Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-862/2024 09.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Ərizəçi, ərizəçinin vəkili Vəkil, maraqlı şəxslər X5 və X4 iştirakları ilə, Ərizəçi mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X3 mülkiyyətində olan ünvan 1-də yerləşən miras qalmış daşınmaz əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini əsaslandıraraq ərizəsində qeyd etmişdir ki, anası X9 atası Ərizəçi Əhməd oğlu ilə 1956-cı ildə rəsmi nikah qeyd etdirmədən evlənmişlər. Birgə nikahdan 18 iyun 1961-ci ildə X13, 23 may 1963-cü ildə X12, 14 noyabr 1966-cı ildə X14, xx xxxx 1970-ci ildə Ərizəçi adlı 4 övladları doğulmuşdur. Atası Sabir 20 dekabr 1969-cu ildə vəfat etmiş, anası Səkinə isə 16 noyabr 2012-ci ildə vəfat etmişdir. Anasının vəfatından sonra anasının mülkiyyətində olan ünvan 1-də yerləşən miras qalmış evi faktiki olaraq özü qəbul edib ailəsi ilə birlikdə orada yaşamış və əmlakı idarə etmişdir. Digər qardaşları anasının ölümündən əvvəl ailə qurub özlərinə aid evdə yaşamışlar. Miras evin kommunal xərcləri, daşınmaz əmlakın icbari sığortasının ödənişləri onun tərəfindən ödənilmişdir. Hazırda həmin evə özü sahiblik edir və onun istifadəsindədir. 11 avqust 2010-cu ildə anası Səkinə göstərilən miras əmlakı vəsiyyətnamə əsasında ona vermişdir. Göstərilən mirası qəbul etsə də, üzrlü səbəbdən müvafiq rəsmiləşdirmə aparıb miras qalmış evi adına sənədləşdirə bilməmişdir. Miras paya dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Naxçıvan şəhər 3 nömrəli Notariat Ofisinə müraciət etmişdir. Notariat Ofisi 23 aprel 2024-cü il tarixli, 96 nömrəli məktubunda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilərək məhkəməyə müraciət etməli olduğu ona tövsiyyə etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, 2(078)-862/2024 nömrəli qərardadı ilə, Ərizəçi mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin, X5, X4 və X6 maraqlı şəxs qismində cəlb olunmaları qərara alınmışdır. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə maraqlı şəxs Naxçıvan “Asan Xidmət” mərkəzində Notariat Ofisinə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Naxçıvan “Asan Xidmət” mərkəzində Notariat Ofisi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, maraqlı şəxsin nümayəndəsi X15 məhkəməyə 14 iyun 2024-cü il tarixdə ərizə göndərərək ərizədə üzrlü səbəbdən 20 iyun 2024-cü il tarixinə təyin edilmiş məhkəmə baxış iclasında iştirak edə bilməyəcəklərini, bu səbəbdən də, onların iştirakı olmadan işə baxıb qanuni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin qeyd olunan ərizəsini nəzərə almaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə maraqlı şəxs X10 mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarında iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxs X6 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi izahatında anasının rəhmətə getmədən əvvəl vəsiyyətnamə verdiyini, anası vəfat etməmişdən əvvəl qardaşlarının həmin evdən ayrıldıqlarını, sonra anasının xəstəliyinə başının qarışdığını, anası öldükdən az bir müddət sonra da qızının öldüyünü, mirası qəbul etməyə imkanı olmadığını bildirərək ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı ərizəçinin vəkili Vəkil izahatında ərizəçinin anasından miras qalmış evin ərizəçinin istifadəsində olduğunu, qardaşlarının da etirazları olmadığını, bu səbəbdən X3 mülkiyyətində olan ünvan 1-də yerləşən miras qalmış daşınmaz əmlakın ərizəçinin tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasını istədiklərini bildirərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı izahat verən maraqlı şəxs X13 izahatında anasının vəfat etməmişdən əvvəl onların payını ayırdığını, digər qardaşı Rasimin Bakı şəhərində yaşadığını, yaxşı imkanı olduğunu, özünün evi olduğunu, anası öldükdən sonra həmin evdə qardaşı Sabirin yaşadığını, anasından miras qalan daşınmaz əmlakın qardaşı Ərizəçi tərəfindən qəbul edilməsinə razı olduğunu, miras əmlaka dair heç bir etiraz və tələbinin olmadığını bildirdi. Məhkəmə iclası zamanı izahat verən maraqlı şəxs X12 izahatında anasının vəfat etməmişdən əvvəl onların payını ayırdığını, digər qardaşı Rasimin Bakı şəhərində yaşadığını, yaxşı imkanı olduğunu, özünün evi olduğunu, anası öldükdən sonra həmin evdə qardaşı Sabirin yaşadığını, anasından miras qalan daşınmaz əmlakın qardaşı Ərizəçi tərəfindən qəbul edilməsinə razı olduğunu, miras əmlaka dair heç bir etiraz və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində Səkinə öldükdən sonra evdə Sabirin yaşadığını, ondan əvvəl də Sabirin ailəsi və anası ilə birlikdə həmin evdə yaşadığını, Sabirin anasının təxminən 15 il olar ki rəhmətə getdiyini, hal-hazırda həmin evdə Sabirin və ailəsinin yaşadığını bildirdi. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını dinləyən məhkəmə müəyyən edir ki, X5, X4, X6 və Ərizəçi mərhum X3 vərəsələri olması, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın X3 mülkiyyətində olması mülki işin mübahisəsiz hallarıdır. Bunların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -İş materiallarına əlavə olunmuş NMR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın təsdiqlənmiş surətindən Naxçıvan şəhəri, H.Aslanov küçəsi, döngə 1-də mülkiyyətdə olan 902.7 kv.m torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 32.0 kv.m yaşayış, 38.9 kv.m qeyri-yaşayış, 16.0 kv.m köməkçi sahədən ibarət, 5 nömrəli fərdi yaşayış evinin tam hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 1325 nömrəli vərəqində qeydiyyata alınması; -iş materiallarında olan Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AZ-İ seriyalı, 493342 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X3 xx.xx.2012-ci il tarixdə vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 403 nömrə ilə qeyd aparılması; -iş materiallarında olan Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli arayışdan Ərizəçi Əhməd oğlunun xx.xx.1969-cu il tarixdə vəfat etməsi və bu barədə ölüm kitabında 31 nömrə ilə qeyd aparılması; -iş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 03 aprel 2024-cü il tarixli, 350 nömrəli arayışdan mərhum X3 həyat yoldaşı Ərizəçi Əhməd oğlu (vəfat edib), oğlu X13, oğlu X12, oğlu X14 və oğlu Ərizəçi adlı vərəsələrinin olması; -iş materiallarında olan xx.xx.1970-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən Ərizəçi Əhməd oğlu və X3 birgə nikahından xx.xx.1961-ci il tarixdə X13 adlı övladlarının doğulması; -iş materiallarında olan xx.xx.1970-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən Ərizəçi Əhməd oğlu və X3 birgə nikahından xx.xx.1963-cü il tarixdə X12 adlı övladlarının doğulması; -iş materiallarında olan Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan Ərizəçi Əhməd oğlu və X3 birgə nikahından xx.xx.1966-cı il tarixdə X14 adlı övladlarının doğulması; -iş materiallarında olan xx.xx.1970-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən Ərizəçi Əhməd oğlu və X3 birgə nikahından xx.xx.1970-ci il tarixdə Ərizəçi adlı övladlarının doğulması; -iş materiallarına əlavə olunmuş xx.xx.2010-cu il tarixli vəsiyyətnamənin təsdiqlənmiş surətindən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın X9 tərəfindən oğlu Ərizəçi vəsiyyət edildiyi; -iş materiallarına əlavə olunmuş Naxçıvan MR Dövlət Energetika Xidməti Naxçıvan Regional “ASAN xidmət” mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixli, 22 nömrəli arayışdan Naxçıvan şəhər H.Aslanov küçəsi döngə 1, ev 5 ünvanında xx.xx.2017-ci il tarixdə quraşdırılan sayğac nömrəsi 70370903 olan smartkart tipli elektrik sayğacın müqaviləsi Ərizəçi adına bağlanması, ödənişlər Ərizəçi tərəfindən ödənilməsi və xx.xx.2024-cü il tarixə qədər heç bir borcu olmadığı; -iş materiallarına əlavə olunmuş Naxçıvan Regional “ASAN xidmət” mərkəzi, Kommunal (Qaz) Xidməti tərəfindən xx.xx.2024-cü il tarixli, 593 nömrəli arayışdan ünvan 2 ünvanına ondan ötəri ki, həqiqətən sayğac nömrəsi 26009180 olan smart tipli qaz sayğacı müqaviləsi xx.xx.2015-ci il tarixdə Ərizəçi adına bağlanması, həmin ildən qaz ödənişləri Ərizəçi tərəfindən ödənilməsi, sayğac göstəricisinin 24672 m3-dək borcu olmadığı; -iş materiallarına əlavə olunmuş Naxçıvan şəhər 3 saylı Notariat Ofisi tərəfindən verilmiş 96 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan mirasın qəbulu üçün müəyyən edilmiş müddət buraxıldığından məhkəməyə müraciət etməyin tövsiyə olunduğunun bildirilməsi aydın olur. Ərizəçi onun tərəfindən miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsini tələb etməsi isə mülki işin mübahisəli halıdır. Məhkəmə mülki işin mübahisəli halının araşdırılması ilə bağlı aşağıdakıları qeyd edir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə görə, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.3cü bəndinə əsasən məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Plenum qərarının 1.4-cü bəndinə əsasən, lazimi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 10-cu bəndinə əsasən, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olubolmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. İddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyan X9 tərəfindən vəsiyyətnamə tərtib edildiyi müəyyən edilmişdir. Buna görə də, hazırki vəziyyətdə vərəsəliyin vəsiyyət üzrə əsası tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.2-ci maddəsinə əsasən, vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olubolmadığına baxmayaraq, ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1168-ci maddəsinə əsasən vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Qeyd olunan normaların tələbindən də göründüyü kimi Ərizəçi X3 həm qanun üzrə həm də vəsiyyət üzrə vərəsəsidir. 26 dekabr 2023-cü il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutların aşağıdakılar ola biləcəyi qeyd edilmişdir: -vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; -mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; -mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; -mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; -miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, mülki iş materiallarını bir-biri ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, Ərizəçi mərhum X3 vəfatından sonra ondan qalmış miras əmlakı mərhumun öldüyü gündən faktiki idarə etmiş, bununla da faktiki idarə etmək üsulu ilə mirası qəbul etmişdir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən maraqlı şəxslərin izahatlarını da nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3- cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən, məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına əsasən, mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki-Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -Ərizə təmin edilməli; -xx.xx.2012-ci il tarixdə ölən X2 miras qalmış Naxçıvan şəhəri, H.Aslanov küçəsi, döngə 1-də yerləşən 902.7 kv.m torpaq sahəsi və onun üzərində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 32.0 kv.m yaşayış, 38.9 kv.m qeyri-yaşayış, 16.0 kv.m köməkçi sahədən ibarət, 5 nömrəli fərdi yaşayış evinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli; -ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.2012-ci il tarixdə ölən X2 miras qalmış Naxçıvan şəhəri, H.Aslanov küçəsi, döngə 1-də yerləşən 902.7 kv.m torpaq sahəsi və onun üzərində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 32.0 kv.m yaşayış, 38.9 kv.m qeyri-yaşayış, 16.0 kv.m köməkçi sahədən ibarət, 5 nömrəli fərdi yaşayış evinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, o rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-862/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-862/2024
09.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver