Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-693/2022 01.08.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Ərizəçinin vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi X9 İdarəsinə qarşı daşınar əşyaya mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: Ərizəçi maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi X9 İdarəsinə qarşı ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, buraxılış ili 1986-cı il olan, ağ rəngli, mühərrik nömrəsi 9106581, ban nömrəsi XTA210130G4819001 olan, tranzit nişanları TBM 639 77, markası VAZ 21013 olan avtomaşına mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini əsaslandıraraq bildirmişdir ki, buraxılış ili 1986-cı il olan, ağ rəngli, mühərrik nömrəsi 9106581, ban nömrəsi XTA210130G4819001 olan, tranzit nişanları TBM 639 77, markası VAZ 21013 olan avtomaşını 2013-cü ildə əldə etmişdir. Həmin zamandan bu günə qədər sahiblik hüququ ilə avtomaşını idarə edir. 27 may 2022-ci il tarixdə ona Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi X8 İdarəsinin QİTBŞ-nin 122 nömrə ilə verdiyi nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayışında VAZ 21013 markalı nəqliyyat vasitəsinin həbsdə, axtarışda və girovda olmaması qeyd edilmişdir. 04 iyul 2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclası zamanı ərizəçinin vəkili Vəkil ərizəçinin 17 iyun 2022-ci il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Ərizəçi həmin ərizədə minik avtomobilinə mülkiyyət hüququnun tanınması ilə əlaqədar məhkəməyə müraciət etdiyi ərizəyə məhkəmənin icraatında baxıldığını, həmin ərizəsindəki tələbinə avtomobilin sahibsiz elan edilməsi sözlərini əlavə etməklə tələbini buraxlış ili 1986-cı il olan, ağ rəngli, mühərrik nömrəsi 9106581, ban nömrəsi XTA210130G4819001 olan, tranzit nişanları TBM 639 77, markası VAZ 21013 olan avtomobili sahibsiz hesab edərək, həmin avtomaşına onun mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsi kimi qəbul edərək məhkəmə baxışını davam etdirməyi xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 04 iyul 2022-ci il tarixində keçirilmiş məhkəmə iclasında ərizəçinin ərizəsi təmin olunaraq iddia tələbinə buraxlış ili 1986-cı il olan, ağ rəngli, mühərrik nömrəsi 9106581, ban nömrəsi XTA210130G4819001 olan, tranzit nişanları TBM 639 77, markası VAZ 21013 olan avtomobilin sahibsiz hesab edilməsi və həmin avtomobilə ərizəçinin mülkiyyət hüququnun tanınması həddində baxılması qərara alınmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Ərizəçi rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarında iştirak etməmiş, 04 iyul 2022-ci il tarixdə məhkəməyə ərizə göndərərək ərizədə maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi X9 İdarəsinə qarşı daşınar əşyaya mülkiyyət hüququnun tanınması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etdiyini, üzürlü səbəblərdən məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, məhkəmə iclaslarında onu vəkilinin təmsil edəcəyini qeyd edib, onun iştirakı olmadan bütün məhkəmə iclaslarının keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmiş, həmçinin ərizəçi 18 iyul 2022-ci il tarixdə məhkəməyə ərizə göndərərək ərizədə mülki işin məhkəmə baxışının 18 iyul 2022-ci il tarixə saat 1500-a təyin edildiyini, üzürlü səbəbə görə onun məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək onun iştirakı olmadan vəkilinin iştirakı ilə işə nəticə verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizələri nəzərə alaraq Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi X9 İdarəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, 04 iyul 2022-ci il, 18 iyul 2022-ci il və 01 avqust 2022-ci il tarixlərdə məhkəməyə eyni məzmunlu ərizələr göndərərək təyin edilmiş məhkəmə iclasında işlərinin çoxluğu ilə əlaqədar olaraq iştirakları olmadan işə baxıb müvafiq qərarların qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizələri nəzərə alaraq Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi X9 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahat verən ərizəçinin vəkili Vəkil izahatında iddianı müdafiə edərək buraxılış ili 1986-cı il olan, ağ rəngli, mühərrik nömrəsi 9106581, ban nömrəsi XTA210130G4819001 olan, tranzit nişanları TBM 639 77, markası VAZ 21013 olan avtomaşını ərizəçinin 2013-cü ildə əldə etdiyini, ərizəçinin həmin vaxtdan bu günə qədər sahiblik hüququ ilə avtomaşını idarə etdiyini, avtomobilin heç kəsin adına qeydiyyata alınmadığını, 27 may 2022-ci il tarixdə ərizəçiyə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi X8 İdarəsinin QİTBŞ-nin 122 nömrə ilə verdiyi nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayışında VAZ 21013 markalı nəqliyyat vasitəsinin həbsdə, axtarışda və girovda olmamasının qeyd edildiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı ifadə verən şahid X2 ifadəsində ərizəçinin ağ rəngli VAZ 21013 markalı avtomobili 2013-cü ildən istifadə etdiyini, həmin avtomobilin təmirinə ərizəçi tərəfindən xərc çəkildiyini, bu illər ərzində ərizəçidən başqa avtomobillə maraqlanan heç kəsin olmadığını, avtomobilin mülkiyyətçisi olmadığını bildirdi. Məhkəmə iclası zamanı ifadə verən şahid X4 ifadəsində ərizəçini uzun müddətdir tanıdığını, ərizəçinin ağ rəngli VAZ 21013 markalı avtomobili 2013-cü ildən əldə etdiyini, həmin avtomobilin təmirinə ərizəçi tərəfindən xərc çəkildiyini, bu illər ərzində ərizəçidən başqa avtomobillə maraqlanan heç kəsin olmadığını, avtomobilin mülkiyyətçisi olmadığını bildirdi. Məhkəmə ərizəçinin vəkilinin izahatını, şahidlərin ifadələrini dinləyib, həmin izahat və ifadələri iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Mülki iş materiallarında olan Naxçıvan MR Daxili İşlər Nazirliyi X9 İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavabda qeyd olunmuşdur ki, VAZ 21013 markalı, 1986-cı il buraxılışlı, ban nömrəsi XTA210130G4819001 olan, ağ rəngli avtomobil Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X9 İdarəsinin Qeydiyyat İmtahan və X5 qeydiyyata alınmamış və hər hansı bir şəxsin adında qeydiyyatda durmur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin mərkəzi informasiya sisteminin məlumatları üzrə müvafiq yoxlama aparılmış və məlum olmuşdur ki, həmin avtomobilin axtarışda və ya həbsdə olması barədə hər hansı bir məlumat yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.4-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 323.1-ci maddəsinə əsasən Daşınar əşyaların sahibsiz hesab edilməsi haqqında ərizə məhkəməyə bu əşyaya sahiblik etməyə başlamış şəxsin yaşadığı və ya olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 324.1-ci maddəsinə əsasən daşınar əşyanın sahibsiz hesab edilməsi haqqında ərizədə hansı əşyanın sahibsiz hesab edilməli olması göstərilməli, onun əsas fərqləndirici əlamətləri təsvir edilməli, habelə mülkiyyətçi tərəfindən əşyanın üzərində mülkiyyət hüququnu saxlamaq niyyətinin olmaması və ərizəçinin əşyaya sahiblik etməyə başlaması barədə sübutlar göstərilməlidir. 326.1. Məhkəmə hesab etsə ki, daşınar əşyanın mülkiyyətçisi yoxdur, yaxud mülkiyyətçi tərəfindən əşya onun üzərində mülkiyyət hüququnu saxlama niyyəti olmadan sahibsiz qoyulmuşdur, onda daşınar əşyanın sahibsiz hesab edilməsi və onun sahiblik etməyə başlamış şəxsin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 184.1-ci maddəsinə əsasən, əgər sahibsiz daşınar əşyanın mənimsənilməsi bu Məcəllə ilə qadağan edilməmişsə və ya onu mənimsəmək hüququna malik olmuş başqa şəxsin hüquqlarını pozmursa, şəxs həmin əşyanı sahibliyə qəbul etdikdə ona mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 184.2-ci maddəsinə əsasən, əgər daşınar əşyanın mülkiyyətçisi yoxdursa və ya məlum deyildirsə və ya keçmiş mülkiyyətçisi mülkiyyətdən imtina edərək əşyaya sahibliyə xitam verirsə, daşınar əşya sahibsiz sayılır. Həmin Məcəllənin 185.1-ci maddəsinə əsasən mülkiyyət hüququndan imtina etmək məqsədi ilə mülkiyyətçinin atdığı və ya digər şəkildə əl çəkdiyi daşınar əşyanı (atılmış əmlakı) başqa şəxslər öz mülkiyyətinə yönəldə bilər. Qeyd olunan qanunvericilik normalarına əsaslanaraq məhkəmə hesab edir ki, buraxılış ili 1986-cı il olan, ağ rəngli, mühərrik nömrəsi 9106581, ban nömrəsi XTA210130G4819001 olan, tranzit nişanları TBM 639 77 olan VAZ 21013 markalı nəqliyyat vasitəsinin sahibsiz sayılması başqa şəxsin hüquqlarını pozmur, əmlakın mülkiyyətçisi yoxdur. Buna görə də, həmin nəqliyyat vasitəsi sahibsiz hesab edilməli və nəqliyyat vasitəsinə sahiblik etməyə başlamış Ərizəçi mülkiyyətinə verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -Ərizə təmin olunmalı; - buraxılış ili 1986-cı il olan, ağ rəngli, mühərrik nömrəsi 9106581, ban nömrəsi XTA210130G4819001 olan, tranzit nişanları TBM 639 77 olan VAZ 21013 markalı nəqliyyat vasitəsi sahibsiz hesab edilməli; - buraxılış ili 1986-cı il olan, ağ rəngli, mühərrik nömrəsi 9106581, ban nömrəsi XTA210130G4819001 olan, tranzit nişanları TBM 639 77 olan VAZ 21013 markalı nəqliyyat vasitəsi Ərizəçi mülkiyyətinə verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Ərizə təmin edilsin. Buraxılış ili 1986-cı il olan, ağ rəngli, mühərrik nömrəsi 9106581, ban nömrəsi XTA210130G4819001 olan, tranzit nişanları TBM 639 77 olan VAZ 21013 markalı nəqliyyat vasitəsi sahibsiz hesab edilsin. Buraxılış ili 1986-cı il olan, ağ rəngli, mühərrik nömrəsi 9106581, ban nömrəsi XTA210130G4819001 olan, tranzit nişanları TBM 639 77 olan VAZ 21013 markalı nəqliyyat vasitəsi Ərizəçi mülkiyyətinə verilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-693/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-693/2022
01.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver