Məhkəmə qərarları › İş №2(078)-678/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-678/2023

08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-678/2023 08.06.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 10284 manat 19 qəpik (on min iki yüz səksən dörd manat on doqquz qəpik) manat borc məbləğinin, ödənilmiş vəkil xərcinə görə 400 (dörd yüz) manat və 122 (yüz iyirmi iki) manat dövlət rüsumunun, ümumilikdə 10806.19 (on min səkkiz yüz altı manat on doqquz qəpik) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq ərizədə qeyd etmişdir ki, Cavabdeh 01 aprel 2019-cu il tarixində aralarında bağlanmış müqavilə əsasında sürücü-ekspeditor vəzifəsinə işə götürmüşdür. Həmin tarixdən sürücü-ekspeditor vəzifəsini icra etməyə başlamışdır. Aralarında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq cavabdehin fəaliyyəti ona qaimələr üzrə həvalə edilmiş malları müştərilərə (dükanlara) çatdırıb əvəzində isə pul vəsaitini müştərilərdən alaraq ona ödəməli idi. Bir müddət cavabdeh üzərinə düşən vəzifələri düzgün şəkildə yerinə yetirmişdir. Lakin 2022-cü ilin dekabrın 27-də öz istəyinə uyğun olaraq idarə etdiyi yük payladığı avtomobili qoyub çıxıb getdikdən sonra təhvil-təslim prosesi həyata keçirilərkən məlum olmuşdur ki, Cavabdeh işlədiyi dövrdə müştərilərə (dükanlara) qaimələr üzrə verdiyi malların pullarını müştərilərdən alaraq ona ödəməmişdir və nəticə etibarı ilə onun ona 10284 manat 19 qəpik (on min iki yüz səksən dörd manat on doqquz qəpik) manat pul borcu yaranmışdır. Həmin pulu dəfələrlə özünə verməsini ondan xahiş və tələb etsə də cavabdeh həmin pulu “özümə götürmüşəm, mənə çatmalıdır” deyərək pulunu geri qaytarmamışdır. Bununla bağlı ona yazılı olaraq da müraciət etmişdir. Artıq bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir.Həmçinin tərəfindən bu mülki mübahisə ilə bağlı 400 (dörd yüz) manat ödəniş edərək vəkil tutaraq, vəkildən hüquqi yardım alır. Həmin pulun cavabdehdən alınıb özünə qaytarılmasını da istəyir. Qeyd olunan iddia ərizəsi Naxçıvan Şəhər Məhkəməsinin 20 aprel 2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı hazırki mübahisənin iş üzrə tərəflər arasında olan əmək münasibətlərindən irəli gələn mübahisə olduğu müəyyən edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən məhkəmə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda ərizəni baxılmamış saxlayır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9 və 21.9.1-ci maddələrinə əsasən bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, hazırki mübahisə iş üzrə tərəflər arasında olan əmək münasibətlərindən irəli gələn mübahisə olduğundan iş üzrə tərəflər həmin tələblə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etməli idilər, lakin hazırki mülki iş üzrə iddiaçı mediasiya təşkilatına müraciət etmədən məhkəməyə müraciət etmişdir. Ona görə də qeyd olunan iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 11 aprel 2023-cü il tarixli, 18380 nömrəli qəbzlə ödənilmiş 121 (yüz iyirmi bir) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia qaldırarkən İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 11 aprel 2023cü il tarixli, 18380 nömrəli qəbzlə ödənilmiş 121 (yüz iyirmi bir) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. İddiaçıya izah edilsin ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar