Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-760/2025 29.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi 11 oktyabr 2012-ci il tarixdə ölmüş X2 bacısı uşağı olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Culfa Rrayon Qazançı kənd sakini olmuş X10 onun xalasıdır. X10 11 oktyabr 2012-ci il tarixdə ölmüşdür. X1 Yamin İsmayıl oğlu ilə 02 iyun 1949-cu tarixdə rəsmi nikah qeydiyyatından keçərək evlənib. X10 ilə X12 birgə nikahdan uşaqları doğulmayıb, X2 başqa uşağı da yoxdur. X2 ölümündən sonra Culfa Rrayon Qazançı kəndində yerləşən 0.3414-ha fərdi yaşayış evinin torpaq sahəsinin və üzərində 110.87 kv.m tikilidən ibarət yaşayış evinin 2/1 hissəsi miras qalmışdır. X2 bir bacısı- onun X8 olmuşdur. X8 ilə atası X11 xx.xx.1963-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçərək evləniblər. X8 xx.xx.2011-ci il tarixdə, atası X11 isə xx.xx.1998-ci il tarixdə ölmüşdür. Qeyd edilən faktiki hallardan göründüyü kimi mərhum xalası X2 birnci dərəcədən vərəsələrinin olmadığı müəyyən edilir. Mərhum xalası X2 ikinci dərəcədən yeganə vərəsəsi bacısı- onun X8 da qeyd edildiyi kimi xx.xx.2011-ci il tarixdə ölmüşdür. Mərhum X8 və mərhum xalası-miras qoyan X2 doğumu haqqında, ataları X7 ölümü və X7 anaları X27 ilə nikahı haqqında akt qeydləri müəyyən edilmədiyindən onun- Ərizəçi miras qoyan X2 bacısı oğlu olmağı dolayısı ilə ikinci növbədən mirasdan pay almaq hüququ olsa da bu faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə ede bilmi. Adları qeyd edilən şəxslər barəsində müvafiq akt qeydlərinin əldə olunması üçün Naxçıvan MR Dövlət Arxiv İdarəsinə müraciət edilmişdir. Lakin adları qeyd edilən şəxslərə aid müvafiq akt qeydlər barədə Naxçıvan MR Dövlət Arxiv İdarəsində mühafizə olunan kitablarda qeydə, məlumata rast gəlinmədiyi bildirilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Məhkəmə iclası zamanı izahat verən ərizəçinin vəkili və Vəkil oğlu ərizəsini müdafiə edərək izahatında ərizəçinin də məhkəməyə təqdim etdiyini ərizədən məlum olduğu kimi ərizəçi ilə qeyd olunan şəxslər arasındakı qohumluq münasibətləri faktının müəyyən olunmasını tələb etdiyini, digər dövlət orqanlarının da təqdim etdiyi sənədlərdən bu halların faktı müəyyən olunub, məhkəmədən Ərizəçi 11 oktyabr 2012-ci il tarixdə ölmüş X2 bacısı uşağı olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X20 ifadəsində ərizəçi ilə iki tərəfli qohum olduqlarını, Hümbətin anasının bacısı Münəvvərin qaynının nəvəsi olduğunu, Münəvvərin Hümbət əmisinin xalası olduğunu, atasının 2021-ci ildə vəfat etdiyini, anasının Culfa şəhərində yaşadığını, özünün burada yaşadığını, əmisinin Bakıda yaşadığını, Rəhimova Xavərin atasının əmicanısının bacısı olduğunu, 2-ci dəfə onun bibisi qızı ilə onlardan birinin ailə qurduğunu, 2-ci dəfə qohum olduqlarını, Xavər doğulmamışdan, atasının müharibəyə gedib qayıtmadığını, Münəvvərin uşaqları olmadığına görə özlərinin onlarla çox bir yerdə olduqlarını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X17 ifadəsində iddiaçının doğma əmisi olduğunu, atasının 1-ci qrup əlil olduğu üçün gələ bilmədiyini, özünün gəldiyini, Cəfərin 1941-42 də müharibəyə gedib gəlmədiyini, Minəvvərin atasının xalası olduğunu, başqa xalası olmadığını bildirmişdir. Məhkəmə iclasında maraqlı şəxs-Naxçıvan Şəhər Nikah Evinə rəsmi qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndə iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Nikah Evinin xx.xx.2024-cü il tarixli çıxarışından aydın olur ki, mərhum Seyidov Mirəli M.Hümbət oğlu xx.xx.1998-ci il tarixdə Naxçıvan şəhərində böyrək çatışmamazlığından vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Nikah Evinin xx.xx.2024-cü il tarixli 355143 nömrəli çıxarışından aydın olur ki, X4 və X14 xx.xx.1963-cü ildə nikahları bağlamışdır. İş materiallarına əlavə edilmiş Culfa rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 117497 nömrəli çıxarışından aydın olur ki, X19 17 avqust 2006-cı ildə Culfa rayon Qazançı kəndində miokord infaktı səbəbi ilə ölmüşdür. İş materiallarına əlavə edilmiş Culfa rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 492862 nömrəli çıxarışından aydın olur ki, X10 11 oktyabr 2012-ci ildə Culfa rayon Qazançı kəndində hipertenziya səbəbi ilə ölmüşdür. İş materiallarına əlavə edilmiş Culfa rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli çıxarışından aydın olur ki, X12 və X2 xx.xx.1949-cu ildə nikahları bağlamışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Nikah Evinin xx.xx.2024-cü il tarixli çıxarışından aydın olur ki, mərhum X27 xx.xx.1994-cü il tarixdə Naxçıvan şəhərində ürək xəstəliyindən vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Nikah Evinin xx.xx.2024-cü il tarixli çıxarışından aydın olur ki, mərhum X24 xx.xx.2011-ci il tarixdə Naxçıvan şəhərində tənəffüs çatışmamazlığından vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 13/1776 nömrəli arxiv arayışında bildirilir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin VVAQ şöbəsinin Culfa rayonu Nəhəcir kəndi üzrə 1940-1944-cü illərə dair ölüm akt qeydi kitablarında, mərhum X7 1942-ci il tarixdə vəfat etməsi haqqında malunala rast gəlinmədi. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 13/1775 nömrəli arxiv arayışında bildirilir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin VVAQ şöbəsinin Culfa rayonu Nəhəcir kəndi üzrə 1936-1944-cü illərə dair bərpa sənədlərində, mərhum X14 1942-ci il tarixdə anadan olması haqqında məlumata rast gəlinmədi. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 13/1763 nömrəli arxiv arayışında bildirilir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin VVAQ şöbəsinin Culfa rayonu Nəhəcir kəndi üzrə 1932-ci ilə dair doğum haqqinda akt qeydi kitabları Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyindən mərhum X2 xx.xx.1932-ci il tarixdə anadan olması haqqında məlumat vermək mümkün olmadı. Əlavə olaraq, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin VVAQ şöbəsinin Culfa rayonu Nəhəcir kəndi üzrə 1936-1944-cü illərə dair bərpa sənədlərinə də baxıldı, mərhumun göstərilən tarixdə anadan olması haqqında məlumata rast gəlinmədi. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışdan aydın olur ki, Naxçıvan MR, Culfa rayonu, Qazançı kəndində 0.3414 hektarda torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə X19 və X3 adına daşınmaz əmlakın dövlət reyestrində 20/9 nömrəli reyestr kitabının 1606 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər nazirliyinin xx.xx.2025-ci il tarixli ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından aydın olur ki, Ərizəçi 11 aprel 2018-ci il tarixdən bəri Naxçıvan şəhər, Qaraxanbəyli kəndində qeydiyyatdadır. Ərizəçi şəxsiyyət vəsiqəsinin surəti və doğum haqqında şəhadətnamənin surəti mülki iş materiallarına əlavə olunmuşdur. İş materiallarına əlavə edilən Naxçıvan Şəhər 2 saylı Nikah evinin xx.xx.2025-ci il tarixli arayışında göstərilir ki, X14 aşağıdakı ailə üzvləri var.
1. Əri- Seyidov Mirəli M.Hümbət oğlu (xx.xx.1936)-vəfat edib.
2. Oğlu X13 (xx.xx.1964)
3. Oğlu Ərizəçi (xx.xx.1967)
4. X5 (xx.xx.1969)
5. X9 (xx.xx.1972)
6. X6 (xx.xx.1976) Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını, şahid ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Təqdim edilmiş sənədlərdən, dindirilmiş şahid ifadələrindən görünür ki, miras əmlakın sənədləşdirilməsi zamanı ərizəçinin qohumluq faktının müəyyən edilməsi zəruridir. Onun xalası X10 11 oktyabr 2012-ci il tarixdə vəfat etmişdir və onunla qohumluq bağlılığını təsdiq edən sənəd mövcud deyildir. X10 ilə X24 bacıdırlar və bu halda Xavər Rəhimovanın vərəsələrindən olan Ərizəçi Mirəli oğlu onun bacısı övladıdır və bu fakt məhkəmə qaydasında təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Nəticə: Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
Ərizə təmin edilsin. Ərizəçi 11 oktyabr 2012-ci il tarixdə vəfat etmiş X2 bacısı oğlu olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.