Məhkəmə qərarları › İş №2(078)-862/2020

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-862/2020

21.12.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-862/2020 21.12.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququn itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququn itirilmiş hesab edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, Cavabdeh onun övladıdır. 1999-cu ildə İran İslam Respublikası vətəndaşı X9 Böyük oğlu ilə 1999-cu ildə ailə qurmuş, 2000-ci ildə övladı Cavabdeh doğulmuşdur. Fərş Nəhali adını dəyişərək Siyavuş qoymuşdur və onunla 2015-ci il tarixədək birlikdə yaşamışdır. 2015-ci ildə Şərur rayonuna qohumunun yas yerinə gedib qayıtdıqda öyrənmişdir ki, X5 özü ilə götürüb ölkəni tərk edərək İrana getmişdir. Oğlunu qatarmaq üçün bütün dövlət orqanlarına müraciət etsə də heç bir nəticə əldə edə bilməmişdir. Üç il gözlədikdən sonra 2018-ci ildə məhkəməyə müraciət edərək nikahı pozdurmuşdur. Hələ Naxçıvanda yaşadıqları vaxt atası ona bir otaqlı ev vermiş, həmin evi sataraq üstünü də atasının köməyi ilə düzəldib 20 yanvar küçəsi ev 27-də yerləşən fərdi yaşayış evini almışdır. Həmin ev təmir etdirsə də evin yerləşdiyi yer su çəkdiyindən ev tamamilə yararsız vəziyyətdədir. Hələ evli olduqları zaman həyat yoldaşı və oğlunun şübhəli hərəkətləri olmuş, dəfələrlə bu barədə müvafiq orqanlara məlumat vermişdir. Artıq bu cür insanların onun evinin qeydiyyatında olmasını istəmir. O bununla bağlı İnzibati Məhkəməyə müraciət etsə də ona övladının yaşayış hüququ olduğundan ümumi məhkəməyə mürciət etməsi bildirilmişdir. Övladını həmin evin qeydiyyatına salsa da 5 ildir atası ilə çıxıb getmiş və heç bir məlumatı yoxdur. Həm övladı. Həm də atası dövlətə qarşı təhlükəli insanlar hesab edilirlər. ona görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh Cəlali X1 şəhəri 2 yanvar küçəsi ev 27-də qeydiyyatda olmasına baxmayaraq iddiaçının onun İran İslam Respublikasında yaşadığını bildirdiyindən məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsi, həmçinin iddia ərizəsinin surətinin rəsmi qaydada təqdim edilməsi üçün İran İslam Respublikasına məhkəmə tapşırığı göndərilməsinə baxmayaraq ünvan tam olmadığından icrasız məhkəməyə qaytarılmışdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib,onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən məlum olur ki, ünvan 1-də yerləşən 95.9 kv.metr sahəsi olan fərdi yaşayış evi və 0.0321 ha torpaq sahəsi tam tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18/41 nömrəli reyestr kitabının 7974 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamədən aydın olur ki, Fərş Nəhali Cəngiz Böyük oğlu ilə İddiaçı arasında bağlanmış nikah xx.xx.2018-ci il tarixdə pozulmuş və bu barədə 471 nömrəli akt qeydi icra edilmişdir. Məhkəmə “hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir” prinsipi ilə işə mahiyyəti üzrə yanaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə оlan maddi hüquq nоrmalarına və işin baхılması zamanı qüvvədə оlan prоsessual hüquq nоrmalarına uyğun çıхarılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin məcəllənin 30.3-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki tələblə iddiaçının məhkəməyə müraciət etməsi üçün əsası olmuşdur. Belə ki, iddiaçı ilə cavabdehin atası arasında olan nikah pozulmuş, iddiaçının izahatından aydın olur ki, nikah pozulduqdan əvvəl və sonra cavabdeh atası ilə yaşamaqla mübahisəli mənzildən çıxıb getmiş, hazırda başqa ölkədə yaşayır. Məhkəmə qeyd edir ki, nikah pozulduqdan sonra cavabdehin atası Fərş Nəhali özünə başqa yaşayış yeri seçərək ölkədən çıxıb getmiş, oğlunu da özü ilə aparmışdır. Məhkəmə hesab edir ki, artıq cavabdeh Cəlali X7 atası ilə birlikdə özünə başqa yaşayış yeri seçməklə könüllü olaraq Naxçıvan şəhəri 20 yanvar küçəsi ev 27-də yerləşən mənzili tərk edib getmişdir. Həmçinin məhkəmənin sorğusuna Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 nömrəli X8 Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx xxxxxx 2020ci il tarixli 03/160 nömrəli məktubundan aydın olur ki, Cəlali X1 şəhəri 20 yanvar küçəsi ev 27-də qeydiyyatda olmasına baxmayaraq uzun müddətdir ki, həmin ünvanda yaşamır, nə vaxt yaşaması ilə bağlı məlumat yoxdur. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin mənzilə yaşayış hüququ itirilmiş hesab edilməli, mülkiyyətçi olaraq iddiaçının mənzil üzərində hüquqlarının tam və maneəsiz şəkildə həyata keçirilməsi təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edir ki, cavabdeh uzun müddətdir ki, özünə başqa yaşayış yeri seçməklə daim olaraq mübahisəli mənzildən getmişdir və sadəcə mənzilin qeydiyyatında adının olması reallıqda mənzilin mülkiyyətçisinin mənzil üzərində hüquqlarını həyata keçirməyə maneə yaratması ilə nəticələnir. Buna görə də iddia əsaslı olduğundan təmin olunmalı, Cavabdeh ünvan 1-də yerləşən yaşayış sahəsinə istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ünvan 1-də yerləşən yaşayış sahəsinə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar