Məhkəmə qərarları › İş №2(078)-71/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-71/2022

07.02.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-71/2022 07.02.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı X3 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar X11, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahələrinə payların müəyyən olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı və digər iddiaçıların nümayəndəsi X11 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Babək rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Babək rayon Şıxmahmud kəndində 0.25 ha həyətyanı və 0.9879 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrində ona və oğlanları İddiaçı2, İddiaçı3 və İddiaçı4 verilmiş torpaq sahələrində paylarının müəyyən olunub verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iddiaçılar X6, İddiaçı3, İddiaçı2 və İddiaçı4 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir, lakin 06 dekabr 2021-ci il tarixdə iddiaçı və digər iddiaçıların nümayəndəsi X11 və İddiaçı3 məhkəməyə teleqram göndərərək onların iştirakı olmadan iddiaya baxıb təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçılar X3, İddiaçı3, İddiaçı2 və İddiaçı4 iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə baxışı iclasında iddiaçı X3 nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Babək Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Babək rayon Şıxmahmud kəndində paylı mülkiyyət olaraq iddiaçı X3 qayınatası X2, qayınanası X9, iddiaçı X6, övladları İddiaçı2, İddiaçı3 və İddiaçı4 0.25 ha həyətyanı və 0.9869 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinin verilməsi barədə torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə və dövlət aktı mövcuddur. Müvafiq sənədlər əsasında daşınmaz əmlakın dövlət qeydiyyatını aparan orqana müraciət edərək müvafiq çıxarış alınmışdır. Lakin paylar rəsmi qaydada müəyyən olunmamışdır. İddiaçının qayınatası X4 07 iyun 2016-cı il tarixdə, qayınanası X12 14 avqust 2015-ci ildə vəfat etmişdir. İddiaçı X11 Bakı şəhərində yaşayır və orada qeydiyyatdadır. Digər iddiaçılar Ramal, Amal, İddiaçı4 isə Rusiya Federasiyasında yaşayırlar və orada qeydiyyatdadırlar. Hazırda cavabdehlər yəni iddiaçı Zülfiyyə Səfərovanın baldızları Cavabdeh2 və Cavabdeh3, qaynı Cavabdeh1 hazırda iddiaçıların mülkiyyətində olan torpaq sahəsindən istifadə edirlər və bildirirlər ki, valideynlərinə məxsusdur və onlar vərəsələrdir. Onların torpaq sahələri paylı mülkiyyət olduğundan öz paylarının verilməsini və sərhədlərinin müəyyənləşdirilməsini istəyirlər, çünki cavabdehlər bütün torpaq sahəsindən istifadə edirlər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh3 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddia ilə razı deyil ona görə ki, onun atası və anasının sağlığından hələ qardaşı arvadı Zülfiyyə və uşaqları Naxçıvandan köçüb getmişdirlər. Hazırda onlar Bakı şəhərində və Rusiya Federasiyasında yaşayırlar. Həmin torpaq sahələri ata-anasından miras qalmışdır. Torpaq sahələri ata-anasına məxsus olmuşdur. Həmin torpaq sahələrinin rəsmi sənədlərində nə qardaşı arvadı Zülfiyyənin, nə də uşaqlarının adı ola bilməz. Çünki uşaqlar torpaq sahələri verilən zaman körpə olubdurlar. Hazırda həm o, həm də bacısı Arzu və qardaşı Bəhruz ata-anasından miras qalan evə, torpaq sahələrinə tez-tez baş çəkirlər. Özləri də razılığa gəlmişlər ki, yay aylarında Bakıda yaşayan bacı-qardaşı gəlib miras məsələsini öz aralarında həll edəcəklər. Onlar arasında heç bir mübahisə yoxdur. Lakin qardaşı arvadı Zülfiyyə yayda Naxçıvana gəlmişdir. Bu məsələni onlara deyəndə etirazlarını bildirmişlər. Bu gün də həmin torpaq sahələrindən onlara pay verilməsinə etiraz edirlər. Müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir, lakin 09 dekabr 2021-ci il tarixdə və 16 dekabr 2021-ci il tarixdə məhkəməyə teleqram göndərərək Bakı şəhərində yaşadıqları üçün məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, iddia ilə razı olmadığını bildirib, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Hazırki iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məhkəmə araşdırması zamanı tərəflərin verdiyi izahatdan və mülki iş materiallarına əlavə olunmuş JN-522A, KOD 10311018 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən məlum olmuşdur ki, Babək rayonu Şıxmahmud kəndində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsi X2, X10, X6, İddiaçı3, İddiaçı4, İddiaçı2 verilmişdir. İş materiallarına əlavə edilmiş JN-104, KOD 10311018 Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının surətindən məlum olmuşdur ki, Babək rayonu Şıxmahmud kəndində yerləşən 0.99 ha kənd təsərrüfatı məhsullar istehsalı torpaq sahəsi X2, X10, X6, İddiaçı3, İddiaçı4, İddiaçı2 verilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 30.06.2021-ci il tarixli Çıxarışdan aydın olur ki, Babək rayonu Şıxmahmud kəndindən yerləşən 0.25 ha yaşayış məntəqələrinin torpaqları X1, X7, X3, İddiaçı3, İddiaçı4, İddiaçı2 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 25.05.2021-ci il tarixli Çıxarışdan aydın olur ki, Babək rayonu Şıxmahmud kəndindən yerləşən 0.9869 ha kənd təsərrüfatı təyinatlı torpaqlar X1, X7, X3, İddiaçı3, İddiaçı4, İddiaçı2 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə görə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Həmin Məcəllənin 152.1-152.4-cü mаddələrinə əsаsən mülkiyyət hüququ subyеktin оnа mənsub əmlаkа öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə еtmək və оnа dаir sərəncаm vеrmək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Mülki Məcəllənin 152.5-ci mаddəsinə əsаsən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər... İstər işin yuxarıda qeyd edilən faktiki hallarından, istərsə də yuxarıda qeyd edilən maddi hüquq normaları ilə işin faktiki hallarının təhlilindən məhkəmə bu qənaətə gəlir ki, mövcud sənədlər iddiaçılar və mərhumlar X5, X8 paylı mülkiyyətində torpaq sahəsinin olmasını təsdiq edir. Cavabdehlər istər məhkəməyə göndərdikləri teleqramda, istərsə də digər cavabdehin məhkəmə iclasında izahatında iddianı qəbul etmədiklərini, iddia tələbi ilə razılaşmadıqlarını bildirsələr də öz etirazlarının əsasını təşkil edən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişlər. Daha aydın ifadə etsək cavabdehlər iddiaçıların paylı mülkiyyətinə verilmiş torpaq sahələrinin hüquqi sənədlərinin-torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, dövlət aktının, daşınmaz əmlakın çıxarışlarının qeyridəqiqliyi, qeyri-mötəbərliyinə dair sənədlərini, sözügedən hüquqmüəyyənedici sənədlərin həqiqiliyini təkzib və inkar edən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə qeyd edir ki, nə qədər ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmirsə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir (MM 140cı maddə). Belə olan halda məhkəmə qüvvədə olan hüquqmüəyyənedici sənədlər əsasında iddiaçıların paylı mülkiyyətində olan torpaq sahələrində onların hər birinin payının müəyyən edilməsi barədə iddia tələbini uğurlu hesab edir və iddia tələbində qeyd edilənləri nəzərə alaraq iddiaçıların hər birinin payını-bütün mülkiyyətçilər nəzərə alınmaqla bərabər qaydada müəyyən edilməsini qanunvericiliyin norma və prinsiplərinə uyğun hesab edir. Nəticə: Məhkəmə belə qənaətə gəlir ki, iddiaçıların və mərhumlar X5 və X8 paylı mülkiyyəti sayılan Babək rayonu Şıxmahmud kəndində yerləşən 0.25 ha həyətyanı və 0.9869 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrində 1/6 hissə iddiaçı X15 qızının, 1/6 hissə, İddiaçı2, 1/6 hissə İddiaçı3 və 1/6 hissə İddiaçı4 payı müəyyən edilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddia təmin edildiyindən iddiaçı X11 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 07.10.2021-ci il tarixdə 24421 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq iddiaçı X6 qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Babək rayon Aqrar İslahat Komissiyasının qərarı ilə verilmiş Babək rayon Şıxmahmud kəndində yerləşən 0.25 ha həyətyanı və 0.9879 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrində iddiaçı X3 payının 1/6 hissə, İddiaçı2 payının 1/6 hissə, İddiaçı3 payının 1/6 hissə və İddiaçı4 payının 1/6 hissə olması müəyyən edilsin. İddiaçı X11 tərəfindən "xxxx" ASC-nin Naxçıvan Filialına 07.10.2021-ci il tarixdə 24421 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq iddiaçı X6 qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar