Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-781/2023 28.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 9000 (doqquz min) manat pul vəsaiti kompensasiya şəklində ödənilməklə ünvan 1 ünvanında olan evdən istifadə hüququna xitam verilməsi və Cavabdeh qeyd edilən həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbi əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh ilə aralarında 2009-cu ildə qeyri-rəsmi münasibət yaranmış, 01 aprel 2009-cu ildə Nərmin onunla ailə qurmaq niyyəti ilə yaşadığı evdən, valideynlərinin razılığı olmadan çıxaraq (qaçaraq) onun mülkiyyətində olan evinə gəlmiş, həmin evdə onunla birgə yaşamağa başlamışdır. Cavabdeh valideynlərin razılığı olmadığından onunla münasibətdə olduğundan evinə gələrkən hər hansı cehiz, əmlak və əşya gətirməmişdir. Bundan sonra, yəni 28 avqust 2009-cu ildə o, Cavabdeh ilə rəsmi olaraq nikaha daxil olmuşdur. Yəni Naxçıvan şəhər Qeydiyyat şöbəsində 28 avqust 2009-cu il tarixli, 307 nömrəsi ilə nikahlarının bağlanması qeydə alınmışdır. O, Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus evinə yaşayış yeri üzrə qeydiyyata düşməyinə razılıq vermişdir. Atası xx.xx.2004-cü ildə vəfat etmişdir. ünvan 1 ünvanında olan ev, evdə olan əmlak atasından (miras qoyandan) ona və ailə üzvlərinə - anası X2 və bacısı X3 miras qalmışdır. Lakin ailə üzvləri onlara çatacaq miras payından imtina etdiklərindən, o ərizə ilə müraciət edərək “qanun üzrə vərəsəlik şəhadətnaməsi”ni, sonra da qeyd etdiyi evə mülkiyyət hüququnu təsdiq edən sənədləri almışdır. Atası vəfat etdikdən sonra həmin evə sahiblik, istifadə etməyə başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Qanunamüvafiq qaydada vəsiyyət şəhadətnaməsinə əsasən hazırda yaşadığı evə mülkiyyət hüququ Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqları Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH ******* №-li, xx.xx.2020-ci il tarixli çıxarış ona verilmişdir. Belə ki, həmin “çıxarış”a əsasən xüsusi mülkiyyətində olan fərdi evinin ümumi sahəsi 93,45 kv metrdir (3 otaqdan ibarətdir), həyətyani torpaq sahəsi isə 0,0319 hektardır (**********87-10301 daşınmaz əmlakın dövlət reestrindən çıxarışın və texniki pasportun surətləri ərizəyə əlavə edilir). Hal-hazırda yaşadığı evin mülkiyyətçisi olaraq cavabdehlə onun arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququna dair notarial qaydada təsdiqlənmiş yazılı razılaşma olmasa da, ona mülkiyyət hüququ ilə məxsus olan mənzilə cavabdehin istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması ilə əlaqədar onun tərəfimdən Cavabdeh 9000 (doqquz min) manat pul vəsaiti kompensasiya şəklində təklif olunmaqdadır. Lakin cavabdeh həmin vəsaitlə razılaşmamaqdadır. Tərəfindən təklif edilən 9000 manatlıq kompensasiya təklifi bu günün bazar şərtlərinə uyğun gəlməkdədir. Qanunun qeyd olunan tələbinə uyğun qaydada o tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı cavabdehin həmin evdə qeydiyyatda qalması və yaşaması ilə məhdudlaşdırılır və o, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların həyata keçirilməsinə, həmin evdə qeydiyyatda qalan və yaşayan cavabdeh maneçilik törədir. Birgə nikah dövründə onların iki övladı, 12 fevral 2010-cu il təvəllüdlü X6 və 14 dekabr 2011-ci il təvəllüdlü X4 olmuşdur. 2021-ci ildə münasibətləri pisləşdiyindən Naxçıvan şəhər məhkəməsinin 14 yanvar 2022-ci il tarixli 2(078)-28/2022 saylı qətnaməsi ilə onunla cavabdehin arasında 2009-cu ildə bağlanmış və “nikahın bağlanması haqqında akt qeydləri kitabı”nda 28 avqust 2009-cu il tarixdə 307 nömrəsi ilə qeyd edilmiş nikah pozulmuşdur. Həmin qətnamə öz qanuni qüvvəsini almışdır. Hal-hazırda aralarında olan ər-arvad münasibətlərinə xitam verilmişdir. Məhkəmənin qətnaməsinə əsasən birgə nikahdan doğulmuş iki övladları cavabdehin yanında saxlanılmışlar. Hazırda Cavabdeh və birgə nikahdan olan 2 övladları yuxarıda qeyd etdiyi, onun mülkiyyətində olan evdə yaşayırlar və yaşayış yeri üzrə həmin evdə, yəni ünvan 1 ünvanında qeydiyyatdadırlar. Qanunvericilik heç bir halda mülkiyyətçinin öz mülkiyyətində olan daşınmaz və daşınar əmlaka hüquqlarının həyata keçirilməsində məhdudiyyətlər qoymamışdır. Cavabdehin hal-hazırda formal olaraq ona mülkiyyət hüququ ilə məxsus olan evdə yaşayış yeri üzrə qeydiyyatda olması, mənzildən faktiki olaraq istifadə etməsi və dəfələrcə təklif etdiyi halda evi boşaltmaması onun mülkiyyət hüquqlarını həyata keçirməyinə əsaslı maneçilik törədir. Belə ki, istər Naxçıvan şəhər Məhkəməsinin nikaha xitam verilməsinə dair 14 yanvar 2022-ci il tarixli qətnaməsinin qəbulundan da əvvəl, istərsə nikaha rəsmi qaydada xitam verildikdən sonra cavabdehlə faktiki olaraq ər-arvad kimi yaşamamaqdadırlar. Ancaq cavabdehin hal-hazırdakı dövrə qədər ona aid evi tərk etməməsi mülkiyyət hüquqlarının onun tərəfindən kobud şəkildə pozulmasına əyani sübut təşkil edir. Tərəfindən cavabdehin mülkiyyətində olan evdən yaşayış üzrə qeydiyyatdan çıxarılması üçün Naxçıvan şəhər Polis İdarəsinə ərizə ilə müraciət edilmiş, Naxçıvan şəhər Polis idarəsindən göndərilmiş 7/5364-Əİ319 №-li məktubda müraciətinə rədd (imtina) cavabı verilmişdir. Tərəfindən cavabdehlə razılığa gəlməkləri üçün Mediasiya sessiyasında iştirak etməsi haqqında təklif göndərilmiş, Mediasiya Təşkilatı tərəfindən 15 mart 2023-cü il tarixdə keçirilmiş mediasiya sessiyasında cavabdeh iştirak etməmişdir, mediasiya xərci (50 manat) tərəfindən ödənilmişdir. 28 sentyabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı və cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə müvafiq olaraq məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı 01 sentyabr 2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək qeyd olunan ərizədə Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair Naxçıvan Şəhər Məhkəməsinə müraciət etdiyini, hal-hazırda cavabdehlə razılaşdığından iddiasından imtina etdiyini qeyd edərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki və ya kommersiya mübahisələrinə dair işlərin başlanması bir qayda olaraq, öz adından ərizə ilə məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini bu imtinanın məhkəmə tərəfindən qəbul edildiyi təqdirdə iş üzrə icraata xitam verilməsinin əsası kimi nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə iddiadan imtinaya dair ərizəni araşdırıb hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin imtina məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.4-cü maddələrinə əsasən iş üzrə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2023-cü il tarixli, 20624 nömrəli və xx.xx.2023-cü il tarixli, 31063 nömrəli qəbzlərlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə İddiaçı iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2023-cü il tarixli, 20624 nömrəli və xx.xx.2023-cü il tarixli, 31063 nömrəli qəbzlərlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-781/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-781/2023
28.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver