Məhkəmə qərarları › İş №2(078)-801/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-801/2025

01.07.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-801/2025 01.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Şərur rayonu, Tənənəm kəndində anadan olmuş X5 xx.xx.1998-ci il tarixdə ünvan 1 ünvanında vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X8 onun atasıdır. O, 28 may 1933cü il tarixdə Şərur rayonu Tənənəm kəndində anadan olmuş, xx.xx.1998-ci il tarixdə ünvan 2 ünvanında vəfat etmiş və Naxçıvan şəhər Qəbristanlığında dəfn olunmuşdur. Naxçıvan Şəhər İcra Hakimiyyəti Vətəndaşlara Dəfn Xidmət Bürosunun 12 aprel 2025-ci il tarixli, 72 nömrəli arayışına əsasən mərhum X5 xx.xx.1998-ci il tarixdə Naxçıvan şəhər Qəbristanlığında dəfn olunması qeyd olunmuşdur. Qəbrin solunda X16, sağında X9, qarşısında X12 dəfn olunmuşdur. Naxçıvan MR Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası publik hüquqi şəxsinin 21 aprel 2025-ci il tarixli, 27 nömrəli arayışına əsasən mərhum X5 ölümü barədə məlumat tapılmadığı qeyd olunmuşdur. Naxçıvan şəhər Nikah Evinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-355/2025 nömrəli məktubuna əsasən X13 adına ölüm haqqında tibbi şəhadətnamə olmadan ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməsi qeyd olunmuşdur. Müvafiq dövlət orqanlarına müraciət edib X3 ölüm haqqında şəhadətnaməsini indiyədək almamışlar. Bu səbəbdən də atasının ölüm haqqında qeydi qeydiyyat şöbəsi tərəfindən aparılmamışdır. X3 ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə edə bilmir. Haliyyədə mərhum X3 adına ünvan 4 ünvanında mirasın qəbul edilməsi ilə bağlı ölüm haqqında şəhadətnaməsi tələb olunur. X3 ölüm haqqında şəhadətnaməsi olmadığından vərəsəlik hüquqi haqqında şəhadətnaməsini ala bilmir. Məcbur qalıb məhkəməyə müraciət edir. Mərhum atası X1 şəhərində vəfat etmiş, Naxçıvan şəhər Qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclası zamanı izahat verən Ərizəçi ərizəni müdafiə edərək ərizədə göstərilənləri bir daha qeyd edərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilsə də, həmin təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qonşusudur. O atası Məmməd Qəribovu da tanımışdır. Yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X10 ifadəsində göstərmişdir ki, X14 tanımışdır. Yas mərasimində iştirak etmişdir. Məhkəmənin qiymətləndirməsi: Naxçıvan MR Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr şöbəsinin 21 aprel 2025-ci il tarixli, 19 nömrəli arayışına əsasən, Naxçıvan şəhər sakini 1933-cü il təvəllüdlü X13 ölümünün müəyyən edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin X2 Arxivi və “X2 avtomatlaşdırılmış elektron informasiya sistemi”nə daxil edilmiş bütün Vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmışdır. X17 barədə “X2 avtomatlaşdırılmış elektron informasiya sistemi”ndə və nazirliyin “X2 Arxivində heç bir məlumat tapılmadı. Naxçıvan şəhər Nikah Evinin 23 aprel 2025-ci il tarixli məktubuna əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş X2 dövlət qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında tibbi şəhadətnamə) təqdim edildikdə ölüm qeydiyyatı aparıla bilər. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. X13 xx.xx.1998-ci ildə öldüyünə dair Naxçıvan şəhər Nikah Evinin arxivində heç bir məlumat tapılmamışdır. Vətəndaşın ölümünü təsdiq edən heç bir sənəd təqdim edilmədiyi üçün ölüm haqqında qeydiyyatın aparılması mümkün deyil. Bu səbəbdən ölüm faktının təsdiq olunması üçün müvafiq məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Naxçıvan MR Səhiyyə Nazirliyi Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası publik hüquqi şəxsi tərəfindən 21 aprel 2025-ci il tarixdə verilmiş 27 nömrəli məktubda qeyd olunmuşdur ki, X5 ölüm haqqında tibbi şəhadətnaməsinin verilməsi haqqında Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası PHŞ-də məlumat yoxdur. Naxçıvan şəhər Nikah Evinin 23 aprel 2025-ci il tarixli, 489 nömrəli məktubuna əsasən, X17 barəsində Naxçıvan şəhər Nikah evində ölüm haqqında akt qeydi aşkar olunmadı. Ölüm haqqında akt qeydi 1998-2003-cü illər üzrə yoxlanılmışdır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmışdır və ölüm akt qeydi aşkar olunmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını, şahid ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlardan X5 20 mart 1998-ci il tarixdə Naxçıvan şəhərində ölməsi faktı təsdiq edilir. Ərizəçiyə ölüm faktının müəyyən edilməsi atasının ölüm haqqında şəhadətnaməsini alması üçün lazımdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Nəticə: Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X5 20 mart 1998-ci il tarixdə Naxçıvan şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar