılıqlı iddia ərizəsinin əsaslı olduğunun göründüyünü, Ali Məhkəmənin icra məmuru Elman müəllimlə evə getdikləri zaman hər şeyin qaydasında, hər əşyanın da öz yerində olduğunu, ümumiyyətlə Türkay ailə qurana kimi hər şeyin qaydasında olduğunu, bir gün evə getdiyi zaman anasının qazanlarının otağa atıldığını, otaqda 1 stol, 3 köhnə stul qaldığını gördüyünü, ev Naxçıvan Şəhər İcra Hakimiyyətinin balansında olduğundan oradan nümayəndə çağırdığını, lakin evin fotoşəklinin çəkilmədiyini, hər hansı bir akt da tərtib edilmədiyini, Naxçıvan Şəhər İcra Hakimiyyətinə həmin məsələ ilə bağlı yazılı müraciət də etdiyini, anasının ölümünün də özü üçün bu günə qədər şübhəli olduğunu, özünün Türkayla problemi olmadığını, onun psixoloji problemləri olduğunu, anası ölən zaman X60 maşınının içərisində anasının şəklini çəkib ona göstərib “xala bax gör necə can verir” dediyini, iddiaçı-cavabdehin ailə həyatı qurub mübahisə gedən evdən çıxdığını, bir neçə evi olduğunu, hətta bir dəfə qayınatasının ona Şahtaxtıda ev vermək istədiyini, lakin şəhərdə ev istədiyini dediyini, Türkaydan nikah pozulduqdan sonra niyə onlarla qaldığını soruşanda onlardan ayrı qala bilməyəcəyini dediyini, bu iddianın onun qayınatasının oyunu olduğunu, özünü o evdən çıxarmaq istədiklərini, iddia ərizəsində uşaqlarının da o evdən hüququnun olduğunu qeyd etdiklərini, uşaqlarının o evə heç bir hüququ olmadığını, Türkayın o evə qayıtmasının həyatı üçün təhlükə olduğunu, ona hər şey edə biləcəyini, yeməyinə də nəsə qata, evə kamera da yerləşdirə biləcəyini, onun bütün gəncliyini, həyatını, sağlamlığını məhv etdiklərini, sosial şəbəkədə etdikləri ilə başını hər yerdə aşağı etdiyini, özəl kanallarda onun əleyhinə təbliğatlar apardığını, yüngül həyat tərzi keçirdiyini, onunla birgə yaşamaq istəyirdisə, hər şeyi bu həddə niyə gətirdiyini?, özünün olan hər şeyin onsuz da onun olacağını, 2 ildir boşanıbsa, indi niyə evdə yaşamağı tələb etdiyini?, indiyə qədər harada qalıdığını?, özünün açarı təhvil verib getdiyini, özünün sənədlərinin, yazılarının ortada olduğunu, onlar birlikdə yaşadıqları zaman şəxsi əşyalarına nəsə olsa, cavabdehinin kim olacağını?, özünün iddia ərizəsinə qəti şəkildə etiraz etdiyini, evə gəlmək istəməsinə səbəbin sadəcə təxribat oluğunu, öz xoşu ilə evdən getdiyini, bu səbəbdən də iddiasının təmin edilməməli olduğunu, iddia ərizələrinin məhkəmə tərəfindən geri qaytarıldığını, mahiyyəti üzrə işinə baxılmadığını, özünün evin satılmasına razı olmadığını, anası rəhmətə gedəndən sonra rəfiqəsinin yanında keçmiş həyat yoldaşının evində qalmamasını, birlikdə yaşamağı təklif etdiyini, lakin razı olmadığını, iddiaçının keçmiş ailəsindən qopa bilmədiyini, bu iddianı da onların təkidi ilə qaldırdığını, psixoloji problemləri olduğunu, ilin axır çərşənbəsi bir dəfə ona zəng edib həyətdə tonqal qalandığını, lakin qayınanasının onu həyətə düşməyə icazə vermədiyini, dərmanlarını içib yatmasını istədiyini, bununla əlaqədar müvafiq orqanlara müraciət etdiyini, vərəsə olduğunu qeyd etdiyini, lakin onun öz anasının, atasının əmlakına vərəsə ola biləcəyini, anasının evləndikdən sonra çıxıb başqa şəhərə getdiyini, daha sonra da onu ermənilərin yaşadığı zirzəmiyə atdıqlarını, özünün gedib gətirib evində baxdığını, evində Türkayın da, anasının da sığıntı kimi yaşadıqlarını, ona görə də o evdə heç bir haqqı olmadığını, Türkayın öz xoşu ilə evdən çıxıb getdiyini, 6 ay sonra onun bütün hüquqlarının itirilmiş hesab olunduğunu, həmçinin yaşayış sahəsinə ziyan vurulduğunu, evdə onun otağında sadəcə olaraq 1 stol, 3 qırıq stul qaldığını, evə basqın edildiyini, Türkayın da qaçıb onun yanına gəldiyini, özünün o evdən zorla çıxarıldığını, ona həm maddi, həm mənəvi ziyan vurulduğunu, evin adlarına özəlləşməsinə də razı olmadığını, onun heç bir hüququ olmadığını, 20 il həmin evdə yaşamadığını, çünki özünün o evdən zorla çıxarıldığını, buna görə də o evdən yaşayış və istifadə hüququnun itirilə bilməyəcəyini, evin açarlarını icraçıların yanında Türkayın ona təqdim etdiyini, evin mülkiyyətçisi olmadığını, çünki evin dövlətin mülkiyyətində olduğunu, 2005-ci ildə evdən çıxarıldığını, zirzəmidə yaşadığını, evə polisin basqın etdiyini, bunu təsdiq edəcək rəsmi sənədlər olduğunu, 9 il zirzəmidə yaşadığını, evdən çıxdığı zaman ona aid hər şeyin o evdə olduğunu, sadəcə o evdən icra məmurlarının da iştirakı ilə akt tərtib edilərək 3-4 kitab və bir neçə paltar götürdüyünü, həmin aktı itirdiyi üçün təqdim edə bilmədiyini, keçən məhkəmə iclasında iddiaçıcavabdehin özünün də evi kirayə verdiyini etiraf etdiyini, qarşılıqlı iddianın absurd olduğunu qeyd etdiklərini, özünün bütün sübutları məhkəməyə təqdim etdiyini, məhkəməyə təqdim etmədiyi çox ciddi sübutlarının da olduğunu, özünü həmin evdən zorakılıqla çıxardıqlarını, bir gün evə gəldiyi zaman bütün qapıların sındırıldığını, evin pis vəziyyətə salındığını gördüyünü, ev İcra Hakimiyyətinin balansında olduğu üçün onlara müraciət etdiyini, evə gəldiklərini, evin fotoşəkillərinin çəkildiyini, lakin hal-hazırda o fotoşəkilləri əldə edə bilmədiyini, iddiaçı-cavabdehin öz istəyi ilə ailə həyatı qurduğunu və o evdən getdiyini, şahidlərə təzyiq etdiklərini, bu səbəbdən məhkəmə iclasında iştirak etmədiklərini, anasının evin mülkiyyətçisi yox, icarədarı olduğunu, evin İcra Hakimiyyətinə məxsus olduğunu, eyni zamanda keçən məhkəmə iclasında İddiaçı burada yaşamadığını, Kanadaya gedəcəyini də qeyd etdiyini, onun evə köçürülməsi özünün həyatı üçün təhlükə olduğunu bildirərək qarşılıqlı iddianın təmin edilməsi və ilkin iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Keçirilən əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X30 izahatında iddiaçının onlara müraciət etdiyi zaman mənzilin İcra Hakimiyyətinin balansında olduğu üçün qarşı tərəflə aralarında razılaşma əldə edib evin özəlləşə biləcəyini bildirdiklərini, tərəflərindən müvafiq araşdırma aparıldığını, məhkəməyə müvafiq arayışların da təqdim edildiyini, həmin arayışlardan İddiaçı 2008-ci ildə ailə həyatı qurub mübahisəli mənzildən çıxdığının məlum olduğunu, 2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinə əsasən də şəxsin mənzildən köçməsinin şəxsin yaşayış hüququnun itirilməsinə səbəb olduğunu, iddiaçı və cavabdehin razılaşması əsasında yalnız birinin adına özəlləşdirilə biləcəyini, əgər İddiaçı o evdə yaşasaydı bu zaman ikisinin də adına özəlləşdirilə biləcəyini bildirmişdir. İddia ərizəsinə əlavə edilmiş Naxçıvan şəhər XDS İcraiyyə Komitəsi tərəfindən verilmiş 19 sentyabr 1991-ci il tarixli, 4102 nömrəli orderin təsdiq edilmiş surətindən görünür ki, vətəndaş X1 3 nəfərdən ibarət ailəsi ilə birlikdə ünvan 1 ünvanında 3 otaqdan ibarət mənzili tutmaq ixtiyarı vardır. Ailənin tərkibi kimi X43, Cavabdeh və X14 göstərilmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 15 may 2023-cü il tarixli, 1198 nömrəli Azərbaycan Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin arayışının təsdiq edilmiş surətindən görünür ki, X44 ünvan 1 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 46.55 m2 mənzildə ailə üzvləri ilə birlikdə yaşaması, evin Naxçıvan Şəhər İcra Hakimiyyətinə məxsus olması, kommunal mənzilin kirayəçisinin X10 olması, həmin mənzildə X44 (özü), Cavabdeh (bacısı) və X13 (qızı) daimi pasport qeydiyyatında olduqları göstərilmişdir. İddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-305/2024 nömrəli, 30 aprel 2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X17 qarşı mənzilə köçürülmə, yaşayış və istifadə hüququnun tanınması və təmin edilməsi tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh ünvan 17 ünvanında yerləşən mənzilin tərkib hissəsindən yaşayış və istifadə hüququ tanınmaqla həmin mənzilə məcburi köçürülməsi və iddiaçı Cavabdeh tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 27 dekabr 2023-cü il tarixdə 11490 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdeh X11 tutularaq iddiaçıya qaytarılması qət edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-176/2022 nömrəli, 06 iyun 2022-ci il tarixli qətnaməsindən görünür ki, X31 ilə X36 arasında 17 oktyabr 2008-ci il tarixdə Naxçıvan şəhər Qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanılması haqqında akt qeydləri kitabında 348 nömrə ilə qeydə alınmış nikahın pozulması və nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 08 iyul 2016cı il təvəllüdlü X37 anası X13, 13 oktyabr 2009-cu il təvəllüdlü X38 isə atası X18 yanında saxlanılması qət edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 26 iyul 2024-cü il tarixli, AZ-İ seriyalı, 433307 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı və X36 arasındakı nikah pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 11 nömrə ilə qeyd aparılmışdır. İddia ərizəsinə əlavə edilmiş Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, AZ-İ seriyalı, 164110 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.2006-cı il tarixdə yoğun bağırsaq xərçəngi səbəbi ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 324 nömrə ilə qeyd aparılmışdır. İddia ərizəsinə əlavə edilmiş Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 296843 nömrəli çıxarışdan görünür ki, X58 xx.xx.2023-cü il tarixdə kəskin respirator çatmamazlığı səbəbi ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 356 nömrə ilə qeyd aparılmışdır. İddia ərizəsinə əlavə edilmiş Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 02 sentyabr 2024-cü il tarixli, AZ-T seriyalı, 289142 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X24 və X15 birgə nikahından xx xxxxxx 1989-cu il təvəllüdlü İddiaçı adlı övladları doğulmuşdur. İddia ərizəsinə əlavə edilmiş Şərur rayon Nikah evi tərəfindən təkrar verilmiş 15 may 2023-cü il tarixli, AZ-İV seriyalı, 786991 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X45 və X2 birgə nikahından 22 fevral 1957-ci il təvəllüdlü X43 adlı övladları doğulmuşdur. İddia ərizəsinə əlavə edilmiş Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 22 avqust 2024-cü il tarixli, 2058 nömrəli arayışdan görünür ki, Rəsul X19 şəhəri, Nizami küçəsi, ev 53A, mənzil 34 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 16 aprel 2015-ci il tarixli, 120 nömrəli Azərbaycan Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin arayışının təsdiq edilmiş surətindən görünür ki, X4 ünvan 1 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 46.55 m2 mənzildə ailə üzvləri ilə birlikdə yaşaması, evin Naxçıvan Şəhər İcra Hakimiyyətinə məxsus olması, kommunal mənzilin kirayəçisinin X10 olması, həmin mənzildə X4 (özü), Cavabdeh (qızı), X44 (qızı) və X13 (nəvəsi) daimi pasport qeydiyyatında olduqları göstərilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 10 oktyabr 2024-cü il tarixli, 2072 nömrəli arayışdan görünür ki, Hacıyeva X34 şəhəri, Nizami küçəsi, ev 53A, mənzil 34 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X32, icra məmuru X33, tələbkar Cavabdeh, borclu X13 iştirakı ilə tərtib edilmiş 22 iyul 2024-cü il tarixli aktın surətindən görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-305/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı ünvan 1 ünvanında olmuş, tələbkar Cavabdeh ünvan 1 ünvanına köçürülmüş və mənzilin açarı tələbkar Cavabdeh təhvil verilmişdir. Əlavə olaraq tələbkar Cavabdeh tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 11490 nömrəli qəbzlə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi borcludan alınaraq ona qaytarılmışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 25 noyabr 2024-cü il tarixli, 4024 nömrəli arayışdan görünür ki, X9 Şəhər ünvan 20 ünvanda yaşayıb və 2008-ci ildə qızı ailə həyatı qurduğu gündən anası X59 bu ünvanda tək yaşayıb və 19 noyabr 2023-cü ildə vəfat edib. 2024-cü ildə məhkəmə qərarı ilə Cavabdeh yaşama hüququ verilib və haliyədə həmin ünvanda yaşayır. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 29 noyabr 2024cü il tarixli, 1934 nömrəli arayışdan görünür ki, ünvan 22 ünvanında X36, X31, X38 və X37 adlı vətəndaşlar yaşayırlar. X31 2008-ci ildən bu günədək övladları ilə birlikdə bu ünvanda yaşayır. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 29 noyabr 2024cü il tarixli, 1935 nömrəli arayışdan görünür ki, ünvan 22 ünvanında X36, X38 və X37 adlı vətəndaşlar qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 25 noyabr 2024-cü il tarixli, 4023 nömrəli arayışdan görünür ki, Hacıyeva X34 şəhəri, Nizami küçəsi, ev 53A, mənzil 34 ünvanında qeydiyyatdadır və onun X31 (bacısının qızı) adlı ailə üzvü var. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 06 yanvar 2025-ci il tarixli, 5029 nömrəli arayışdan görünür ki, Nizami küçəsi bina 53A, mənzil 34-ün kommunal xərclərini (istilik pulu, tullantı pulu və mənzil kira haqqı) 2023-cü ilin iyul ayınadək həmin mənzildə qeydiyyatda olmuş və yaşamış X58 tərəfindən ödənilmişdir və ödənmiş məbləğ 2024-cü ilin mart ayınadək dövrü əhatə etmişdir. X26 xx.xx.2023-cü ildə vəfat etmişdir. 2024-cü ilin mart ayından dekabr ayınadək ödənməmiş komunnal xərclərini isə həmin mənzildə qeydiyyatda olan Cavabdeh tərəfindən dekabr ayında ödənilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Regional “ASAN xidmət” mərkəzi, Kommunal (Qaz) Xidməti tərəfindən verilmiş 06 yanvar 2025-ci il tarixli arayışdan görünür ki, Naxçıvan şəhər Nizami ünvan 23 ünvanında sayğac müqaviləsi xx.xx.2006-cı il tarixində X58 adına bağlanmışdır xx.xx.2023-cü il də vəfat etmiş və qaz ödənişləri həmin ildən qızı İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Regional “ASAN xidmət” mərkəzi, Naxçıvan MR Dövlət Energetika Xidməti tərəfindən verilmiş 06 yanvar 2025-ci il tarixli, 1 nömrəli arayışdan görünür ki, Naxçıvan şəhər Nizami ünvan 23 ünvanında xx.xx.2015-ci il tarixdə quraşdırılan sayğac nömrəsi 70420817 olan smartkart tipli elektrik sayğacın müqaviləsi mərhum X46 adına bağlanılmışdır, ödənişlər qızı İddiaçı tərəfindən ödənilmişdir və son ödəniş xx.xx.2024-cü il tarixində ödənilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhər Sukanalizasiya idarəsi Naxçıvan Regional "ASAN xidmət" mərkəzi tərəfindən verilmiş 06 yanvar 2025-ci il tarixli arayışdan görünür ki, Naxçıvan şəhər Nizami ünvan 23 ünvanında 30 oktyabr 2017-ci il tarixdə 25549 mexaniki tipli su sayğacının müqaviləsi X58 adına bağlanmışdır və ödənişlər həmin tarixdən İddiaçı tərəfindən ödənilir və 1077 m3-a borcu yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə ilkin iddia tələbinin təmin edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli mənzilə köçürülməsi məsələsi həll edilərkən, ilk öncə iddiaçı-cavabdeh İddiaçı həmin mənzildən istifadə hüququnun olubolmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli Qərarında göstərilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 oktyabr 2013-cü tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. İş materialları ilə müəyyən olunur ki, iddiaçı-cavabdeh İddiaçı mübahisəli mənzildə doğularaq 2008-ci ilə kimi mübahisəli mənzildə yaşamışdır. Məhkəmə hesab edir ki, iddiaçı-cavabdeh İddiaçı ilə cavabdeh-iddiaçı Cavabdeh arasında olan mübahisəli hüquq münasibəti 2000-ci il sentyabrın 1-dən əvvəl yaranmışdır, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarlarına əsasən bu halda mübahisəyə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin (Azərbaycan SSR-in 8 iyun 1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsi) müddəaları tətbiq edilməlidir. Həmin Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmçinin iş materiallarında olan Naxçıvan şəhər XDS İcraiyyə Komitəsi tərəfindən verilmiş 19 sentyabr 1991-ci il tarixli, 4102 nömrəli orderdə X1 nəvəsi yəni, iddiaçıcavabdeh İddiaçı da adı göstərilmişdir. Məhkəmə yuxarıda qeyd edilən hallara əsasən iddiaçı-cavabdeh İddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olması qənaətinə gəlir. “İnsan hüquqları və X16 haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” 27 sentyabr 2007-ci il tarixli qərarında göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün "mülkiyyət" kimi qəbul edilə bilər. Bu işdə Məhkəmə qeyd edir ki, 2 iyun 1993-cü ildə ərizəçi sözügedən mənzilə yaşayış orderi almışdır. Sonradan daxili məhkəmələr təsdiq etdilər ki, ərizəçi yaşayış orderinin qanuni sahibidir. Bu order əsasında səlahiyyətli orqanla ərizəçi arasında "sosial kirayə müqaviləsi" deyilən müqavilə bağlanmalı idi. Bu sosial kirayə müqaviləsinin Mənzil Məcəlləsində və müvafiq hüquqi aktlarda təsbit edilmiş şərtlərinə görə, ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı idi və mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq, müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi. Belə olan halda Məhkəmə razılaşmışdır ki, ərizəçinin mənzilə olan iddialarını 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən "mülkiyyət" hesab etmək üçün kifayət qədər əsaslar var. Mahiyyət etibarı ilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və X16 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil: burada araşdırılmalı məqam işin təfərrüatlarının ərizəçinin həmin müddəada nəzərdə tutulan hüquqa aidiyyəti olub-olmamasıdır. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, § 103). Məhkəmə qeyd edir ki, 19 sentyabr 1991-ci il tarixli, 4102 nömrəli orderdə X1 ailə üzvü olaraq göstərilmiş İddiaçı mübahisəli mənzildən istifadə hüququ mövcuddur, eyni zamanda o order əsasında mülkiyyət hüququnun əldə olunmasına qanuni gözləntiyə malikdir. Bununla da ünvan 1 ünvanında yerləşən mənzildən iddiaçı-cavabdeh İddiaçı istifadə hüququ vardır. Qanunvericiliyin tələbinə əsasən mülkiyyətiçinin mülkiyyətdən istifadə etməməsi halı belə həmin mülkiyyətdə olan əmlaka olan hüququnun itirilməsi ilə nəticələnə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə görə istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Bu səlahiyyət əsasında fiziki şəxs əşyadan istifadə etməklə öz maddi və mənəvi tələbatını ödəyir. Əşyadan istifadə etmək əşyaya münasibətdə şəxsin öz mənafeləri üçün hərəkət etməsini (müxtəlif ehtiyacı və tələbatı ödəmək, fayda götürmək, gəlir, artım və bəhər əldə etmək və s.), onun köməyi ilə istehsal və ya istehlak ehtiyaclarının ödənilməsini, əşyanın sosial-təsərrüfat təyinatına uyğun olaraq istismar edilməsini ifadə edir. İstifadə obyekti mənzil olduğu halda, bu əmlakdan (mənzildən) istifadəni həmin mənzildə yaşamaq təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində hər kəsin mənzil hüququ təsbit olunmuşdur. Konstitusiyanın müddəasına görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüquqlarının öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı mübahisəli mənzildə yaşayış və istifadə hüquqlarına maneçilik törətməsi Azərbaycan Respublikası Konstitusiyasının 43-cü və İnsan Hüquqlarının və X16 Haqqında Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından iddiaçının mənzil hüquqlarına müdaxilə kimi qiymətləndirilməlidir. Ona görə də iddiaçı-cavabdeh İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə olan istifadə hüququna cavabdeh-iddiaçı Cavabdeh tərəfindən yaradılmış maneə aradan qaldırılmalı və iddiaçı-cavabdeh Rəsul X19 şəhəri, Nizami küçəsi, ev 53A, mənzil 34 ünvanında yerləşən mənzilə köçürülməlidir. Məhkməmə iddiaçı-cavabdeh İddiaçı nəzərinə çatdırır ki, iddia ərizəsinin xahiş hissəsində Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilə olan istifadə hüququna törədilən maneələrin “evin giriş qapısının və daxili qapılarının kilidini birgə istifadəyə yararlı formaya salınması, yəni açarların bir nüsxəsinin ona verilməsi və gələcəkdə kilidin dəyişdirilməsinin birgə razılıqla həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmaqla” formasında aradan qaldırılmasını tələb etsə də həmin hal icra icraatı qaydasında həll edilməli olan məsələlərdir. Məhkəmə cavabdeh-iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsində iddiaçı-cavabdeh İddiaçı ünvan 4 ünvanında yerləşən mənzilin tərkib hissəsindən yaşayış və istifadə hüquqlarının itirilmiş (saxlanılmayan) hesab olunmasını tələb etməsinə münasibətdə belə qeyd edir ki, cavabdeh-iddiaçı Cavabdeh qarşılıqlı iddiasının həmin hissədə təmin edilməsi üçün əsaslar yoxdur. Belə ki, 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə, mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Lakin bu maddə həmin şəxslər arasında razılaşmanın formasını və reallaşmasının şərtlərini müəyyən etməməklə məsələni tərəflərin öhdəsinə buraxmış, yaşayış sahəsindən istifadə qaydası və xərclərdə iştirakın məbləği haqqında əmələ gələn mübahisələrin məhkəmə yolu ilə həllini müyyənləşdirmişdir. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin: 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində (İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir) və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. “Respublika Məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 1992-ci il 16 oktyabr tarixli, 2 №-li qərarının (1994-cü il 20 may tarixli, 4 №-li və 1998-ci il 25 mart tarixli, 4 №-li qərarlarında edilmiş dəyişikliklərlə) 8-ci bəndində göstərilir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, qanunla daha uzun müddət nəzərdə tutulmamışdırsa, müvəqqəti olaraq başqa yerə getmiş kirayəçinin və onun ailə üzvlərinin yaşayış sahəsinə hüququ altı ay müddətinə saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, bununla əlaqədar mübahisə yarandıqda, maraqlı şəxslərin iddiaları üzrə məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmə kirayəçinin və onun ailə üzvünün üzrlü səbəblərdən müəyyən edildiyindən artıq müddətə başqa yerə getdiyini müəyyən etdikdə, iddianı təmin etmir. Yuxarıda qeyd edilən normalardan da görünür ki, qanunvericilikdə şəxsin yaşayış və istifadə hüququnun itirilməsi əsasları qeyd edilmişdir. Qeyd edilən normaları işin halları ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə belə hesab edir ki, iddiaçı-cavabdeh İddiaçı 2008ci ildə nikaha daxil olaraq ünvan 1 ünvanında yerləşən mənzildən gedərək 2022-ci ildə nikahı pozulduqdan sonra həmin mənzilə qayıtsa da, ilkin iddia tələbinə münasibətdə məhkəmənin qeyd etdiyi hallardan da görünür ki, 19 sentyabr 1991-ci il tarixli, 4102 nömrəli orderdə X1 ailə üzvü olaraq göstərilmiş İddiaçı mübahisəli mənzildən istifadə hüququ mövcuddur, eyni zamanda o, order əsasında mülkiyyət hüququnun əldə olunmasına qanuni gözləntiyə malikdir. Qanuni gözləntiyə malik olduğu halda isə həmin mənzildə yaşamadığı halda belə həmin mənzildən istifadə hüququnu itirmiş hesab edilə bilməz. Qanunvericiliyin tələbinə əsasən mülkiyyətçinin mülkiyyətindən istifadə etməməsi onun mülkiyyət hüququnun itirilməsi ilə nəticələnə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutların aşağıdakılar ola biləcəyi qeyd edilmişdir: -vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; -mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; -mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; -mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; -miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Qeyd edilənlərə münasibətdə isə məhkəmə belə hesab edir ki, məhkəmədə işin araşdırılması zamanı iddiaçı-cavabdeh İddiaçı anası olan 19 sentyabr 1991-ci il tarixli, 4102 nömrəli orderdə X1 ailə üzvü olaraq göstərilmiş X25 ölümündən sonra iddiaçıcavabdeh İddiaçı tərəfindən ondan qalmış miras əmlakın qəbul edilməsi faktı aşkar edilmişdir. Belə ki, iddiaçı-cavabdeh İddiaçı anası X43 vəfat etdikdən sonra ünvan 1 ünvanında yerləşən mənzilin açarları iddiaçı-cavabdeh İddiaçı olmuş, iddiaçı-cavabdehin özünün də məhkəmə iclasında verdiyi ifadəsində 1 aylıq həmin mənzili kirayəyə verdiyini qeyd etmişdir. Həmçinin iş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-305/2024 nömrəli, 30 aprel 2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X17 qarşı mənzilə köçürülmə, yaşayış və istifadə hüququnun tanınması və təmin edilməsi tələbinə dair iddiasının təmin edilməsi və Cavabdeh ünvan 17 ünvanında yerləşən mənzilin tərkib hissəsindən yaşayış və istifadə hüququ tanınmaqla həmin mənzilə məcburi köçürülməsi qət edilmişdir. Həmin qətnamədən də görünür ki, cavabdeh qismində X31 tanınmışdır. Bu hal isə özlüyündə iddiaçı-cavabdeh İddiaçı tərəfindən anasının ölümündən sonra ünvan 1 ünvanında yerləşən əmlakı qəbul etməsi faktını təsdiq edir. Məhkəmə qeyd edir ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-305/2024 nömrəli, 30 aprel 2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Həmçinin məhkəmə onu da qeyd edir ki, X25 ölümündən sonra iddiaçı-cavabdeh İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə vərəsəlik hüququ baxmayaraq ki, order əsasında yaranmışdır, lakin qanunvericiliyin tələbinə əsasən həmin order çıxarışa bərabər tutulur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” 29 iyun 2004-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddiaçı hazırki mənzilə mülkiyyət hüququna qanuni gözlənti hüququ olduğundan həmçinin anasının adı orderdə göstərildiyindən və anasının ölümündən sonra həmin evi idarə edərək mirası qəbul etdiyindən onun həmin evdən istifadə hüququ itirilə bilməz. Qanunvericiliyin tələbinə əsasən vərəsə mirası qəbul etdiyi andan onun mülkiyyəti sayılır. Məhkəmə cavabdeh-iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsində ünvan 4 ünvanındakı mənzildə istifadəsində olmuş otağından götürülmüş əşyalarının dəyəri olan 709.500 (yeddi yüz doqquz min beş yüz) manat pulun iddiaçı-cavabdeh İddiaçı alınaraq ona ödənilməsini tələb etməsi hissəsinə münasibətdə isə belə qeyd edir ki, cavabdehiddiaçı Cavabdeh qarşılıqlı iddiasının həmin hissədə də təmin edilməsi üçün əsaslar yoxdur. Belə ki, cavabdeh-iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsində, məhkəməyə göndərdiyi etiraz ərizələrində və məhkəməyə verdiyi izahatlarında ünvan 4 ünvanındakı mənzildə istifadəsində olmuş əşyalarının iddiaçı-cavabdeh İddiaçı tərəfindən götürüldüyünü, satıldığını və ya yandırıldığını iddia etsə də, cavabdeh-iddiaçı Cavabdeh nəinki həmin əşyaların iddiaçı-cavabdeh İddiaçı tərəfindən götürülməsini, hətta həmin əşyaların mövcudluğunu da təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, iddiaçıcavabdeh İddiaçı isə məhkəməyə verdiyi izahatlarında bu halları təkzib etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Həmçinin həmin Qərarda formalaşdırılmış hüquqi mövqeyə əsasən Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Bu zaman hakimin tərəflərlə apardığı müzakirə, iddianın uğurluluğu perspektivi barədə izahlar verməsi və bununla bağlı işin məhkəmədən kənar həlli (barışıq yolu ilə) istiqamətində müzakirələr aparması hakimin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməli və hakimə etiraz üçün əsas olmamalıdır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və X16 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Cavabdeh-iddiaçı Cavabdeh isə qarşılıqlı iddia tələbinin əşyaların dəyərinin tələb edilməsinə dair hissəsinin əsaslılığını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Həmçinin cavabdeh-iddiaçı Cavabdeh 21 yanvar 2025-ci il tarixdə məhkəməyə göndərdiyi “şahidlərin məhkəmə prosesində iştirakının və dindirilməsinin dayandırılması haqqında” vəsatətində qeyd etmişdir ki, “Möhtərəm Hakim, məhkəmə prosesində qarşı tərəfin sadəcə mənə qarşı deyil, eyni zamanda məhkəmənin gedişatına da təsir etmək üçün heç bir əsas olmadan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ailə üzvlərinin adını çəkməsi, eyni zamanda həddini aşaraq polis əməkdaşlarının adından şərəf və ləyaqətimi alçaldan təhqiramiz rüsvayedici yalan və böhtan xarakterli ifadələri ilə hakim və məhkəmə zalında əyləşənlərin qarşısında açıq şəkildə təhqir və təhdid etməsi İddiaçı tərəfindən məhkəmə prosesinin gedişatına hüquqazidd müdaxilə və açıq təhdid kimi dəyərləndirilməli və məhkəmə qətnaməsində öz əksini tapmalıdır”. Məhkəmə həmin halla bağlı cavabdeh-iddiaçı Cavabdeh diqqətinə çatdırır ki, cavabdeh-iddiaçı tərəfindən verilmiş şahidlərin dindirilməsi haqqında vəsatət əsasında həmin vəsatətdə qeyd edilən hər iki şahid rəsmi qaydada məhkəmə iclasına dəvət edilmiş, ancaq məhkəmə baxış iclasında iştirak etməmişlər. Qeyd edilən halla bağlı məhkəmə baxış iclasında cavabdehiddiaçı Cavabdeh fikri alınmış, cavabdeh-iddiaçı şahidlərin iştirakı olmadan məhkəmə iclası keçirilməsinə etirazı olmadığını bildirmiş və şahidlərin iştirak etməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Bunu nəzərə alan məhkəmə tərəfindən məhkəmə baxış iclası təxirə salınmamış və işə mahiyyəti üzrə baxılaraq yekun məhkəmə aktı qəbul etmişdir. Həmçinin məhkəmə onu da qeyd edir ki, cavabdeh-iddiaçı Cavabdeh vəsatətində qeyd etdiyi həmin hallar, heç bir sübut olmadığından əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə ilkin iddia təmin edilməli olduğundan iddiaçıcavabdeh İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdeh-iddiaçı Cavabdeh alınaraq iddiaçı-cavabdeh İddiaçı ödənilməlidir. Həmçinin qarşılıqlı iddia rədd edilməli olduğundan cavabdeh-iddiaçı Cavabdeh tərəfindən qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 999.50 (doqquz yüz doxsan doqquz manat əlli qəpik) manat dövlət rüsumu cavabdeh-iddiaçı Cavabdeh özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -ilkin iddia təmin olunmalı; -iddiaçı-cavabdeh İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildən istifadəsinə cavabdeh-iddiaçı Cavabdeh tərəfindən yaranmış maneə aradan qaldırılmalı; - iddiaçı-cavabdeh Rəsul X19 şəhəri, Nizami küçəsi, ev 53A, mənzil 34 ünvanında yerləşən mənzilə köçürülməli; -ilkin iddia qaldırılan zaman iddiaçı-cavabdeh İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdeh-iddiaçı Cavabdeh alınaraq iddiaçı-cavabdeh İddiaçı ödənilməli; -qarşılıqlı iddia rədd edilməli; -qarşılıqlı iddia qaldırılan zaman cavabdeh-iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 999.50 (doqquz yüz doxsan doqquz manat əlli qəpik) manat dövlət rüsumu cavabdehiddiaçı Cavabdeh özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq

q ə t e t d i:

İlkin iddia təmin edilsin. İddiaçı-cavabdeh İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildən istifadəsinə cavabdeh-iddiaçı Cavabdeh tərəfindən yaranmış maneə aradan qaldırılsın. İddiaçı-cavabdeh Rəsul X19 şəhəri, Nizami küçəsi, ev 53A, mənzil 34 ünvanında yerləşən mənzilə köçürülsün. İlkin iddia qaldırılan zaman iddiaçı-cavabdeh İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdeh-iddiaçı Cavabdeh alınaraq iddiaçı-cavabdeh İddiaçı ödənilsin. Qarşılıqlı iddia rədd edilsin. Qarşılıqlı iddia qaldırılan zaman cavabdeh-iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 999.50 (doqquz yüz doxsan doqquz manat əlli qəpik) manat dövlət rüsumu cavabdehiddiaçı Cavabdeh özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar