Məhkəmə qərarları › İş №2(078)-830/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-830/2023

12.10.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-830/2023 12.10.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması və cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı yaşayış və istifadə hüququnun verilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan ünvan 1 ünvanına yaşayış və istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbi əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 81.90 kv.m yaşayış, 41.40 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin yaşayış evinin pasport qeydiyyatında X3, X2, Cavabdeh, X4 durur. Oğlu Cavabdeh onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin pasport qeydiyyatında olsa da həmin ünvanda səkkiz ildən artıqdır ki, yaşamır. Cavabdeh onun evində pasport qeydiyyatında olduğundan o mülkiyyət üzərində öz hüquqlarını həyata keçirə bilmir. Cavabdeh 10 iyul 2023-cü il tarixdə məhkəməyə qarşılıqlı iddia ərizəsi göndərərək, qarşılıqlı iddia ərizəsində ona anası İddiaçı məxsus, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən yaşayış və istifadə hüququ verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, 2(078)-830/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair mülki iş üzrə Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi icraata qəbul olunmuş, mülki işə iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması tələbi, eyni zamanda cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı yaşayış və istifadə hüququnun verilməsi tələbi çərçivəsində baxılması qərara alınmışdır. 12 oktyabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı və cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə müvafiq olaraq məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı-cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil 12 oktyabr 2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək qeyd olunan ərizədə iddiaçı-cavabdeh İddiaçı cavabdehiddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair iddiasından imtina etdiyini, imtinanın nəticələrinin ona məlum olduğunu qeyd edərək mülki iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki və ya kommersiya mübahisələrinə dair işlərin başlanması bir qayda olaraq, öz adından ərizə ilə məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini bu imtinanın məhkəmə tərəfindən qəbul edildiyi təqdirdə iş üzrə icraata xitam verilməsinin əsası kimi nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə iddiadan imtinaya dair ərizəni araşdırıb hesab edir ki, iddiaçı-cavabdehin iddia tələbindən imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin imtina məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.4-cü maddələrinə əsasən iş üzrə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı-cavabdeh İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2023-cü il tarixli, 14728 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması və cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı yaşayış və istifadə hüququnun verilməsi tələbinə dair mülki iş üzrə iddiaçı-cavabdeh İddiaçı iddiadan imtinası qəbul olunsun və ilkin iddia tələbinə dair hissədə iş üzrə icraata xitam verilsin. İddiaçı-cavabdeh İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2023-cü il tarixli, 14728 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. İddiaçı-cavabdehə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar