Məhkəmə qərarları › İş №2(078)-795/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-795/2021

21.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-795/2021 21.10.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı1, iddiaçı Əliyeva (Xəlilova) Məleykə Ceyhun qızının, iddiaçıların vəkili Vəkil, Cavabdeh və cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X7 iştirakları ilə İddiaçılar İddiaçı1 və Əliyeva (Xəlilova) Məleykə Ceyhun qızının Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və Əliyeva (Xəlilova) Məleykə Ceyhun qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 və Əliyeva (Xəlilova) Məleykə Ceyhun qızının mənzil kirayə müqaviləsi Cavabdeh ilə bağlanılmış Naxçıvan şəhəri, Babək məhəlləsi, ev 19 ünvanında yerləşən 40 saylı mənzilə məcburi köçürülmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçı iddia tələbini əsaslandıraraq qeyd etmişdir ki, o, xx xxx 1995-ci ildə Naxçıvan şəhərində doğulmuş və həmin tarixdən də Naxçıvan şəhəri, ünvan 1 ünvanında yaşayır. X5 30 sentyabr 2018-ci il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra mənzildə atası ilə o yaşamışlar. 27 mart 2021-ci il tarixdə İddiaçı2 ilə ailə qurub nikahlarını Naxçıvan Şəhər Nikah Evində 03 may 2021-ci il tarixdə 114 nömrə ilə qeydiyyatdan keçirmişlər. Ailə qurandan sonra həyat yoldaşı Əliyeva X6 şəhəri, Babək məhəlləsi, ev 19-da yerləşən 40 saylı mənzilə gəlin köçmüş və həmin tarixdən də orada yaşayır. İddiaçı2 həmin mənzilə köçüb yaşamasına atasının narazılığı olmamış, onu bir ailə üzvü kimi qəbul edərək mənzilə yerləşdirmiş, həmin mənzildə yaşamasına heç bir etirazı olmamışdır. O ailə qurub bir müddət atası ilə birlikdə yaşadıqdan sonra atası ondan Naxçıvan Şəhər Polis İdarəsinə şikayət edib, onun şikayəti əsasında atası ilə münasibətlərinin korlanmaması üçün o və həyat yoldaşı İddiaçı2 məcbur qalıb mənzildən çıxmalı olmuşlar. Nə onun, nə də arvadının başqa bir yerdə yaşamağa bir yerləri yoxdur. Kirayə ev tutub yaşamağa da maddi imkanları çatmır. Yaşadıqları mənzil özəlləşdirilməmiş, dövlət mülkiyyətindədir. Mənzil kirayə müqaviləsi atası Cavabdeh ilə bağlanılmışdır. Mübahisəli mənzilin SSRİ Müdafiə Nazirliyi Qırmızı Bayraqlı Zaqafqaziya Hərbi Dairəsi Naxçıvan rayonu Mənzil İstismar Hissəsi tərəfindən verilmiş 29 aprel 1984-cü il tarixli, 79 nömrəli orderində X8 və X2 adları qeyd olunduğundan 27 avqust 2021-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında məhkəmə X10 və X3 cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb etmişdir. Həmçinin qeyd olunan məhkəmə iclasında Naxçıvan Şəhər İcra Hakimiyyəti də cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir. 21 oktyabr 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X11 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş, o, 19 oktyabr 2021-ci il tarixdə məhkəməyə teleqram göndərərək teleqramda Naxçıvan şəhər 3-cü mikrorayonda bina 19-da İddiaçı1 yaşamağına heç bir etirazı olmadığını qeyd edərək 21 oktyabr 2021-ci il tarixə təyin edilmiş məhkəmə baxışı iclasına işi ilə əlaqədar olaraq gələ bilməyəcəyini nəzərə alıb məhkəmənin onsuz keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X8 qeyd olunan ərizəsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün saymışdır. 21 oktyabr 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün saymışdır. Məhkəmə iclasında izahat verən İddiaçı1 izahatında xx xxx 1995-ci ildə Naxçıvan şəhəri, ünvan 1 ünvanında doğulduğunu, 2021-ci ilin may ayına kimi də həmin ünvanda yaşadığını, X5nın 30 sentyabr 2018-ci il tarixdə vəfat etdiyini, anasının vəfatından sonra mənzildə atası ilə özünün yaşadığını, 27 mart 2021-ci il tarixdə İddiaçı2 ilə ailə qurub nikahlarını Naxçıvan Şəhər Nikah Evində 03 may 2021-ci il tarixdə 114 nömrə ilə qeydiyyatdan keçirdiklərini, ailə qurandan sonra həyat yoldaşı İddiaçı2 mübahisəli mənzilə gəlin köçdüyünü, həmin tarixdən də orada yaşadığını, İddiaçı2 həmin mənzilə köçüb yaşamasına atasının narazılığı olmadığını, atasının onu bir ailə üzvü kimi qəbul edərək mənzilə yerləşdirdiyini, onun və arvadı Məleykənin həmin mənzildə yaşamasına atasının ilk vaxtlarda heç bir etirazı olmadığını, lakin ailə qurub bir müddət atası ilə birlikdə yaşadıqdan sonra atası ondan Naxçıvan Şəhər Polis İdarəsinə şikayət etdiyinə görə arvadı Məleykə ilə birlikdə məcbur qalaraq həmin evdən çıxdıqlarını, hazırda qaynatasıgildə yaşadıqlarını, başqa yerdə yaşamağa yerlərinin olmadığını, kirayə ev tutub yaşamağa da maddi imkanlarının çatmadığını, mübahisəli mənzildə onun da haqqı olduğunu, həmin evin təmirinə özünün də xərc çəkdiyini, onun və arvadının həmin mənzilə köçürülməsini istədiyini, cavabdehin onlara orada yaşamağa imkan vermədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən iddiaçı Əliyeva (Xəlilova) Məleykə Ceyhun qızı izahatında 27 mart 2021-ci il tarixdə İddiaçı1la ailə qurub nikahlarını 03 may 2021-ci il tarixdə qeydiyyatdan keçirdiklərini, ailə qurandan sonra mübahisəli mənzilə gəlin köçdüyünü, həmin tarixdən də orada yaşadığını, onun həmin mənzilə köçüb yaşamasına qayınatasının narazılığının olmadığını, hətta qaynatasının özünün gəlib onları mübahisəli mənzilə apardığını, 2021-ci ilin may ayına kimi mübahisəli mənzildə qayınatası ilə birlikdə yaşadıqlarını, onun və ərinin həmin mənzildə yaşamasına qayınatasının ilk vaxtlarda heç bir etirazının olmadığını, lakin ailə qurduqdan bir müddət sonra əri Muradla qayınatası arasında mübahisə olduğundan qayınatasının ərini polisə şikayət etdiyini, buna görə də məcbur qalaraq həmin evdən çıxdıqlarını, hazırda Muradla birlikdə atasıgildə qaldıqlarını, başqa yerdə yaşamağa yerlərinin olmadığını, kirayə ev tutub yaşamağa da maddi imkanlarının çatmadığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən iddiaçıların vəkili Vəkil izahatında İddiaçı1 xx xxx 1995-ci ildə mübahisəli mənzildə doğulduğunu 2021-ci ilin may ayına kimi də həmin ünvanda yaşadığını, İddiaçı1 27 mart 2021-ci il tarixdə İddiaçı2 ilə ailə qurub nikahlarını Naxçıvan Şəhər Nikah Evində 03 may 2021-ci il tarixdə 114 nömrə ilə qeydiyyatdan keçirdiklərini, ailə qurandan sonra onun həyat yoldaşı İddiaçı2 mübahisəli mənzilə gəlin köçdüyünü, İddiaçı2 həmin mənzilə köçüb yaşamasına Cavabdeh narazılığının olmadığını, onu bir ailə üzvü kimi qəbul edərək mənzilə yerləşdirdiyini, iddiaçılar ailə qurub bir müddət cavabdeh ilə birlikdə yaşadıqdan sonra cavabdehin İddiaçı1 Naxçıvan Şəhər Polis İdarəsinə şikayət etdiyini, cavabdehin şikayəti əsasında Muradın atası ilə münasibətlərinin korlanmaması üçün həyat yoldaşı Məleykə ilə birlikdə məcbur qalıb mənzildən çıxmalı olduqlarını, iddiaçıların yaşamağa başqa yerlərinin olmadığını, onların kirayə ev tutub yaşamağa maddi imkanlarının çatmadığını, mübahisəli mənzilin özəlləşdirilmədiyini, dövlət mülkiyyətində olduğunu, mənzil kirayə müqaviləsinin Cavabdeh ilə bağlanıldığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh izahatında oğlu Muradın 1995-ci ildə mübahisəli mənzildə doğulduğunu, 2021-ci ildə ailə quraraq arvadı Məleykə ilə birlikdə həmin evdə yaşadıqlarını, Məleykəni həmin evdə yaşaması üçün mübahisəli mənzilə özünün gətirmədiyini, 2021-ci ilin may ayında oğlu ilə aralarında yaranmış mübahisəyə görə oğlunun və gəlininin evdən çıxdıqlarını, oğlunun bir ata kimi ona hörmət qoymadığını, onu döydüyünü, buna görə də onunla bir evdə yaşaya bilməyəcəklərini, iddiaçıların onunla birlikdə mübahisəli mənzildə yaşamalarına razı olmadığını, övladlarının heç birinin onunla yaşamasını istəmədiyini, özünün tək yaşamaq istədiyini, hazırda yaşadığı mübahisəli mənzilin özəlləşdirilmədiyini, dövlətin mülkiyyətində olduğunu, evi özəlləşdirib öz adına qeydiyyata aldırmaq istədiyini, amma övladlarının buna razılıq ərizəsi vermədiklərini bildirərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X15 izahatında mübahisəli mənzilin Naxçıvan Şəhər İcra hakimiyyətinin balansında olduğunu, İddiaçı1 Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən yaşayış evində doğulduğu və orada yaşadığı üçün onun o evdən istifadə hüququ olduğunu, İddiaçı2 mübahisəli mənzilə köçürülməsi ilə bağlı Cavabdeh razılığı olmadığını, İddiaçı2 mübahisəli mənzildə yaşaması üçün kirayəçinin razılığı olmadığı üçün onun həmin evdən istifadə hüququnun olmadığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında izahat verən cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X16 izahatında mübahisəli mənzilin özəlləşdirilmədiyini, dövlət mülkiyyətində olduğunu, həmin evdən heç nə tələb etmədiyini, Muradın mübahisəli mənzildə yaşamasına etirazının olmadığını, Muradın atası ilə aralarında olan problemləri həll edib onların bir yerdə yaşamalarını istədiyini bildirdi. Məhkəmə iclasında izahat verən cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X12 izahatında 20 ilə yaxındır ki, atası Cavabdeh yaşadığı evə getmədiyini, mübahisəli mənzilin özəlləşdirilmədiyini, həmin evin satılmasına heç vaxt razı olmayacağını, atası ilə mübahisələri olmayacağı halda Muradın o evdə yaşamasına etirazının olmadığını bildirdi. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını dinləyən məhkəmə müəyyən edir ki, İddiaçı1 Cavabdeh oğlu olması, onun mübahisəli mənzildə doğulması, 2021-ci ilin may ayınadək həmin mənzildə yaşaması, İddiaçı1 ilə İddiaçı2 arasında 03 may 2021-ci il tarixdə nikahın bağlanması, Naxçıvan şəhəri, Babək məhəlləsi, ev 19 ünvanında yerləşən 40 saylı mənzilin özəlləşmədiyi və mənzil kirayə müqaviləsinin Cavabdeh adına bağlandığı işin mübahisəsiz hallarıdır. Həmin halların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iddia ərizəsinə əlavə olunan nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən İddiaçı1 ilə İddiaçı2 arasında 03 may 2021-ci il tarixdə nikahın bağlanması, bunun 114 nömrə ilə qeyd edilməsi və nikah bağlanması zamanı iddiaçının özünə “Xəlilova” soyadını seçməsi; - iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 iyun 2021-ci il tarixli, AZ İ seriyalı, 598803 nömrəli çıxarışdan X13 30 sentyabr 2018-ci ildə yoğun bağırsağın xərçəngi səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə 04.10.2018-ci il tarixdə ölüm kitabının 341-ci səhifəsində qeydiyyatın aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 31 may 2021-ci il tarixli, 318122 nömrəli çıxarışdan Cavabdeh və X13 xx.xx.1995-ci ildə Naxçıvan şəhərində İddiaçı1 adlı övladlarının doğulması və bu barədə 02.06.1995-ci il tarixdə doğum kitabının 555-ci səhifəsində qeydiyyatın aparılması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyətinin 6 saylı mənzil İstismar İdarəsi tərəfindən verilmiş 03 iyun 2021-ci il tarixli, 44 nömrəli arayışdan Naxçıvan şəhəri, Babək məhəlləsi, ev 19-da yerləşən 40 saylı mənzilin özəlləşmədiyi, mənzil kirayə müqaviləsinin Cavabdeh adına bağlandığı, həmin mənzilə aid olan kommunal xidmət haqlarının Cavabdeh tərəfindən ödənildiyi; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 15 iyul 2021-ci il tarixli, 04/431 nömrəli məktubdan Naxçıvan şəhəri, Babək məhəlləsi, ev 19-da yerləşən 40 nömrəli mənzil özəlləşdirilmədiyi üçün həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində hər hansı məlumatın mövcud olmadığı; -iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Naxçıvan Qarnizonu Mənzil-İstimar İdarəsi 1 nömrəli Mənzil-İstismar sahəsi tərəfindən verilmiş 04 oktyabr 2021-ci il tarixli, 1161 nömrəli arayışdan Cavabdeh hal-hazırda yaşadığı ünvan Naxçıvan şəhəri, Babək məhəlləsi, 19 nömrəli evdə yerləşən 40 nömrəli mənzilin Müdafiə Nazirliyinin Xidməti yaşayış fonduna aid olmadığı; -iddia ərizəsinə əlavə olunmuş SSRİ Müdafiə Nazirliyi Qırmızı Bayraqlı Zaqafqaziya Hərbi Dairəsi Naxçıvan rayonu Mənzil İstismar Hissəsi tərəfindən verilmiş 29 aprel 1984-cü il tarixli, 79 nömrəli order talonunun təsdiq edilmiş tərcümə olunan variantından Cavabdeh onun arvadı Nazlı, qızı Aynurə və oğlu Pərvizə 19 saylı evin 40 saylı mənzilində 32 kv metrlik sahəyə malik 2 otağı tutmaq hüququnun verildiyi aydın olur. Hazırda iddiaçıların Naxçıvan şəhəri, Babək məhəlləsi, ev 19 ünvanında yerləşən 40 saylı mənzilə məcburi köçürülmələrini tələb etməsi isə mülki işin mübahisəli halıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, həmin izahatları iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin mübahisəli halının həlli baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, iddiaçıların mübahisəli mənzilə köçürülməsi məsələsi həll edilərkən, ilk öncə iddiaçıların həmin mənzildən istifadə hüququnun olub-olmaması müəyyən edilməlidir. Məhkəmə İddiaçı1 mübahisəli mənzilə köçürülməsi tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli Qərarında göstərilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 oktyabr 2013-cü tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30 cu maddəsinin müddəaları tətbiq edilməlidir. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materialları ilə müəyyən olunur ki, İddiaçı1 1995-ci il tarixdə mübahisəli mənzildə doğularaq 2021-ci ilin may ayına kimi mübahisəli mənzildə yaşamış və cavabdehin oğludur. Məhkəmə hesab edir ki, İddiaçı1 ilə cavabdeh arasında olan mübahisəli hüquq münasibəti 2000-ci il sentyabrın 1-dən əvvəl yaranmışdır, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarlarına əsasən bu halda mübahisəyə 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin (Azərbaycan SSR-in 8 iyun 1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsi) müddəaları tətbiq edilməlidir. Həmin Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Naxçıvan şəhəri, Babək məhəlləsi, ev 19 ünvanında yerləşən 40 saylı mənzildən İddiaçı1 istifadə hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində hər kəsin mənzil hüququ təsbit olunmuşdur. Konstitusiyanın müddəasına görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüquqlarının öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin İddiaçı1 mübahisəli mənzildə yaşayış və istifadə hüququna maneçilik törətməsi Azərbaycan Respublikası Konstitusiyasının 43-cü və İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından iddiaçının mənzil hüquqlarına müdaxilə kimi qiymətləndirilməlidir. Ona görə də iddiaçı Xəlilov X14 şəhəri, Babək məhəlləsi, ev 19 ünvanında yerləşən 40 saylı mənzilə köçürülməlidir. Məhkəmə iddiaçı Əliyeva (Xəlilova) Məleykə Ceyhun qızının mübahisəli mənzilə köçürülməsi tələbi ilə bağlı isə aşağıdakıları qeyd edir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı Əliyeva (Xəlilova) Məleykə Ceyhun qızı İddiaçı1 ilə 27 mart 2021-ci il tarixdə faktiki olaraq ailə qurmuş, həmin vaxtdan mübahisəli mənzildə yaşamağa başlamış, iddiaçılar nikahlarını Naxçıvan Şəhər Nikah Evində 03 may 2021-ci il tarixdə qeydə aldırmışlar. Məhkəmə hesab edir ki, iddiaçı Əliyeva (Xəlilova) Məleykə Ceyhun qızı ilə cavabdeh arasında olan mübahisəli hüquq münasibəti 2009-cu il oktyabrın 1-dən sonra yaranmışdır, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarlarına əsasən bu halda mübahisəyə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 68-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Yuxarıda qeyd olunan qanunvericilik normalarından da göründüyü kimi iddiaçı Əliyeva (Xəlilova) Məleykə Ceyhun qızı cavabdehin ailə üzvlərinin sırasına daxil deyil ona görə də o, cavabdehlə birlikdə mübahisəli mənzildən istifadə hüququna malik deyildir, onun həmin yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır.. Məhkəmə hesab edir ki, iddiaçı Əliyeva (Xəlilova) Məleykə Ceyhun qızının mübahisəli mənzilə köçürülməsinə dair tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan İddiaçı1 tərəfindən iddia qaldırılan zaman ödənilmiş 10 (on) manat dövlət rüsumunun 5 (beş) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -İddia tələbi qismən təmin edilməli; -Xəlilov X14 şəhəri, Babək məhəlləsi, ev 19 ünvanında yerləşən 40 saylı mənzilə köçürülməli; -iddia tələbi iddiaçı Əliyeva (Xəlilova) Məleykə Ceyhun qızının Naxçıvan şəhəri, Babək məhəlləsi, ev 19 ünvanında yerləşən 40 saylı mənzilə köçürülməsinə dair hissədə rədd edilməli; -iddia qismən təmin edildiyindən İddiaçı1 tərəfindən iddia qaldırılan zaman ödənilmiş 10 (on) manat dövlət rüsumunun 5 (beş) manat hissəsi Cavabdeh alınaraq İddiaçı1 ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Xəlilov X14 şəhəri, Babək məhəlləsi, ev 19 ünvanında yerləşən 40 saylı mənzilə köçürülsün. İddia tələbi iddiaçı Əliyeva (Xəlilova) Məleykə Ceyhun qızının Naxçıvan şəhəri, Babək məhəlləsi, ev 19 ünvanında yerləşən 40 saylı mənzilə köçürülməsinə dair hissədə rədd edilsin. İddia qismən təmin edildiyindən İddiaçı1 tərəfindən iddia qaldırılan zaman ödənilmiş 10 (on) manat dövlət rüsumunun 5 (beş) manat hissəsi Cavabdeh alınaraq İddiaçı1 ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar