Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-795/2023 04.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və cavabdeh təşkilat Naxçıvan MR X4 baş həkimi X5 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan MR X1rşı xx.xx.2022-ci il tarixli, 135 №-li əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh təşkilat Naxçıvan MR X4 PHŞ-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən qanunsuz olaraq azad olması barədə Naxçıvan MR X1rşı xx.xx.2022-ci il tarixli, 135 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, 0, xx.xx.2019-cu il tarixdən 01 oktyabr 2022-ci il tarixədək Naxçıvan MR X2 flüoroqrafıya üzrə maşın sürücüsü vəzifəsində işləyib. 27 sentyabr 2022-ci il tarixində Dispanserin baş həkimi Günay Quliyevaya sürücülük vəsiqəsində kateqoriyaların üstünlüyünə görə əmək haqqının artırılması barədə müraciət etmiş, o da razılıq verərək “Gətir imzalayım aparsın versin Səhiyyə Nazirliyinə” deyə cavab vermişdir. Daha sonra fikrini dəyişərək imzalamayacağını bildirmişdir. Bu səbəbdən aralarında münaqişə yaranmış, Günay həkim ona “Ya öz ərizənlə işdən azad ol, ya da maddə ilə işdən çıxaracağam” demişdir. Ondan əvvəl tibb bacısını da belə təhdid edərək işdən azad etdikləri üçün o, məcbur qalıb öz ərizəsi əsasında işdən çıxmışdır. Onu məcbur ediblər və öz ərizəsi əsasında işdən çıxmışdır. İşə ehtiyacı vardır, işinə yedinən qayıtmaq istəyir. Qeyd etdiklərinin nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında cavabdeh təşkilat Naxçıvan MR X4 PHŞ-in baş həkimi X6 iddianı qəbul etməyərək izahatında bildirdi ki, o, Dispanserin baş həkimi vəzifəsində işləyir. İddiaçı öz ərizəsi və razılığı ilə 2022-ci ilin sentyabr ayında işdən azad edilib. Hətta işçi öz ərizəsi ilə işdən azad edildikdən sonra da Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərədə tutulan 1 ay müddəti belə gözləmişdir. Ancaq iddiaçı özünün istəyi ilə işdən çıxdığını bildirmişdir. Heç bir qanun pozuntusuna yol verməyib. İddiaçı dəfələrlə onun haqqında şər və böhtan danışıb. İdarənin heç bir işlərində yaxından iştirak etmədiyi üçün onun barəsində müsbət xasiyyətnamə verilməyib. İşçiyə sürücülük vəsiqəsində kateqoriyanın üstünlüyünə görə əmək haqqının artırıması Səhiyyə Nazirliyində olan Komissiya tərəfindən həyata keçirilirdi. İddiaçı Səhiyyə Nazirliyinin hüquqşünası ilə danışmışdı və ona demişdilər ki, sənədləri toplasın və təqdim etsin, məsələ araşdırılacaq, əgər düşürsə onun əmək haqqı artırılacaq. O da bu barədə özü Səhiyyə Nazirliyi ilə danışmışdır və xasiyyətnamə tələb ediləndə işçinin idarədə işlədiyi işin keyfiyyətinə görə xasiyyətnamə veriləcəyini, bunun isə müsbət xasiyyətnamə olmayacağını bildirmişdir. İddiaçı isə mənfi xasiyyətnamə almaqdan imtina etmişdir. Dəfələrlə o baş həkim kimi qadın işçilərlə stol belə daşıdığı halda iddiaçı bir dəfə də idarənin işlərinə kömək etməmişdir. Bir neçə gündən sonra iddiaçı ərizə təqdim edərək səhhəti ilə bağlı işdən azad edilməsini xahiş etmişdir. O isə qanunvericilikdə nəzərdə tutulan 1 ay müddəti gözləmiş, 2022-ci ilin noyabr ayında yeni sürücü işə götürmüşdür. 2022-ci ilin dekabr ayında iddiaçı ondan Naxçıvan MR Səlahiyyətli Nümayəndəliyə şikayət etmişdir və iş araşdırılması üçün Naxçıvan MR prokurorluğuna göndərilmişdir. Şikayət etmişdir ki, baş həkim kimi koronovirus infeksiyasının qarşısını almaq üçün ayrılan pulları mənimsəyərək özünə ev və maşın almışdır. Orada izahat verən zaman evin ipoteka sənədlərini, maşının kredit sənədlərini təqdim etmişdir. İddiaçı ona şər atmışdır. İddiaçı onun tərəfindən heç bir təhdid və hədəyə məruz qalmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını dinləyərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən əsas tutulmalı qaydalar bunlardır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmçinin sübutların qiymətləndirilməsinin məzmunu onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsindən ibarətdir. Məhkəmə sübutları müəyyən edərkən məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyinin kifayət edilməsini qiymətləndirir. İş materiallarında olan əmək kitabçasının surətindən aydın olur ki, İddiaçı xx.xx.2018-ci il tarixdə 98 nömrəli əmrlə Naxçıvan MR X2 1.0 oklad olmaqla təsərrüfat müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu il tarixdə 36 nömrəli əmrlə tutduğu vəzifədən azad edilərək 1.0 oklad flüoqrafiya üzrə maşın sürücüsü vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci il tarixdə 135 nömrəli əmrlə öz ərizəsi əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2018-ci il tarixli 98 nömrəli əmrin surətindən aydın olur ki, həmin əmrlə İddiaçı həmin tarixdən 1.0 aklad olmaqla təsərrüfat müdiri vəzifəsinə təyin edilmişdir. xx.xx.2019-cu il tarixli 36 nömrəli əmrin surətindən aydın olur ki, həmin əmrlə İddiaçı tutduğu vəzifədən azad edilərək 1.0 oklad flüoqrafiya üzrə maşın sürücüsü vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş ərizənin surətindən aydın olur ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə təqdim edərək xx.xx.2022-ci il tarixdən səhhəti ilə əlaqədar olaraq öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 135 nömrəli əmrin surətindən aydın olur ki, Naxçıvan MR X4 PHŞ-in flüoqrafiya üzrə maşın sürücüsü İddiaçı xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən səhhəti ilə əlaqədar olaraq öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, son hesab kəsilməsi müəyyən edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsində qeyd etmişdir ki, o, əmək mübahisələri ilə bağlı iddia müddətini bir ay buraxıb və buna səbəb keçmiş rəhbərliyin təzyiqi olub. Naxçıvan MR Səhiyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli 138 nömrəli əmri ilə X6 həmin tarixdən Naxçıvan MR X4 PHŞ-in baş həkimi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanı, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzimləyir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə a) tərəflərdən birinin təşəbbüsü, b) əmək müqaviləsinin müddətinin qurtarması, c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), d) tərəflərin iradəsindən asılı olmayan hallar,e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 69.1-ci maddəsinə görə işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69.2-ci bəndinə görə ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 69.4-cü bəndinə görə əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 69.5-ci bəndinə görə işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, iddiaçının işdən azad edilməsi ilə bağlı əmr düzgün və qanunvericiliyin tələblərinə riayət edilməklə verildiyindən iddia rədd edilməlidir. Məhkəmə maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu halda əmək münasibətlərinə xitam verilə bilər. İş materiallarında olan iddiaçı tərəfindən və cavabdeh təşkilatın nümayəndəsi tərəfindən təqdim edilən sənədlərdən aydın olur ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə işçinin ərizəsi əsasında xitam verilmişdir. Ərizəyə nəzər saldıqda görünür ki, iddiaçı tərəflər arasında bağlanmış əmək müqaviləsinin öz ərizəsi əsasında xx.xx.2022-ci il tarixdən xitam verilməsini xahiş etmişdir. İddiaçı keçmiş rəhbərliyin təzyiqi nəticəsində hədə-qorxu ilə işdən azad edilməsi barədə ərizə yazdığını bildirmiş, lakin bu arqumentlərinin təsdiqi üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə iddiaçının fikirlərini formal mülahizə hesab edir. Belə ki, iddiaçının işlədiyi dövrdə onun idarəsinin rəhbəri olan baş həkim hazırda da eyni idarədə baş həkim funksiyanı həyata keçirir və mülki işə məhkəmədə baxılarkən cavabdeh təşkilat tərəfindən şəxsən iştirak etmişdir. Mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Nəticə: Məhkəmə işin hüquqi və faktiki hallarını araşdırıb onlara qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh Naxçıvan MR X1rşı xx.xx.2022-ci il tarixli, 135 №-li əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-795/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-795/2023
04.07.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver