Məhkəmə qərarları › İş №2(078)-813/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-813/2024

24.10.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-813/2024 24.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X12 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X13 və cavabdeh Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin X40 nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə qarşı xx.xx.2024-cü il tarixli, 05 nömrəli əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onun işdən qanunsuz azad olunmağı barədə olan Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirliyinin 02 oktyabr 2017-ci il tarixli, 193 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq ərizəsində qeyd etmişdir ki, o Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin 02 oktyabr 2017-ci il tarixində 193 nömrəli əmrlə Kəngərli rayon mərkəzi xəstəxanasında bir aklat labarant vəzifəsinə təyin olunmuşdur. Ərizəsi əsasında 01 aprel 2019-cu il tarixində 66 nömrəli əmrlə öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunmuş və bir aklat sterilizasiyasına tibb bacısı vəzifəsinə təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin 14 may 2019-cu il tarixində 103/1 nömrəli əmri ilə işdən azad olunmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin 14 may 2019-cu il tarixində 110 nömrəli əmrlə Kəngərli rayon Gigiyena və X1 şöbəsində bir aklat Feldşer labarant vəzifəsinə təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin 5/447 nömrəli, 12 noyabr 2019-cu il tarixli sərəncamına əsasən Kəngərli rayon Gigeniya və Epidemiyalogiya Mərkəzinin drektoru vəzifəsinə həvalə edilmişdir. Ərizəsi əsasında 30 dekabr 2023-cü il tarixdə 61 nömrəli əmrlə tutduğu vəzifədən azad olunmuşdur. 07 yanvar 2024-cü il tarixində 1 nömrəli əmrlə, İctimai Səhiyə xidmətinin X41 bir oklad parazitoloq köməkçisi vəzifəsinə təyin olunmuşdur. 01 mart 2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən (işçi əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əmək müqaviləsinə xitam verilmişdir. 2017-ci il tarixindən Səhiyyə Nazirliyinin tabeliyində olan səhiyyə müəssələrində müvafiq vəzifələrdə işləmişdir. İşlədiyi müddətdə bir dəfə də olsun intizam qaydasını pozmamışdır. Barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş intizam pozuntularından hər hansı biri tətbiq edilmədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 ç maddəsi ilə əmək funksiyasına xitam verilmişdir. O xx.xx.2024-cü ildə təhsil məzuniyyətində olmuşdur. xx.xx.2023-cü il tarixində təhsil məzuniyyəti qurtardığından işinə geri qayıdacaqdı. xx.xx.2024cü il tarixində X40 direktoru Məhərrəm Qədimov onunla telefon əlaqəsi saxlayaraq işə hələlik gəlməməyini, gözləməyini bildirmişdir. Dəfələrlə əlaqə saxlayaraq gedib ərizə yazıb çıxmağını bildirmiş, yenə ona gözləməyini bildirmişdir. xx.xx.2024-cü il tarixində X40 direktoru Məhərrəm Qədimov ona telefonla zəng edərək saat 3-də X27mağını bildirmişdir. O xx.xx.2024-cü il tarixində X48 getmiş, həmin zaman 23 nəfərdən ibarət iclas keçrilmiş və işçilərə “Zeynəb xanım öz ərizəsi əsasında işdən çıxmaq istəyir” deyə bildirmişdir. Kimin etirazı olduğunu soruşmuşdur. Bundan sonra əmək kitabçasını nə vaxt götürə biləcəyini soruşmuş, Məhərrəm Qədimovun “3 gündən sonra əmək kitabçan veriləcək” deyə bildirmişdir. xx.xx.2024-cü il tarixində Məhərrəm Qədimov ona zəng edərək əmək kitabçasını götürməyini bildirmişdir. O xx.xx.2024-cü il tarixində əmək kitabçasını götürəndə ona məlum olmuşdur ki, onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi əsasında əmək funksiyasına xitam verilmişdir. xx.xx.2024-cü il tarixində X41 iclas keçrilmiş lakin onun əmək funksiyasına xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. O bundan sonra Naxçıvan MR X11 müraciət etmişdir. X8 məktubunda bildirilmişdir ki, “Sizin əmək müqavilənizə 70-ci maddənin "ç" bəndi ilə xitam verilərkən, həmkarlar təşkilatına işəgötürən tərəfindən heç bir təqdimat daxil olmayıb və həmkarlar təşkilatı tərəfindən heç bir qərar verilməyib, sadəcə 23 nəfərdən ibarət X40 direktoru M.Qədimovun iştirakı ilə idarənin ümumi yığıncağı keçirilmişdir”. O işlədiyi müddətdə heç bir intizam pozuntusu etməmiş və intizam məsuliyyətinə cəlb olunmamışdır. Onun işdən çıxarılmağı tam qanunsuzdur və qanunu pozmaqla hərəkətlər aparılmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-813/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin X62 cavabdeh qismində mülki işə cəlb edilmişdir. 27 avqust 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclası zamanı İddiaçı və iddiaçının vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ərizədə Naxçıvan Şəhər Məhkəməsində işdən qanunsuz azad olunmağı barədə olan Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirliyinin 02 oktyabr 2017-ci il tarixli, 193 nömrəli əmrinin ləğv edilməsi işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qərar qəbul edilməsi barədə iddia qaldırdığını, iddia ərizəsində işdən çıxarılma və əmrin tarixinin texniki səhvliklə yanlış yazıldığını, bu səbəbdən iddia ərizəsini dəqiqləşdirərək onun işdən qanunsuz azad olunmağı barədə olan Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin X40 01 mart 2024-cü il tarixli, 05 nömrəli əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 2(078)-813/2024 nömrəli qərardadı ilə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinin təmin edilməsi və iddia tələbinə İddiaçı işdən qanunsuz azad olunmağı barədə olan Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin X40 01 mart 2024-cü il tarixli, 05 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi həddində baxılması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X29 məhkəməyə 21 may 2024-cü il tarixdə izahat göndərərək qeyd etmişdir ki, İddiaçı “xx.xx.2024-cü il tarixli, 05 nömrəli əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqı tələbi”nə dair Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə qarşı məhkəmədə əsassız və heç bir qanuni əsaslandırması olmadan iddia qaldırmışdır. Belə ki, İddiaçı 01 mart 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin X40 direktorunun əmrinə əsasən parazitoloq vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42.2-ci maddəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfi Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin X42. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 21 iyul 2023-cu il tarixli Fəramanının 1.2-ci bəndinə əsasən Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidməti yaradılmışdır. Naxçıvan MR Nazirlər Kabinetinin 12 oktyabr 2023-cü il tarixli, 133 nömrəli Qərarına əsasən Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidməti Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumdur. Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidməti ********** nömrəli VÖEN Şəhadətnaməsinə əsasən müstəqil hüquqi şəxs kimi Dövlət Vergilər Xidmətindən qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə (Hüquqi şəxs anlayışı və onun növləri - Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir), 44.1-ci maddəsinə (Hüquqi şəxsin hüquq qabiliyyəti - Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır), 52.1-ci maddəsinə (Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir) əsasən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin və onun tabeliyində olan X40 fiziki və ya hüquqi şəxslər qarşısında öhdəlikləri üçün cavabdeh deyil. Qanunvericiliyin tələblərinə əsasən İddiaçı iddia ərizəsində iddia etdiyi kimi əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqı tələbləri ilə bağlı iddialarına Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi cavabdeh deyildir. Mühakimə icraatında göstərilən iddia ərizəsinin rədd edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin X40 direktoru X18 13 avqust 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə izahat təqdim edərək qeyd etmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixli, 05 nömrəli əmrin ləğv edilməsi və işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair X50 Xidmətinin X30rşı məhkəmədə heç bir qanuni əsaslandırması olmadan və əsassız olaraq iddia qaldırmışdır. Belə ki, X50 Xidmətinin X41 parazitoloq köməkçisi vəzifəsində işləyən İddiaçı cinayət xarakterli əməllərə yol verərək iş yoldaşlarından qanunsuz olaraq pul almışdır. 8 fevral 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin və X50 Xidmətinin direktorunun X50 Xidmətinin X40 Qıvraq qəsəbəsində yerləşən inzibati binasında apardığı yoxlama zamanı Mərkəzin 13 işçisi izahat yazaraq həmin mərkəzdə işləyən İddiaçı onlardan çalışdıqları vəzifələrin tam oklada çevirilməsi və işdən çıxarılmamaq üçün 500 manat rüşvət aldığını yazılı surətdə bildirilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin və X50 Xidmətinin direktorunun İddiaçı qanunsuz olaraq işçilərdən aldığı pulları geri qaytarmağı tələb etdikdə İddiaçı bundan imtina etmişdir. 9 fevral 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən İddiaçı qanunsuz əməllərinin araşdırılması üçün aidiyyəti sənədləri Naxçıvan Muxtar Respublikası Prokurorluğuna göndərilmişdir. Kəngərli Rayon Prokurorluğu tərəfindən İddiaçı qanunsuz əməlləri araşdırılmış və Mərkəzin işçilərindən aldığı pulların geri qaytarılması təmin edilmişdir. Kəngərli Rayon Prokurorluğu tərəfindən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə ünvanlanan 26 fevral 2024-cü il tarixli məktubda İddiaçı tərəfindən müəssisədə çalışan 13 nəfər şəxsə vurlmuş maddi ziyanının tam şəkildə ödətdirildiyi qeyd edilmişdir. X50 Xidmətinin X41 parazitoloq köməkçisi vəzifəsində işləyən İddiaçı qanunsuz əməlləri ilə bağlı Mərkəzin direktoru tərəfindən 29 fevral 2024-cü il tarixində müəssisənin Həmkarlar İttifaqı Komitəsinə yazılı məlumat ünvanlanmışdır. 01 mart 2024-cü il tarixində X50 Xidmətinin Şərur Regional X17 Komitəsinin iclası keçirilmişdir. İclasda İddiaçı da iştirak etmişdir. X50 Xidmətinin Şərur Regional X17 Komitəsinin iclasında İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işdən azad edilməsinə Həmkarlar İttifaqı Komitəsinin etirazının olmadığı bildirilmişdir. X50 Xidmətinin X41 parazitoloq köməkçisi vəzifəsində işləyən İddiaçı 01 mart 2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Həmin əmr 04 mart 2024-cü il tarixində ƏMAS sisteminə işlənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə (Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri) əsasən işçi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və mtiəssisədaxili intizam qaydalarına əməl etmək, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq və iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq kimi vəzifələr daşımaqdadır. Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə (əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. İddiaçı yol verdiyi qanunsuz əməlləri ilə yuxarıda qeyd olunan əmək qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşdur. Mühakimə icraatında göstərilən əmək mübahisəsinin rədd edilməsi barədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216.1-ci maddəsinə əsasən qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə məhkəmə iclasında İddiaçı 23 fevral 2024-cü il tarixdə təhsil məzuniyyətindən qayıtdıqdan sonra Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin X40 direktoru Məhərrəm həkimə zəng edərək işə qayıtmaq istədiyini bildirdiyini, Məhərrəm həkimin isə ona gözləməyini bildirdiyini, üzərindən bir neçə gün keçdiyini, lakin heç bir xəbər çıxmadığını, dəfələrlə Məhərrəm həkimə zəng etdiyini, onun da gözləməyini, xəbər edəcəyini bildirdiyini, ona işləmək istəmədiyini, öz ərizəsi ilə çıxmaq istədiyini bildirdiyini, mart ayının 4-də saat 11:00-12:00 arası Məhərrəm həkimin ona zəng edib onu X48 dəvət etdiyini, getdiyi zaman onu iclasa dəvət etdiklərini, işçilərin də orada olduğunu, özünün də əyləşdiyini, Məhərrəm həkimin öz ərizəsi əsasında işdən çıxmaq istədiyini bildirdiyini, işçilərin də buna etirazlarının olmadığını bildirdiklərini, hətta orada onu tanıyan həkimlərin də öz ərizəsi əsasında çıxmaq istəyirsə, heç nə deyə bilməyəcəklərini, etirazlarının olmadığını bildirdiklərini, daha sonra iclasın yekunlaşdığını, əmək kitabçasını götürmək istədiyini bildirdiyini, Məhərrəm həkimin də gözləməyini, xəbər edəcəyini bildirdiyini, Məhərrəm həkimin mart ayının 6-sı axşamüstü ona zəng edib əmək kitabçasını götürə biləcəyini bildirdiyini, mart ayının 7-si əmək kitabçasını götürməyə getdiyini, Məhərrəm həkim özü idarədə olmadığı üçün işçisinin əmək kitabçasını ona təqdim etdiyini, idarədə əmək kitabçasına baxmadığını, yolda əmək kitabçasına baxdıqdan sonra onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etdiklərini gördüyünü, Məhərrəm həkimə zəng edib bunun nə məsələ olduğunu soruşduqda ona Səhiyyə Nazirliyinin göstərişi olduğunu, onlarla əlaqə saxlamalı olduğunu bildirdiyini, Səhiyyə Nazirliyinə müraciət etdiyini, lakin nazirin qəbul etmədiyini, Türkiyə Respublikasının “Atatürk” Universitetinin qiyabi 3-cü kurs tələbəsi olduğunu, struktur dəyişikliyi ilə əlaqədar öz ixtisası ilə əlaqədar olmayan vəzifəyə keçirildiyini, həm bu səbəbdən, həm də təhsili ilə əlaqədar olaraq artıq işləmək istəmədiyini, 2 əmr mövcud olduğunu, sadəcə 1 vəzifə icra etdiyini, əmək kitabçasını 07 mart tarixində aldığını, Mediasiya Təşkilatına 04 aprel tarixində müraciət etdiyini, vəkilə müraciət etdikdən sonra ilk növbədə Həmkarlar İttifaqına müraciət etdiklərini, iş günləri ilə əlaqədar olaraq 10 iş günü ərzində cavab verildiyindən Mediasiya Təşkilatına müraciət etmələrinin o vaxta çəkdiyini, ona zəng etdiklərini, mart ayının 4-ü Şərurda olmasını dediklərini, özünün də əmək kitabçasını götürməyə getdiyini zənn etdiyini, mart ayının 4-ü X48 getdiyini, orada Məhərrəm həkimin iclas keçirdiyini, onu da dəvət etdiyini dediklərini, iclasa getdiyini, dedikləri kimi başqa işçilərin çıxış etmədiyini, sadəcə Məhərrəm həkimin çıxış etdiyini, 04 martda iclas keçirildiyini, idarədən iclasda Ülviyyə, Ayşə, Billurə, Fariz və Fatimənin olduğunu, aparat rəhbərinə ərizə verdiyini, fevral ayının 23-ü atası ilə ərizəsini yeniləmək üçün getdiyini, Məhərrəm həkimin idarədə olmadığını, Məhərrəm həkimə zəng edib idarədə olduğunu, ərizəsini yeniləmək üçün gəldiyini dediyini, şəhərdə olduğunu, iclası olduğunu, Səhiyyə Nazirliyinin qərar vermədiyini, gözləməyini dediyini, fevral ayının 26-sı zəng elədiyini, yenə də gözləməyini, ərizəsinin qəbul olunmadığını dediyini, sonra mart ayının 4-də iclas olduğunu, iclasdakılara ərizəsi ilə çıxmaq istədiyini, bununla bağlı münasibətlərini soruşduğunu, işçilərdən onu tanıyanların etirazlarının olmadığını bildirdiyini, bəzi işçilərin heç cavab da vermədiklərini, öz işçilərinin razılıq vermə səbəbinin aralarında olan məsələlər olduğunu, 2023-cü ilin noyabr ayı olduğunu, təhsil məzuniyyətində olduğunu, Pəri həkimin zəng edib struktur dəyişikliyi olacağını, bununla bağlı iclas keçirəcəklərini dediyini, məzuniyyətdə olduğu üçün yerinə işçini göndərdiyini, onun da iclasa gedib gələndən sonra ümumi Regional Mərkəz yaradılacağını, amma bununla bağlı heç kimə məlumat verməməli olduqlarını bildirdiyini, ona heç nə deməməsini dediyini, 2023-cü ilin dekabr ayının 18 ya 19-u olduğunu, Məhərrəm həkimin ona zəng edib parazitoloq köməkçisi vəzifəsinə təyin edildiyini dediyini, əsəbləşdiyini, bunun nə məsələ olduğunu soruşduğunu, “mən neçə vaxtdır direktor əvəzi işləyirəm. Mənim fikrimi almadan başqa vəzifəyə təyin edirsiz” dediyini, onun da strukturun dəyişildiyini, nazirin göstərişi olduğunu, bəzi vəzifələrin də ixtisara düşəcəyini, əmr verilmədiyini, ştat cədvəlinin gəldiyini dediyini, özünün də işləmək istəmədiyini, ştat cədvəlini görmək istədiyini bildirdiyini, xəbər edəcəyini dediyini, 23 ya 24 dekabrda Məhərrəm həkimin ona zəng edib ştat cədvəlini görə biləcəyini dediyini, idarəyə getdiyini, Məhərrəm həkimin orada olmadığını, işçilərin cədvəli gətirdiyini, heç idarənin öz işçilərinin də xəbəri olmadığını, dezinfektor vəzifəsinin ixtisara düşdüyünü, sadəcə tibb işçilərinin qaldığını, daha sonra Məhərrəm həkimin də gəldiyini, bu məsələ haqqında danışdıqlarını, işçilərə bu məsələ barədə məlumat verməsini deyəndə özlərinin məlumat verəcəyini dediklərini, özünün də mərkəzə getdiyini, işçilərin soruşduğunu, ixtisar olacağını, lakin hansı vəzifələr olduğunu bilmədiyini dediyini, 09 yanvarda Məhərrəm həkimin ona zəng edib, tibb işçilərinin qalmasını, qalan bütün işçilərin Şərura gəlməsini bildirdiyini, onların da Şərura getdiklərini, iclas olduğunu, işçilərə də “nə sualınız varsa, burda verin sonra idarədə məndən nəsə soruşmayın. Mən də sizin qədər məlumatlıyam” dediyini, Məhərrəm həkim və Pəri xanımın özlərinin işçilərə işdən azad olunduqlarını dediklərini, işçilərin də haqlı narazılıqlarını bildirdiklərini, hətta mühasibin qapını çırpıb getdiyini, sonra da okladları yarıya endirib digər azad edilənlərin işə bərpa olunacaqlarını, ancaq problem çıxmasın deyə hamının ərizə yazmalı olduğunu bildirdiklərini, həmin ərəfədə də indiki nazirin, o zaman nazir vəzifələrini icra etdiyini və vətəndaş qəbuluna gəldiyini, işçilərə özünün işləmək istəmədiyini, lakin onların nə narazılığı varsa, demələrini dediyini, hətta mühasibindən də problem çıxmasın deyə ərizə almağını istədiklərini, 3 işçisinin ərizə yazmadığını, Məhərrəm həkimə zəng edib ərizə yazmadıqlarını dediyini, özlərinin gəlib ərizə yazdırdıqlarını, həmin vaxt seçkilərlə əlaqədar idarədə çox olmadığını, yəni olanlardan, necə olmasından çox da xəbərdar olmadığını, bütün işçilərin sənədlərini təhvil verdiyini, zəng edib şəhərə 2023-cü ilin hesabatlarını aparmalarını istədiklərini, Sədərək direktoru, Məhərrəm həkim və özünün oraya getdiklərini, ixtisar məsələlərinin həll olunduğunu, heç kimin işdən çıxarılmayacağını, 1 okladda da qalacaqlarını dediklərini, 5 ildir orada işlədiyini, onların ailəsi kimi olduğunu, işdən çıxarılacaqları üçün çox narahat olduğunu, səhvliyinin onların göstərişlərini həyata keçirmək olduğunu, pul aldığını qəbul etdiyini, pul almasına Məhərrəm həkimin göstəriş verdiyini, hamıdan 500 manat almağını dediyini, işçilərə də şikayətçidirlərsə, aparat rəhbərinə, Səbuhi müəllimə deməklərini dediyini, onların da özünün orada artıq direktor yox, adi bir işçi olduğunu bildirdiyini, fevral ayında İcra Hakimiyyətində seçkilərlə əlaqədar iclasa getdiyini, Məhərrəm həkimin zəng edib idarəyə gəldiyini dediyini, özünün də 1 saata gedəcəyini bildirdiyini, idarəyə gedəndə işçilərin çox sevincli olduğunu, dezinfektorların sayının artdığını, mühasibdən başqa qalan hamının yerində qaldığını, 08 fevral 2024-cü il tarixdə Pəri həkimin saat 09:30-da şəxsi telefonuna “WhatsApp” üzərindən zəng edib şəhərə çağırdığını, hesabatlarla bağlı olduğunu dediyini, özünün də Məhərrəm həkimə zəng edib belə bir məsələ olduğunu dediyini, onun da getməyini, yəqin ki hesabatlarda nəsə səhvlik olduğunu dediyini, özünün 20-25 dəqiqə sonra sənədləri götürüb gedəcəyini, qapıda Səbuhi müəllim və Pəri həkimlə qarşılaşdıqlarını, özünün də təəccübləndiyini, hətta “ başa düşmədim özünüz məni şəhərə çağırıb niyə buraya gəlmisiniz?” deyə soruşduğunu, işçilərin hamısının idarədə olub-olmamasını soruşduqlarını, onun da 2 nəfərin məzuniyyətdə olduğunu, qalanlarının isə idarədə olduqlarını dediyini, onları otağa çağırdıqlarını, özünün isə çöldə gözləməyini istədiklərini, yenə təəccübləndiyini, səbəbini soruşduğunu, sonra onu çağıracaqlarını bildirdiklərini, mühasibin otağına keçib gözlədiyini, üzərindən 2 saat keçəndən sonra işçilərin otaqdan çıxdığını, onu çağırdıqlarını, ona işçilərdən rüşvət aldığını, Səbuhi müəllimin də 8000 (səkkiz min) manat pul verməyini, söhbətin bağlanmasını dediyini, nə qədər nazirliyin əmrlərlə əlaqəsi olmadığını desələr də, bunun sadəcə sənəd üzərində olduğunu, özünün bununla razılaşmadığını, pulu özünə almadığını dediyini, otağı təhvil verməyini istədiklərini, Səbuhi müəllimə “siz hüquqşünassınız burada olun, otağı təhvil verim, başqa problem çıxmasın” dediyini, onun da da “yox bizim işimiz var, işçilərə təhvil verərsiniz” dediyini, Məhərrəm həkimdən “bu nə oyundur göstərişi verən sizsiz” deyə souşduğunu, otağı təhvil verdiyini, həmin günü prokurorluğa getdiyini, müraciət etdiyini, fevral ayının 9-u icra başçısına müraciət etdiyini, Səhiyyə nazirinin Aparat rəhbərinə zəng edib nazirlə görüşmək istədiyini dediyini, nazirin olmadığını dediyini, özünün onu qəbul etdiyini, məsələni danışdığını, hətta işdən çıxma ərizəsini də ona verdiyini, ayın 12-si təhsil məzuniyyətinə getdiyini, fevral ayının 14-ü prokurorluqdan ona zəng gəldiyini, haqqında cinayət işi olduğunun deyildiyini, özünün də imtahanlarının olduğunu, onlarla əlaqədar Türkiyə Respublikasında olduğunu bildirdiyini, imtahan vərəqəsini göndərdiyini, onların da möhlət verdiklərini, fevral ayının 20-si gəldiyini, orada günahkar olduğunu qəbul etdiyini, onların göstərişlərini etdiyini dediyini, ayın 20-sindən sonra da atasının aparıb pulları təhvil verdiyini, işçilərin də ərizə yazdığını, mart ayının 5-i anası ilə atasının aparat rəhbərinin qəbulunda olduqlarını, nazirin də mart ayının 7-si qəbul edəcəyini bildirdiyini, pulları özündə saxladığını, pulları dekabr ayının 30-u aldığını, tədbir olduğunu, idarənin də pulu olduğunu, sistemə oturmadığını, həmin məsələ ilə bağlı Maliyyə Nazirliyinə getdiyini, sonra da tədbirə getdiyini, baş qarışdığını, pulu verə bilmədiyini, pulların işçilərə təhvil verilinə qədər özündə qaldığını, fevral ayının 21 ya da 22-si pulun qaytarıldığını, cinayət işinin başlamasının rədd qərarı fevral ayının 24-ü verildiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil izahatında iddiaçının qeyd etdiklərinə əlavəsinin olmadığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X29 izahatında ilk olaraq cavabdeh qurumun Səhiyyə Nazirliyi olmadığını, çünki əmr vermək səlahiyyətinin birbaşa olaraq Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin X4, ancaq məsələdən özlərinin də xəbərdar olduqlarını, 13 işçinin ərizə ilə Səhiyyə Nazirliyinə müraciət edərək struktur dəyişikliyi ilə əlaqədar olaraq Zeynəb xanımın onlardan 300-500 manat məbləğində pul aldığını bildirdiklərini, müraciətdən sonra Zeynəb xanımı çağıraraq işçilərin pullarını qaytarmasını bildirdiyini, Zeynəb xanımın öz ərizəsi ilə çıxmaq istədiyini bildirdiyini, onun da pulları qaytardıqdan sonra o məsələyə baxacaqlarını bildirdiyini, Zeynəb xanımın bununla razılaşmadığını, işçilərin pulları qaytarılmadığı üçün Prokurorluq orqanına müraciət etdiklərini, müraciətin aidiyyəti üzrə Kəngərli Rayon Prokurorluğuna göndərildiyini, Zeynəb xanımın və həmin 13 işçinin dəvət edildiyini, Zeynəb xanım tərəfindən həmin pulların geri qaytarıldığı və dövlət nəfinə pul keçirildiyi üçün cinayət işinə xitam verildiyini, həmkarların iclasının keçirildiyini, protokol tərtib edildiyini və İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edildiyini, Zeynəb xanımın struktur dəyişikliyindən əvvəl həmin işçilərin direktoru olduğunu, Zeynəb xanımın onlara yarım okladlarının 1 oklad olacağını, bunun nazirlik tərəfindən edildiyini dediyini, Zeynəb xanıma işçilərin pulunu qaytarmasını dediyini, bunun ağır və ciddi məsələ olduğunu dediyini, məsələ böyüməsin deyə elə dediyini, eyni zamanda Zeynəb xanımı qəbul etmədiyini, kobud şəkildə pozuntu etdiyini, ortada rüşvət faktı olduğunu, İddiaçı Azərbaycan Respublikasının dövlətçilik ənənələrinə ziyan vuran davranışlar etdiyini, onun özünün etiraf etməsi ilə törətdiyi əməlin öz əksini tapdığını, şahid ifadələrindən iclasının keçirildiyinin sübuta yeririldiyini, faktiki olaraq iclasın keçirildiyi, Zeynəbin törətdiyi əməlin Azərbaycan Respublikasının dövlətçilik ənənələrinə zidd olduğunu bildirərək bu əsasda iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarında iştirak edən cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin X40 nümayəndəsi X19 izahatında iddia ərizəsində qeyd edilənlərin böyük qisminin yalan olduğunu, Zeynəb xanımın işçilərdən şəxsən özünün, Səhiyyə nazirinin adından istifadə edərək pul aldığını, səbəbin nə olduğunun Zeynəb xanımdan soruşmaq lazım olduğunu, buna baxmayaraq Zeynəb xanıma pulu qaytarmasını təklif etdiyini və işçilərdən öz şəxsi nüfuzundan istifadə edib xahiş edərək bu məsələnin bağlanacağını bildirdiyini, lakin Zeynəb xanımın buna razı olmadığını, dəfələrlə ona şans verdiyini, 29 fevral tarixində Zeynəb xanıma zəng edib 4 martda iclas olacağını dediyini, onun isə Bakı şəhərinə gedəcəyini bildirdiyini, ayın 1-i tarixinə iclası keçirdiklərini, telefonda razılaşdıqlarını, Zeynəb xanımın iclasa gəldiyini, otaq balaca olduğu üçün 17 nəfər oturduğunu, 12 nəfərin ayaq üstə durduğunu, digər işçilərin isə koridorda dayandığını, uyğun olaraq iclas keçirildiyini, iclasın saat 3-də başlayıb 5-də bitdiyini, iclas bitdikdən sonra qış vaxtı olduğu üçün hamının getdiyini, Zeynəb xanımın özünün otağına gəldiyini, maddənin dəyişməsini istədiyini, artıq gec olduğunu bildirdiyini, lakin yenə də ona mart ayının 4-nə kimi şans verdiyini, səhv əmələ yol verdiyini, peşman olduğunu bildirməyini istədiyini, mart ayının 4ü günortaya kimi gözlədiyini, lakin Zeynəb xanımdan xəbər çıxmadığı üçün artıq əmrin ƏMASa işləndiyini, özünün neçə illərdir bu sahədə işlədiyini, nüfuzlu həkim olduğunu, artıq özünə də xələl gətirə bilməyəcəyini, bildiriş gətirdiyini, əmək məzuniyyətinə getdiyini, hətta onun pulunu da kəsmədiklərini, Zeynəb xanımın ayın 23-ü ona zəng etdiyini, ona “siz 26-ı qayıdacaqdız niyə tez qayıtmısız?” dediyini, onun da “bəs işimi belə qurdum, qayıtdım” dediyini, onun da altı, bazar, sonraki gün Xocalı faciəsi olduğunu, onsuzda iş olmadığını, “gözlə məlumat verəcəm” dediyini, sonra prokurorluqdan çağırdıqlarını öyrəndiyini, bu işin çoxdan başladığını, Covid 19 virusu zamanından pul aldığını, o zaman onlara tabe olmadıqlarını, hadisənin 27 dekabr 2023cü il tarixində baş verdiyini, Zeynəb xanımın direktor əvəzi kimi işlədiyi dövrdə olduğunu, yanvar ayından struktur dəyişikliyi olacağını, rəhbər özünün olacağını, ona görə də onun adından istifadə etdiyini, işçilərin ərizələrində də qeyd etdiklərini, bəziləri pullarının olmaması ilə əlaqədar olaraq yanvar ayının 8-də pulu verdiklərini, həmin tarixlərdə GEM-in direktoru olduğunu, 01 martda əmr verilib 04 martda ƏMAS-a işləndiyini, 01 martda 5-ci gün iclas keçirildiyini, iclasın məqsədinin Zeynəb xanımın əməllərini müzakirəyə çıxarmaq olduğunu, məktubu fevral ayının 29-u göndərdiyini, poçtun sistemi işləmədiyi üçün gec çatdırdıqlarını, amma bu səbəbə telefonla da məlumat verdiyini, göndərdikləri məktub və reyestrin mövcud olmadığını, katibin qaramalarından sonra iclas protokolunu özünün tərtib etdiyini, iclas protokolunu tərtib etmək səlahiyyəti olmadığını, lakin sədr və katib bacarmadığı üçün özünün tərtib etdiyini, özlərinin bacarmadıqlarını dediklərini, həmçinin 1 həftə-10 gün qabaq yeni sədr seçilən zaman Natiqə xanımın sədr seçilməsinə etiraz etdiyini, bu işləri bilən birinin sədr olmalı olduğunu dediyini, lakin heç kimin bununla razılaşmadığını, X43 tərəfindən araşdırma aparıldığını, onlara qanuna düzgün əməl edilmədiyi üçün irad tutduqlarını, irad tutulduqdan sonra protokolda dəyişiklik etdiklərini, yoxsa əvvəlki protokolda iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən çıxarılmasına razılıq verilməsinin əks olunmadığını, irad tutulduqdan sonra dəyişiklik etdikləri formada protokolu məhkəməyə təqdim etdiklərini, iclas keçirilən vaxt tərtib olunan protokolun Naxçıvan MR X3, onlara sorğu verib həmin protokolu məhkəməyə təqdim etmək üçün istəmədiyini, Naxçıvan MR X43 tərəfindən araşdırma aparılan zaman ondan tələb olunan tək sənədin protokol olduğunu, onlara məlumat da verilmədən protokolu götürüb apardıqlarını, iddiaçıya həmkarlar ittifaqının iclasının keçirilməsi barədə fevral ayında poçtla bildiriş göndərdiyini, həmin bildirişin fevral ayında poçta verilməsinə baxmayaraq poçtun sistemində problem olduğu üçün 4 martda sistemə işləndiyini, ona görə poçt xidməti tərəfində verilən cavabda 4 martda zərfin qəbul edildiyinin yazıldığını, həmin bildirişin özlərində qalmadığını, ona görə də məhkəməyə təqdim edə bilmədiyini, İddiaçı əməlinin bütün faktlarla təsdiq edildiyini bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X14 ifadəsində 29 dekabr 2023-cü il tarixdə Zeynəb həkim çağırıb işdə ixtisar olduğunu, işdə qala bilmələri üçün pul verməli olduqlarını bildirdiyini, pulu olmadığı üçün özünün əvəzindən 500 (beş yüz) manat pul verdiyini, daha sonra 08 yanvar 2024-cü il tarixdə həmin pulun 400 (dörd) yüz manatını Zeynəb həkimə qaytardığını, lakin 100 (bir yüz) manatını isə maaşda verə biləcəyini bildirdiyini, Həmkarlar İttifaqının iclasının keçirildiyini, 01 mart 2024-cü il tarixində, 5-ci gün iclas keçirildiyini, iclasda iştirak etdiyi üçün dəqiq tarixi xatırladığını, Kəngərlidən 5 nəfər, Ülviyyə, Billurə, Ayşə, Fariz və özünün iştirak etdiklərini, əlavə nəqliyyat vasitəsi olmadığı üçün 5 nəfər gedə bildiklərini, iclasın Şərur rayonunda keçirildiyini, onlardan əlavə, Sədərək və Şərur rayonlarının işçiləri də olduğunu, müzakirə olunan mövzunun Zeynəb həkimin işçilərdən pul alması olduğunu, özlərinin də pul aldığını təsdiq etdiklərini, idarədə ümumi 15 işçi olduğunu, iclasda ümumi çox adam olduğunu, təxminən nə qədər adam olduğunu xatırlamadığını, Zeynəb xanımın da iclasda olduğunu, iclasda özünün çıxış etmədiyini, Məhərrəm həkimin çıxış etdiyini, daha sonra da Zeynəb həkimin danışdığını, Zeynəb həkimin işləmək istəmədiyini bildirdiyini, iclasın keçirildiyi saatın dəqiq yadında olmadığını, idarənin bir avtomobili olduğu üçün 5 nəfər gedə bildiklərini, iclasda çıxış etmədiyini, sadəcə iştirak etdiyini, Zeynəb həkimin pul aldığını, 08 yanvar 2024-cü il tarixdə 400 (dörd yüz) manat pul verdiyini, 100 (bir yüz) manatı isə maaşda verəcəyini bildirdiyini, Zeynəb həkimin onun işdən çıxarılmağını istəmədiyi üçün əvəzindən verməyi dediyini, iclasda iştirak etdiyini, 01 mart 2024-cü il tarixində, 5-ci gün iclasın keçirildiyini, Zeynəb xanımın da iclasda olduğunu, Şərurda iclas keçiriləcəyini dedikləri üçün ora getdiklərini, iclasın keçirilməyi barədə kimin məlumat verdiyini xatırlamadığını, Məhərrəm həkimin iclas olacağını dediyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X31 ifadəsində 28-29 dekabr 2024-cü il tarixlərinə qədər Zeynəb həkimlə aralarında heç bir problem olmadığını, tam olaraq xatırlamadığını, həmin tarixlərdən birində Zeynəb həkimin birinci olaraq onu otağına çağırdığını, vəzifələrin ixtisara düşdüyünü, pul verməsələr işdən çıxarılacaqlarını dediklərini, 500 (beş yüz) manat pul verməyini, iş yoldaşlarıma heç nə deməməyini, özünün deyəcəyini bildirdiyini, daha sonra Səhiyyə Nazirliyinə məlumat verildiyini, pulun da onlara geri qaytarıldığını, həmin dövrdə Zeynəb həkimin direktor əvəzi işlədiyini, özü imkanı olmadığı üçün 07 yanvar 2024-cü il tarixində pulu Zeynəb həkimə verdiyini, pulun prokurorluq orqanı vasitəsilə onlara geri qaytarıldığını, prokurorluqda izahat verdiyini, iclasda iştirak etdiyini, iclasın keçirildiyi tarixi xatırlamadığını, iş günü iclas keçirildiyini, idarədən iclasın keçirildiyi yerə getdiklərini, iclasın Şərur rayonunda keçirildiyini, Kəngərlidən 5 nəfər, Ülviyyə, Fatimə, Ayşə, Fariz və özünün iştirak etdiklərini, onlardan əlavə, Sədərək və Şərur rayonlarının işçiləri də olduğunu, tam olaraq kimlərin iştirak etdiyini xatırlamadığını, otağın balaca olduğunu, çox az adam oturduğunu, qalanlarının ayaqüstə durduqlarını, günorta olduğunu, Zeynəb həkimin də iştirak etdiyini, Məhərrəm həkimin çıxış etdiyini, başqa kimin çıxış etdiyini xatırlamadığını, onlara, şəxsən özünə də söz verildiyini, sadəcə olaraq dediklərini təsdiq edib-etmədiklərini soruşduqlarını, onların da təsdiq etdiklərini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X20 ifadəsində 2023-cü il dekabr ayının son günləri olduğunu, Pəri xanımla Səbuhi müəllimin idarəyə gəldiyini, okladların yarıya endirildiyini dediklərini, onların da narazılıqlarını bildirdiklərini, amma qaydanın belə olduğunu dediklərini, tətilə gedib gəldiklərini, 25 ya 26 yanvar 2024-cü il tarixində Zeynəb xanımın onu çağırdığını, sevincli olduğunu, okladlarının geri veriləcəyini, ancaq qarşılığının 500 (beş yüz) manat olduğunu dediyini, işçilərə də onun deyib, pulu yığmağını istədiyini, özünün də gedib işçilərə dediyini, hamıya özünün demədiyini, bəzilərinə Zeynəb həkimin özündən əvvəl dediyini, Zeynəb xanımın Ləman və Səmayəyə dediyini, özünün Yasəmən, Sabirə, Məlahətə dediyini, onlardan pulu aldığını, 2000 (iki min) manatı Zeynəb xanıma verdiyini, Zeynəb xanıma da ona arxayın olduqlarını dediyini, onun da narahat olmamalarını nəsə olsa, pulu özünün verəcəyini dediyini, üstündən bir müddət keçdikdən sonra elə bir şey olmadığını dediklərini, Prokurorluğa dəvət edildiklərini, pullarının da qaytarıldığını, özünün iclasda iştirak etmədiyini, iclasdan məlumatı olduğunu, lakin avtomobildə yer olmadığı üçün gedə bilmədiyini, ayın 23 ya 24-ü iclasın Şərur rayonunda keçirildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X55 ifadəsində 29 dekabr 2023-cü il tarixində Zeynəb xanımın onları çağırdığını, 10 köməkçi vəzifəsinin olduğunu, ancaq 500 (beş yüz) manat verməli olduqlarını dediyini, 30 dekabr 2023-cü il tarixində özlərinin də pulu verdiklərini, özünün şəxsən dediyini, Billurə, Eltunə, Ülviyyə, Fatimə və özünün olduqlarını, birinci Billurə xanımı çağırdığını, daha sonra birlikdə getdiklərini, idarədə ümumi neçə nəfər işçi olduğunu bilmədiyini, ancaq 13 nəfərdən pul alındığını, 10 oklad deyildiyini, kimlərdən pul aldığını bilmədiklərini, iclasda iştirak etdiyini, mart ayının 1-i, 5-ci gün iclas keçirildiyini, nahardan sonra olduğunu, iclasın Şərur rayonunda keçirildiyini, Fatimə, Ülviyyə, Billurə və özünün iştirak etdiklərini, avtomobildə yer olmadığı üçün digərlərinin gedə bilmədiklərini, Zeynəb xanımın da iştirak etdiyini, Məhərrəm həkimin çıxış etdiyini, geri dönüş olduğunu Zeynəb xanıma dediyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X36 ifadəsində Zeynəb həkimin çağırıb “500 manat verməlisiz” dediyini, Aişə, Ülviyyə, Billurə ilə birlikdə olduqlarını, birinci Billurə xanıma dediyini, iclasda iştirak etmədiyini, Aişə, Fatimə, Ülviyyə, Billurənin iştirak etdiklərini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X32 ifadəsində işlərinin ixtisara düşdüyünü, 1 oklad qalması üçün 500 (beş yüz) manat verməli olduqlarını Zeynəb xanımın dediyini, onların da pulu verdiklərini, 250 (iki yüz əlli) manatını verdiyini, qalanını da fevralda verəcəyini, iclasda iştirak etmədiyini, Aişə, Eltunə və Fatimənin iştirak etdiklərini, dəqiq xatırlamadığını, ancaq 02 martda iclas keçirilmiş olmalı olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X21 ifadəsində 2023-cü il dekabr ayının sonları olduğunu, təxminən 28-29 dekabr tarixləri olduğunu, Zeynəb xanımın Ətravə xanımı çağırıb “4 nəfərin hərəsində 500 (beş yüz) manat al” dediyini, pulu versələr 1 oklad edəcəklərini, özlərinin 4 nəfər olduqlarını, özünün də hardan alacaqlarını dediyini, qızların da “ta bir yerdən almalıyıq” dediklərini, tətilə gedib qayıtdıqdan sonra işlərinə görə pulu verdiklərini, özünün pulu Ətravə xanıma verdiyini, onun da pulu Zeynəb xanıma verdiyini, 2024-cü ilin fevral ayının sonları pulun onlara geri qaytarıldığını, Zeynəb xanımın atasının pulu gətirdiyini, prokurorluqdan pulun onlara geri qaytarıldığını, iclasa getmədiyini, məzuniyyətdə olduğunu, digər işçilərin getdiklərini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X33 ifadəsində işlərində qala bilmək üçün Zeynəb həkimə 500 (beş yüz) manat pul verdiklərini, Zeynəb xanımın özünün çağırdığını, 2023-cü il dekabr ayının 29-u pulu verdiyini, pulu özünə verdiyini, pulun sonra onlara qaytarıldığını, avtomobildə yer olmadığına görə gedə bilmədiyini, digər qızların getdiklərini, kimlərin getdiyini tam olaraq xatırlamadığını, bir az pulu olduğunu, qalanını da başqa yerdən tapdığını, iclasın tarixini xatırlamadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X15 ifadəsində dekabr ayında Ətravə xanımın “Zeynəb xanım deyib ki, Nazirlikdən qərar gəlib, pul yığıb verməliyik ki, işimizdə qalaq” dediyini, onların da Ətravə xanımın sözünə baxdıqlarını, “elə deyibsə, dedikləri qanundur, işimizin xatirinə etməliyik” dediklərini, pulu yığıb Ətravə xanıma verdiklərini, onun da aparıb Zeynəb xanıma verdiyini, 500 (beş yüz) manat pul verdiklərini, pulu Ətravə xanımın verdiyini, sonra da işin üstünün açıldığını, onların da tələb edib pulu aldıqlarını, iclasda iştirak etmədiyini, həyat yoldaşının müharibə veteranı olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X46 ifadəsində Zeynəb xanımla bağlı iclas keçirildiyini, Məhərrəm həkimin Zeynəb həkimin pul almağı ilə əlaqədar iclas olacağını bildirdiyini, Həmkarların sədri olduğu üçün iclasın keçirilməsi ilə bağlı əvvəlcədən Məhərrəm həkimin ona məlumat verdiyini, sonra da iclas olduğunu, iştirak etdiklərini, iclasın 01 mart 2024-cü il tarixdə, 5-ci gün keçirildiyini, iclasda iştirak etdiyi üçün dəqiq tarixi və günü xatırladığını, günortdan sonra keçirildiyini, təxminən saatın 3 radələri olduğunu, katibin Coşqun olduğunu, iclasda Kəngərli, Sədərək idarələrinin və öz iççilərinin iştirak etdiklərini, hal-hazırda iclas zalında olanların çoxunun iclasda iştirak etdiklərini, təxminən 23 nəfərin iştirak etdiyini, iclasda Məhərrəm həkimin də çıxış elədiyini, onların elə bir məlumat bilmədiklərini, Zeynəb həkimin pul almağını, nizam-intizamı pozduğunu iclasda öyrəndiklərini, iclasda bu məsələlərin danışıldığını, hal-hazırda iclas zalında olanların çoxunun iclasda iştirak etdiklərini, Zeynəb xanımın özünün də iştirak etdiyini, üzərindən 8 ay keçib tam olaraq nə deyildiyini bilmədiyini, ilk dəfə idi elə bir iclas keçirildiyini, həmkarlarla bağlı heç bir iş görmədiyini, heç nədən məlumatı olmadığını, iclası Məhərrəm həkimin təşkil etdiyini, özünün hər şeylə maraqlandığını, Məhərrəm həkimin çağırıb iclasın protokolunu oxuyub imza çəkdiklərini, protokolu kimin tərtib etməli olduğunu bilmədiyini, həkimin neçə dəfə “pulları qaytar iş bağlansın” dediyini, iclasın müzakirə mövzusunun Zeynəb xanımın işçilərdən pul alması olduğunu, iclasın nəticəsinin Zeynəb xanımın işdən azad edilməsi olduğunu, Həmkarlar İttifaqı Komitəsinin funksiyasını bilmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X37 ifadəsində 01 mart 2024-cü il tarixdə saat 15:00-da həmkarların iclasının keçirildiyini, həmin iclasda özünün də iştirak etdiyini, Zeynəb xanımı tanımadığını, indiyə kimi görmədiyini, struktur dəyişikliyi olandan sonra oranın işçisi olduğunu, baş həkim əvəzi işlədiyini bildiklərini, 10-13 nəfər arasında işçilərdən pul alındığının deyildiyini, müzakirə olunan mövzunun bu olduğunu, Zeynəb xanımın da məsələlərlə əlaqəsi olmadığını, qəbul etmədiyini dediyini, katib qismində iclasda iştirak etdiyini, Zeynəb xanımın iclasda iştirak etdiyini, özünün qaralama edib izahatları təqdim etdiyini, sədrin iclas protokolunu tərtib etməli olduğunu yəqin etdiyini, özünün şahid qismində iştirak etdiyini, iclasın protokolunu özünün tərtib etmədiyini, protokolun həmin gün tərtib olunduğunu, yazıları sadə bir vərəqə yazdığını, protokolu kimin tərtib etdiyini bilmədiyini, iclas protokoluna imza etdiyini, həmkarlar və həkimin çağırıb imza etdirdiyini, protokolu oxuduğunu, Zeynəb xanımın izahatının protokolda olmaması ilə bağlı heç nə deyə bilməyəcəyini, iclasın nəticəsində Zeynəb xanımın işdən azad olunmasına dair razılıq verildiyini, otaqda 20 nəfərdən artıq adam olduğunu, koridorda da adamlar olduğunu, yaxında olanların iclasda danışılanları eşidə bildiyini, idarənin işçilərini protokolda qeyd etdiklərini, otaq balaca olduğundan hər kəsi yerləşdirə bilmədiklərini, 13 nəfərə yaxın şəxsin Kəngərli idarəsindən gəldiyini, hal-hazırda iclas zalında oturanların hamısı otaqda olduğunu, yetərsay olsun deyə iclas protokoluna 48 nəfər yazıldığını, İddiaçı çıxışının protokolda öz əksini tapdığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X22 ifadəsində onlara okladların yarım oklad olacağını, 1 aklat olmağını istəyirlərsə 500 manat verməli olduqlarını dediklərini, onların da “onsuz gəlib-gedirik, 500 manat verək elə 1 oklad da qalsın” dediklərini, bunu onlara Ətravə xanımın dediyini, ona da Zeynəb xanımın dediyini, onların da pulu yığıb Ətravə xanıma verdiklərini, onun da aparıb Zeynəb xanıma verdiyini, sonra pulun onlara geri qaytarıldığını, onların da barışıq ərizəsi verdiklərini, iclasın olacağı barədə onlara məlumat verildiyini, amma avtomobildə yer olmadığı üçün özünün gedə bilmədiyini, Billurə, Fatimə, Ayşə və Ülviyyənin getdiklərini, iclasın olacağı barədə direktora məlumat verildiyini, Məhərrəm həkimin dediyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X38 ifadəsində AR Əmək Məcəlləsinə əsasən işəgötürən işçi ilə olan əmək müqaviləsinə 6 əsasda xitam verə biləcəyini, lakin AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” və “ç” bəndləri ilə əmək müqaviləsinə xitam verilərsə, mütləq şəkildə Həmlarlar İttifaqının razılığı olmalı olduğunu, İddiaçı 16 mart 2024-cü il tarixdə X9 sədrinə ərizə ilə müraciət etdiyini, Qəzənfər Abdullayevin də məsələni araşdırmanı ona və Yəmən Rzayevaya həvalə etdiyini, onların da bunun əsasında araşdırma aparmaq üçün Şərur rayonuna getdiklərini, Məhərrəm həkimlə görüşdüklərini, sənədləri istədiklərini, onlara iclasın protokolunun təqdim olunduğunu, təqdim olunan tək sənədin də elə o olduğunu, o protokolun da hal-hazırda özündə olduğunu, əslində mahiyyət etibarilə protokol sayıla bilmədiyini, çünki, iclas keçirildiyini, lakin bu ümumi iclas olduğunu, həmkarların iclası sayıla bilməyəcəyini, əvvəla təqdimat verən Qədimov Məhərrəmin o iclasda iştirak edə bilməyəcəyini, digər tərəfdən mütləq şəkildə onlara məlumat verilməli olduğunu, Məhərrəm Qədimovdan onlardan məlumat vermələri ilə bağlı məktub göndərib-göndərmədiklərini soruşduqda aldığı cavaba çox təəccübləndiyini, Məhərrəm Qədimovun ona daxildən daxilə nə məktub göndərəcəklərini bildirdiyini, Muxtar Respublikada AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarma halının çox az sayda olduğunu, əksər hallarda işçilərin öz ərizələri əsasında işdən azad edildiklərini, ona görə də onların razılıqlarının alınmadığını, lakin bunun mütləq şəkildə razılıq alınmalı olan bir hal olduğunu, onların orada Natiqə xanımdan protokolu kimin tərtib etdiyini soruşduqda da özünün yox, Məhərrəm həkimin tərtib etdiyini etiraf etdiyini, protokolun düzgün şəxs tərəfindən tərtib edilmədiyini, həmçinin də protokolun sonunda “AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmasına razılıq verilsin” deyə qeydin mütləq şəkildə göstərilməli olduğunu, onlar razılıq verməsələr işçinin AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilə bilməyəcəyini və bundan da müəssisənin heç bir şikayət verə bilməyəcəyini, ancaq onlara təqdim olunan protokolda iddiaçının AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsinə razılıq verilməsinin qeyd olunmadığını, iclas protokolundan da düzgün iclasın keçirilmədiyinin göründüyü üçün iddiaçıya verilən cavab məktubunda ümumiyyətlə iclasın keçirilmədiyinin deyildiyini, araşdırmanın nəticələri barədə X9 sədrinə məlumat təqdim olunduğunu, onların yoxlama apardıqlarını, Qəzənfər Abdullayevin imzası ilə də araşdırmanın nəticələri barədə Zeynəb xanıma məktub göndərildiyini, onların əllərində başqa sənədlər də olduğunu, Prokurorluğun cinayət işinin başlanmasının rədd qərarı, ərizələr və s. olduğunu, müəssisənin Həmkarlar İttifaqının onlara tabe olduğu üçün yoxlama aparmaq hüquqlarının olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X34 ifadəsində Zeynəb xanımın müraciətindən sonra Qəzənfər Abdullayevin ərizənin üzərini Eyvaz müəllim və onun adına yazdığı üçün Eyvaz müəllimlə birlikdə araşdırma aparmaq üçün Şərura getdiklərini, Məhərrəm həkimin onları qarşıladığını, sənədləri təqdim etmələrini istədiklərini, protokol təqdim olunduğunu, başqa da heç bir sənəd təqdim olunmadığını, iclasın tarixini xatırlamadığını, yoxlamanın nəticəsi barədə Qəzənfər Abdullayevə məlumat verildiyini, araşdırmanı daha çox Eyvaz müəllim edib deyə o qədər də məlumatlı olmadığını, Natiqə xanımın onlar soruşanda iclas protokolundan məlumatı olmadığını, sadəcə imza çəkdiyini dediyini, özünün imza çəkmədiyini, daha çox araşdırmanı Eyvaz müəllimin etdiyini bildirdi. İş materiallarına əlavə olunmuş İddiaçı məxsus əmək kitabçasının təsdiq olunmuş surətindən İddiaçı: -07 yanvar 2024-cü il tarixli, 1 nömrəli əmrlə həmin tarixdən Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin X41 1.0 oklad parazitoloq köməkçisi vəzifəsinə təyin edilməsi; -01 mart 2024-cü il tarixli, 05 nömrəli əmrlə həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əmək müqaviləsinə xitam verilməsi aydın olur. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə Xidmətinin X40 07 yanvar 2024-cü il tarixli, 1 nömrəli əmrindən görünür ki, Naxçıvan MR Səhiyyə Nazirliyi Kollegiyasının 25(k) №-li 16 oktyabr 2023cü il tarixli qərarı ilə təsdiq edilmiş yeni strukturun tətbiqi ilə əlaqədar xx.xx.2024-cü il tarixdən X2 MR İctimai Səhiyyə Xidmətinin X40 Sanitar epidemioloji bölməsinə 1.0 oklad parazitoloq köməkçisi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin X40 01 mart 2024-cü il tarixli, 05 nömrəli əmrindən görünür ki, Naxçıvan İSX-nin X40 Parazitoloq köməkçisi X6 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən (işçi əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) 01 mart 2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası X25 tərəfindən İddiaçı göndərilmiş 09 aprel 2024-cü il tarixli, 156 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası X8 əməkdaşları tərəfindən Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidməti X41 müvafiq araşdırma aparılmışdır. Araşdırma zamanı aydın olmuşdur ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Və bu zaman kobud səhvlərə yol verilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq 70ci maddənin “ç" bəndi ilə həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X9 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Eyni maddənin 2-ci hissəsində isə qeyd olunur ki, Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. İddiaçı əmək müqaviləsinə 70-ci maddənin “ç” bəndi ilə xitam verilərkən, həmkarlar təşkilatına işəgötürən tərəfindən heç bir təqdimat daxil olmayıb və həmkarlar təşkilatı tərəfindən heç bir qərar verilməyib. Sadəcə 23 nəfərdən ibarət X40 direktoru M.Qədimovun iştirakı ilə idarənin ümumi yığıncağı keçirilib. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 oktyabr tarixli, 133 nömrəli Qərarı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısından görünür ki, Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidməti də həmin siyahıya daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin X40 Nizamnaməsinin 4.3 və 4.3.6-cı bəndlərinə əsasən mərkəzin direktoru mərkəzin işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onların barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür. İş materiallarında olan X40 Kəngərli bölməsinin işçiləri Əhmədova Ülviyyə, Quliyeva Aişə və Hətəmova Billurə tərəfindən tərtib olunmuş 28 fevral 2024-cü il tarixli aktın surətindən görünür ki, parazitoloq köməkçisi vəzifəsində işləyən İddiaçı 27-28 fevral 2024-cü il tarixlərdə üzrlü səbəb olmadan işə getməmişdir. İş materiallarında olan X40 Kəngərli bölməsinin işçiləri Mənsimova Fatimə, Novruzova Eltunə və Ağayeva Məlahət tərəfindən tərtib olunmuş 29 fevral 2024-cü il tarixli aktın surətindən görünür ki, parazitoloq köməkçisi vəzifəsində işləyən İddiaçı 29 fevral 2024-cü il tarixində üzrlü səbəb olmadan işə getməmişdir. İş materiallarında olan Kəngərli rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X39 tərəfindən qəbul edilmiş 24 fevral 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətsə də, onun maddi ziyan vurmuş olduğu şəxslərlə barışdığını, onlara dəymiş ziyanı tam şəkildə ödədiyini, cinayət məsuliyyətindən azad olunmaq üçün qanunla müəyyən edilmiş pul məbləğini dövlət büdcəsinə ödədiyini, maddi ziyan vurulmuş şəxslərin şikayətlərinin olmadığını nəzərə alaraq toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən “Naxçıvanpoçt” publik hüquqi şəxsinin Şərur rayon filialına ünvanlanmış 26 sentyabr 2024-cü il tarixli ərizədən görünür ki, Şərur rayon İctimai Səhiyyə Xidməti tərəfindən onun adına və ünvanına göndərilmiş, xx.xx.2024-cü il tarixdə “Naxçıvanpoçt’" publik hüquqi şəxsinin Kəngərli rayon filialının Qıvraq poçt şəbəsindən təhvil aldığı SS ********* AZ nömrəli bildirişin, Şərur rayon ictimai səhiyyə xidməti tərəfindən "Naxçıvanpoçt" publik hüquqi şəxsinin Şərur rayon filialına hansı tarixdə verilməsi barədə ona məlumat verilməsini xahiş etmişdir. İş materiallarında olan “Naxçıvanpoçt” publik hüquqi şəxsinin Şərur rayon filialı tərəfindən verilmiş 30 sentyabr 2024-cü il tarixli, 82 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, Şərur rayon İctimai Səhiyyə Xidməti tərəfindən ünvanlanmış SS 890423948AZ göndəriş nömrəli məktub, 04 mart 2024-cü il tarixdə əməkdaşları tərəfindən qəbul olunaraq işlənilmiş və 05 mart 2024-cü il tarixdə Naxçıvan şəhərində yerləşən mərkəzi poçta göndərilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Şərur rayon X26 Komitəsinə ünvanlanmış 27 sentyabr 2024-cü il tarixli ərizədən görünür ki, Şərur rayon İctimai Səhiyyə Xidməti tərəfindən keçirilən onun əmək fəailiyyətinə xitam verilməsi ilə bağlı iclasda Şərur rayon X10 nümayəndəsinin iştirak edib-etməməsi, əgər iştirak edibsə harda, hansı tarxidə və saatda iştirak etməsi barədə ona məlumat verilməsini xahiş etmişdir. İş materiallarında olan Şərur rayon X26 Komitəsinin 01 oktyabr 2024-cü il tarixli, 7 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə Xidmətinin X62 tərəfindən keçirilən və ərizənizdə qeyd etdiyi kimi əmək fəaliyyətinə xitam verilən iclasda Şərur rayon X26 Komitəsinin heç bir nümayəndəsi iştirak etməmişdir. Bu məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə Xidmətinin Şərur X35 İttifaqı Komitəsinin sədri Natiqə Əliyevaya müraciət ünvanlanmasını tövsiyə etmişdir. İş materiallarında olan cavabdehin nümayəndəsi İctimai Səhiyyə Xidmətinin X40 direktoru Məhərrəm Qədimov tərəfindən məhkəməyə təqdim edilmiş məlumatda qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin X40 işçisi İddiaçın qanunsuz əməlləri ilə bağlı Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin Şərur Regional X17 Komitəsinin iclasının keçiriliəcəyi haqqında İddiaçı poçt vasitəsilə məlumat verilmişdir. İddiaçı məktubu əsli göndərildiyi üçün surəti müəssisədə saxlaınılmamışdır. İddiaçı 01 mart 2024-cü il tarixdə X40 Həmkərlar İttifaqı Komitəsinin iclasında şəxsən iştirak etmiş və həmin iclasda öz fikirini bildirmişdir. İş materiallarında olan 01 mart 2024-cü il tarixli, 01 nömrəli Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə Xidmətinin Şərur Regional X17 Komitəsinin iclas protokolundan görünür ki, iclasda 48 nəfər iştirak etmiş, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə Xidmətinin X40 Kəngərli bölməsinin parazitoloq köməkçisi vəzifəsində işləyən İddiaçı hüquqi pozuntulara yol verərək, kobud səhvlər etdiyini nəzərə alaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən tutduğu vəzifəsindən azad edilməsinə X28 Komitəsinin üzvlərinin heç bir etirazlarının olmaması qərara alınmışdır. X7 tərəfindən məhkəməyə təqdim edilmiş 01 mart 2024-cü il tarixli, 01 nömrəli Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə Xidmətinin Şərur Regional X17 Komitəsinin iclas protokolundan görünür ki, Naxçıvan MR İSX-i X40 Kəngərli bölməsinin parazitoloq köməkçisi vəzifəsində işləyən X6 tutduğu vəzifəsindən azad edilməsinə X28 Komitəsinin üzvləri olaraq, heç bir etirazlarının olmaması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 6-cı madəsinə əsasən, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin azad seçdiyi və ya könüllü razılaşdığı işlə həyatını təmin etmək hüququnu əhatə edən əmək hüququnu tanıyırlar və bu hüququn təmin olunması üçün müvafiq addımlar atacaqlar. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əməyin təhlükəsizliyi normalarına əməl etmək, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq, dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq, fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək işçinin əsas vəzifələri hesab olunur. Məhkəmə qeyd edir ki, ilkin olaraq hazırki mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin X40 direktorunun 01 mart 2024-cü il tarixli, 05 nömrəli əmrinin qanuniliyi yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı ilə olan əmək müqaviləsi ləğv edilərkən müəssisədə fəaliyyət göstərən X9 iclası keçirilsə də həmkarlar ittifaqı təşkilatına ünvanlanan təqdimat qanunvericiliyin tələbinə uyğun olaraq əsaslandırılmamışdır. Çünki məhkəməyə təqdim olunan təqdimatdan görünür ki, həmin təqdimatda qoşma qismində heç bir sənəd göstərilməmiş, yəni təqdimata heç bir sənəd əlavə edilməmişdir. Bu hal da həmin təqdimata əsaslandırma sənədi əlavə edilmədiyi, həmkarlar ittifaqı təşkilatı tərəfindən yalnız təqdimata baxılaraq iddiaçının əmək müqaviləsinə xitam verilməsinə razılıq verildiyi qənaətinə gəlməyə əsas verir. Həmçinin aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Naxçıvan Muxtar Respublikası X25 tərəfindən iddiaçının işdən çıxarılması ilə bağlı araşdırma aparılarkən onlara cavabdeh tərəfindən təqdimat təqdim edilməmiş, yalnız protokol təqdim edilmişdir. Bu isə özülüyündə məhkəmə tərəfindən həmin təqdimatın sonradan tərtib olunduğu əslində həmkarlar ittifaqının iclası keçirilmədən əvvəl tərtib edilmədiyi qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X9 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80.2-ci maddəsinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Qeyd olunan maddənin tələbindən də göründüyü kimi cavabdeh təşkilat iddiaçı ilə olan əmək müqaviləsini ləğv etməmişdən əvvəl həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməli, təqdimata müvafiq əsaslandırma sənədlərini əlavə etməli, həmin məsələyə həmkarlar ittifaqı təşkilatı tərəfindən baxılaraq qərar qəbul edildikdən sonra işçinin əmək müqaviləsinin ləğvi məsələsinə baxılmalı idi. Lakin cavabdeh Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin X40 direktoru tərəfindən cavabdeh İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr verilərkən təqdimatla həmkarlar ittifaqı təşkilatına müraciət edilməmiş, sonradan tərtib olunaraq məhkəməyə təqdim edilmiş təqdimatda göstərilən halları təsdiq edən əsaslandırma sənədləri təqdimata əlavə edilməmişdir. Buna baxmayaraq həmkarlar ittifaqı tərəfindən iclas keçirilmiş təqdimat və əsaslandırma sənədləri olmadan iddiaçının əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir. Həmçinin həmkarlar ittifaqı təşkilatı tərəfindən iddiaçının işdən çıxarılmasına razılıq verilməsi ilə bağlı qanunvericiliyə uyğun olaraq ayrıca qərar qəbul edilməmiş, keçirilmiş iclasın protokolunda heç bir əsaslandırma olmadan razılıq verilməsi ilə bağlı qərara gəlinməsi qeyd olunmuşdur. Həmçinin aparılan məhkəmə araşdırması zamanı aşkarlanmışdır ki, cavabdeh tərəfindən Naxçıvan Muxtar Respublikası X11 təqdim edilən protokolda iddiaçının AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsinə razılıq verilməsi əks olunmamış, bu halın cavabdehə irad tutulmasından sonra cavabdeh Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin X62 tərəfindən qanunsuz olduğunu bildiyi halda yenidən protokol tərtib olunaraq həmin protokolda iddiaçının AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsinə razılıq verilməsi qeyd edilmişdir. Cavabdehin nümayəndəsi öz izahatında bunu təsdiqləyərək irad tutulduqdan sonra protokolda dəyişiklik etdiklərini, dəyişiklik etdikləri formada protokolu məhkəməyə təqdim etdiklərini bildirmişdir. Şahid tərəfindən məhkəməyə təqdim edilmiş protokoldan görünür ki, həmin iclasda Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə Xidmətinin X40 Kəngərli bölməsinin parazitoloq köməkçisi vəzifəsində işləyən İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən tutduğu vəzifəsindən azad edilməsi məsələsi müzakirə edilməmiş və iclasın nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin ç bəndinə əsasən tutduğu vəzifəsindən azad edilməsi qərara alınmamışdır. Həmçinin həmkarlar ittifaqının keçirilmiş iclasında təqdimat verən şəxsin iştirakı mümkün olmadığı halda həmin şəxs də iclasda iştirak etmişdir. Hətta həmin iclasa rəhbərliyi təqdimat verən şəxs etmişdir. Bütün bu hallar belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi ilə bağlı həmkarlar ittifaqının razılığı alınmadan əmr verilmişdir. Bu isə həmin əmrin qanuna zidd qaydada verildiyini sübut edir. Həmçinin məhkəmə onu da qeyd edir ki, həmkarlar ittifaqının iclası barədə İddiaçı rəsmi qaydada məlumat verilməmişdir. Belə ki, “Naxçıvanpoçt” publik hüquqi şəxsinin Şərur rayon filialı tərəfindən verilmiş 30 sentyabr 2024-cü il tarixli, 82 nömrəli məktubdan görünür ki, keçiriləcək həmkarlar ittifaqının iclası barədə məlumat məktubu 04 mart 2024-cü il tarixdə poçt əməkdaşları tərəfindən qəbul olunaraq işlənilmiş və 05 mart 2024-cü il tarixdə Naxçıvan şəhərində yerləşən mərkəzi poçta göndərilmişdir. Həmçinin cavabdehin nümayəndəsi X19 məhkəməyə vediyi izahatında məktubu fevral ayının 29-u göndərdiyini, poçtun sistemi işləmədiyi üçün gec çatdırdıqlarını, amma bu səbəbə telefonla da məlumat verdiyini, göndərdikləri məktub və reyestrin mövcud olmadığını qeyd etmiş, həmkarlar ittifaqının iclası barədə İddiaçı rəsmi qaydada məlumat verilməsini təsdiq edən heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı qeyd edilən iclasın 4 martda keçirildiyini, həmin iclasda da özünün işləmək istəmədiyini bildirdiyini, ona martın 1-də həmkarlar ittifaqının iclasının keçirilməsi ilə bağlı məlumat verilmədiyini, ümumiyyətlə özünün 1 martda iclasda iştirak etmədiyini bildirmişdir. Cavabdeh tərəfin vəsatəti əsasında məhkəməyə dəvət edilmiş şahidlər də qeyd edilən iclas barədə ziddiyyətli ifadələr vermişdir. Şahidlərin dinlənilməsi zamanı əslində protokolda qeyd edilən sayda şəxslərin iclasda iştirak etmədiyi, formal olaraq say göstərildiyi, Kəngərli bölməsinin 15 işçisinin iştirak etdiyi qeyd edilsə də əslində 5 işçisinin iştirak etdiyi, iddiaçının AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsinin müzakirə edilmədiyi aydın olmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, həmkarlar ittifaqının iclas protokolunda iştirak edən şəxslərin hamısının adı soyadı ata adı göstərilməklə qeyd olunmalı olduğu halda ümumi və formal şəkildə 48 nəfər iştirak edir qeyd olunmuşdur. Həmkarlar ittifaqları haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır. Həmkarlar ittifaqları haqqında Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən Həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edir, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məşğulluğa kömək göstərilməsi tədbirlərin həyata keçirilməsində iştirak edirlər. Qanunvericiliyin sadalanan normalarının da tələbindən göründüyü kimi Həmkarlar İttifaqı işçilərin əmək hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün yaradılan bir təşkilatdır, Həmkarlar İttifaqları işçinin əmək hüququnun müdafiəsi üçün yaradılsa da hazırki mülki iş üzrə müəyyən edilmişdir ki, cavabdeh təşkilatın həmkarlar ittifaqı təşkilatı iddiaçının hüquqlarını nəinki müdafiə etmiş, hətta təqdimat olmadan iclas absurd və qeyri müəyyən iclas keçirərək iddiaçının əmək müqaviləsinə xitam verilməsinə razılıq vermişdir. Aparılan məhkəmə araşdırması zamanı hətta həmin iclasın nəticəsini əks etdirən protokolun təqdimat verən şəxs tərəfindən tərtib edildiyi aşkarlanmışdır. Həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işdən çıxarılma məsələsi onun iştirakı ilə araşdırılmamışdır. Həmin iclasda iddiaçının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işdən azad olunması məsələsi müzakirə edilməmiş, həmçinin bu protokolda öz əksini tapmamışdır. İddiaçının işdən çıxarılması ilə bağlı əmrdə Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin X40 Parazitoloq köməkçisi X6 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən (işçi əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) 01 mart 2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsi qeyd olunmuşdur. Məhkəmə bununla bağlı qeyd edir ki, mübahisələndirilən əmr əmək qanunvericiliyinin tələblərinə əsasən lazımi qaydada əsaslandırılmamış, iddiaçının hansı əmək funksiyasının yerinə yetirməməsi, hansı vəzifəsini icra etməməsi, iddiaçının fəaliyyətində hansı nöqsanların aşkarlandığı əmrdə qeyd olunmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 9-cu bəndinə əsasən əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin ə bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən əmək funksiyasını və əmək müqaviləsi ilə müəyyən olunmuş vəzifələrini yerinə yetirmədiyinə görə arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının öz vəzifə funksiyalarını lazımi şəkildə yerinə yetirməməsi və bu vəzifə funksiyalarının yerinə yetirilməməsi nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi işin faktiki halları ilə sübut olunmur. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin cavabdeh, iddiaçının əmək funksiyasını və əmək müqaviləsi ilə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsinə istinad edərkən bunun nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad etməmiş və bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir. Cavabdeh tərəfindən iddiaçının işçilərdən pul alması və bunun nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilməsinə istinad etməsinə baxmayaraq həmin hal əmrdə əsaslanıdırlmamış, ümumi sözlərə istinad edilərək əmr verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Yuxarıda sadalanan qanunvericilik normalarından da göründüyü kimi cavabdeh tərəf iddiaçı ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edərkən yuxarıda sadalanan tələblərə əməl etməli idi. Ancaq cavabdeh Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin X62 tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmçinin, məhkəmə onu da qeyd edir ki, qeyd olunanlar ilə bağlı sübut etmə yükü cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübut etmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud deyil. Əmək Məcəlləsinin 75.1-ci maddəsinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Lakin mülki iş materiallarından hazırki mübahisə üzrə belə halların olması müəyyən edilmir. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin X62 ilə iddiaçı arasında bağlanılmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin X40 direktorunun 01 mart 2024-cü il tarixli, 05 nömrəli əmri qanuni hesab edilə bilməz. Bu səbəbdən həmin əmr ləğv edilməli və iddiaçı əvvəlki iş yerinə bərpa edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin X40 direktorunun 01 mart 2024-cü il tarixli, 05 nömrəli əmrin ləğv edilməsi hissəsində tələb əsaslı hesab edildiyindən və iddiaçı əvvəlki iş yerinə bərpa olunmalı olduğundan, iddia tələbi məcburi işburaxmaya görə iddiaçıya əmək haqqının ödənilməsi hissəsində də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1 -ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafıq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İddiaçının tələbinin cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə qarşı olan hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidməti Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 oktyabr tarixli, 133 nömrəli Qərarı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxildir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin X40 Nizamnaməsinin 4.3 və 4.3.6-cı bəndlərinə əsasən mərkəzin direktoru mərkəzin işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onların barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür. Göründüyü kimi Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidməti Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmadığından, həmçinin mərkəzin direktorunun mərkəzin işçilərini vəzifəyə təyin və vəzifədən azad etmək səlahiyyəti olduğundan iddiaçının xx.xx.2024-cü il tarixli, 05 nömrəli əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə cavab verməli olan şəxs Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi deyildir, digər cavabdehdir. Buna görə də məhkəmə belə hesab edir ki, iddiaçının iddia tələbi Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə dair hissədə iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırıldığına görə rədd edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin edilməli; -Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin X40 direktorunun 01 mart 2024-cü il tarixli, 05 nömrəli əmri ləğv edilməli; -Əsgərsoy X16 Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin X40 Sanitar Epidemioloji bölməsində parazitoloq köməkçisi vəzifəsinə bərpa olunmalı; - Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin X62 tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməli; -iddia cavabdeh Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə münasibətdə rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin X40 direktorunun 01 mart 2024-cü il tarixli, 05 nömrəli əmri ləğv edilsin. Əsgərsoy X16 Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin X40 Sanitar Epidemioloji bölməsində parazitoloq köməkçisi vəzifəsinə bərpa olunsun. Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin X62 tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. İddia cavabdeh Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə münasibətdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar