Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-707/2023 19.05.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi, maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs3 və Maraqlı şəxs4 iştirakı ilə, Ərizəçinın hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi vəkili və nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X1 miras qalan ünvan 1 ünvanında yerləşən miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs1, Maraqlı şəxs3, Maraqlı şəxs2 və Maraqlı şəxs4 maraqlı şəxs qismində ərizəyə əlavə olunmuşdur. Maraqlı şəxs2 08 may 2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək qeyd etmişdir ki, ərizəni qəbul etmir. Belə ki, atası X4 30 may 1993-cü ildə, anası X3 isə 14 may 2009-cu ildə vəfat etmişdir. Onlar ailədə həqiqətən də 7 nəfər bacı- qardaş olsalar da onlar hər biri valideynlərinin sağlıqlarında ailə qurub, ayrılıb öz evlərində yaşamışlar. Lakin o, istər valideynlərinin sağlığında, istərsə də ölümlərindən sonra həmin evdə yaşamaqla miras əmlakı sahiblənib idarə etməklə faktiki olaraq qəbul etmişdir. Mərhum anası X2 adında olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 15 oktyabr 2021ci il tarixdə çıxarışını alıb, notariusda adına rəsmiləşdirmək istəmiş, lakin notarius bundan imtina etdiyi üçün Naxçıvan Şəhər Məhkəməsində mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi barədə iddia qaldırmış, uzun sürən məhkəmə araşdırmasından sonra Naxçıvan şəhər Məhkəməsinin 02 noyabr 2022-ci İl tarixli, 2(078)-978/2022 saylı qətnaməsi ilə iddianın təmin olunması barədə qətnamə qəbul olunmuşdur. Hal-hazırda həmin qətnamə qanuni qüvvəsini almışdır. Ərizəçi sözügedən qətnamədən apelyasiya şikayəti vermiş, şikayət əsassız olduğundan geri götürülmüşdür. Maraqlı şəxs2 tələbin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10-cü maddəsinə görə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə hakim ərizəni baxılmamış saxlayır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 10.1-ci maddəsinə görə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. İşə baxılarkən müəyyən edilmişdir ki, hüquq haqqında mübahisə vardır və maraqlı şəxslərdən biri ərizədə tələb olaraq göstərilən ünvan 3 ünvanında yerəşən ümumi sahəsi 167.84 kv.metr olan fərdi yaşayış evi və 0.1699 ha ölçüdə olan torpaq sahəsindən ibarət miras əmlakın Ərizəçi tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsinə etiraz edir. Belə olan halda hüquq haqqında mübahisə yarandığından ərizə baxılmamış saxlanılmalı, ərizəçiyə iddia icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə görə ərizə baxılmamış saxlanıldığından Ərizəçi tərəfindən X5 xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu geri qaytarılmalıdır. Göstərilənləri, Azərbaycan Respublikası MPM-in 259.0.10, 263, 264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: Ərizəçinın hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi tərəfindən X5 xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-707/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-707/2023
19.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver