Məhkəmə qərarları › İş №2(078)-778/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-778/2021

24.08.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-778/2021 24.08.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Hüseynova (Əliyarova) Turə Mirzəli qızına və Cavabdeh4 qarşı yaşayış binasının tərkib hissəsindən yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması barədə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Hüseynova (Əliyarova) Turə Mirzəli qızına və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Rəşadın övladları olan Cavabdeh2, X10, X4, Hüseynova (Əliyarova) Turə Mirzəli qızının, Cavabdeh4 İddiaçı mülkiyyətində olan ünvan 2-ə yaşayış və istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini əsaslandıraraq bildirmişdir ki, ünvan 2 İddiaçı mülkiyyətindədir. Onun övladı olan Cavabdeh1 və Rəşadın övladları olan Cavabdeh2, X14 və X11 2003-cü ildən Bakı şəhərində yaşayırlar. Onun qızları olan Turə isə 2010-cu ildə ailə həyatı qurmuş və Bakı şəhərində yaşayır. Digər qızı Cavabdeh4 2015-ci ildə ailə həyatı qurmuş, Naxçıvan şəhəri, Qaraçuq kəndində yaşayır və ailəsi tərəfindən inşa olunmuş evdə yaşayır. Digər oğlu X6 isə iddiaçı ilə birlikdə yaşayır. Onların mənzilin pasport qeydiyyatında dayanması səbəbindən Zəhra mülkiyyəti üzərində sərəncam hüquqlarını həyata keçirə bilmir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarında vəkili və nümayəndəsi Vəkil vasitəsilə təmsil edilmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil hüquqlarını müdafiə etdiyi və eyni zamanda nümayəndəsi olduğu İddiaçı iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirməsini nəzərə alan məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehlərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarına gəlməmişlər. 12 avqust 2021-ci il tarixdə Cavabdeh1 məhkəməyə teleqram göndərərək teleqramda İddiaçı ona qarşı qaldırdığı yaşayış sahəsinə hüququnun itirilməsi barədə iddia tələbini qəbul etdiyini bildirib işə iştirakı olmadan baxılıb nəticə verilməsini məhkəmədən xahiş etmişdir. 23 avqust 2021-ci il tarixdə X5 məhkəməyə teleqram göndərərək teleqramda İddiaçı ona qarşı qaldırdığı yaşayış sahəsinə hüququnun itirilməsi barədə iddia tələbini qəbul etdiyini bildirib işə iştirakı olmadan baxılıb nəticə verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Hüseynova (Əliyarova) Turə Mirzəli qızı, Cavabdeh2 və X11 isə məhkəmə iclasına gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil izahatında ünvan 2-in hüquqlarını müdafiə etdiyi İddiaçı mülkiyyətində olduğunu, İddiaçı evi plana düşdüyündən həmin evin dövlət tərəfindən ona verildiyini, ünvan 1 ünvanında yerləşən mənzilin tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2019cu ildə qeydiyyata alındığını, onun övladı olan Cavabdeh1 və Rəşadın övladları olan Cavabdeh2, X14 və X4 2003-cü ildən Bakı şəhərində yaşadıqlarını, Cavabdeh1 övladları olan Cavabdeh2 22.07.2001-ci il tarixdə Naxçıvan şəhərində, X4 22.06.2003-cü il tarixdə Bakı şəhərində və X10 30.10.2008-ci il tarixdə Bakı şəhərində anadan olduğunu, Cavabdeh2 2019cu ildə, X14 və X4 isə 2020-ci ildə ünvan 1 ünvanında yerləşən evdə qeydiyyata düşdüklərini, Rəşadın övladları Cavabdeh2, X14 və X4 ünvan 1 ünvanında yerləşən evdə qeydiyyata düşsələr də, ümumiyyətlə o evdə heçvaxt yaşamadıqlarını, onun qızları olan Cavabdeh3 isə 08 aprel 2011-ci il tarixdə nikaha daxil olaraq ailə həyatı qurduğunu və Bakı şəhərində yaşadığını, digər qızı Cavabdeh4 25 fevral 2016-cı il tarixdə nikaha daxil olaraq ailə həyatı qurduğunu, Naxçıvan şəhəri, Qaraçuq kəndində ailəsi tərəfindən inşa olunmuş evdə yaşadığını, onların mənzilin pasport qeydiyyatında dayanması səbəbindən Zəhranın mülkiyyəti üzərində sərəncam hüquqlarını həyata keçirə bilmədiyini, əlavə kommunal xərclər ödədiyini, iddiaçının digər oğlu X3 isə iddiaçı ilə birlikdə yaşadığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismindən dindirilən X7 ifadəsində Zəhra xanımla 15 ildən artıq olar ki, qonşu olduğunu, onların evi plana düşdüyündən dövlətin başqa ev verdiyini, hazırda həmin evdə Zəhra xanım və oğlu Ramalın yaşadıqlarını, onun qızı Turənin 10 ildir ki, Bakı şəhərində yaşadığını, Türkanənin də təxminən 7-8 il olarki, ailə həyatı qurduğunu, Türkanənin hazırda Naxçıvan şəhəri Qaraçuq kəndində yaşadığını, oğlu Rəşadın isə təxminən 20 il olar ki, ailə həyatı qurduğunu, Rəşadın uşaqlarının ümumiyyətlə həmin evdə yaşamadıqlarını, onların Bakı şəhərində yaşadıqlarını,ümumiyyətlə Rəşadın uşaqlarının heç vaxt orada yaşamadıqlarını, Rəşadın ailə qurduğu vaxtdan həmin evdən çıxdığını bildirdi. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib,onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan ünvan 1 ünvanında yerləşən 90.85 kv.m ümumi sahəsi olan mənzilin tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12/23 nömrəli reyestr kitabının 4497 nömrəli vərəqində qeydiyyata alınması aydın olur. İiddia ərizəsinə əlavə olunmuş Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsi tərəfindən verilmiş 16 fevral 2021-ci il tarixli, 7/363-ə-187 nömrəli məktubdan Cavabdeh1, Cavabdeh2, X4, Hüseynova (Əliyarova) Turə Mirzəli qızının və Cavabdeh4 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 03.09.2010-cu il tarixli, 550 nömrəli əmrinin 5-ci bəndində göstərilən əsaslara uyğun olmadığından 15.02.2021-ci il tarixli ərizənin icra edilə bilmədiyi aydın olur. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər İcra Hakimiyyəti 3 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 03 mart 2021-ci il tarixli, 478 nömrəli arayışdan Cavabdeh1 ünvan 2-də qeydiyyatda olduğu aydın olur. İddia ərizəsinə əlavə olunmuş Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 mart 2021-ci il tarixli, AZ-İ seriyalı, 604534 nömrəli nikah kitabından çıxarışdan X8 ilə Hüseynova (Əliyarova) Turə Mirzəli qızı arasında 08 aprel 2011-ci il tarixdə nikahın bağlanması, bu barədə nikah kitabının 45-ci səhifəsində qeydiyyatının aparılması, nikah bağlandıqdan sonra qadına “Əliyarova” soyadının verilməsi aydın olur. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 19 mart 2021-ci il tarixli, AZ-İİ seriyalı, 069875 nömrəli nikah kitabından çıxarışdan X15 ilə Cavabdeh4 arasında 25 fevral 2016-cı il tarixdə nikahın bağlanması, bu barədə nikah kitabının 51-ci səhifəsində qeydiyyatının aparılması, nikah bağlandıqdan sonra qadına “Əliyeva” soyadının verilməsi aydın olur. İiddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər İcra Hakimiyyəti 3 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 03 mart 2021-ci il tarixli, 479 nömrəli arayışdan İddiaçı ünvan 2-də qeydiyyatda olması aydın olur. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər İcra Hakimiyyəti 3 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 01 mart 2021-ci il tarixli, 446 nömrəli arayışdan ünvan 2-də yaşayan İddiaçı aşağıdakı ailə üzvlərinin olması aydın olur:

1. Cavabdeh1-oğlu-1976

2. Hüseynova (Əliyarova) Turə Mirzəli qızı-qızı-1983

3. X6-oğlu-1986

4. Cavabdeh4-qızı-1990

5. Cavabdeh2-nəvəsi-2001

6. X11-nəvəsi-2003

7. X14-nəvəsi-2008 İddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər İcra Hakimiyyəti 3 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 03 mart 2021-ci il tarixli, 481 nömrəli arayışdan Cavabdeh4 ünvan 2-də qeydiyyatda olması aydın olur. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər İcra Hakimiyyəti 3 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 03 mart 2021-ci il tarixli, 482 nömrəli arayışdan Cavabdeh2 ünvan 2-də qeydiyyatda olması məlum olur. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər İcra Hakimiyyəti 3 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 03 mart 2021-ci il tarixli, 480 nömrəli arayışdan Cavabdeh3 ünvan 2-də qeydiyyatda olması aydın olur. Cavabdehlər Cavabdeh1, Hüseynova (Əliyarova) Turə Mirzəli qızı və Cavabdeh4 mübahisəli evdən istifadə ilə bağlı hüquq münasibətləri 1 sentyabr 2000-ci ilə qədər yarandığından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən onlara münasibətdə bu hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-in 8 iyun 1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsi) müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli Qərarında göstərilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Lakin bu maddə həmin şəxslər arasında razılaşmanın formasını və reallaşmasının şərtlərini müəyyən etməməklə məsələni tərəflərin öhdəsinə buraxmış, yaşayış sahəsindən istifadə qaydası və xərclərdə iştirakın məbləği haqqında əmələ gələn mübahisələrin məhkəmə yolu ilə həllini müyyənləşdirmişdir. 01.10.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin: 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində (İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir) və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. “Respublika Məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 1992-ci il 16 oktyabr tarixli 2 №-li qərarının (1994-cü il 20 may tarixli 4 №-li və 1998-ci il 25 mart tarixli 4 №-li qərarlarında edilmiş dəyişikliklərlə) 8-ci bəndində göstərilir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, qanunla daha uzun müddət nəzərdə tutulmamışdırsa, müvəqqəti olaraq başqa yerə getmiş kirayəçinin və onun ailə üzvlərinin yaşayış sahəsinə hüququ altı ay müddətinə saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, bununla əlaqədar mübahisə yarandıqda, maraqlı şəxslərin iddiaları üzrə məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmə kirayəçinin və onun ailə üzvünün üzrlü səbəblərdən müəyyən edildiyindən artıq müddətə başqa yerə getdiyini müəyyən etdikdə, iddianı təmin etmir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 2003-cü ildən, Hüseynova (Əliyarova) Turə Mirzəli qızı 2011-ci ildən və Cavabdeh4 isə 2016-cı ildən mübahisəli mənzili daimi əsaslarla tərk etmişdir. Hazırda iddiaçının bildirdiyinə görə cavabdehlərdən Cavabdeh1, Hüseynova (Əliyarova) Turə Mirzəli qızı Bakı şəhərində, Cavabdeh4 isə Naxçıvan şəhəri Qaraçuq kəndindədir. Qeyd edilənlərə əsasən müəyyən edildi ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir və cavabdehlər 6 aydan çoxdur ki, mübahisəli mənzildə yaşamırlar, oranı daimi əsaslarla tərk etmişlər və onların qeydiyyatı formal xarakter daşıyır. Cavabdehlərin mübahisəli mənzildə qeydiyyatda qalmaları iddiaçıya mənzildən maneəsiz istifadə etməyə imkan vermir. Cavabdehlərin uzun müddətdir ki, mübahisəli mənzildə yaşamamaları onların özlərinə başqa daimi yaşayış yeri seçməsi qənaətinə gəlməyə imkan verir. Cavabdehlərin mənzildə olan pasport qeydiyyatı hazırda formal xarakter daşımaqla “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsində təsbit edilmiş bu qanunun məqsədlərinin təmin edilməsinə xidmət etmir. Ona görə də, iddia cavabdehlər Cavabdeh1, Hüseynova (Əliyarova) Turə Mirzəli qızı və Cavabdeh4 münasibətdə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz (dinc) istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə iddia tələbinin Cavabdeh2, X14 və X4 istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair hissəsi ilə bağlı isə aşağıdakıları qeyd edir. İddia ərizəsindən, iş üzrə iddiaçının vəkil və nümayəndəsinin izahatından, şahid ifadəsindən aydın olur ki, Cavabdeh2, X14 və X11- ünvan 2-də heç vaxt yaşamamışlar. Onlar sadəcə iddiaçının razılığı əsasında formal olaraq iddiaçıya məxsus evin qeydiyyatındadırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəlarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Qeyd olunan Plenum Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Bununla yanaşı Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 2009-cu il 25 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbində də cavabdeh qismində göstərilmiş Cavabdeh2, X14 və X1 Zəhra İsmayıl qızının razılığı əsasında onun mülkiyyətində olan ünvan 1-də yerləşən mənzilə qeydiyyata düşmələri onların həmin mənzildən istifadə hüququ əldə etmələrinə səbəb olmamışdır. Cavabdeh2, X14 və X4 həmin mənzilə heç vaxt istifadə hüququ yaranmamışdır. Belə olan halda mövcud olmayan istifadə hüququnun itirilmiş hesab edilməsindən söhbət gedə bilməz. Həmçinin "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəlarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, "Yaşayış yeri olduğu yer haqqında” AR Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur. Həmçinin müvafiq Plenum qərarında o da qeyd olunmuşdur ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Qeyd olunan Plenum Qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 10 (on) manat dövlət rüsumunun 5 (beş) manat hissəsi cavabdehlər Cavabdeh1, Hüseynova (Əliyarova) Turə Mirzəli qızı və Cavabdeh4 müştərək qaydada alınaraq alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia tələbi qismən təmin edilməli; -cavabdehlər Cavabdeh1, Hüseynova (Əliyarova) Turə Mirzəli qızının və Cavabdeh4 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin tərkib hissəsindən yaşayış və istifadə hüquqları itirilmiş hesab edilməli; - İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilin tərkib hissəsindən yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması barədə tələbinə dair iddiası Cavabdeh2, X14 və X9 münasibətdə rədd edilməli; -iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 10 (on) manat dövlət rüsumunun 5 (beş) manat hissəsi cavabdehlər Cavabdeh1, Hüseynova (Əliyarova) Turə Mirzəli qızı və Cavabdeh4 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Hüseynova (Əliyarova) Turə Mirzəli qızının və Cavabdeh4 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin tərkib hissəsindən yaşayış və istifadə hüquqları itirilmiş hesab edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin tərkib hissəsindən yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması barədə tələbinə dair iddiası Cavabdeh2, X14 və X9 münasibətdə rədd edilsin. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 10 (on) manat dövlət rüsumunun 5 (beş) manat hissəsi cavabdehlər Cavabdeh1, Hüseynova (Əliyarova) Turə Mirzəli qızı və Cavabdeh4 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar