Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-714/2023 05.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı daşınmaz əmlakda payların müəyyən olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan şəhəri Qaraçuq kəndində yerləşən ümumi sahəsi 0.14 ha olan JN-1513A, kod 10304005 şəhadətnaməli həyətyanı torpaq sahəsindən ibarət miras əmlakda mərhum xx.xx.2012-ci il tarixdə vəfat etmiş atası X5, xx.xx.2010-cu il tarixdə vəfat etmiş anası Həsənova (Novruzova) Səriyyə Əli qızının, xx.xx.2018-ci il tarixdə vəfat etmiş qardaşı X6 paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil hüquqlarını müdafiə etdiyi və eyni zamanda nümayəndəsi olduğu İddiaçı iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirmiş və bunu nəzərə alan məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil verdiyi izahatında təmsil etdiyi iş üzrə İddiaçı dediklərinə əsasən xx.xx.1999-cu il tarixli Babək rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Babək rayon Qaraçuq kəndində yerləşən ümumi sahəsi 0.14 ha olan JN-1513A, kod 10304005 şəhadətnaməli fərdi yaşayış və həyətyanı torpaq sahəsi X5, X17, X6, Cavabdeh1 və Cavabdeh2 mülkiyyətinə verilmişdir. İddiaçının mərhum atası X11 xx.xx.2012-ci il tarixdə, anası Həsənova (Novruzova) Səriyyə Əli qızı xx.xx.2010-cu il tarixdə və qardaşı X12 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. X12 ilə X13 nikahlarının pozulması 21 dekabr 1998-ci il tarixdə Babək rayon Qeydiyyat Şöbəsində 40 sayla qeydə alınmışdır. X1 vərəsələri- X19-vəfat edib, X7, X14, İddiaçı, X18-oğlu, X8rvəfat edib. Mərhum Həsənova (Novruzova) Səriyyə Əli qızının vərəsələri- X18, X12-vəfat edib, İddiaçı -1959-cu il təvəllüdlü, X12- vəfat edib. X2 vərəsələri- Həsənova (Novruzova) Səriyyə Əli qızı- vəfat edib, İddiaçıdur. Miras qalan əmlakı faktiki olaraq iddiaçı qəbul edib. İddiaçı ev inşa edərək miras əmlakda yaşayır. Lakin mirasda mərhum atasının, anasının və qardaşı Eldənizin payları müəyyən olunmadığından miras hüquqları əldə edə bilmir. Sənədləşmə işlərinin aparıla bilməsi üçün miras əmlakda paylar müəyyən olunmalıdır. Vəkil sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Qaraçuq kənd Zaks İcra komitəsi tərəfindən xx.xx.1954-cü il tarixdə verilmiş İE seriyalı 215563 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən məlum olmuşdur ki, X11 ilə Novruzova (Həsənova) Səriyyə Əli qızı arasında həmin tarixdə nikah bağlamış və bu barədə 17 nömrəli akt qeydi icra edilmişdir. Culfa rayon Zaks şöbəsi tərəfindən xx.xx.1959-cu il tarixli İ-İE 745043 nömrəli doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, İddiaçı xx.xx.1959-cu ildə Culfa rayonunda anadan olmuşdur, atası X11, anası X15r. Babək rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş çıxarışdan məlum olmuşdur ki, X12 ilə Cavabdeh1 arasındakı nikah qeydi xx.xx.1998-ci il tarixdəpozulmuş və bu barədə 40 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışdan aydın olur ki, X19 xx.xx.2010-cu il tarixdə beyin insultu diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş, bu barədə xx.xx.2010-cu il tarixdə 50 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı 493264 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən məlum olmuşdur ki, X11 xx.xx.2012-ci ildə qaraciyər çatışmazlığı diaqnozu ilə Naxçıvan şəhəri Qaraxanbəyli kəndində vəfat etmiş və bu barədə 327 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İ seriyalı 801531 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən məlum olmuşdur ki, X12 xx.xx.2018-ci ildə kəskin miokard infarktı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə 152 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan şəhər İcra Hakimiyyəti Qaraxanbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1064 nömrəli arayışdan arayışından aydın olur ki, Həsənov X10 şəhəri Qaraxanbəyli kəndində qeydiyyatdadır. Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraxanbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1065 nömrəli arayışdan aydın olur ki, mərhum X4 şəhəri, Qaraxanbəyli kəndində yaşayıb və onun aşağıdakı vərəsələri vardır: - İddiaçı- oğlu-1959; - X12- oğlu -vəfat edib. Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraxanbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1122 nömrəli arayışdan aydın olur ki, mərhum X3 şəhəri, Qaraxanbəyli kəndində yaşayıb və onun aşağıdakı vərəsələri vardır: -X19-həyat yoldaşı-vəfat edib; -X7-oğlu-1955; -X14-oğlu-1957; -İddiaçı-oğlu-1959; - X18-oğlu-1961; - X12-oğlu-vəfat edib. JN-1513A, kod 10304005 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən məlum olur ki, Babək Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 29 nömrəli qərarı əsasında Naxçıvan şəhəri Qaraçuq kəndində yerləşən ümumi sahəsi 0.14 ha olan həyətyanı torpaq sahəsi X5, X17, X6, Cavabdeh1 və Cavabdeh2 mülkiyyətinə verilmişdir. X7 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən aydın olur ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş atası X5 vəfatından sonra ondan miras qalmış əmlaklara qanunvericilikdə müəyyən edilmiş müddətdə notariat ofisinə müraciət etməklə və yaxud yiyələnməklə qəbul etməmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Həmin Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci bəndinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünəkən və ya ondan pay ayrılarkən mülkiyyətçilərin payları əgər onların razılaşmasında başqa qayda nəzərdə tutulmayıbsa bərabər sayılır. Məhkəmə hesab edir ki, Naxçıvan şəhəri Qaraçuq kəndində yerləşən ümumi sahəsi 0.14 ha olan həyətyanı torpaq sahəsində X5 payı 1/5 hissədə, Həsənova (Novruzova) Səriyyə Əli qızının payı 1/5 hissədə və X6 payı 1/5 hissədə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə ödənilmiş dövlət rüsumu və digər xərclərlə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2023cü il tarixdə 31474 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Naxçıvan şəhəri Qaraçuq kəndində yerləşən ümumi sahəsi 0.14 ha olan həyətyanı torpaq sahəsində X5 payı 1/5 hissədə, Həsənova (Novruzova) Səriyyə Əli qızının payı 1/5 hissədə və X6 payı 1/5 hissədə müəyyən edilsin. İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2023-cü il tarixdə 31474 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-714/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-714/2023
05.07.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver