Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-74/2024 28.03.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X12 məhkəmə iclas katibliyi, Ərizəçi və ərizəçinin vəkil və nümayəndəsi Vəkil iştirakları ilə, Ərizəçi miras əmlakın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X3 miras qalmış Naxçıvan şəhəri, 20 Yanvar küçəsi, ev 7 ünvanında yerləşən fərdi yaşayış evinin yalnız o, yəni Ərizəçi tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən olunması (təsdiq olunması) barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə ərizə ilə Naxçıvan “ASAN XİDMƏT” mərkəzində notariat ofisinə müraciət edərək, mərhum atası X3 miras qalmış Naxçıvan şəhəri, 20 Yanvar küçəsi, ev 7 ünvanında yerləşən fərdi yaşayış evinə dair ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin notariat ofisi xx.xx.2023-cü il tarixli məktubla bununla bağlı məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Miras qoyan mərhum atası X13 xx.xx.2020-ci ildə vəfat etmişdir. Mərhum atası X13 rəhmətə getdikdən sonra ona məxsus evdə o ailə üzvləri ilə birgə yaşamışdır. Onun vəfatından sonra o yaşamışdır və miras əmlakı faktiki olaraq o qəbul etmişdir. Bu faktı şahidlər də təsdiq edə bilər. Mərhum atası X4 digər vərəsələri notarial qaydada ərizə verərək miras qalmış əmlakdan onlara çatacaq paylarından imtina etmişlər. Naxçıvan Şəhər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(078)-1594/2023 nömrəli qərardadı ilə Ərizəçi miras əmlakın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan “Asan Xidmət” mərkəzində Notariat Ofisinin, X5 və X1 maraqlı şəxs qismində cəlb olunması qərara alınmışdır. 06 mart 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında Ərizəçi vəkil və nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizəni məhkəməyə təqdim edərək, mülki iş üzrə Ərizəçi məhkəməyə müraciət edərək mərhum atası X3 miras qalmış Naxçıvan şəhəri, 20 Yanvar küçəsi, ev 7 ünvanında yerləşən fərdi yaşayış evinin yalnız o, yəni Ərizəçi tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən olunması (təsdiq olunması) barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdiyini, Naxçıvan şəhəri, 20 Yanvar küçəsi, ev 7 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinin mərhum X8 məxsus olduğunu, bu səbəbdən ərizəyə “mərhum atası X6 miras qalmış Naxçıvan şəhəri, 20 Yanvar küçəsi, ev 7 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinin yalnız o, yəni Ərizəçi tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən olunması (təsdiq olunması)” çərçivəsində baxılmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2(078)-74/2024 nömrəli qərardadı ilə Ərizəçi vəkil və nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinin təmin edilməsi və iddia tələbinə mərhum atası X3 miras qalmış Naxçıvan şəhəri, 20 Yanvar küçəsi, ev 7 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinin yalnız o, yəni Ərizəçi tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən olunması (təsdiq olunması) həddində baxılması qərara alınmışdır. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə maraqlı şəxs Naxçıvan “Asan Xidmət” mərkəzində Notariat Ofisinə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Naxçıvan “Asan Xidmət” mərkəzində Notariat Ofisi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə maraqlı şəxslər X9 və X2 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarına gəlməmiş, maraqlı şəxs X14 məhkəməyə 18 dekabr 2023-cü il tarixdə teleqram göndərərək teleqramda Ərizəçi adına mülki işin icraatda olduğunu, atası X3 ona qalan mirasdan imtina etdiyini qeyd etmiş, maraqlı şəxs X7 məhkəməyə 15 yanvar 2024-cü il tarixdə teleqram göndərərək teleqramda Ərizəçi adına mülki işin icraatda olduğunu, atası X4 adına olan mülkün qardaşı Ərizəçi adına keçməsinə razılıq verdiyini bildirmişdir. Maraqlı şəxslərin məhkəməyə göndərdikləri teleqramları nəzərə alan məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxslər X5 və X1 iştirakları olmadan məhkəmə iclaslarının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi vəkil və nümayəndəsinin dediklərinə əlavəsinin olmadığını bildirərək ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı Ərizəçi vəkil və nümayəndəsi Vəkil ərizəçinin atası X3 miras qalmış Naxçıvan şəhəri, 20 Yanvar küçəsi, ev 7 ünvanında yerləşən fərdi yaşayış evini qəbul etmək üçün məhkəməyə müraciət etdiklərini, müddət keçdiyi üçün məhkəməyə müraciət etməli olduqlarını, atası öldükdən sonra həmin evdə Raufun öz ailəsi ilə birlikdə yaşadığını, digər vərəsələrin miras əmlakdan imtina barədə ərizələrinin olduğunu, həmçinin məhkəməyə teleqram göndərdiklərini, evin ½ hissəsinin X8 atasından miras qaldığını, ½ hissəsinin isə Raufun əmisinə miras qaldığını bildirərək Ərizəçi mərhum atası X3 miras qalmış Naxçıvan şəhəri, 20 Yanvar küçəsi, ev 7 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinin Ərizəçi tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X19 ifadəsində Ərizəçi ilə qonşu olduqlarını, 20 ildir tanıdığını, Ərizəçi atasının ölümündən sonra Naxçıvan şəhəri, 20 Yanvar küçəsi, ev 7 ünvanında yerləşən fərdi yaşayış evində həyat yoldaşı Sevda və 2 uşağı ilə birlikdə yaşadığını, Raufun bacı və qardaşının xeyir işlərdə və s. gəldiklərini, Bakıda yaşadıqlarını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X20 ifadəsində Ərizəçi ilə qonşu olduqlarını, X13 vəfat etdikdən sonra Naxçıvan şəhəri, 20 Yanvar küçəsi, ev 7 ünvanında yerləşən fərdi yaşayış evində Raufun öz ailəsi ilə yaşadığını, Raufun ata və anasının təqaüdçü olduğunu, onlara Raufun baxdığını, onlar öldükdən sonra da həmin evdə Raufun yaşadığını bildirdi. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını dinləyən məhkəmə müəyyən edir ki, X10, X5, X1 və Ərizəçi mərhum X4 vərəsələri olması, Naxçıvan şəhəri, 20 Yanvar küçəsi, ev 7 ünvanında yerləşən daşınmaz əmlakın 1/2 hissəsinin X4 mülkiyyətində olması mülki işin mübahisəsiz hallarıdır. Bunların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -İş materiallarına əlavə olunmuş NMR Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən Naxçıvan şəhəri, 20 Yanvar küçəsində yerləşən 2 otaq, ümumi sahəsi 55.3 m2, o cümlədən yaşayış sahəsi 37.4 m2 olan 7 nömrəli yaşayış evinin ½ hissəsinin Naxçıvan şəhər Dövlət Notariat Kontorunun 2-V-184 nömrəli, 28 oktyabr 2005-ci il tarixli vərəsəlik şəhadətnaməsinə əsasən X4 adına qeydə alınması; -iş materiallarında olan və Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 31 avqust 2023-cü il tarixli, 1104 nömrəli arayışdan Ərizəçi ünvan 1 ünvanında qeydiyyatda olması; -iş materiallarında olan və Naxçıvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ seriyalı, 084805 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X4 xx.xx.2020-ci il tarixdə kəskin ürək damar çatmamazlığı səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 434 nömrə ilə qeyd aparılması; -iş materiallarında olan və Naxçıvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ seriyalı, 165129 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X10 xx.xx.2021-ci il tarixdə koronavirus səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 192 nömrə ilə qeyd aparılması; -iş materiallarına əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 31 avqust 2023-cü il tarixli, 1097 nömrəli arayışdan X4 X17 (vəfat edib), X14, X7 və Ərizəçi adlı vərəsələrinin olması; -iş materiallarına əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 31 avqust 2023-cü il tarixli, 1103 nömrəli arayışdan X10 X13 (vəfat edib), X14, X7 və Ərizəçi adlı vərəsələrinin olması; -iş materiallarına əlavə olunmuş Naxçıvan şəhər zaks şöbəsi tərəfindən verilmiş 03 oktyabr 1972-ci il tarixli evlənmək haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X13 və X24 arasında 03 oktyabr 1972-ci il tarixdə nikahın bağlanması və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 240 nömrə ilə qeyd edilməsi; -iş materiallarında olan və Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 30 avqust 2023-cü il tarixli, 477541 nömrəli çıxarışdan X13 və X10 birgə nikahından 23 dekabr 1973cü il tarixdə X14 adlı övladlarının doğulması; -iş materiallarında olan və Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 31 avqust 2023-cü il tarixli, 338658 nömrəli çıxarışdan X13 və X10 birgə nikahından 24 dekabr 1975ci il tarixdə X7 adlı övladlarının doğulması; -iş materiallarında olan və Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş 13 aprel 1987-ci il tarixli, Xİİ-ЖГ seriyalı, 367200 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X13 və X10 birgə nikahından xx xxxxx 1987-ci il tarixdə Ərizəçi adlı övladlarının doğulması; -iş materiallarında olan və Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 31 avqust 2023-cü il tarixli, 515433 nömrəli çıxarışdan X25 və X11 birgə nikahından 15 avqust 1950ci il tarixdə X13 adlı övladlarının doğulması; -iş materiallarında olan və Naxçıvan şəhər zaks şöbəsi tərəfindən verilmiş 26 yanvar 1951-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X29 və X18 birgə nikahından 10 noyabr 1950-ci il tarixdə X17 adlı övladlarının doğulması; -iş materiallarında olan və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 30 avqust 2023-cü il tarixli, 513 nömrəli arayışdan mərhum X4 mülkiyyətində olan Naxçıvan şəhəri, 20 Yanvar küçəsi, döngə 1-də yerləşən 7 nömrəli fərdi yaşayış evinin əvvəlki ünvanının ünvan 3çıvan “Asan Xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş 591 nömrəli, 02 oktyabr 2023-cü il tarixli arayışda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyi, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada biləcəyini və müvafiq məhkəməyə müraciət etməyinin tövsiyə olunduğunun bildirilməsi aydın olur. İş materiallarına əlavə olunmuş X7 və X21 (X14 əvəzinə) tərəfindən notariat ofisinə 01 sentyabr 2023-cü il tarixdə verilmiş ərizədə xx.xx.2020-ci il tarixində vəfat etmiş X4 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, miras qalmış bütün əmlakdan vərəsəlik yolu ilə onlara çatası 1/2-payı qəbul etmədikləri, etmək niyyətində olmadıqları, həmin miras əmlakdan vərəsəlik yolu ilə onlara çatası paydan imtina etdikləri, adlarının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmədikləri, gələcəkdə həmin miras əmlaka dair heç bir şikayət və tələblərinin olmayacağı qeyd olunmuşdur. Ərizəçi onun tərəfindən miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsini tələb etməsi isə mülki işin mübahisəli halıdır. Məhkəmə mülki işin mübahisəli halının araşdırılması ilə bağlı aşağıdakıları qeyd edir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.3cü bəndinə əsasən məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Plenum qərarının 1.4-cü bəndinə əsasən lazimi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olubolmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. İddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyan X13 tərəfindən vəsiyyətnamə tərtib edilmədiyi müəyyən edilmişdir. Buna görə də hazırkı vəziyyətdə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı qanun üzrə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinin tələbinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qeyd olunan normaların tələbindən də göründüyü kimi X15, X14, X7 və Ərizəçi X4 qanun üzrə vərəsələridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutların aşağıdakılar ola biləcəyi qeyd edilmişdir: -vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; -mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; -mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; -mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; -miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, mülki iş materiallarını bir-biri ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, Ərizəçi mərhum X4 vəfatından sonra ondan qalmış miras əmlakı mərhumun öldüyü gündən faktiki idarə etmiş, bununla da faktiki idarə etmək üsulu ilə mirası qəbul etmişdir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən maraqlı şəxslərin məhkəməyə göndərdikləri teleqramları da nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3- cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına əsasən mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə maraqlı şəxslərə izah edir ki, ərizəçinin miras əmlakı faktiki qəbul etməsi, miras qoyanın digər vərəsələrinin bu hüquqdan məhrum edilməsi hesab edilmir. Mirası qəbul etmiş hər bir vərəsə mirasın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -Ərizə təmin edilməli; -18 oktyabr 2020-ci il tarixdə ölən X3 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 55.3 m2, o cümlədən yaşayış sahəsi 37.4 m2 olan fərdi yaşayış evinin ½ hissəsinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli; -ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. 18 oktyabr 2020-ci il tarixdə ölən X3 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 55.3 m2, o cümlədən yaşayış sahəsi 37.4 m2 olan fərdi yaşayış evinin ½ hissəsinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, o, rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №2(078)-74/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-74/2024
28.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver