Məhkəmə qərarları › İş №2(078)-750/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-750/2025

02.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-750/2025 02.09.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Qurbanəliyeva Günel Bayram qızının katibliyi, Ərizəçi, maraqlı şəxslər Hüseynov Hicran Rəşid oölunun və X49 iştirakları ilə, Ərizəçi miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən ediməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müayyən edilməsi. barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi iddia tələbini onunla əsaslandırmışdır ki, həmin miras evdə valideynlərindən sonra o və ailəsi yaşamışdır. Faktiki olaraq mirası o qəbul etmiş və idarə edir. Mirasın onun tərəfindən qəbul olunmasını qaz, işıq, su müqavilələri, elektrik enerjisindən sərf olunma ilə bağlı müqavilələr.sığorta müqavilələri, ödəmə qəbzləri bir daha təsdiq edir. Həmin müqavilə və qəbzləri ərizəyə sübut növü olaraq əlavə etmişdir. Onu da qeyd etmək istəmişdir ki, mirası qəbul etsə də miras hüquqlarını dövlət qeydiyyatına aldıra bilmir. Ona görə miras hüquqlarımın tanınması ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı tələbinin hüquqi əsaslandırmasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 1145, 1243-ci maddələri, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq olunmuş "notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın" 99-cu bəndi ilə əsaslandırmışdır. Məhkəmə iclası zamanı izahat verən iş üzrə Ərizəçi iddianı müdafiə edərək verdiyi izahatında baba həyətində tikdiyi evi adına keçirmək istədiyini, 1986-cı ildə evi tikdiyini, Gülşənin övladı olduğunu, Güışənin iki ildir vəfat etdiyini, 1982-ci ildə evləndiyini, evlənəndən sonra 3 il orada qalıb sonra 1986-cı ilin yanvarın 19 dan o evdə yaşadığını, o zamandan bəri bu evdə yaşadığını, babasının vəfat etdiyi zamanda özünün 16-17 yaşının olduğunu, baba vəfat edəndə oranın boş torpaq olduğunu, babasının və nənəsinin həmçinin uşaqlarının hər birinin vəfat etdiyini, uzun illərdi orada yaşadığını heçkəsin bir şikayətinin olmadığını, evi adına keçirmək istədiyini bildirərək məhkəmədən iddianın təmin edilməsini xahiş emişdir. Məhkəmə iclası zamanı izahat verən iş üzrə maraqlı şəxs Hüseynov Hicran Rəşid oğlu verdiyi izahatında bibsiğlu Hüseyinin çoxdan orada yaşadığını, heç bir şikayətlərinin tələblərinin olmadığını, tək istəyinin ev-eşiyin bibisi oğlunun adına olması olduğunu bildirmişdir. Məhkəmə iclası zamanı izahat verən iş üzrə maraqlı şəxs X88 verdiyi izahatında heç bir etirazının olmadığını bildirmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatlarını ifadələrini dinləyib, onu iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş: Məhkəməyə təqdim olunan Naxçıvan Regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında 148/2024 nömrəli qərarda ünvan 2 ünvanında yaşayan Ərizəçi ərizəsinə əsasən, mərhum babası X57 miras qalmış ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair vərəsəliyin açılmasından imtina edilməsinə qərar verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2009-cu il tarixli ərizə-öhdəlikdən aydın olur ki ərizəçi Hüseynov X71 Şəhər elektrik şəbəkəsinə ərizə yazaraq yaşayış evindəki, bağ sahəsindəki, xüsusi maşın üçün qarajdakı mənə məxsus elektrik qurğularını elektrik şəbəkəsinə birləşdirəsiniz və elektrik enerjisindən istifadə etmək barədə adına şəxsi hesab açamağı xahiş etmişdir. Elektrik hesablaşma sayğacının və onun üzərindəki blombun qorunuq saxlanmasını təmin edəcəyəm, elektrik sayğacının işləməsində müşahide etdiyim nasazlıqlar barədə elektrik şəbəkəsinə dərhal məlumat verəcəyini, elektrik şəbəkəsinin müəyyən etdiyi vaxtda (ay ərzində) istifadə etdiyim elektrik enerjisinin haqqını ödəyəcəyimi; elektrik xəttinin, məişət, elektrik, cihaz və aparatlarının sazlığını təmin edəcəyimi, sayğacdan kənar heç bir elektrik qurğusundan istifadə etməyəcəyimi; başqa yaşayış yerinə köçməklə əlaqədar və digər səbəblərdən elektrik enerjisindən istifadəni kəsərəmsə bu barədə 7 gün qabaqdan elektrik şəbəkəsinə məlumat verməyi və istifadə etdiyim elektrik enerjisinin haqqını tamamı ilə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. X73 Səhmdar Cəmiyyətinin Su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə dair 20 noyabr 2006-cı il tarixli 2265 nömrəli, xx.xx.2007-ci il tarixli 816 nömrəli və xx.xx.2011-ci il tarixli 816 nömrəli müqəviləyə əsasən Hüseynov X72 Sukanalizasiya Açıq Səhmdar Cəmiyyəti ilə müqavilə bağlamışdır. İş materiallarında olan müqaviləyə əsasən Əhmədova Gülnaz tərəfindən Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçısı arasında qazın alqı-satqısı müqaviləsi bağlanmışdır. İş materiallarında olan müqaviləyə əsasən Ərizəçi xx.xx.2016-cı ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə dair müqavilə bağlamışdır. Məhkəməyə təqdim olunan şəhadətnamə nömrəsi 001829 nömrəli, xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın icbari tibbi sığortası şəhadətnaməsində aydın olur ki, Ərizəçi ilə Naxçıvan MR dövlət Sığorta Xitməti arasında müqavilə imzalanmışdır. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin “Hüquqların Dövlət qeydiyyatı” haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 18/32 nömrəli reyestr kitabının 6304 nömrəli vərəqində qeydiyyata alınan çıxarışdan məlum olur ki, hüququ rəsmiləşdirən şəxs- X104, daşınmaz əmlakın növü- fərdi yaşayış evi, daşınmaz əmlakın ünvanı- ünvan 3ınmaz əmlakın üzərində hüququn növü- mülkiyyət, daşınmaz əmlakın ümumi sahəsi- 136.19 m2, torpaq sahəsinin mülkiyyət növü- xüsusi, torpaq sahəsi üzərində hüququn növü- mülkiyyət, torpaq sahəsinin kateqoriyası- yaşayış məntəqələrinin torpaqları, torpaq sahəsinin ölçüsü- 0.0535 ha, daşınmaz əmlakın reyestr nömrəsi- **********60-10301, hüquq sahibinin adı- X104, payı- tam, qeydiyyat nömrəsi- **********, qeydiyyat tarixi- xx.xx.2018-cü il tarixidir. Məhkəməyə təqdim olunan Naxçıvan şəhər 1 saylı Notariat ofisi tərəfindən təsdiqlənmiş xx.xx.2018-ci il tarixli X88 tərəfindən verilmiş ərizədə bildirmişdir ki, xx.xx.1974 cü ildə vəfat etmiş babası X74 ölümündən sora onun harda yerəşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlakdan vərəsəlik yolu ilə ona çatan payı qəbul etməmiş, etmir, etmək niyyətində deyil. Həmin miras əmlakdan vərəsəlik yolu iə ona çatan paydan imtina edir. Adının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmir. Gələcəkdə həmin miras əmlaka dair heç bir şikayət və tələbi olmayacaqdır. Məhkəməyə təqdim olunan Naxçıvan şəhər 1 saylı Notariat ofisi tərəfindən təsdiqlənmiş xx.xx.2018-ci il tarixli X75 tərəfindən verilmiş ərizədə bildirmişdir ki, xx.xx.1974 cü ildə vəfat etmiş babası X74 ölümündən sora onun harda yerəşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlakdan vərəsəlik yolu ilə ona çatan payı qəbul etməmiş, etmir, etmək niyyətində deyil. Həmin miras əmlakdan vərəsəlik yolu iə ona çatan paydan imtina edir. Adının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmir. Gələcəkdə həmin miras əmlaka dair heç bir şikayət və tələbi olmayacaqdır. Məhkəməyə təqdim olunan Naxçıvan şəhər 1 saylı Notariat ofisi tərəfindən təsdiqlənmiş xx.xx.2018-ci il tarixli X98 tərəfindən verilmiş ərizədə bildirmişdir ki, xx.xx.1974 cü ildə vəfat etmiş babası X74 ölümündən sora onun harda yerəşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlakdan vərəsəlik yolu ilə ona çatan payı qəbul etməmiş, etmir, etmək niyyətində deyil. Həmin miras əmlakdan vərəsəlik yolu iə ona çatan paydan imtina edir. Adının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmir. Gələcəkdə həmin miras əmlaka dair heç bir şikayət və tələbi olmayacaqdır. Məhkəməyə təqdim olunan Naxçıvan “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli X40 tərəfindən verilmiş ərizədə bildirmişdir ki, xx.xx.1974 cü ildə vəfat etmiş babası X74 ölümündən sora onun harda yerəşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlakdan vərəsəlik yolu ilə ona çatan payı qəbul etməmiş, etmir, etmək niyyətində deyil. Həmin miras əmlakdan vərəsəlik yolu iə ona çatan paydan imtina edir. Adının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmir. Gələcəkdə həmin miras əmlaka dair heç bir şikayət və tələbi olmayacaqdır. Məhkəməyə təqdim olunan Naxçıvan “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli X76 tərəfindən verilmiş ərizədə bildirmişdir ki, xx.xx.1974 cü ildə vəfat etmiş babası X74 ölümündən sora onun harda yerəşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlakdan vərəsəlik yolu ilə ona çatan payı qəbul etməmiş, etmir, etmək niyyətində deyil. Həmin miras əmlakdan vərəsəlik yolu iə ona çatan paydan imtina edir. Adının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmir. Gələcəkdə həmin miras əmlaka dair heç bir şikayət və tələbi olmayacaqdır. Məhkəməyə təqdim olunan Naxçıvan şəhər 1 saylı Notariat ofisi tərəfindən təsdiqlənmiş xx.xx.2018-ci il tarixli X89 tərəfindən verilmiş ərizədə bildirmişdir ki, xx.xx.1974 cü ildə vəfat etmiş babası X74 ölümündən sora onun harda yerəşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlakdan vərəsəlik yolu ilə ona çatan payı qəbul etməmiş, etmir, etmək niyyətində deyil. Həmin miras əmlakdan vərəsəlik yolu iə ona çatan paydan imtina edir. Adının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmir. Gələcəkdə həmin miras əmlaka dair heç bir şikayət və tələbi olmayacaqdır. Məhkəməyə təqdim olunan Naxçıvan şəhər 1 saylı Notariat ofisi tərəfindən təsdiqlənmiş xx.xx.2018-ci il tarixli X105 tərəfindən verilmiş ərizədə bildirmişdir ki, xx.xx.1974 cü ildə vəfat etmiş babası X74 ölümündən sora onun harda yerəşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlakdan vərəsəlik yolu ilə ona çatan payı qəbul etməmiş, etmir, etmək niyyətində deyil. Həmin miras əmlakdan vərəsəlik yolu iə ona çatan paydan imtina edir. Adının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmir. Gələcəkdə həmin miras əmlaka dair heç bir şikayət və tələbi olmayacaqdır. Məhkəməyə təqdim olunan Naxçıvan şəhər 1 saylı Notariat ofisi tərəfindən təsdiqlənmiş xx.xx.2018-ci il tarixli Hüseynov Hicran Rəşid oğlu tərəfindən verilmiş ərizədə bildirmişdir ki, xx.xx.1974 cü ildə vəfat etmiş babası X74 ölümündən sora onun harda yerəşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlakdan vərəsəlik yolu ilə ona çatan payı qəbul etməmiş, etmir, etmək niyyətində deyil. Həmin miras əmlakdan vərəsəlik yolu iə ona çatan paydan imtina edir. Adının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmir. Gələcəkdə həmin miras əmlaka dair heç bir şikayət və tələbi olmayacaqdır. Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan məlum olur ki, X99 və X26 xx.xx.1958-ci ildə nikahları bağlamışdır. Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan məlum olur ki, X90 və X100 xx.xx.1955-ci ildə nikahları bağlamışdır. Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan məlum olur ki, Hüseynov Rəşid Şahbaz oğlu və X58 xx.xx.1967-ci ildə nikahları bağlamışdır. Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan məlum olur ki, X91 və Əhmədova almas Qulu qızının xx.xx.1999-cu ildə nikahları bağlamışdır. Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan məlum olur ki, X92 və Seyidova Gülnaz MirAbdulla qızının xx.xx.2006-cı ildə nikahları bağlamışdır. Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan məlum olur ki, X77 və X27 xx.xx.1958-ci ildə nikahları bağlamışdır. Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan məlum olur ki, X91 xx.xx.2019-cu il tarixdə Naxçıvan şəhərində ölmüşdür. Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan məlum olur ki, X106 xx.xx.2021-ci il tarixdə Naxçıvan şəhərində ölmüşdür. Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan məlum olur ki, X130 xx.xx.2022-ci il tarixdə Naxçıvan şəhərində ölmüşdür. Naxçıvan şəhər Qeydiyyat şöbəsi verilmiş xx.xx.2016-cı il tarixli arayışdan məlum olur ki, X104 15.0.2074-cü il tarixdə Naxçıvan şəhərində ölmüşdür. Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan məlum olur ki, X101 xx.xx.2015-ci il tarixdə Naxçıvan şəhərində ölmüşdür. Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan məlum olur ki, X90 xx.xx.1994-cü il tarixdə Naxçıvan şəhərində ölmüşdür. Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan məlum olur ki, X41 xx.xx.2020-ci il tarixdə Naxçıvan şəhərində ölmüşdür. Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan məlum olur ki, X102 xx.xx.1991-ci il tarixdə Naxçıvan şəhərində ölmüşdür. Məhkəməyə təqdim olunan xx.xx.1999-cu il tarixli 040367 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X99 xx.xx.1999-cu il tarixdə Naxçıvan şəhərində ölmüşdür. Məhkəməyə təqdim olunan xx.xx.2023-cü il tarixli 802721 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X59 xx.xx.2022-ci il tarixdə Naxçıvan şəhərində ölmüşdür. Məhkəməyə təqdim olunan xx.xx.2024-cü il tarixli 672593 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X78 xx.xx.2023-cü il tarixdə Naxçıvan şəhərində ölmüşdür Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli **********60-10301 reyestr nömrəli, Naxçıvan şəhəri, M.Ə.Sabir küçəsi, ev 92B ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportu məhkəməyə təqdim edilmişdir. Naxçıva Şəhər İcra Hakimiyyətinin 2 saylı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il taRİXLİ 306 nömrəli arayışından aydın olur ki, Hüseynov X71 şəhəri, M.Ə.Sabir küçəsi, ev 92B ünvanında qeydiyyatdadır. Naxçıvan Şəhər Məhkəməsinə təqdim olunan Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 saylı İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 555 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan məlum olur ki, X42 vərəsələri aşağıdakılardar.

1. Əri Hüseynov Rəşid Şahbaz oğlu- vəfat edib

2. X30- vəfat edib.

3. Oğlu Hüseynov Hicran Rəşid oğlu- 1967

4. Oğlu Maraqlı şəxs3-1979

5. Qızı Maraqlı şəxs4-1974

6. X10- vəfat edib Naxçıvan Şəhər Məhkəməsinə təqdim olunan Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 saylı İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 508 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan məlum olur ki, X50 vərəsələri aşağıdakılardar.

1. X31- 1973

2. X32- 2004

3. X33-2002 Naxçıvan Şəhər Məhkəməsinə təqdim olunan Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 saylı İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 508 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan məlum olur ki, X51 vərəsələri aşağıdakılardar. 1.X138 MirAbdulla qızı- 1986 2.X11- 2008 3.X12-2009

4. X13-2014 Naxçıvan Şəhər Məhkəməsinə təqdim olunan Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 saylı İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 508 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan məlum olur ki, X9 vərəsələri aşağıdakılardar. 1.X2- 1960 2.Oğlu Süleymanov rauf Abdulla oğlu- 1983 Naxçıvan Şəhər Məhkəməsinə təqdim olunan Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 saylı İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 552 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan məlum olur ki, X29 vərəsələri aşağıdakılardar. 1.X3- 1973 2.X8- 1988 Naxçıvan Şəhər Məhkəməsinə təqdim olunan Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 saylı İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 553 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan məlum olur ki, X79 vərəsələri aşağıdakılardar. 1.X70- 1980 2.X179- 2009 3.X54 -2009 4.X19-2018 Naxçıvan Şəhər Məhkəməsinə təqdim olunan Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 saylı İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 510 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan məlum olur ki, X43 vərəsələri aşağıdakılardar. 1.X1- 1966 2.X20- 1993 Naxçıvan Şəhər Məhkəməsinə təqdim olunan Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 saylı İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 556 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan məlum olur ki, X44 vərəsələri aşağıdakılardar. 1.Əri Hüseynov Rəşid Şahbaz oğlu- vəfat edib 2.X14- vəfat edib 3.X30-vəfat edib 4.Oğlu Hüseynov Hicran Rəşid oğlu-1967 5.Maraqlı şəxs3-1979 6.Maraqlı şəxs4-1974 Naxçıvan Şəhər Məhkəməsinə təqdim olunan Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 saylı İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 2013 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan məlum olur ki, X74 vərəsələri aşağıdakılardar. 1.X34- vəfat edib 2.X35- vəfat edib 3.X47- vəfat edib 4.Oğlu Hüseynov Rəşid Şahbaz oğlu- vəfat edib 5.X21- vəfat edib Naxçıvan Şəhər Məhkəməsinə təqdim olunan Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 saylı İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 2017 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan məlum olur ki, X45 vərəsələri aşağıdakılardar. 1.X36- vəfət edib 2.X37- vəfət edib 3.X22- vəfət edib 4.X4- vəfət edib 5.X15- 1956

6. Oğlu Ərizəçi Şuğeyib oğlu- 1957

7. X55-1964

8. Oğlu Hüseynov vəli Şuğeyib oğlu- vəfat edib

9. Oğlu Maraqlı şəxs5 Şuğeyib oğlu- 1961 10.Qızı hüseynova Telnaz Şuğeyib qızı- 1968

11. Qızı Maraqlı şəxs6 Şuğeyib qızı- 1966

12. Qızı Maraqlı şəxs7 Şuğeyib qızı- 1963 Naxçıvan Şəhər Məhkəməsinə təqdim olunan Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 saylı İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 2014 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan məlum olur ki, X53 vərəsələri aşağıdakılardar. 1.X56- vəfat edib 2.X16- vəfat edib 3.X17-1956 4.X18-1962 5.X23-1966. Naxçıvan Şəhər Məhkəməsinə təqdim olunan Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 saylı İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 2016 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan məlum olur ki, Hüseynov Rəşid Şahbaz oğlunun vərəsələri aşağıdakılardar. 1.X24- vəfət edib 2.X30- vəfət edib 3.X10- vəfət edib 4.Oğlu Hüseynov Hicran Rəşid oğlu-1967 5.Oğlu Maraqlı şəxs3-1979

6. Qızı Maraqlı şəxs4-1969 Naxçıvan Şəhər Məhkəməsinə təqdim olunan Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 saylı İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 2015 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan məlum olur ki, X68 vərəsələri aşağıdakılardar. 1.X5- vəfət edib 2.X171 eldar oğlu- vəfət edib 3.Qızı Maraqlı şəxs1-1960 4.X38-1964 5.X25-1962 6.Qızı Hüseynova aygün Eldar qızı-1966 7.X48-1970 8.X39-1972 Ərizəyə əlavə edilmişdir: -Ərizəçi şəxsiyyət vəsiqəsinin surəti. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar). Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə оlan maddi hüquq nоrmalarına və işin baхılması zamanı qüvvədə оlan prоsessual hüquq nоrmalarına uyğun çıхarılmalıdır. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, mərhum X104 15 sentyabr 1974-cü il tarixdə vəfat etmişdir. Bu hissədə miras əmlakla bağlı hüquqi məsələlər həmin vaxt qüvvədə olan Mülki Məcəllənin vərəsəlik hüquq normaları əsasında həll edilməlidir. Mülki qanunvericilikdə vərəsəliyin açılması anı miras qoyan şəxsin ölümü ilə şərtləndirilmişdir. Belə olan halda hazırki tələbə 01 sentyabr 2000-ci ilə qədər qüvvədə olan Mülki Məcəllənin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının qüvvədən düşmüş Mülki Məcəlləsinin 527-ci maddəsinə görə vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 529-cu maddəsinə görə vərəsəliyin açıldığı yer miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. Həmin Məcəllənin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirası yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 556-cı maddəsinə görə qanun üzrə və ya vəsiyyət üzrə vərəsə vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə şəhadətnamə verilməsinə dair ərizə verdikdə mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. Həmin Məcəllənin 561-ci maddəsinə görə qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər. Həmin Məcəllənin 562-ci maddəsinə görə vərəsələrə miras hüququ haqqında şəhadətnamə vərəsəlik açıldığı gündən altı ay küçdikdən sonra verilir. Notariat kontorunda şəhadətnamə almaq istədiyini bildirən şəxslərdən əlavə digər vərəsələrin olmaması barədə məlumat olduqda da istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı, miras hüququ haqqında vətəndaşa şəhadətnamə vərəsəlik açıldığı gündən altı ay keçənə qədər verilə bilər. İşin halları ilə müəyyən edilir ki, mərhum X74 birinci növbəli beş vərəsəsi olmuşdur. X116, X87, X99, Hüseynov Rəşid , Şahbaz oğlu və X78. Mərhumun vərəsələrindən X99 09 avqust 1999-cu ildə, X90 14 dekabr 1991-ci ildə, Hüseynov Rəşid Şahbaz oğlu 10 dekabr 1991-ci ildə, X78 25 fevral 2023-cü il tarixdə vəfat etmişdir. Hələ birinci növbəli vərəsələrin sağ olduqları vaxtdan Ərizəçi Şüceyib oğlu sözügedən miras əmlakda yaşamış, mirası qəbul etmişdir və bu gün də miras əmlakda yaşamaqdadır. Bu gün miras qoyanın birinci növbəli vərəsələrinin öz sağlıqlarında mirası qəbul etməsinə dair onların öz birinci növbəli vərəsələri-maraqlı şəxslərin hər hansı sübutu və etirazı təqdim edilməmişdir. Miras qoyan ərizəçinin babasıdır və qanun üzrə vərəsələr sırasına daxildir. Ərizəçi hələ babasının sağlığından həmin əmlakda yaşaymış və mirasın qəbulu üçün onun idarəçiliyi üçün bütün zəruri hərəkətləri həyata keçirmişdir. Bu halda ərizəçinin ərizəsi təmin edilməli, miras əmlakın Ərizəçi Şüceyib oğlu tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu və digər xərclərlə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, ərizə təmin edildiyindən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

Ərizə təmin edilsin. X6 miras qalan ünvan 5 ünvanında yerləşən 136.19 kv.metr fərdi yaşayış evi və 0.0535 ha torpaq sahəsindən ibarət miras əmlakın Ərizəçi tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə şamil edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar