Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-758/2022 12.10.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkil və nümayəndəsi X5 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15430 (on beş min dörd yüz otuz) manat pulun, məhkəmə məsrəfi olan 400 (dörd yüz) manat vəkil xərcinin və 137 (yüz otuz yeddi) manat dövlət rüsumunun, ümumilikdə 15567 (on beş min beş yüz altmış yeddi) manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, cavabdehlə 2020-ci ildən münasibətlərinin olduğunu, əvvəllər birlikdə makler işlədiklərini, ev almaq fikrinin olduğunu cavabdehin bildiyini, bir dəfə ev alıb qaytardığını Mirhüseynin bildiyini, “Mirhüseynin ona boş evinin olduğunu, istəyirsənsə köç gəl ailənlə yaşa, əlindəki pulu ver mən qoyum banka iki il müddətinə, bankdan gələn faizləri götürərəm, sən də kira pulu vermərsən və iki ilin tamamında mənə verdiyin pulu tam şəkildə olaraq bankdan çəkib özünə qaytararam, səndə bu müddətdə istədiyin evi taparsan alarsan dediyini”, yaxını kimin Mirhüseynin fikrinin ağlabatan olduğunu, iki il ərzində kira vermədən yaşayıb pul qazanıb yaxşı ev alacağını düşünüb əlində olan 12000 manatı ona verdiyini, 11 dekabr 2020-ci il tarixdə 12000 manat pulun Mirhüseynə verilməsi barədə aralarında kredit müqaviləsi yazıldığını, sonra ailəsi ilə köçüb həmin evdə yaşadığını, əlavə olaraq 7 ay ərzində ümumilikdə 6000 manat pulu da banka qoyması üçün Mirhüseynə verdiyini, Mirhüseynin həmin pulu aldıqca öz xətti və imzası ilə təsdiqlədiyini, cavabdehin evində qaldığı müddətdə 16000 manatı saxlamaq və banka qoymaq üçün cavabdehə verdiyini, sonuncu dəfə 03 avqust 2021-ci il tarixdə Mirhüseynə pul verərkən Naxçıvandan ev almaq istəmədiyini, Bakı şəhərində yaşamaq istədiyini deyib pulunu bankdan çəkib gətirməsini dediyini, cavabdehin əvvəl 04 sentyabr 2021-ci il tarixində 16000 manatı çəkib verəcəyini bildirdiyini, həmin tarixdə zəng etdikdə cavabdehin “Kapital Bank”la danışdığını, 10 sentyabr 2021-ci il tarixdə pulu götürəcəyini bildirdiyini, sentyabrın 10-da oğlu Şəmsəddin ilə birlikdə Mirhüseyn ilə görüşdükdə bankın iki il tamam olmamış pulu götürməyin mümkün olmadığını, 18 iyun 2022-ci il tarixdə pulu tam şəkildə götürə biləcəyini and-aman edərək 10000 manatı götürüb verə bildiyini, lakin 6000 manatın batacağını bankın verməyəcəyini, 6000 manatın batmağındansa 9 ay səbr etməyini, 18 iyun 2022-ci il tarixdə 16000 manatı tam olaraq bankdan çəkib verəcəyini bildirdiyini, əmin olmağı üçün həmin tarixdə pulu çəkib verəcəyi barədə oğlunun telefonuna səsli olaraq göndərdiyini, 2022-ci ilin yanvar ayından ailəsi ilə birlikdə Bakı şəhərinə köçdüklərini, “Azər-Türk Bank”a olan borcundan 3 ayını Mirhüseyndən ödəməsini xahiş etdiyini, Mirhüseynin 190 manatdan 3 aylığı ümumilikdə 570 manatı ödədiyini, bu səbəbdən Mirhüseynin ona borcunun 15430 manat qaldığını, 17 iyun 2022-ci il tarixdə Mirhüseynə zəng edib sabahı pulunun çəkilmə vaxtı olduğundan Naxçıvana gəlməsini bildirdikdə, Mirhüseynin 10 iyulda Bakıya gələcəyini pulu verəcəyini bildirdiyini, ona söz verməyini xatırladıb 19 iyun 2022-ci il tarixdə Naxçıvana gəlib Mirhüseynlə görüşdükdə pulu indi verə bilməyəcəyini bildirdiyini, cavabdehin hərəkətlərindən yorulub məhkəməyə müraciət etmək qərarına gəldiyini, Mirhüseynin həmin evi satmaq fikrinin olduğunu, evin qiymətini 72000 manata dediyini, həmin məbləğə ev almaq imkanının olmadığını Mirhüseynə bildirdiyini, pulunu ala bilmədiyini, cavabdehlə olan söhbətlərində pulun onda olmasını həmişə etiraf etdiyini, telefon danışıqlarında olan səs qeydlərində bu faktın təsdiq olunduğunu, hətta borc müqaviləsinin təsdiqi üçün notariusa müraciət etdiklərini, lakin notarius İlahinin bu faktı təsdiq edə bilmədiklərini bildirdiyindən sənədləşdirə bilmədiklərini, Mirhüseynin mənzilində pulsuz qalmadığını, onun verdiyi puldan gələn faiz gəlirini Mirhüseynin mənzil kirası üçün götürəcəyini bildirdiyini, bu faktın səs qeydlərində olduğunu, aylıq puldan gələn faiz qazancının məbləği barədə Mirhüseynin ona bildirmədiyini, Mirhüseynin mənzilini almaq fikri olmadığından bankdan 15000 manat götürüb vermək faktının olmadığını, Mirhüseynə ilk dəfə 8000 manat deyil 12000 manat verdiyini, Mirhüseynə pulu ev almaq məqsədi ilə vermədiyini, Culfada olan evini satdığından əlində 12000 manatının olduğunu, şəhərdə işlədiyi üçün cavabdehin ona kəndə gedib-gəlmə mənim evim var qalarsan təmir edərik almaq istəsən verərəm sənə dediyini, əvvəl Mirhüseynin mənzilin qiymətini 65000 manat dediyini, təmirdən sonra 72000 manat dediyindən almaq fikrinin olmadığını, mənzilin təmirinin xərcini Mirhüseynin çəkdiyini, bu faktların 2020-ci ilin may ayında olduğunu, Mirhüseynin mənzilində bir il altı ay qaldıqlarını, 2021-ci ilin yanvar ayından hər ay 500 manat Mirhüseynə verdiyini, bu məbləğin verilməsi müddətinin 6 ay davam etdiyini, sənəddə 1000 manatın yazılmağının səbəbinin iki aylığın bir yerdə verilməsinin olduğunu, oğlunun xəstəliyi ilə əlaqədar 2022-ci ilin yanvar ayından Bakı şəhərinə köçdüklərindən həmin mənzildə qalmadıqlarını, lakin əşyalarının hələdə mənzildə olduğunu, “Azər-Türk Bank”dan 5000 manat pulu bu məsələlərdən əvvəl götürdüyünü, şəxsi işi üçün götürdüyünü, sübut olaraq təqdim etdiyi sənədin adının ev alqı-satqı mərkəzinin kredit müqaviləsi kimi yazılmasının olmasına baxmayaraq müqavilənin bağlanma məqsədinin pulun Mirhüseynə verilməsinin təsdiqlənməsi məqsədi olduğunu, notariusun onların arasındakı olan borc müqaviləsini təsdiqləmədiyindən öz aralarında sənədləşmə etmək istədiklərindən əllərində olan hazır sənədin üzərində yazdıqlarını, Mirhüseynə 8000 və ya 10000 manat vermədiyini, Mirhüseynin pulu qaytarmasına söz versə də, onun bu pulu qaytarmayacağını bildiyini, buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını, həmçinin bu proseslə bağlı 400 manat ödəniş edərək vəkillə müqavilə bağladığını, həmin pulun cavabdehdən alınıb ona qaytarılmasını istədiyini, sübut olaraq təqdim etdikləri səs yazısını oğlu Şəmsəddinin Naxçıvan şəhərində 19 iyun 2022-ci il tarixdə yazdığını, həmin vaxtı özünün, Mirhüseynin və oğlu Şəmsəddinin olduqlarını, sənəddə oğlunun adının yazılması səbəbinin pulu oğlunun verməsinin olduğunu, bunları nəzərə alaraq, Cavabdeh 15430 manat pulun, məhkəmə məsrəfi olan 400 manat vəkil xərcinin və 137 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi qismində izahat verən X7 iddianı müdafiə etdiyini, iddiaçının izahatına əlavəsinin olmadığını, iddia tələbinin təmininə dair müvafiq qərar verilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh iddianı qəbul etməyərək, iddiaçı ilə tanışlıqlarının olduğunu, Cəlilin gəlib ona ev almaq məsələsinin olduğunu bildirdiyini, 7-8 ay əvvəl bir ev danışıb almaq fikri olduğunu lakin aralarında mübahisə olduğundanalınmadığını, ona vəziyyəti danışandan sonra ev lazım olduğunu dediyini, 3-5 evə baxdıqlarını Cəlilin ailəsini gətirib baxıb bəyəndiklərini lakin ortada pulu olmadığından alqının reallaşmadığını, sonra Cəlilin ona bir yerdə makler işləmək təklifi olunduğunu, razılaşıb işlədiklərini, özünün bir mənzili olduğunu, həmin mənzili məhkəmə qaydasında geri aldığını, mənzilin təmirsiz vəziyyətdə olduğunu, həmin mənzilin ikinci mərtəbədə yerləşdiyini, düşməninin isə həmin mənzilin üçüncü mərtəbəsində kirayə tutub yaşadığını, mənzili satanda təmir etdirmək fikrinin olduğunu, səbəbinin isə mənzil onun olduğu halda təmir etdirərsə düşməninin suya verəcəyini, Cəlilin həmin evi görüb almaq istədiyini bildirdiyini, mənzilin qiymətini 65000 manat dediyini, Cəlilin isə ailəsinə 55000 manat dediyini, təmir etdirərsə başqa qiymət olacağını dediyini, Cəlilin razılaşıb 10000 manatı verib, bankdan 15000 manat götürüb verəcəyini, Culfa rayonunda ev satdığını, ayda 500 manat olmaqla ödəyəcəyini bildirdiyini, Cəlilə evin necə əldə olunmasını bildiyini xatırladıb düşmənin narahatçılıq yaradacağını dediyini lakin Cəlilin razılaşdığını, bu səbəbdən evi təmir etdirməyə başladığını, təmir vaxtı həmin düşməninin iki dəfə evi suya verdiyini, Cəlilin özünün orada olduğunu, bu halları bildiyini, mənzili başqa şəxsə satmaq istədiyindən müştəri apardığını, Cəlilin yoldaşının belə qoymadığını, evdə alıcıya nəsə dediklərini, həmin adamla yaxın münasibəti olsa da artıq münasibətlərinin pozulduğunu, sonra Cəlilgilin həmin evə köçüb yaşadıqlarını, bir gün Cəlilin oğlu Şəmsəddinin gəlib ona evin qiymətini 55000 manat bildiklərini, ama başqa qiymət deyirsən dediyini, bu səbəbdən Cəlilin verdiyi 10000 manatı qaytarıb ondan uzaq durmasını, 15000 manatı da vermədiyini bildirib evə nə qədər xərc çəkdiyini, evi kirayə versəydi ayda 250 manat qazanacağını dediyini, üç gündən sonra Cəlilin böyük oğlunun gələrək ona qohumların içində rüsvay olmuşuq, hamı elə bilir ki, evi almışıq, 10000 manatı verək ayda da 500 manat ödəməklə evi ver bizə, oğlanın xatirinə razılaşdığını, Cəlillə evin qiymətini təmirdən sonra 75000 manata, təmirsiz 65000 manata razılaşdıqlarını, 2020-ci ilin iyun ayında həmin evi icra məmurundan təhvil aldığını, iyul ayında Cəliln 8000 manat verdiyini, sonra 2000 manatda verdiyini, sonra bir il ayda 500 manat da verdiyini, aylıq 500 manatı Cəlil və oğlu Şəmsəddinin verdiyini, Cəlilin söz verdiyi 15000 manatı vermədiyindən 10000 manatı iyulavqust aylarında Cəlilə qaytardığını, sonra Cəlilin oğlunun 2020-ci ilin avqust ayında gətirib ona 10000 manat verdiyini, məhkəmə hazırlıq iclasında iddianı qəbul etmək barədə verdiyi ərizədə həqiqətən Cəlilin ona pul verdiyini, başqasının pulunun ona lazım olmadığını, hazırda iddianı qəbul etməməyinin səbəbi olaraq həmin pulun hansı məqsədə verilməsi olduğunu, Cəlilin ona maddi ziyan vurduğunu, həmin evi təmir etdirmək fikri olmadığını, Cəlilin evi almaq istəyi əsasında təmir etdirdiyini, hətta Cəlilin o, evdə yaşadığı müddətdə düşmənin evi suya verərək maddi ziyan vurmasını ona demədiyini, Cəlildən aldığı pulu Yalçın adlı ev tikən və təmir edən şəxsə verdiyini, lakin ala bilmədiyini, hazırda Cəlilə verəcək pulunun olmadığını, Cəlilin ona pulu iş görməsi üçün verdiyini, geri almaq üçün vermədiyini, həmin pulu da başqasına verdiyini, məhkəməyə verdiyi etiraf ərizəsini öz istəyi ilə yazdığını, Cəlildən aldığı pulu qaytarmaq niyyəti ilə almadığını, iddiaçı tərəfindən məhkəməyə təqdim olunan sənəddə pulu Şəmsəddinin verməsinin qeyd olunmasının həmin vaxtı Cəlillə qaytardığı pulu oğlunun gətirib verməsi olduğunu, iddiaçının təqdim etdiyi sübut sənədinin beh sənədi olduğunu, maklerlərin həmin formalı sənədlə işlədiklərini, iddiaçı tərəfin təqdim etdiyi səs yazılarının doğru olduğunu, həmin söhbətin onun, Cəlilin və oğlu Şəmsəddinin arasında Naxçıvan şəhərində “Elit” yaşayış məntəqəsinin yaxınlığında olduğunu, Şəmsəddinin telefonuna səsli mesajı göndərdiyini, iddiaçı tərəfindən təqdim edilən pulun verilməsi sənədindəki imzaların ona məxsus olduğunu, pulu aldıqca imzası ilə təsdiqlədiyini, Cəlillə münasibətləri pozulduğundan pulu Şəmsəddinin ona verdiyindən sənəddə Şəmsəddinin adının yazıldığını, Cəlilin ona ziyan vurduğundan pul qaytarmaq fikrinin olmadığını, Cəlilə 10000 manat verə biləcəyini, hazırda pulunun olmadığını, 2023-cü ilin dekabr ayında 10000 manat verə biləcəyini, iddia tələbini əsassız hesab etdiyindən rədd olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilən X6 ifadəsində iddiaçının atası olduğunu, kəndə yaşadıqlarını, atasının Mirhüseyinlə işlədiyindən evində qalmağı təklif etdiyini, üç otaqlı evində kira pulu vermədən qalmağı əlimizdə olan pulu ona verməyi, həmin puldan faiz qazancı götürəcəyini bildirdiyini, əslində ev almaq istədiklərindən çətinliklə razılaşdıqlarını, atasının razılaşdığına əsasən 12000 manat əvvəlcədən verdiyini, aydada 500 manat ödəniləcəyini, sonra biz pulumuzu Mirhüseyndən geri istəyəndə müxtəlif vaxtlarda qaytaracağını bildirdiyini, hətta pulu atasına deyil ona qaytaracağını, atasının pulu xərcləyər ev almaz dediyini, 18 iyun 2022-ci il tarixdə qaytaracağını bildirdiyindən atasının Bakıdan Naxçıvana qayıtdığını, Mirhüseynin pulu çəkə bilməyəcəyini bildirərək pulu başqasının adından banka qoyduğunu bildirdiyini, lakin narahat olmamalarını həmin adama nə desə edər dediyini, 2021-ci ilin sentyabr ayında bacısının universitetə qəbul olmaması səbəbindən Bakı şəhərinə getmək istədiklərini, həmin vaxt Mirhüseynə zəng edib pulu istəyəndə danışığı telefon vasitəsilə qeyd etdiyini, Mirhüseynin ona nəzaman istəsən pulu sənə qaytararam dediyini, heç vaxt pulu qaytarmaram demədiyini, Naxçıvanda qaldıqları müddətdə pulu götürmədiklərini, Bakıya getmək istədiklərindən pulu istədiklərini, Mirhüseynin dediyinə görə onların puluna görə bankdan ayda 160 manat faiz aldığını, həmin pulu da mənzilində qaldığımıza görə kira pulu çıxdığını, Mirhüseynin ofisində çox olduğunu, Mirhüseynin ona mənzilinin boş olduğunu, gəlib onun mənzilində nə qədər istəsək qalbiləcəklərini dediyini, əvəzində onların verəcəyi pulu banka qoyub faiz götürəcəyini, Mirhüseynin onların verdiyi pul ilə özündə olan pulu yəni bildiyi qədəri 30000 manatı banka qoymaqla ayda 160 manat faiz aldığını, əminlik olsun deyə Mirhüseydən pullarının banka qoyulması barədə özünün və atasının sənəd istədiyini, Mirhüseynin pulu başqa şəxsin adından banka qoyduğundan həmin adamın sənəd verməz dediyini, atası ilə Mirhüseynin axırıncı danışığından sonra pulu qaytarmayacağına əmin olduqlarını, Mirhüseynin atasına evini təmir etdikdən sonra pulu qaytaracağını dediyini, onda Mirhüseyinin pulu qaytarmayacağını bildiklərini, evin suya verilməsinə görə ləkələrin olduğunu, Mirhüseyn isə mənzildə olan mebelin dəyşdirilməsini istədiyini, pulumuzu qaytararsa mənzili təmir etdirəcəklərini, təmir etdirmədikdə Mirhüseynin şikayət edə biləcəyini, pulu Mirhüseynə atasının verdiyini, Mirhüseynin ona pulu qaytarmadığını, üç gündən sonra da pulu qaytarıb Mirhüseynə qaytardığı halın olmadığını, bir dəfə Mirhüseynin pulu sayıb kassada olduğunu ona bildirdiyini, Mirhüseynin mənzilinə 2020-ci ilin iyun ayında köçdüklərini, kəndən çıxdıqlarına görə qalmağa evlərinin olmadığından həmin evdə qalmaq istədiklərini, Mirhüseynlə yaxın münasibətləri olduğundan evində qalmağı onlara təklif etdiyini, Mirhüseynin mənzilini kirayə verəcəyini bu səbəbdən də onların qalmasını bildirdiyini, həmin evdə 2-3 il qalmağı fikirləşdiklərini, özlərinə ev almağı planlaşdırdıqlarını, atasının ev aldığını amma alınmadığından əllərində olan 12000 manatı Mirhüseynə verdiyini, atasının pulu Mirhüseynə tək aparıb verdiyini, həmin vaxtı özünün onların yanında olmadığını, pulun atası tərəfindən verilməsinin Mirhüseynin ona deməklə təsdiqlədiyini, Mirhüseynin təklifinə görə pulları yığılsın ev alsınlar deyə əvvəlki evlərini satdıqları adamın kəsir pulu hər ay 500 manat verdiyindən həmin məbləğidəMirhüseynə atasının və özünün verdiyini, pulu atasının Mirhüseynə verdiyi vaxtdan bir neçə ay sonra sənədləşmə etmək fikirləri olduğundan sənədi ofisə özünün apardığındanMirhüseyinlə sənədləşməni özünün təsdiqlədiyini, sənədləşmə aparılan vaxtı atası ilə Mirhüseyin arasında söz olduğundan münasibətləri olmadığından sənədləşməni onunla etdiklərini, sənədləşmə etmək fikirinə qohumların dediyinə görə gəldiklərini, Mirhüseynin mənzilini almaq fikirlərinin olduğunu, 75000 manat dediyindən istəmədiklərini, pulu Mirhüseynə inamları olduğu üçün verdiklərini, pulun yığlaraq axırda mənzil almaq istəyində olduqlarını, bu gündə pullarının hansı banka kim tərəfindən qoyulmasını bilmədiklərini, Mirhüseyndən 2021-ci il tarixdə pulu istədiklərində pulu indi götrərsə ziyan edəcəyini, 2022-ci ilin iyun ayının 18-də 16000 manatı qaytaracağını bildirdiyini, Mirhüseynin danışıqlarından şübhələdiklərindən 19 iyun 2022-ci il tarixdə Naxçıvan şəhərində atasının, onun və Mirhüseynin söhbət etdiklərini, həmin vaxtı söhbəti telefonla yazdığını, Mirhüseynin inam olması üçün onun telefonuna səsli mesaj göndərdiyini bildirdi. İş materiallarına əlavə edilmiş 11 dekabr 2020-ci il tarixli, 0077 nömrəli Ev alqı-satqı mərkəzinin Kredit Müqaviləsinə əsasən, X1 Mirhüseyn Mirələkbər oğluna 12000 manat məbləğində pul ödəmiş və 2021-ci ilin yanvar, fevral, mart, aprel, iyun, iyul və avqust aylarında 500 manat olmaqla ödəmə olunmuşdur. Məhkəmə iddia ərizəsinin dəlillərini araşdırıb, tərəflərin izahatlarını, şahidin ifadəsini, işdə olan sübutları, işin bütün faktiki hallarını hərtərəfli və obyektiv araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ, İV hissəsi), ədalət mühakiməsinin vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilməsi təsbit edilmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malik olması təsbit edilmişdir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 95-ci maddəsinə əsasən elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hası şəraitdə yazılmasını göstərməyə borcludur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Məhkəmə tədqiq edilmiş iş materiallarını yuxarıda sadalanan maddi və prosessual normalarla əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 15430 (on beş min dörd yüz otuz) manat məbləğində pul, məhkəmə məsrəfi olan 400 (dörd yüz) manat məbləğində vəkil xərci və 137 (yüz otuz yeddi) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 15967 (on beş min doqquz yüz altmış yeddi) manat məbləğində pul alınaraq İddiaçı qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş11 dekabr 2020-ci il tarixli, 0077 nömrəli Ev alqı-satqı mərkəzinin Kredit Müqaviləsinə əsasən, Cavabdeh 12000 manat məbləğində pul və aylar üzrə 4000 manat ödənmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında pulu aldığını bildirmişdir. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə təqdim olunan sübutların həqiqiliyi cavabdeh tərəfindən təsdiq edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh iddiaçının pulunu qaytarmaması əsası kimin iddiaçının ona mənzili təmir etdirməklə ziyan vurmasını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülkihüquq münasibətlərinin bütün iştirakçıları– fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının öhdəliyini yerinə yetirilməsi tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Mülki işin materiallarına əlavə olunmuş 04/306 nömrəli 23 iyun 2022-ci il tarixli hüquqi yardım üzrə xidmət müqaviləsinə və 005325 nömrəli qəbzin surətinə əsasən İddiaçı vəkilin yardımına görə 400 manat ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 14 iyul 2015-ci il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlımünаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 15430 (on beş min dörd yüz otuz) manat məbləğində pul, məhkəmə məsrəfi olan 400 (dörd yüz) manat məbləğində vəkil xərci və 137 (yüz otuz yeddi) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 15967 (on beş min doqquz yüz altmış yeddi) manat məbləğində pul alınaraq İddiaçı qaytarılsın. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-758/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-758/2022
12.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver