Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-830/2024 12.08.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Naxçıvan şəhər 2 saylı Nikah Evinə qarşı şəxsin ölmüş elan edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhərində yaşamış mərhum babası X1 ölmüş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, babası X4 1897-ci ildə anadan olub. X4 1934-cü ildə X8 ilə rəsmi olaraq nikaha daxil olub və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 247 nömrə ilə qeydiyyat aparılıb. Mərhum babası 23 iyun 1941-ci il tarixdən 1943-cü ilin aprel ayınadək X12 iştirak etmiş və 1943-cü ilin aprel ayında itkin düşmüşdür. Bununla bağlı Naxçıvan MR Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arayışında qeyd olunmuşdur ki, Naxçıvan MR Dövlət Arxivində mühafizə olunan Naxçıvan MR Ədliyyə Nazirliyinin Vətəndaşlıq X7 Şöbəsinin Naxçıvan şəhər üzrə 1941- 1945-ci illərə dair ölümün akt qeydi kitablarına baxdıqda X1 vəfat etməsi haqqında hər hansı məlumata rast gəlinməmişdir. Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin xx.xx.2024-cü il tarixli arayışında 1897ci il təvəllüdlü X1 xx.xx.1941-ci il tarixdən 1943-cü ilin aprel ayınadək X12 iştirak etdiyi və 1943-cü ilin aprel ayında itkin düşdüyü qeyd olunub. Ərizədə qeyd edilmişdir ki, mərhum nənəsi X5 miras qalmış yaşayış evini sənədləşdirmək üçün babasının ölüm haqqında şəhadətnaməsi tələb olundu. Mərhum babasının ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə edə bilmir. Bu səbəbdən də məhkəməyə müraciət etmət qərarına gəlmişdir. Məhkəmə iclası zamanı izahat verən Ərizəçi ərizəsini müdafiə edərək ərizə ilə eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilsə də, həmin təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin nikah evi tərəfindən məhkəməyə sonuncu dəfə xx.xx.2024-cü il tarixdə məktub göndərərək işlərin çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılaraq müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Naxçıvan MR Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan aydın olur ki, X1 30 aprel 1943-cü ildə öldüyünə dair qeydiyyat şöbəsinin arxivində heç bir məlumat tapılmamışdır. Heç bir sənəd təsdiq edilmədiyi üçün ölüm haqqında qeydiyyatın aparılması mümkün deyil. Azərbaycan Respublikası Naxçıvan MR Dövlət Arxivi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 13/382 nömrəli arayışında qeyd olunmuşdur ki, Naxçıvan MR Dövlət Arxivində mühafizə olunan Naxçıvan MR Ədliyyə Nazirliyinin Vətəndaşlıq X7 Şöbəsinin Naxçıvan şəhər üzrə 1941-1945-ci illərə dair ölümün akt qeydi kitablarına baxdıqda X1 vəfat etməsi haqqında hər hansı məlumata rast gəlinməmişdir. Azərbaycan Respublikası Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 160 nömrəli arayışında qeyd olunmuşdur ki, 1897-ci il təvəllüdlü X1 xx.xx.1941-ci il tarixdən 1943-cü ilin aprel ayınadək X12 iştirak etdiyi və 1943-cü ilin aprel ayında itkin düşüb. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki,hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı Ərizəçi məhkəməyə verdiyi izahatdan, eyni zamanda iş üzrə toplanmış digər sübutlardan məlum olmuşdur ki, X6 1897-ci ildə doğulmuş və 23 iyun 1941-ci ilədək Naxçıvan şəhəri, Firdovsi küçəsi ev 24 ünvanında yaşamışdır. Ə.Ələsgərov 23 iyun 1941-ci il tarixdən 1943-cü ilin aprel ayınadək X12 iştirak etmiş və 1943-cü ilin aprel ayında itkin düşmüşdür. Ərizəçi izahatından məlum olmuşdur ki, mərhum nənəsi X5 miras qalmış yaşayış evini sənədləşdirmək üçün babasının ölüm haqqında şəhadətnaməsi tələb olunmuşdur. Mərhum babasının ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə edə bilmir. X6 barəsində 1943-cü ilin aprel ayından bəri heç bir xəbər almadığından belə olan halda ərizəçi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 314.1-ci maddəsinin tələbinə əsasən hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri üzrə və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında məlumat alır. Naxçıvan Şəhər Məhkəməsinin 10 iyul 2024-cü il tarixli məktubları ilə: Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinə X3 dair məlumatların Şəxsiyyət Vəsiqələri və Pasport qeydiyyatı qrupunda məlumatın mövcud olub-olmaması; Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Naxçıvan Regional Miqrasiya Baş İdarəsinə X2 Azərbaycan Respublikası vətəndaşlığından çıxması və ya onunla bağlı hər hansı məlumatın mövcud olub-olmaması; Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinə X2 barəsində 1943-cü ildən sonra Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin arxiv sənədlərində hər hansı məlumatın-nikahın pozulması və ya hüquqmüəyyənedici hər hansı məlumatın mövcud olub-olmaması; Naxçıvan MR Dövlət Statistika Komitəsinə X2 barəsində 1943-cü ildən sonra Dövlət Statistika Komitəsinin arxiv sənədlərində hər hansı məlumatın mövcud olub-olmaması; Naxçıvan MR Dövlət Arxiv İdarəsinə X2 barəsində 1943-cü ildən sonra arxiv sənədlərində hər hansı məlumatın mövcud olub-olmaması; Naxçıvan MR Mərkəzi Seçki Komissiyasına X2 barəsində 1943-cü ildən sonra arxiv sənədlərində aktiv seçici siyasında adının olmasına dair hər hansı məlumatın mövcud olub-olmaması; Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə X2 barəsində 1943-cü ildən sonra arxiv sənədlərində vergi ödəyicisi olmasına dair məlumatın mövcud olub-olmaması barədə sorğu göndərilmişdir. Verilmiş sorğuya cavab olaraq: Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş **********113600 nömrəli məktubda qeyd olunmuşdur ki, Ələsgər Zeynalabdın oğlu Xidmətdə vergi ödəyicisi kimi uçota alınmamışdır. Naxçıvan MR Dövlət Statistika Komitəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 03/251 nömrəli məktubda qeyd olunmuşdur ki, Ələsgər Zeynalabdın oğlu barəsində Komitənin arxiv sənədlərində hər hansı məlumat yoxdur. Naxçıvan MR Dövlət Arxiv İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 02/673 nömrəli məktubda qeyd olunmuşdur ki, X2 1941-1943-cü illərdə itkin düşməsi ilə bağlı Arxivdə məlumat yoxdur. Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 3-16-33-1/2-1108/2024 nömrəli məktubda qeyd olunmuşdur ki, X2 barəsində 1943-cü ildən sonra nazirliyinin arxiv sənədlərində hər hansı məlumat yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa.... o, məhkəmə qaydasında ölmüş elan oluna bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə görə şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 41.4-cü maddəsinə görə bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 1897-ci ildə ünvan 1 ünvanında yaşamış X4 ölmüş hesab edilməlidir. Belə ki, yuxarıda qeyd edilən sənədlərdən də aydın olur ki, X2 1943-cü ildən sonra müvafiq dövlət orqanlarında hər hansı qeydiyyatı aparılmamış, onunla bağlı heç bir sənəd mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə görə əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Azərbaycan Respublikası MM-nin 41.3-cü maddəsinə görə şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası MPM-nin 312-ci maddəsinə görə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi maraqlı şəxs Naxçıvan şəhər 2 saylı Nikah Evinə qarşı şəxsin ölmüş elan edilməsinə dair ərizəsi təmin edilsin. 1897-ci il tarixdə ünvan 1 ünvanında yaşamış X4 ölmüş hesab olunsun. X1 ölüm tarixi qətnamənin qanuni qüvvəyə mindiyi gün hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-830/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-830/2024
12.08.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver