Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-678/2024 13.06.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 5350 (beş min üç yüz əlli) manat pulun və ödənilmiş 73.50 (yetmiş üç manat əlli qəpik) manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, mülkiyyətində olan Naxçıvan şəhəri, 20-ci məhəllə, döngə 5/27A ünvanında yerləşən ümumi sahəsi 118.56 kv.m olan qeyri yaşayış binasını 2023-ci ilin iyul ayında Cavabdeh icarəyə vermişdir. Şifahi razılaşmaya əsasən Cavabdeh qeyd edilən qeyri-yaşayış sahəsindən istifadəyə görə ona hər ay 2500 (iki min beş yüz) manat ödəməli idi. Cavabdeh razılaşdıqları icarə haqqını ona müəyyən edilmiş vaxtda ödəməmiş, eləcə də, icarə haqqını kəsir ödəmiş və bildirmişdir ki, obyektdə 2000 (iki min) manatlıq təmir işi görüb və bunu nəzərə alıb icarə haqqından çıxmışdır. Nəticə etibarilə, Cavabdeh 2023-cü ilin dekabr ayınadək ona ödənməmiş 1350 (min üç yüz əlli) manat icarə haqqı olaraq borcu qalmışdır. Bundan sonra Cavabdeh ilə icarə haqqı ilə bağlı mübahisənin yaranmaması üçün qeyd edilən qeyri-yaşayış sahəsinin istifadəsi ilə bağlı 04 dekabr 2023-cü il tarixdə notarial təsdiqli icarə müqaviləsi bağlamışlar. İcarə müqaviləsinə əsasən Cavabdeh aylıq 1500 (min beş yüz) manat, həmçinin şifahi razılaşmaya əsasən hər ay əlavə olaraq 1000 (min) manat, ümumilikdə bir ay üçün 2500 (iki min beş yüz) manat ödəməli idi. Cavabdeh yenə də icarə haqqını razılaşdıqları məbləğdə və müddətdə ödəməmişdir. Bununla bağlı Naxçıvan Şəhər Polis İdarəsinə müraciət etmişdir. Müraciəti əsasında Cavabdeh polis idarəsinə çağırılmış və müvafiq məsələ ilə bağlı izahatı alınmışdır. Cavabdeh Naxçıvan Şəhər Polis İdarəsində verdiyi izahatında 2024-cü ilin yanvar ayı üzrə 1500 (min beş yüz) manat, fevral ayı üzrə isə 2500 (iki min beş yüz) manat kirayə borcunun olduğunu etiraf etdiyini və həmin borcunu 2024-cü ilin fevral ayının sonunda ödəyəcəyini göstərsə də, qeyd etdiyi tarixdə kirayə borcunu ödəməmişdir. Həmçinin Cavabdeh 2023-cü ilin dekabr ayınadək ona ödənilməmiş 1350 (min üç yüz əlli) manat icarə haqqı olaraq borcu qalmışdır. 13 iyun 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı və iddiaçının vəkili və nümayəndəsi Vəkil mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının və iddiaçının vəkili və nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. 13 iyun 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə göndərərək, İddiaçı iddia tələbindən imtina etdiyini, iş üzrə icraata xitam verilməsini xahiş etdiyini, buna əsasən İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki və ya kommersiya mübahisələrinə dair işlərin başlanması bir qayda olaraq, öz adından ərizə ilə məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də, qanunvericilik iddiaçının iddiadan imtina etməsini bu imtinanın məhkəmə tərəfindən qəbul edildiyi təqdirdə iş üzrə icraata xitam verilməsinin əsası kimi nəzərdə tutur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda, məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə iddiadan imtinaya dair ərizəni araşdırıb hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi qanunazidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin imtina məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.4-cü maddələrinə əsasən, iş üzrə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən Hökumət ödəniş portalı vasitəsilə xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 73.50 (yetmiş üç manat əlli qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə İddiaçı iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən Hökumət ödəniş portalı vasitəsilə xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 73.50 (yetmiş üç manat əlli qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-678/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-678/2024
13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver