Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-710/2025 10.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi, onun vəkili və nümayəndəsi Vəkil və maraqlı şəxs Naxçıvan MR-in İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi daşınmaz əmlakın sahiblikdə və istifadədə olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhəri 21-ci məhəllə 7 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin 211.47 kv.m hissəsində inşa etdiyi fərdi yaşayış evinə mülkiyyət hüququ əldə etdiyindən həmin torpaq sahəsinin sahibliyində və istifadəsində olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan MR-in İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan şəhər Bələdiyyəsi maraqlı şəxs qismində prosesə cəlb olunmuşdur. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Naxçıvan şəhəri 21-ci məhəllə 7 nömrəli 600 kv.m torpaq sahəsi Naxçıvan şəhər XDM İcraiyyə Komitəsinin 569 nömrəli 30 noyabr 1990-cı il tarixli qərarı ilə X6, Naxçıvan şəhəri 21-ci məhəllə 6 nömrəli 600 kv.m torpaq sahəsi Naxçıvan şəhər XDM İcraiyyə Komitəsinin 28 mart 1991-ci il tarixli 135 nömrəli qərarı ilə qardaşı X14 və onun 4 nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Aləm Bağırov həmin qərar əsasında 02 noyabr 2005-ci ildə torpağın mülkiyyətə verilməsinə dair JN-7783A, kod ******* olan şəhadətnaməsini almış, sonra isə həmin şəhadətnamə əsasında 14 noyabr 2005-ci il tarixdə alqı-satqı müqaviləsini Naxçıvan şəhər 1-ci dövlət notariat Kontorunda rəsmiləşdirməklə X1. Torpaq sahəsinin sahibi X12 15 il həmin torpaq sahəsindən istifadə etmiş və 26 avqust 2005-ci il tarixdə verdiyi 3412 nömrəli etibarnamə ilə Naxçıvan şəhəri 21-ci məhəllədə yerləşən 7 nömrəli torpaq sahəsinə dair almaq, satmaq, idarə etmək, sərəncam vermək kimi hüquqularını ona həvalə etmiş (aydın məsələdir ki, torpağın dəyəri olan pulu ondan alıb öz aralarında alqı-satqı aparmışlar) və o da həmin torpaq sahəsində 1 zal, 3 otaq, mətbəxt, açıq eyvan və zirzəmidən ibarət fərdi yaşayış evi tikərək bütün bu illəri ailəsi ilə orada yaşamaqla torpaq sahəsindən istifadə etmişlər. Həyəti alanda ora hasarlanmışdır. Tikdiyi evin sənədləşdirilməsi üçün 2008-ci ildə Naxçıvan Şəhər Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 19 may 2008-ci il tarixli, 2-93/2008 nömrəli qətnaməsi ilə onun həmin tikililər üzərində sahiblik və istifadə hüququ tanınmışdır. Həmin qətnamə əsasında da Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tikililər üzərində mülkiyyət hüququnu tanımaqla 10 noyabr 2008-ci il tarixdə qeydiyyata alıb hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarış vermişdir. Naxçıvan şəhəri 21-ci məhəllədə yerləşən 7 nömrəli 600 kv.m torpaq sahəsi 1990-cı ilin noyabr ayından 35 ilə yaxındır ki, istifadədə olmuş (bunun 20 ili onun istifadəsində olub), torpaq sahəsinin 211.47 kv.m-də tikinti işləri aparılmışdır. Evə işıq, qaz, su xətləri, telefon çəkilmiş, onların müqavilələri onun adına bağlanmış, bu illər ərzində ödənişlər onun adına ödənilmişdir. İstifadəsində olan torpaq sahəsinin hər hansı bir şəxsin və yaxud bələdiyyənin, dövlət qurumunun mülkiyyətində olması barədə bu illər ərzində heç bir müraciət olunmamışdır. Torpaq sahəsindən uzun illər maneəsiz olaraq istifadə etdiyindən, əkib-becərdiyindən, həmin torpaq sahəsində fərdi yaşayış evi tikərək 17 ildir ki, qeydiyyata aldıraraq mülkiyyət hüququ əldə etdiyindən ünvan 2 ünvanında yerləşən 600 kv.m həyətyanı torpaq sahəsinin adına qeydiyyata alınmasına köməklik göstərilməsi barədə 13 fevral 2005-ci il tarixdə xidmətə ünvanladığı ərizəsinə 02 aprel 2025-ci tarixdə cavab verilərək "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası qanunun 8-cі maddəsində göstərilən əsaslardan birinin təqdim olunması bildirilərək qeydiyyata alınmadan imtina edilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi məhkəmə iclasında izahatında ərizəsini müdafiə etdiyini, torpaq sahəsini X5 2005-ci ildə almışdır. X10 etibarnamə vermişdir. Torpaq sahəsində fərdi yaşayış evi tikmişdir və evə mülkiyyət hüququ məhkəmə qətnaməsi əsasında tanınmışdır. Daha sonra torpaq sahəsini sənədləşdirmək istəyəndə məlum oldu ki, Sahib Bağırovun adına 199-cı il tarixli qərarda adı qeyd edilməmişdir. Lakin faktiki olaraq torpaq sahəsi ona ayrılmışdır. Onun yanında olan torpaq sahəsində zəruri sənədləşmə aparılmışdır və alqı-satqı belə olmuşdur. Ancaq onun torpaq sahəsinin sənədinin kökü olmadığından o bu gün torpağını sənədləşdirə bilmir. 20 ildir ki, həmin torpaq sahəsi onun sahiblik və istifadəsindədir. İddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizəni müdafiə edərək ərizəyə uyğun izahat vermiş və təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Naxçıvan MR-in İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X7 izahatında bildirmişdir ki, mütəxəsisslər tərəfindən torpaq sahəsinə baxış keçirilmişdir və qonşulardan da maraqlanmışlar. Həmin torpaq sahəsi 20 ildən artıqdır ki, ərizəçi tərəfindən hasara alınmış və istifadə edilməkdədir. Ərizənin təmin edilməsinə etirazları yoxdur. Maraqlı şəxs Naxçıvan Şəhər Bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclası nümayəndənin iştirakı olmadan keçirilmişdir. Məhkəmə iclasında şahid X9 ifadəsində bildirmişdir ki, Rasim onun qoşusudur. Uzun illərdir ki, yaxın qonşuluq münasibətləri vardır. Rasimin torpaq sahəsi hasara alınıb və orada ailəsi ilə birlikdə yaşayır. Məhkəmə iclasında şahid X13 ifadəsində bildirmişdir ki, Rasim onun qoşusudur. Uzun illərdir ki, yaxın qonşuluq münasibətləri vardır. Rasimin torpaq sahəsi hasara alınıb və orada ailəsi ilə birlikdə yaşayır. Məhkəmə iclasında şahid X15 ifadəsində bildirmişdir ki, Rasim onun qoşusudur. Uzun illərdir ki, yaxın qonşuluq münasibətləri vardır. Rasimin torpaq sahəsi hasara alınıb və orada ailəsi ilə birlikdə yaşayır. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib, izahatları dinləyib, işin bütün hallarını nəzərə alıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki işin materiallarında olan: Naxçıvan Şəhər Məhkəməsinin 2-93/2008 nömrəli, 19 may 2008-ci il tarixli qətnaməsinin surətinə əsasən, Ərizəçi Naxçıvan şəhəri 21-ci məhəllədə yerləşən 7 nömrəli torpaq sahəsində tikdiyi, ölçüləri 16,52 kv.metr, 15,67 kv.metr və 19,93 kv.metr olan 3 (üç) otaq, ölçüsü 15,43 kv.metr olan mətbəx, ölçüsü 37,37 kv.metr olan ümumi zal (ümumi zalın bütünlüklə altı zirzəmidir; hündürlüyü H=2,97 metr), ölçüsü 41,79 kv.metr olan çardaqlı açıq eyvandan ibarət tikililər üzərində onun sahiblik və istifadə hüququ tanınmışdır. Naxçıvan MR-in Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH ******* nömrəli “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”ın və 23 oktyabr 2008-ci il tarixli, 13765 inventar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportunun təsdiqlənmiş surətinə əsasən, Naxçıván şəhəri 21-ci məhəllədə istifadədə olan 211.47 kv.m torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 52.12 kv.m yaşayış, 37.37 kv.m qeyri-yaşayış, 52.8 kv.m köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evi tam sahiblik hüququ üzrə Ərizəçi adına daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 3031 nömrəli vərəqində qeydiyyata alınmışdır (Reyestr nömrəsi: **********50-1033031), qeydiyyat nömrəsi: 11291, qeydiyyat tarixi: xx.xx.2008). Naxçıvan Şəhər Qaz İstismar idarəsi 25. 10. 2024 cü il tarixli 2/935 saylı məktuba cavab olaraq bildirmişdir ki, Naxçıvan şəhəri, 21-ci məhəllə, 7 ünvanında yerləşən Fərdi yaşayış evinə xx.xx.2015-ci il tarixdə G-4 markalı 26007037 nömrəli ön ödəməli smart kart tipli qaz sayğacı quraşdırılaraq Ərizəçi adına müqavilə bağlanmışdır. xx.xx.2015 cı ildən bu günə qədər istifadə olunan qazın dəyəri Ərizəçi tərəfindən ödənilir. Naxçıvan Şəhər İcra hakimiyyətinin, Naxçıvan Şəhər Su idarəsi 2/933 nömrəli 24 oktyabr 2024-cü il tarixli məktuba cavab olaraq bildirirmidir ki, Naxçıvan Sukanalizasiya İdarəsi ilə Ərizəçi arasında 05 sentyabr 2014-cü ildə Azərbaycan Respublikasının 1999cu il 28 oktyabr tarixli 723-İQ saylı "Su təchizatı və tullantı suları haqqında" Qanununa və "Sudan istifadə Qaydaları"na uyğun olaraq müqavilə bağlanılmışdır. Bağlanmış müqaviləyə əsasən ünvan ünvan 4ika Xidmətinin Naxçıvan Şəhər Elektrik Şəbəkəsi 25 oktyabr 2024-cü il tarixli 2/934 saylı sorğu xarakterli məktuba cavab olaraq bildirmişdir ki, ünvan 5 ünvanına 01 noyabr 2016-cı il tarixdə quraşdırılmış 70376506 №-li sayğacın müqaviləsi Ərizəçi adına bağlanmış və elektrik enerji sərfiyyatı ödənişi həmin abonent tərəfindən aparılmışdır. Naxçıvan MR-in İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 28 noyabr 2024-cü il tarixli, 04/1273 nömrəli məktubuna əsasən, Naxçıvan şəhəri, 21(2)-ci məhəllə 7 ünvanında 211,47 m² torpaq sahəsində yerləşən, ümumi sahəsi 104,92 m² olan fərdi yaşayış evi xx.xx.2008-ci tarixdə Naxçıvan Şəhər Məhkəməsinin 19 may 2008-ci il tarixli 2-93-2008 nömrəli qətnaməsi əsasında daşınmaz əmlakın dövlət reyestrində Ərizəçi adına qeydiyyata alınmışdır. Bəhs edilən torpaq sahəsi Xidmətin informasiya bazasında yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, fiziki şəxslərin istifadəsində olan torpaq sahəsi kimi uçota alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın 2.2-ci bəndinə əsasən rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995ci il dekabrın 19-dək qəbul edilmiş qərar torpaq sahəsi üzərində hüquqların qeydiyyatı üçün əsas hesab olunur. Torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun qeydiyyata alınması üçün tələb olunan hüquqmüəyyənedici sənəd təqdim edilmədiyi halda, qanunvericiliyə uyğun olaraq həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid edilir. Naxçıvan MR-in İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 02 aprel 2025-ci il tarixli məktubuna əsasən, Naxçıvan şəhəri, 21-ci məhəllə 7 ünvanında 211,47 m² torpaq sahəsində yerləşən, ümumi sahəsi 104,92 m² olan fərdi yaşayış evi xx.xx.2008-ci il tarixdə Naxçıvan Şəhər Məhkəməsinin 19 may 2008-ci il tarixli 2-93-2008 nömrəli qətnaməsi əsasında daşınmaz əmlakın dövlət reyestrində Ərizəçi adına qeydiyyata alınmışdır. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Xidmətin informasiya bazasında bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, fiziki şəxslərin istifadəsində olan torpaq sahəsi kimi uçota alınmışdır. Torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun qeydiyyata alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən əsaslardan biri təqdim olunmalıdır. Naxçıvan şəhər Bələdiyyəsinin 973 nömrəli, 25 noyabr 2024-cü il tarixli məktubuna əsasən, bəhs edilən torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun qeydiyyata alınması üçün tələb olunan hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən, qanunvericiliyə uyğun olaraq həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid edilir. Naxçıvan MR-in İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 19 noyabr 2024-cü il tarixli, 03/1220 nömrəli məktubuna əsasən, Naxçıvan Şəhər Məhkəməsinin 19 may 2008-ci il tarixli 2-93-2008 nömrəli qətnaməsi əsasında qeyd edilən torpaq sahəsində yerləşən 211,0 m² tikililər üzərində Ərizəçi sahiblik və istifadə hüququ tanınmış və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bəhs edilən torpaq sahəsi Xidmətin informasiya bazasında yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, fiziki şəxslərin istifadəsində olan torpaq sahəsi kimi uçota alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın 2.2-ci bəndinə əsasən rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995ci il dekabrın 19-dək qəbul edilmiş qərar torpaq sahəsi üzərində hüquqların qeydiyyatı üçün əsas hesab olunur. Bəhs edilən torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun qeydiyyata alınması üçün tələb olunan hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən, qanunvericiliyə uyğun olaraq həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid edilir. 14 noyabr 2005-ci il tarixli müqavilənin surətinə əsasən, X2 şəhəri, 21(2)-ci məhəllə 6 ünvanında yerləşən 600 kv.m torpaq sahəsini X1. Naxçıvan MR-in İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə təqdim edilən 05 may 2025-ci il tarixli 04/677 nömrəli etibarnaməsinə əsasən X8 məhkəmə iclasında nümayəndə kimi iştirak etməklə Azərbaycan respublikasının Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətlərə malikdir. 11 aprel 2025-ci il tarixli AR-İİİ 602174 nömrəli etibarnaməyə əsasən Vəkil Ərizəçi vəkili və nümayəndəsi qismində məhkəmə iclasında iştirak etmək hüququ vardır. Naxçıvan Şəhər Məhkəməsinin göndərdiyi 30 may 2025-ci il tarixli, 2(078)- 710/2025 nömrəli sorğuya cavab olaraq, Naxçıvan MR Dövlət Arxiv İdarəsinin göndərdiyi Naxçıvan Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 30 noyabr 1990-cı il tarixli, 569 nömrəli qərarının surəti iş materiallarına əlavə olunmuşdur. 17 iyun 2025-ci il tarixli aktın surətinə əsasən, baxış zamanı ölçmə işləri görüldü. Ölçmə zamanı həyətin mübahisəli hissəsinin iddiaçının evi ilə birlikdə hasarın içərisində olduğu, ərazidə iddiaçıya aid çoxillik meyvə ağaclarının olduğu və torpaq sahəsindən əkin sahəsi kimi istifadə etdiyi tərəfimizdən müəyyən olundu. Mübahisəli ərazidə iddiaçının istifadəsində olan su quyusu, iki yardımçı tikili, bir sanitar qovşağı və istirahət üçün nəzərdə tutulmuş üstü örtülü oturacaq sahə inşa olunmuşdur. Baxış keçirilən zaman iddia olunan ərazinin heç bir üçüncü şəxsin marağına toxunmadığı tərəfimizdən müəyyən olundu. Akt tərtibatında iştirak edən qonşu mülkiyyətçi X16 da öz ifadələrində bildirdi ki, mən 2010-cu ildə bura köçmüşəm və buranı hasarlı şəkildə Rasim və ailəsinin istifadəsində görmüşəm. Hətta keçmiş dövrlərdə həyətlərində əkdikləri kənd təsərrüfat məhsullarını və meyvələri qapıya qoyub satırdılar. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı iş üzrə» 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərəkən, bir qayda olaraq “Əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ—əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3.-cü maddəsinə görə istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.1-ci maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Qanunvericiliyin tələbinə əsasən 16 iyul 1996-cı il tarixədək yəni “Torpaq islahatları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə minənədək vətəndaşın qanuni istifadəsində olan torpaq sahəsi onun mülkiyyəti hesab olunmuşdur. İş materiallarına əlavə edilən Naxçıvan MR-in İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 28 noyabr 2024-cü il tarixli, 04/1273 nömrəli məktubuna əsasən, Naxçıvan şəhəri, 21(2)-ci məhəllə 7 ünvanında 211,47 m² torpaq sahəsində yerləşən, ümumi sahəsi 104,92 m² olan fərdi yaşayış evi xx.xx.2008-ci tarixdə Naxçıvan Şəhər Məhkəməsinin 19 may 2008-ci il tarixli 2-93-2008 nömrəli qətnaməsi əsasında daşınmaz əmlakın dövlət reyestrində Ərizəçi adına qeydiyyata alınmışdır. Bəhs edilən torpaq sahəsi Xidmətin informasiya bazasında yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, fiziki şəxslərin istifadəsində olan torpaq sahəsi kimi uçota alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın 2.2-ci bəndinə əsasən rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995ci il dekabrın 19-dək qəbul edilmiş qərar torpaq sahəsi üzərində hüquqların qeydiyyatı üçün əsas hesab olunur. Torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun qeydiyyata alınması üçün tələb olunan hüquqmüəyyənedici sənəd təqdim edilmədiyi halda, qanunvericiliyə uyğun olaraq həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid edilir. Naxçıvan MR-in İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 19 noyabr 2024-cü il tarixli, 03/1220 nömrəli məktubuna əsasən, Naxçıvan Şəhər Məhkəməsinin 19 may 2008-ci il tarixli 2-93-2008 nömrəli qətnaməsi əsasında qeyd edilən torpaq sahəsində yerləşən 211,0 m² tikililər üzərində Ərizəçi sahiblik və istifadə hüququ tanınmış və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bəhs edilən torpaq sahəsi Xidmətin informasiya bazasında yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, fiziki şəxslərin istifadəsində olan torpaq sahəsi kimi uçota alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın 2.2-ci bəndinə əsasən rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995ci il dekabrın 19-dək qəbul edilmiş qərar torpaq sahəsi üzərində hüquqların qeydiyyatı üçün əsas hesab olunur. Bəhs edilən torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun qeydiyyata alınması üçün tələb olunan hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən, qanunvericiliyə uyğun olaraq həmin torpaq sahəsinin ərizəçiyə mənsub olması faktı müəyyən edilmişdir. Bütün bunlar o nəticəyə gəlməyə əsas verir ki, ərizəçinin tələbi müvafiq sənədlərlə öz təsdiqini tapır. Belə olan halda fakt təsdiq olunmalıdır. Nəticə: Beləliklə, toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Naxçıvan şəhəri 21-ci məhəllə 7 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin Ərizəçi sahibliyində və istifadəsində olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Naxçıvan şəhəri 21-ci məhəllə 7 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin Ərizəçi sahibliyində və istifadəsində olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-710/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-710/2025
10.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver