Məhkəmə qərarları › İş №2(078)-803/2020

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-803/2020

18.11.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-803/2020 18.11.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Cavabdehin vəkili və nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Novruzova (Rüstəmova) Gülşən Vaqif qızının Cavabdeh qarşı yaşayış və istifadə hüququna qoyulmuş maneənin aradan qaldırılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Novruzova (Rüstəmova) Gülşən Vaqif qızı Cavabdeh qarşı cavabdehin və onun ailə üzvlərinin onun mülkiyyətində olan Naxçıvan şəhəri, B.Abbasov 4/7 A ünvanında yerləşən 0.04 ha torpaq sahəsi üzərində olan evində yaşayış və istifadəyə qoyulmuş maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə iddiaçı Novruzova (Rüstəmova) Gülşən Vaqif qızı tələbini dəqiqləşdirərək Cavabdeh ona məxsus torpaq sahəsi üzərində olan evindən cavabdehin qoyduğu maneənin aradan qaldırılmasını tələb etdiyini göstərməklə, cavabdehin ona məxsus ünvan 2 ünvanında yerləşən evində uzun müddətdir ki, Türkiyə Respublikası vətəndaşları yerləşdirdiyini və orada kirayə yaşadıqlarından evinə daxil ola bilmədiyini, cavabdehin ona öz torpaq sahəsi üzərində tikdiyi evdə yaşamasına açıq-aşkar maneə törətdiyini, göstərilənləri nəzərə alıb Cavabdeh tərəfindən yaradılmış yaşayış və istifadə hüququna olan maneənin aradan qaldırılması barədə qətnamə qəbul eidlməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə tələb dəqiqləşdirilərək iddiaçı Novruzova (Rüstəmova) Gülşən Vaqif qızının Cavabdeh ünvan 3 ünvanında yerləşən evindən yaşayış və istifadə hüququna Cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması tələbi çərçivəsində baxılmasına qərar verilmişdir. İddiaçı (Rüstəmova) iddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus olan ünvan 3 A ünvanında 0,04 ha torpaq sahəsi üzərində ikimərtəbəli olmaqla ümumilikdə 4 otaqdan ibarət ev tikib təmir etdirməklə həmin evi mərhum atasının əminəvəsi Cavabdeh ailəsi ilə birlikdə müvəqqəti yaşaması üçün vermiş, bir müddət sonra cavabdehə dəfələrlə müraciət etsə də, cavabdeh evi təhvil verməkdən imtina etmiş, özünə məxsus əmlak kimi mənimsəməyə cəhd etmişdir. Dəfələrə cavabdehə onun mülkiyyətində olan torpaq sahəsində olan evdən çıxmasını bildirsə də onun tələbinə əməl etməmiş, evi bağlayaraq Bakı şəhərində yaşamağa başlamışdır. Sonradan həmin evin cavabdeh tərəfindən Türkiyə Respublikası vətəndaşlarına kirayə verdiyini öyrənmiş, həmin evdə faktiki olaraq kirayəçilər yaşadığından öz mülkiyyətindən istifadə edə bilməmişdir. Cavabdeh onun mülkiyyətində olan evdə istifadə və yaşayış hüququna maneə yaratdığından həmin maneənin cavabdeh tərəfindən aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iddiaçı Novruzova (Rüstəmova) Gülşən Vaqif qızına rəsmi qaydada məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişdir. Lakin iddiaçı xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə teleqram göndərərək hazırda Bakı şəhərində yaşadığını, ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar eləcə də hərbi vəziyyətlə əlaqədar Azərbaycan Hava Yollarının məhdud rejimdə işləməsi, Bakı-Naxçıvan istiqamətində nəzərdə tutulmuş bütün reyslər dayandırıldığından bunları nəzərə alaraq onun iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsi və qanunvericiliyə uyğun olaraq müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı Novruzova (Rüstəmova) Gülşən Vaqif qızının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin vəkili və nümayəndəsi X9 cavabdehin Bakı şəhərində yaşamasını və mövcud vəziyyətlə əlaqədar olaraq onun iştirak etmək imkanının olmadığını nəzərə alınmasını xahiş etdmişdir. Məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə Cavabdeh vəkili və nümayəndəsi X9 iddianı qəbul etmədiyini bildirərək verdiyi izahatında iddia ilə razılaşmadıqlarını, hazırkı torpaq sahəsinin 2013-cü ildə iddiaçının atası X3 cavabdehə hədiyyə etdiyini, tərəflər arasında bəxşişə dair yazılı müqavilə olmasa da, şifahi formada torpaq sahəsinin Cavabdeh hədiyyə olunduğunu, 2013-cü ildə X3 övladı-oğlu yol nəqliyyat hadisəsi nəticəsində vəfat edəndən sonra Vaqifin mübahisə olunan torpaq sahəsini İlkinə gələcəkdə ev tikmək üçün hədiyyə etdiyini, təxminən 2015-ci ildə Cavabdeh həmin torpaq sahəsində 2 mərtəbəli fərdi yaşayış evi tikdirdiyini və həmin fərdi yaşayış evinin tikilməsinə 200000 (iki yüz min) manata yaxın pul xərclədiyini, şifahi formada hədiyyə olunan torpaq sahəsini X19 adına sənədləşdirməyi öhdəsinə götürsə də, müxtəlif səbəblər üzündən mümkün olmadığını, 2020-ci ildə X20-19 xəstəliyi ilə əlaqədar vəfat etdiyini, 2013-2018-ci illərdə Cavabdeh mübahisə predmeti olan fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşadığını, 2018-ci ilədək Naxçıvan MR DİN Daxili Qoşunlarının komandiri olduğunu, 2018-ci ildə işdən çıxdıqdan sonra ailəsi ilə birlikdə Bakı şəhərinə köçdüyünü, son altı aydır ki, həmin fərdi yaşayış evini türk vətəndaşlarına kirayə verdiyini, torpaq sahəsi İlkinə hədiyyə olunan zaman həmin torpaq sahəsində iki mərtəbəli fərdi yaşayış evinin sadəcə qobulu və dam örtüyünün mövcud olduğunu, dolayı yolla əslində torpaq sahəsi İddiaçı məxsus olsa da, həmin torpaq sahəsi onun atası tərəfindən şifahi formada Cavabdeh hədiyyə olunduğunu, bunu həmin ərazidə yaşayan və onları tanıyan bütün adamların təsdiqləyə biləcəyini, iddiaçının uzun müddətdir Bakı şəhərində yaşadığını, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin Cavabdeh tərəfindən tikildiyinin və evin ona məxsus olduğunu özünün çox yaxşı bildiyini, iddiaçının adına torpaq sahəsinin qeydiyyata alındığını, fərdi yaşayış evinin ona məxsus olmasını təsdiqləyən hüquqi sənədi məhkəməyə təqdim etmədiyini, çünki fərdi yaşayış evinin onun tərəfindən tikilmədiyini, onu qeydiyyata aldırmaq hüququ olmadığını, iddia tələbi ilə bağlı subyektiv hüquqa malik olmadığını, iddiaçının mübahisə predmeti olan fərdi yaşayış evinə dair hüquqi ixtiyarının mövcud olmadığını, təbii olaraq nəyisə tələb etmək və müdafiə etmək hüququnun da aradan qalxmış olduğunu, əmlakın-yəni fərdi yaşayış evinin hüquqi cəhətdən mövcudluğuna dair iddiaçıya məxsus hər hansı hüquqi sənədin mövcud olmadığını, Cavabdeh torpaq sahəsinin ona bağışlanılmasını yəqin edərək həmin torpaq sahəsi üzərində 2 mərtəbəli fərdi yaşayış evi tikdiyini, lakin əmlakı qeydiyyatdan keçirmədiyini, əmlakın qeydiyyatdan keçirilməməsi səbəbinin üzürlü olduğunu, cavabdehin yaşadığı müddətdə əmlakı sığorta etdirdiyini, bütün kommunal ödənişləri ödədiyini, kirayə haqqını da cavabdehin özünə göndərdiklərini bildirib iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Mülki işə baxılan zaman Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət edilərək mütəxəssis cəlb edilmişdir. X2 izahatında əmlaka cavabdehin vəkili və nümayəndəsi ilə birlikdə baxış keçirdiklərini, ünvan 4 A ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin Novruzova (Rüstəmova) Gülşən Vaqif qızının adına plan və ölçüsünün aparıldığını və müvafiq qeydiyyat çıxarışı verildiyini, həmin torpaq sahəsinin xx xxxx 2016-cı ildə X6 tərəfindən Novruzova (Rüstəmova) Gülşən Vaqif qızına bağışlanıldığını, bununla bağlı notarial qaydada daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanıldığını, torpaq sahəsinə baxış keçirilən zaman orada 2 mərtəbəli fərdi yaşayış evi tikildiyini, lakin həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığını bildirdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X12 ifadəsində makler işlədiyini, 2019cu ildə Cavabdeh ona müraciət edərək evini kirayə vermək istədiyini, həmin evə gedib onun şəkillərini çəkdiyini, türk tələbələri taparaq aylıq 650 manat kirayə haqqı ilə razılaşdıqlarını, İlkinin ona Bakıda olacağını bildirdiyini, bildiklərinin bundan ibarət olduğunu göstərdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X25 Kıya ifadəsində Naxçıvan Dövlət Universitetinin hüquq fakultəsinin ikinci kurs tələbəsi olduğunu, İlkin bəyin evində kiraçı olaraq yaşadığını, bir ildir ki, özü Ahmet və Burakla aylıq 650 manata kirayə qaldığını, kirayə haqqını hər ayın 15-dən sonra poçt vasitəsilə İlkin bəyə göndərdiklərini bildirdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X10 ifadəsində Naxçıvan Dövlət Universitetinin tibb fakultəsinin ikinci kurs tələbəsi olduğunu, iki ildir Naxçıvanda yaşadığını, İlkin bəyin evində türk tələbələr olaraq kirayə yaşadıqlarını, 650 manat kirayə haqqı ödədiklərini, kirayə haqqını poçt vasitəsilə İlkin bəyin özünə göndərdiklərini bildirdi. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə mülki işin materiallarını ə təqdim edilmiş sübutlar əsasında tədqiq edib hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Nəzərə alınmalıdır ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia tələbində cavabdehlə yanaşı, onun ailə üzvlərinin də yaşayış və istifadəyə yaranmış maneənin aradan qaldırılmasını tələb etmiş, lakin həmin şəxslərin konktret kimlərdən ibarət olduğunu göstərməmişdir. Qeyd olunmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu baxımdan işə baxan məhkəmə qəbul etdiyi məhkəmə aktı ilə iş üzrə tərəf olmayan şəxslərin üzərinə hər hansı vəzifə qoya, iddiaçı tərəfindən cavabdeh qismində cəlb edilməmiş və dairəsi qeyri-müəyyən olan şəxslərə yönəlmiş iddia tələbini təmin edə bilməz. İddia tələbinin dəqiqləşdirilməsi barədə teleqramda isə iddiaçı Cavabdeh tərəfindən yaşayış və istifadəyə yaranmış maneənin aradan qaldırılmasını tələb etmişdir. Bunu nəzərə alan məhkəmə iddia tələbinə Cavabdeh qarşı yönəlmiş iddia tələbi çərçivəsində baxılmasına qərar vermişdir. Cavabdehin nümayəndəsi və vəkili iddiaya etiraz edərək qeyd etmişdir ki, həmin torpaq sahəsi 2013-cü ildə iddiaçının atası X8 tərəfindən Cavabdeh hədiyyə edilmişdir. Torpaq sahəsi hədiyyə edilən zaman yalnız iki mərtəbəli evin qobulu və dam örtüyü olmuşdur. Bütün tikinti işləri cavabdeh tərəfindən həyata keçirilmişdir. İddiaçının həmin fərdi yaşayış evini mübahisələndirmək üçün subyektiv hüququ olmamışdır. Çünki fərdi yaşayış evi qeydiyyata alınmamışdır. İddiaçını bu barədə hüquqi ixtiyarı mövcud olmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi və vəkilinin bildirdiyi hallar iş materialları və toplanmış sübutlarla öz təsdiqi tapmır. Belə ki, işdə olan mövcud sənədlərdən aydın olur ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiryi torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İddiaçı həmin torpaq sahəsini 2016-cı il tarixdə bağışlama müqaviləsi əsasında əldə etmişdir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin iddiaçının hazırki iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmaması ilə bağlı bildirdiyi halları işdə olan sübutlarla əlaqəli şəkildə təhlil edib hesab edir ki, hazırki iddia tələbi ilə müraciət etmək üçün iddiaçı müvafiq subyektiv hüquqa malik olmuşdur. İş materiallarında olan notarial qaydada bağlanmış daşınmaz əmlakın bağışlanması haqqında xx xxxx 2016-cı il tarixli müqavilədən aydın olur ki, X1 şəhəri, B.Abbasov küçəsi 4/7 ünvanında olan 0.04 ha torpaq sahəsini Novruzova (Rüstəmova) Gülşən Vaqif qızına bağışlamışdır. Həmçinin iş materiallarından aydın olur ki, ünvan 3 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində İddiaçı adına qeydiyyatdan keçərək bu barədə xx.xx.2016-cı il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reysetrindən ********** nömrəli Çıxarış verilmişdir. Bununla bağlı Məhkəmə qanunvericiliyə nəzər salaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinin mənasına görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır (maddə 139.1.). Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir (maddə 139.3.). Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) (maddə 146.1.). Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır (maddə 146.3.). Məcəllənin 394-cü maddəsinə görə, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın ( Mülki Məcəllə maddə 152). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2). Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər (maddə 165). Belə ki, Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların (daha sonra qanunla qorunan) yaradılması nəticəsini doğurur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyətin, o cümlədən xüsusi mülkiyyətin qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. (Konstitusiyanın 13 və 29-cu maddələri) Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab olunur. Mülkiyyət hüququ ümumbəşəri dəyər kimi “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. X22 üzrə Məhkəməsi 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə. “Axverdiyev Azərbaycana qarşı” işdə Məhkəmə qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər.“Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Doğrudur ki, ərizəçi evinə aid olan torpaq sahəsinə və həyətyanı sahəyə mülkiyyət hüququnun qeydiyyata alınması üçün heç vaxt müraciət etməmişdir. Buna görə də formal olaraq o, evin sökülməsi zamanı torpağa mülkiyyət hüququna malik olmamışdır. Buna baxmayaraq, qüvvədə olan qanunvericiliyə uyğun olaraq ərizəçi evə mülkiyyət hüququ əsasında torpağın “qanuni istifadəçisi” olmuşdur. Bundan başqa, onun milli qanunverciliyə əsasən torpağa əvəzsiz qaydada mülkiyyət hüququnun əldə olunmasına dair hüquqi gözləntisi var idi. Müvafiq olaraq, x xxxxxxx 2005-ci il tarixində ərizəçinin torpağın “mülkiyyət” qismində tanınması üçün kifayət qədər mülki marağa malik olmuşdur. Məhkəmə yuxarıda qeyd edilən məhkəmə işinin hazırki iddia tələbi ilə müqayisəli təhlil edərək hesab edir ki, hazırki iddia tələbində iddiaçının öz mülkiyyətində olan torpaq sahəsində tikilmiş evə dair həmin əmlak qeydiyyata alınmasa da torpaq sahəsinin mülkiyyətçisi kimi “qanuni gözləntisi” olmuşdur. Həmin gözlənti iddiaçının mülkiyyətində olan torpaq sahəsinin onun adına qeydiyyata alınması ilə yaranmış, bu halda iddiaçı mülkiyyətçisi olan torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin “qanuni istifadəçisi” olmuşdur və iddia qaldırılan zaman onun mülkiyyətində olan torpaq sahəsində tikilmiş fərdi yaşayış evindən sərbəst və maneəsiz istifadə edilməsi üçün kifayət qədər mülki marağa malik olmuşdur. İşin məhkəmədə araşdırılmış hallarından aydın olmuşdur ki, həqiqətən mübahisə predmeti olan fərdi yaşayış evində iddiaçının istifadəsi və yaşayışı üçün cavabdeh tərəfindən maneə yaradılmışdır. Bu maneənin mövcudluğu cavabdehin nümayəndəsi və vəkilinin təqdim etdiyi sənədlərlə, maneənin cavabdeh tərəfindən qoyulması şahid ifadələri ilə təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə cavabdeh tərəfindən fərdi yaşayış evinin kirayə verilməsi və aylıq kirayə haqqının onun tərəfindən alınması, hazırda həmin evdə kirayəçilərin qalması təsdiq edilmişdir. Həmçinin cavabdehin vəkili və nümayəndəsinin sorğusuna Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli sahə X23 üzrə Nümayəndəlik tərəfindən verilmiş cavabdan aydın olur ki, ünvan 3 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evində 2019-cu ilin oktyabr ayından X13 2001-ci il təvəllüdlü Ağrı şəhər sakini kirayə yaşayır, ünvan 6 ünvanı kiraçı X7 istifadəsindədir. Cavabdeh həmin ünvanda qeydiyyatda durmur və yaşamır. Cavabdeh həmin ünvanda hansı illərdə yaşadığı haqqında rəsmi məlumat yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin iddiaçıya məxsus olan torpaq sahəsinin ona hədiyyə edilməsi, orada yaşayış evi inşa etdirməsi, həmçinin həmin evdə ailəsi ilə birlikdə müəyyən müddət yaşaması, habelə evə dair vergilərin, kommunal xərclərinin, sığorta xərcinin ödənilməsi mübahisəli torpaq sahəsi və fərdi yaşayış evi üzərində cavabdehin mülkiyyət hüququnun əmələ gəlməsinə səbəb olan əqdin bağlanması kimi qiymətləndirilə bilməz. Belə ki, daşınmaz əmlakın bağışlanılması yalnız notarial qaydada bağlanmış müqavilə əsasında həyata keçirilə bilər. İş materiallarından aydın olur ki, iddiaçı və cavabdeh arasında belə bir müqavilə mövcud olmamışdır. MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddələrin tələblərindən çıxış edən Məhkəmə hesab edir ki, cavabdeh iddiaya dair etirazını sübuta yetirə bilməmişdir. Beləliklə də müəyyən edilir ki, cavabdeh mübahisəli torpaq sahəsindən və onun üzərində olan fərdi yaşayış evindən hüquqi əsas olmadan istifadə etmişdir və iddiaçıya öz torpaq sahəsindən və üzərində olan fərdi yaşayış evindən sərbəst və maneəsiz istifadəsinə əsassız maneə yaratmışdır. Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Qeyd olunanları nəzərə alan əhkəmə hesab edir ki, özünə məxsus torpaq sahəsindən və üzərində tikilmiş fərdi yaşayış evindən istifadə və yaşayış hüququna cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılmasını tələb edən iddiaçı haqlıdır və iddia əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı tərəfindən X17 Filialına xx.xx.2020-ci il tarixdə 46740 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən ünvan 4 ünvanında yerləşən iddiaçı Novruzova (Rüstəmova) Gülşən Vaqif qızının mülkiyyətində olan torpaq sahəsində və onun üzərində tikilmiş fərdi yaşayış evində Novruzova (Rüstəmova) Gülşən Vaqif qızının yaşayış və istifadə hüququna yaradılmış maneə aradan qaldırılsın. İddiaçı Novruzova (Rüstəmova) Gülşən Vaqif qızı tərəfindən X17 Filialına xx.xx.2020-ci il tarixdə 46740 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar