Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-705/2022 20.07.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Ərizəçi və ərizəçinin vəkili Vəkil iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Naxçıvan MR Dövlət Arxivi tərəfindən verilmiş 13/1462 saylı arxiv arayışının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında ərizəçi qismində izahat verən Ərizəçi ərizəni müdafiə edərək, uzun illər sovxoz və kolxozlarda işləyib əmək haqqı qazandığını, lakin 1989, 1990, 1991, 1992, 1993, 1994 və 1995-ci illərdə Tumbul kənd kolxozunda sağıcı işlədiyi müddətdə əmək haqqı sənədlərində adının Kamilə əvəzinə, səhvən Kəmalə kimi yazıldığını, oğlu X2 uşaqlıqdan 1-ci qrup əlil olduğunu, əlil uşağa qulluğa görə təqaüdə çıxmaq istədiyini, bununla bağlı aidiyyəti orqana müraciət edərkən ondan iş stajı tələb edildiyindən lazımi sənədləri toplayarkən Naxçıvan MR Dövlət Arxivi tərəfindən verilmiş 1989-1995-ci illərdə Tumbul kənd kolxozunda işlədiyi müddətdə əmək haqqı sənədlərində adının Kamilə əvəzinə, səhvən Kəmalə kimi yazıldığının aşkar edildiyini, hazırda yaranmış bu ziddiyyət üzündən təqaüdə çıxa bilmədiyini, uşaqlıqdan onu Kəmalə kimi çağırdıqlarını, hazırdada yaşadığı ərazidə insanların və qohumlarının onu Kəmalə olaraq tanıdıqlarını, lakin şəxsiyyət vəsiqəsində adının Kamilə kimin qeyd olunduğunu, həmin sənədin düzgünlüyünü təsdiq edən sənədi başqa qaydada ala bilmədiyini, bunları nəzərə alaraq, Naxçıvan MR Dövlət Arxivi tərəfindən verilmiş 13/1462 saylı arxiv arayışının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında ərizəçinin vəkili qismində izahat verən Vəkil ərizəni müdafiə etdiyini, ərizəçinin izahatına əlavəsinin olmadığını, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X5, Ərizəçi ilə həm kəndli və iş yoldaşı olduğunu, özünün kolxozda çoban, Kamilənin isə sağıcı olduğunu, hamının Kamiləni Kəmalə olaraq tanıdığını, bu gün də onu Kəmalə kimin tanıdıqlarını bildirdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X4, Ərizəçi onun baldızının gəlini olduğunu, 1970-ci ildə evlənərək qohum olduqlarını, həmin vaxtdan qohumların Kamilənin adını Kəmalə deyərək çağırdıqlarını, son vaxtları sənədədə adının Kamilə yazıldığını bildiyini, Kamilənin kolxozda sağıcı işlədiyini bildirdi. İş materiallarına əlavə olunmuş: Naxçıvan MR Dövlət Arxivinin 10 yanvar 2018-ci il tarixli, 13/1462 nömrəli arxiv arayışına əsasən, Hüseynova Kəmalə 1989-1995-ci illərdə Tumbul kənd kolxozunda işləmiş və əmək haqqı almışdır. Naxçıvan MR Dövlət Arxivinin 01 iyul 2022-ci il tarixli, 13/915 nömrəli arxiv arayışına əsasən, Ərizəçi 04 dekabr 1988-ci il tarixli, 175 nömrəli əmrlə 2 nömrəli briqadaya fəhlə qəbul edilməsi əmr kitabında göstərilmişdir. Əmək haqqı cədvəllərində adı Kəmalə yazılmışdır, ata adı isə göstərilməmişdir. Məhkəmə ərizəçinin izahatına, şahidlərin ifadələrinə iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid ifadələri ilə də Ərizəçi 1989-1995-ci illərdə Tumbul kənd kolxozunda işləməsi təsdiq olunur. Ərizəçi 1989-1995-ci illərdə Tumbul kənd kolxozunda işləməsi barədə sənədlər olmadığından, bu sənədləri başqa qaydada əldə etmək mümkün olmadığından və həmin sənədləri bərpa etmək mümkün olmadığına görə, həmçinin həmin fakt sosial sığorta stajının hesablanması baxımından hüquqi əhəmiyyət daşıdığından, Naxçıvan MR Dövlət Arxivi tərəfindən verilmiş 13/1462 nömrəli arxiv arayışının Ərizəçi məxsus olması faktı müəyyən (təsdiq) edilməlidir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, "Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.4-cü bəndinə əsasən, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən, qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.11 və 308-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir və məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Naxçıvan MR Dövlət Arxivi tərəfindən verilmiş 13/1462 nömrəli arxiv arayışının Ərizəçi məxsus olması faktı müəyyən (təsdiq) edilsin. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-705/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-705/2022
20.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver