Məhkəmə qərarları › İş №2(078)-725/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-725/2024

25.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-725/2024 25.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi X4 və ərizəçinin vəkili Vəkil iştirakı ilə, Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 18 oktyabr 1977-ci ildə vəfat etmiş atası Maraqlı şəxs9 Sadıx oğlundan miras qalmış ünvan 1 ünvanında 0.0535 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 42.03 kv.m olan fərdi yaşayış evinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs2, X11, X13, Maraqlı şəxs8, X14, Maraqlı şəxs5, Maraqlı şəxs9, Maraqlı şəxs10, Maraqlı şəxs11 və Maraqlı şəxs1 maraqlı şəxs qismində prosesə cəlb olunmuşdur. Məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Ərizəçi məhkəmə iclaslarında iştirak etməmiş, o, məhkəmədə vəkili və nümayəndə vasitəsilə təmsil olunmuşdur. Məhkəmə iclası zamanı dindirilən ərizəçinin nümayəndəsi X10 ərizəni müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, ünvan 1 ünvanında 0.0535 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 42.03 kv.m olan fərdi yaşayış evi ərizəçinin mərhum atası Maraqlı şəxs9 Sadıx oğlunun adına 19 fevral 2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınaraq Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Bağırov X7 Zəhra Cəbi qızı ilə xx.xx.1957-ci il tarixdə nikah qeydiyyatından keçməklə evləniblər. Maraqlı şəxs9 Sadıx oğlu 18 oktyabr 1977-ci ildə, X20 isə 06 iyun 1982-ci ildə vəfat edib. Maraqlı şəxs9 Sadıx oğlunun vərəsələri həyat yoldaşı və övladları Ərizəçi, X8 (xx.xx.2008-ci ildə vəfat edib), Maraqlı şəxs2, X12 (xx.xx.1994-cü ildə vəfat edib) və X5 (xx.xx.2014-cü ildə vəfat edib). X2 vərəsələri-X11 həyat yoldaşı və övladları Bağırova (Əlverdiyeva) Elnurə Nəriman qızı, Maraqlı şəxs7, Maraqlı şəxs8, X14, Maraqlı şəxs5 və Maraqlı şəxs9dur. Nəriman Bağırovun bütün vərəsələri ərizə verərək mirasdan onlara düşən payı qəbul etmədiklərini bildiriblər. Maraqlı şəxs2 da ərizə verərək mirasdan ona düşən payı qəbul etmədiketmədiyinilərini bildirib. Digər vərəsə X12 xx.xx.1994-cü ildə vəfat edib. Subay idi. Digər vərəsə X1 vərəsələri X29-həyat yoldaşı (xx.xx.1992-ci ildə vəfat edib), X23, Maraqlı şəxs11 və Maraqlı şəxs1dur, Samirə və Afil ərizə verərək mirasdan onlara düşən payı qəbul etmədiklərini bildiriblər, Asif isə məsələbarədə məlumatlıdır, lakin Terkiyə Respulikasında yaşadığından münasibəti məlum deyil. İstər valideynlərinin sağlığında, istərsə də onların ölümündən sonra ərizəçi həmin evdə yaşamaqla bütün miras əmlakı faktiki olaraq qəbul edib, sahiblənərək ailə üzvlərində birlikdə orada yaşamışdır. Ərizəçi miras hüquqlarını dövlət qeydiyyatına aldıra bilmir. Sadəcə olaraq müddət keçdiyindən notarius miras əmlaka dair şəhadətnamə vermir. Ona görə miras hüquqlarının tanınması ilə bağlı məhkəməyə müraciət edir. Ərizəçinin nümayəndəsi V.Bağırova sonda qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən ərizəçinin vəkili Vəkil ərizəni və ərizəçinin nümayəndəsinin izahatını təsdiqlədiyini, heç bir əlavəsinin olmadığını bildirmiş və müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən Maraqlı şəxs2 izahatında bildirmişdir ki, atası öldükdən sonra qardaşı həmin evdə yaşayır. Bununla heç bir mübahisələri yoxdur. Ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclası zamanı izahat verən maraqlı şəxs Məmmədova (Bağırova) Aynurə Nəriman qızı izahatında bildirmişdir ki, babası öldükdən sonra əmisi ailəsi ilə həmin evdə yaşayır. Bununla heç bir mübahisələri yoxdur. Ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclası zamanı izahat verən maraqlı şəxs Mirzəyeva (Bağırova) Zəroş Qəhrəman qızı izahatında bildirmişdir ki, qaynatası öldükdən sonra qaynı həmin evdə yaşayır. Bununla heç bir mübahisələri yoxdur. Ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclası zamanı izahat verən Maraqlı şəxs11 izahatında bildirmişdir ki, babası öldükdən sonra əmisi ailəsi ilə həmin evdə yaşayır. Bununla heç bir mübahisələri yoxdur. Ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclası zamanı izahat verən Maraqlı şəxs9 izahatında bildirmişdir ki, atası öldükdən sonra qardaşı həmin evdə yaşayır. Bununla heç bir mübahisələri yoxdur. Ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxslər X13, X14, Maraqlı şəxs5, Maraqlı şəxs10 və Maraqlı şəxs1 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, bu barədə rəsmi məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxslər X13, X14, Maraqlı şəxs5, Maraqlı şəxs10 və Maraqlı şəxs1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid X16 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşudur. O, 1963-cü ildə həmin məhəlləyə gəlin gəlib. Əvvəl ərizəçinin atası, sonra anası vəfat etdi. Daha sonra Qəhrəman başqa evə köçdü və həmin evdə oğu Rafiq ailəsi ilə yaşadı. 10 ildir Rafiq vəfat edib. Hazırda həmin evdə Rafiqin həyat yoldaşı Yazgül və övladları yaşayr. Məhkəmə baxışı iclasında şahid X17 ifadəsində bildirmişdir ki, ərizəçi ilə qonşudur. O, həmin məhəlləyə gəlin gəlib. Neçə illər ki, ərizəçini tanıyır. Hazırda həmin evdə ərizəçinin mərhum oğlu Rafiqin həyat yoldaşı Yazgül və övladları yaşayr. Məhkəmə baxışı iclasında şahid X9 ifadəsində bildirmişdir ki, ərizəçi onun qohumudur. Hazırda həmin evdə ərizəçinin mərhum oğlu Rafiqin həyat yoldaşı Yazgül və övladları yaşayr. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib ərizəçinin nümayəndəsinin və vəkilinin izahatını, şahidlərin ifadəsini, işin bütün hallarını nəzərə alıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki işin materiallarında olan Naxçıvan şəhər Nikah evi tərəfindən xx.xx.2023cü il tarixdə verilmiş nikah akt qeydindən çıxarışdan aydın olur ki, Maraqlı şəxs9 Sadıx oğlu ilə X20 arasında xx.xx.1957-ci il tarixdə nikah bağlamış və bu barədə 67 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan şəhər Nikah evi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş nikah akt qeydindən çıxarışdan aydın olur ki, X8 ilə Mirzəyeva (Bağırova) Zəroş Qəhrəman qızı arasında xx.xx.1987-ci il tarixdə nikah bağlamış və bu barədə 21 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan şəhər Nikah evi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş nikah akt qeydindən çıxarışdan aydın olur ki, X29 ilə Bağırova (Əhmədova) Siddiqə Allahverdi qızı arasında xx.xx.1973-cü il tarixdə nikah bağlamış və bu barədə 19 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan “Asan Xidmət” Mərkəzində Naxçıvan şəhər Nikah evi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 3-16-5/8-16-583/2023 nömrəli məktubundan məlum olur ki, xx.xx.1994-cü ildə Naxçıvan şəhəri, Əliabad kəndində vəfat etmiş X6 nikah haqqında akt qeydi tapılmamışdır. Naxçıvan şəhər Nikah evi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ölüm akt qeydindən çıxarışdan aydın olur ki, Maraqlı şəxs9 Sadıx oğlu xx.xx.1977-ci il tarixdə qaraciyər selloziyası diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş, bu haqda xx.xx.1977-ci il tarixdə ölüm haqqında akt qeydləri kitabının 20-ci səhifəsində qeydiyyat aparılmışdır. Naxçıvan şəhər Nikah evi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ölüm akt qeydindən çıxarışdan aydın olur ki, X20 xx.xx.1982-ci il tarixdə xərçəng diaqnozu ilə Naxçıvan şəhər Əliabad kəndində vəfat etmiş, bu haqda xx.xx.1982-ci il tarixdə ölüm haqqında akt qeydləri kitabının 13-cü səhifəsində qeydiyyat aparılmışdır. Naxçıvan şəhər Nikah evi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ölüm akt qeydindən çıxarışdan aydın olur ki, X8 xx.xx.2008-ci il tarixdə miokard infarktı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş, bu haqda xx.xx.2008-ci il tarixdə ölüm haqqında akt qeydləri kitabının 254-cü səhifəsində qeydiyyat aparılmışdır. Naxçıvan şəhər Nikah evi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ölüm akt qeydindən çıxarışdan aydın olur ki, X12 xx.xx.1994-cü il tarixdə bədbəxt hadisə diaqnozu ilə Naxçıvan şəhər Əliabad kəndində vəfat etmiş, bu haqda xx.xx.1994-cü il tarixdə ölüm haqqında akt qeydləri kitabının 18-ci səhifəsində qeydiyyat aparılmışdır. Naxçıvan şəhər Nikah evi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ölüm akt qeydindən çıxarışdan aydın olur ki, X5 xx.xx.2014-cü il tarixdə xrinoki ürək çatışmazlığı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş, bu haqda xx.xx.2014-cü il tarixdə ölüm haqqında akt qeydləri kitabının 195-ci səhifəsində qeydiyyat aparılmışdır. Naxçıvan şəhər Nikah evi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ölüm akt qeydindən çıxarışdan aydın olur ki, X29 xx.xx.1992-ci il tarixdə kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş, bu haqda xx.xx.1992-ci il tarixdə ölüm haqqında akt qeydləri kitabının 238-ci səhifəsində qeydiyyat aparılmışdır. Naxçıvan şəhər Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 11/314 nömrəli arayışdan aydın olur ki, Naxçıvan şəhəri, Əliabad qəsəbəsində yaşamış mərhum Maraqlı şəxs9 Sadıx oğlunun müəyyən edilən vərəsələri aşağıdaklardır:

1. X20-həyat yoldaşı-xx.xx.1982-ci ildə vəfat edib;

2. Ərizəçi-oğlu-1946;

3. X8-oğlu-1948 -xx.xx.2008-ci ildə vəfat edib;

4. Maraqlı şəxs2 –oğlu-1957;

5. X12-oğlu-1964-xx.xx.1994-cü ildə vəfat edib;

6. X5-qızı-1954-xx.xx.2014-cü ildə vəfat edib. Naxçıvan şəhər Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 11/312 nömrəli arayışdan aydın olur ki, Naxçıvan şəhəri, Əliabad qəsəbəsində yaşamış mərhum X2 müəyyən edilən vərəsələri aşağıdaklardır:

1. X11-həyat yoldaşı-1956;

2. Bağırova (Əlverdiyeva) Elnurə Nəriman qızı-qızı-1977;

3. Maraqlı şəxs7-qızı-1979;

4. Maraqlı şəxs8-qızı-1983;

5. X14-qızı-1986;

6. Maraqlı şəxs5-oğlu-1987;

7. Maraqlı şəxs9-oğlu-1981. Naxçıvan şəhər Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 11/313 nömrəli arayışdan aydın olur ki, Naxçıvan şəhəri, Əliabad qəsəbəsində yaşamış mərhum X6 müəyyən edilən vərəsələri aşağıdaklardır:

1. X12-atası-1909-xx.xx.1977-ci ildə vəfat edib;

2. X20-anası-1924-xx.xx.1982-ci ildə vəfat edib. Naxçıvan şəhər Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 11/313 nömrəli arayışdan aydın olur ki, Naxçıvan şəhəri, Əliabad qəsəbəsində yaşamış mərhum X1 müəyyən edilən vərəsələri aşağıdaklardır:

1. X29-həyat yoldaşı-1952-xx.xx.1992-ci ildə vəfat edib;

2. X23-qızı-1974;

3. Maraqlı şəxs11-oğlu-1980;

4. Maraqlı şəxs1-oğlu-1984. Naxçıvan şəhər Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 11/360 nömrəli arayışda qeyd olunmuşdur ki, mərhum Maraqlı şəxs9 Sadıx oğlu vəfat etdikdən sonra oğlu-Ərizəçi ailəsi ilə birlikdə Naxçıvan şəhəri Əliabad qəsəbəsi döngə 12, ev 6 ünvanında yaşayırlar. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən aydın olur ki, Naxçıvan şəhəri Əliabad qəsəbəsi döngə 12-də 0.0535 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 42.03 kv.m olan 6A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında xx.xx.2018-ci il tarixdə Maraqlı şəxs9 Sadıx oğlunun adına tam mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Maraqlı şəxs11, X23, X11, Maraqlı şəxs6, Məmmədova (Bağırova) Aynurə Nəriman qızı, Maraqlı şəxs7, X14, Maraqlı şəxs5, Maraqlı şəxs9, Maraqlı şəxs2 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizələrdən aydın olur ki, onlar xx.xx.1977-ci il tarixdə vəfat etmiş Maraqlı şəxs9 Sadıx oğlundan miras qalmış daşınmaz və daşınar miras əmlakdan onlara düşən payı qəbul etmir və bununla bağlı gələcəkdə heç bir iddiası olmayacaq. Naxçıvan şəhər Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 11/311 nömrəli arayışdan aydın olur ki, Bağırov X3 şəhəri, Əliabad qəsəbəsi döngə 27, ev 8 ünvanında qeydiyyatdadır. Naxçıvan “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən Ərizəçi xx.xx.2023cü il tarixli məktubuna xx.xx.2023-cü il tarixdə verilmiş 812/2023 nömrəli cavab məktubundan məlum olur ki, ərizəçiyə aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Plenum Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsində vərəsəlik dedikdə, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi anlaşılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddənin məzmunundan da göründüyü kimi Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirir: Formal və qeyri-formal üsulunu. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə vərəsənin notariat kontoruna miras qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur:

1. Miras əmlaka sahiblik etmək üsulu.

2. Miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirib və ona sahib durur, onun üzərində fiziki “ağalıq edir”. Bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etmək adlanır. Bir qayda olaraq vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Miras əmlakı faktiki idarə etmək dedikdə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımı vəziyyətdə saxlamaq, təmir etmək və ya saxlanılması üçün çəkilən xərcləri ödəmək, vergi ödəmək, sığorta haqqı və digər ödənişlər vermək və s... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin tələbinə əsasən mirasın qəbul edilməsi faktı və vərəsəliyin açılma yeri məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə belə hesab edir ki, mərhum Maraqlı şəxs9 Sadıx oğlunun vəfatından sonra ondan qalmış ünvan 1 ünvanında yerləşən miras əmlak Ərizəçi tərəfindən qəbul etmişdir. İşə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, mərhum Maraqlı şəxs9 Sadıx oğlunun vəfatından sonra ondan qalan miras əmlakı Ərizəçi faktiki qəbul edərək yaşayır. Bu hal ərizəçinin vəkili və nümayəndəsinin izahatı ilə yanaşı, şahid ifadəsi və iş materiallarında olan digər sənədlərlə təsdiqini tapmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, mülki qanunvericilikdə mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş normaların məzmunundan da aydın olduğu kimi, mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək üsulunu özündə ehtiva edir. Mirasın faktiki qəbulu dedikdə vərəsənin miras əmlakda yaşamaqla onu qəbul etməsi ilə və ya həmçinin miras əmlak barəsində vərəsə mülkiyyətçinin öz əmlakının qorunması və sahiblik etməsi ilə bağlı hərəkətlər edir. Yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilən hüquqi mövqeyə uyğun olaraq Ərizəçi miras əmlakda yaşaması vərəsə tərəfindən mirasın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsinə dəlalət edir. Hazırki tələbi üzrə vərəsə Ərizəçi atasının vəfatından sonra həmin mənzilin idarəçiliyini həyata keçirmişdir. Ərizəçinin nümayəndəsinin və vəkilinin izahatından da məlum olmuşdur ki, ərizəçi qanunla müəyyən olunmuş müddətdə Notariat orqanına müraciət etmədiyi üçün notariat orqanı tərəfindən vərəsəlik haqqında şəhadətnamə verilməmişdir. Bundan sonra ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ərizəçinin nümayəndəsinin və vəkilinin izahatından məlum olmuşdur ki, bu faktın təsdiqi qeyd edilən əmlaka hüquqlarının dövlət qeydiyyatına alınması üçün lazımdır. Nəticə: Beləliklə, toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, mərhum Maraqlı şəxs9 Sadıx oğlundan qalmış ünvan 1 ünvanında yerləşən 42.03 kv.m yaşayış sahəsi və 0.0535 ha torpaq sahəsindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi: Ərizə təmin edilsin. Mərhum Maraqlı şəxs9 Sadıx oğlundan qalmış ünvan 1 ünvanında yerləşən 42.03 kv.m yaşayış sahəsi və 0.0535 ha torpaq sahəsindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar