Məhkəmə qərarları › İş №2(078)-70/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-70/2022

14.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-70/2022 14.06.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və iddiaçının vəkili və nümayəndəsi Vəkil1 məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, onlar məhkəmə hazırlıq iclasında iştirak etməmiş və iddiaçının vəkili və nümayəndəsi Vəkil1 məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclası iddiaçının və iddiaçının vəkili və nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 məhkəməyə ərizə göndərərək, iddia ərizəsinin qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh və cavabdehin vəkili Vəkil2 məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, onlar məhkəmə hazırlıq iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə hazırlıq iclası cavabdehin və cavabdehin vəkilinin iştirakı olmadan keçirilmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin ərizəsini nəzərdən keçirib belə nəticəyə gəlir ki, iddiaçının vəkili və nümayəndəsi Vəkil1 ərizəsi nəzərə alınmalı, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu da qaytarılır. Odur ki, İddiaçı tərəfindən "xxxx" ASCnin Naxçıvan filialı vasitəsilə 07 oktyabr 2021-ci il tarixli, 19965 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldı : İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 07 oktyabr 2021-ci il tarixli, 19965 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar