Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-863/2025 30.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X13 məhkəmə iclas katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə Ərizəçi mirasın faktiki qəbulu faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: Ərizəçi ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, 12 dekabr 1992-ci il tarixdə vəfat etmiş X1 miras qalmış Naxçıvan şəhəri, İdris Məmmədov küçəsi 20 ünvanında 0.0109 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 78.57 kv.m olan fərdi yaşayış evinin onun tərəfindən faktiki qəbulu faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi iddianı əsaslandıraraq ərizəsində qeyd etmişdir ki, xx xxxxxxxx 1943-cü ildə Naxçıvan şəhərində doğulmuşdur. Onlar ailədə 4 qardaş olmuşlar. Qardaşlarından 3-ü vəfat edib. Anası Maraqlı şəxs10 Fərrux qızı 30 may 1954-cü ildə, atası X6 isə 12 dekabr 1992-ci ildə vəfat ediblər. Atasının adına Naxçıvan şəhəri, İdris Məmmədov küçəsi 20 ünvanında 0.0109 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 78.57 kv.m olan fərdi yaşayış evi miras qalmışdır. Atasının vəfatından sonra evi özü kirayəyə vermişdir. 1997-ci ildə oğlu Cəbrayılı evləndirmiş və yaşamaları üçün həmin evə köçürmüşdür. 2022-ci ildə oğlu Cəbrayıl vəfat etmiş, onun vəfatından sonra evdə oğlunun arvadı və 2 uşağı yaşayırlar. 1992-ci ildə atası vəfat edəndən sonra miras əmlaka faktiki olaraq özü sahib çıxmış, idarə etmişdir. Lakin ev bu günə kimi atasının adında qalır. X1 Naxçıvan şəhəri, İdris Məmmədov küçəsi, ev 20 ünvanında 0.0109 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 78.57 kv.m olan fərdi yaşayış evindən ibarət olan əmlak miras qaldığından və həmin miras əmlak tərəfindən faktiki olaraq qəbul edilərək idarə edildiyindən adına həmin əmlaka Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə Naxçıvan şəhər 3 saylı Notariat Ofisinə göndərdiyi ərizəsinə cavab verilərək mirasın qəbulu üçün müəyyən edilmiş müddət buraxıldığından və sənədlər təqdim olunmadığından məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, 2(078)-863/2025 nömrəli qərardadı ilə Ərizəçi mirasın faktiki qəbulu faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin maraqlı şəxs qismində cəlb olunması qərara alınmışdır. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə Ərizəçi mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizəçinin iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən ərizəçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə maraqlı şəxs Naxçıvan “Asan Xidmət” mərkəzində Notariat Ofisinə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Naxçıvan “Asan Xidmət” mərkəzində Notariat Ofisi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, maraqlı şəxsin nümayəndəsi X47 məhkəməyə 15 iyul 2025-ci il tarixdə ərizə göndərərək ərizədə üzrlü səbəbdən 30 iyul 2025-ci il tarixə saat 09:00-a təyin edilmiş Ərizəçi miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə məhkəmə baxış iclasında iştirak edə bilməyəcəklərini, bu səbəbdən də, onların iştirakı olmadan işə baxıb qanuni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin qeyd olunan ərizəsini nəzərə almaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə maraqlı şəxslər X14, Maraqlı şəxs5, Maraqlı şəxs4, Maraqlı şəxs1, Maraqlı şəxs11, Maraqlı şəxs2, Maraqlı şəxs7, Maraqlı şəxs10 və maraqlı şəxs və Maraqlı şəxs8 qanuni nümayəndəsi Maraqlı şəxs6 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə baxış iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxslər X7, Maraqlı şəxs5, Maraqlı şəxs4, Maraqlı şəxs1, Maraqlı şəxs11, Maraqlı şəxs2, Maraqlı şəxs7, Maraqlı şəxs10 və maraqlı şəxs və Maraqlı şəxs8 qanuni nümayəndəsi Maraqlı şəxs6 iştirakları olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə Maraqlı şəxs3 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, lakin 21 iyun 2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və qeyrilərinə qarşı Naxçıvan şəhəri, İdris Məmmədov küçəsi, ev 20 ünvanında yerləşən miras əmlakın faktiki olaraq qəbul edilməsi faktlarının müəyyən edilməsi tələbinə dair ərizəsinin təmin edilməsinə razı olduğunu, gələcəkdə həmin əmlakla bağlı heç bir şikayət və tələbi olmayacağını, məhkəmə iclasına gələ bilməyəсəyini qeyd edərək, ərizəsinin nəzərə alınmasını məhkəmədən хаhiş etmişdir. Məhkəmə Maraqlı şəxs3 tərəfindən məhkəməyə göndərilmiş teleqramı nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Maraqlı şəxs3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə keçirilmiş məhkəmə iclasında iştirak edən ərizəçinin vəkili və nümayəndəsi Vəkil izahatında ərizədə qeyd olunan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin ərizəçinin atasına məxsus olduğunu, Naxçıvan şəhəri, İdris Məmmədov küçəsi 20 ünvanında yerləşdiyini, 0,0109 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 78.57 kv.m olan fərdi yaşayış evi olduğunu, ərizəçinin anası Maraqlı şəxs10 Fərrux qızının 1954-cü ildə, atası X6 isə 1992-ci ildə vəfat etdiyini, X3 vəfatından sonra həmin əmlakın ərizəçinin istifadəsində olduğunu, daha sonra oğlu Cəbrayılı evləndirərək həmin evə köçürdüyünü, oğlu Cəbrayılın vəfatından sonra da gəlini və 2 nəvəsinin həmin evdə yaşadıqlarını, müvafiq sənədləşdirmə işləri apara bilmək üçün ərizəçinin atasından qalan mirasın faktiki qəbulu faktının müəyyən edilməsini istədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 25 iyun 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən maraqlı şəxs X26 izahatında X3 1992-ci ildə vəfat etdiyini, onun ölümündən sonra həmin evdə X15 ailəsi ilə birlikdə yaşadığını, X15 vəfatından sonra isə hal-hazırda da arvadı və 2 uşağının həmin evdə yaşadıqlarını, mirasın ərizəçi tərəfindən faktiki qəbulu faktının müəyyən edilməsinə heç bir etirazı olmadığını bildirmişdir. 25 iyun 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Maraqlı şəxs5 izahatında X3 1992-ci ildə vəfat etdiyini, onun ölümündən sonra həmin evdə X15 ailəsi ilə birlikdə yaşadığını, X15 vəfatından sonra isə hal-hazırda da arvadı və 2 uşağının həmin evdə yaşadıqlarını, mirasın ərizəçi tərəfindən faktiki qəbulu faktının müəyyən edilməsinə heç bir etirazı olmadığını bildirmişdir. 25 iyun 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Maraqlı şəxs4 izahatında X3 1992-ci ildə vəfat etdiyini, onun ölümündən sonra həmin evdə X15 ailəsi ilə birlikdə yaşadığını, X15 vəfatından sonra isə hal-hazırda da arvadı və 2 uşağının həmin evdə yaşadıqlarını, mirasın ərizəçi tərəfindən faktiki qəbulu faktının müəyyən edilməsinə heç bir etirazı olmadığını bildirmişdir. 25 iyun 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Maraqlı şəxs1 izahatında X3 1992-ci ildə vəfat etdiyini, onun ölümündən sonra həmin evdə X15 ailəsi ilə birlikdə yaşadığını, X15 vəfatından sonra isə hal-hazırda da arvadı və 2 uşağının həmin evdə yaşadıqlarını, mirasın ərizəçi tərəfindən faktiki qəbulu faktının müəyyən edilməsinə heç bir etirazı olmadığını bildirmişdir. 25 iyun 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Maraqlı şəxs11 izahatında X3 1992-ci ildə vəfat etdiyini, onun ölümündən sonra həmin evdə X15 ailəsi ilə birlikdə yaşadığını, X15 vəfatından sonra isə hal-hazırda da arvadı və 2 uşağının həmin evdə yaşadıqlarını, mirasın ərizəçi tərəfindən faktiki qəbulu faktının müəyyən edilməsinə heç bir etirazı olmadığını bildirmişdir. 25 iyun 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 izahatında X3 1992-ci ildə vəfat etdiyini, onun ölümündən sonra həmin evdə X15 ailəsi ilə birlikdə yaşadığını, X15 vəfatından sonra isə hal-hazırda da arvadı və 2 uşağının həmin evdə yaşadıqlarını, mirasın ərizəçi tərəfindən faktiki qəbulu faktının müəyyən edilməsinə heç bir etirazı olmadığını bildirmişdir. 25 iyun 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Maraqlı şəxs7 izahatında X3 1992-ci ildə vəfat etdiyini, onun ölümündən sonra həmin evdə X15 ailəsi ilə birlikdə yaşadığını, X15 vəfatından sonra isə hal-hazırda da arvadı və 2 uşağının həmin evdə yaşadıqlarını, mirasın ərizəçi tərəfindən faktiki qəbulu faktının müəyyən edilməsinə heç bir etirazı olmadığını bildirmişdir. 25 iyun 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Maraqlı şəxs10 izahatında X3 1992-ci ildə vəfat etdiyini, onun ölümündən sonra həmin evdə X15 ailəsi ilə birlikdə yaşadığını, X15 vəfatından sonra isə hal-hazırda da arvadı və 2 uşağının həmin evdə yaşadıqlarını, mirasın ərizəçi tərəfindən faktiki qəbulu faktının müəyyən edilməsinə heç bir etirazı olmadığını bildirmişdir. 25 iyun 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən maraqlı şəxs və Maraqlı şəxs8 qanuni nümayəndəsi Maraqlı şəxs6 izahatında X3 1992-ci ildə vəfat etdiyini, onun ölümündən sonra həmin evdə X15 ailəsi ilə birlikdə yaşadığını, X15 vəfatından sonra isə hal-hazırda da arvadı və 2 uşağının həmin evdə yaşadıqlarını, mirasın ərizəçi tərəfindən faktiki qəbulu faktının müəyyən edilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X20 ifadəsində Ərizəçi təxminən 50-60 il olar tanıdığını, X3 1992-ci ildə vəfat etdiyini, onun ölümündən sonra həmin əmlakın Asifin istifadəsində olduğunu, daha sonra da Asifin oğlu Cəbrayılı evləndirib həmin evə köçürdüyünü, Cəbrayılın həmin evdə ailəsi birlikdə yaşadığını, Cəbrayılın vəfatından sonra da hal-hazırda da həmin evdə Cəbrayılın arvadı və 2 uşağının yaşadıqlarını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X32 ifadəsində Ərizəçi bacısının yoldaşı olduğunu, Asifin atasının ölümündən sonra həmin əmlakın Asifin istifadəsində olduğunu, sonra bacısının oğlu Cəbrayıl evlənib həmin evdə yaşadığını, onun ölümündən sonra da ailəsinin, yəni arvadı və 2 uşağının həmin evdə yaşayıb, hal-hazırda da onların yaşadıqlarını bildirdi. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyən məhkəmə müəyyən edir ki, Maraqlı şəxs10 Fərrux qızı (vəfat edib), X21 (vəfat edib), X27 (vəfat edib), X28 (vəfat edib), X29 (vəfat edib) və Ərizəçi mərhum X3 vərəsələri olması, Naxçıvan şəhəri, İdris Məmmədov küçəsi, ev 20 ünvanında yerləşən daşınmaz əmlakın X3 mülkiyyətində olması mülki işin mübahisəsiz hallarıdır. Bunların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X58 tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan Naxçıvan şəhəri, İdris Məmmədov küçəsi, ev 20 ünvanında olan 0.0109 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 78.57 m2 olan fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə X3 adına Daşınmaz əmlakın dövlət reyestrində 18/61 nömrəli reyestr kitabının 12042 nömrəli vərəqində qeydiyyata alınması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışın təsdiq edilmiş surətindən X3 xx.xx.1992-ci il tarixdə ürək qan damar çatışmazlığı səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 16 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 03 fevral 2025-ci il tarixli, 141450 nömrəli çıxarışın təsdiq edilmiş surətindən X29 və X16 arasında xx.xx.1961-ci il tarixdə nikahın bağlanması və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 179 nömrə ilə qeyd edilməsi; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Maraqlı şəxs10 Fərrux qızının xx.xx.1954-cü il tarixdə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 182 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X8 xx.xx.2017-ci il tarixdə ürəyin aterosklerotik xəstəliyi səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 342 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X22 xx.xx.1999-cu il tarixdə ürək əzələsi infarktı səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 178 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X23 xx.xx.2024-cü il tarixdə dəqiqləşdirilməmiş kəskin miokard infarktı səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 67 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 20 dekabr 2024-cü il tarixli arayışdan "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X17 aid 20 dekabr 2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və arvadı X30 (xx.xx.1934) (vəfat edib), oğlu Maraqlı şəxs1 (xx.xx.1958), oğlu Maraqlı şəxs2 (xx.xx.1959) və qızı Maraqlı şəxs3 (xx.xx.1968) ibarət ailə tərkibinə dair məlumatlar aşkar edilməsi; -iddia ərizəsinə əlavə olunmuş və Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 17 dekabr 2024-cü il tarixli arayışdan "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X18 aid 17 dekabr 2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və arvadı Maraqlı şəxs7 Şirin qızı (xx.xx.1935) (vəfat edib), oğlu Maraqlı şəxs4 (xx.xx.1965), oğlu Maraqlı şəxs5 (xx.xx.1967) və oğlu X19 (xx.xx.1972) (vəfat edib) ibarət ailə tərkibinə dair məlumatlar aşkar edilməsi; -iddia ərizəsinə əlavə olunmuş və Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 22 oktyabr 2024-cü il tarixli arayışdan "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X17 aid 22 oktyabr 2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və arvadı X34 (xx.xx.1939) (vəfat edib), qızı Maraqlı şəxs9 (xx.xx.1962), qızı Maraqlı şəxs10 (xx.xx.1966) və oğlu Maraqlı şəxs11 (xx.xx.1971) ibarət ailə tərkibinə dair məlumatlar aşkar edilməsi; -iddia ərizəsinə əlavə olunmuş və Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 03 mart 2025-ci il tarixli, 3-16-5/8-16-211/2025 nömrəli məktubdan xx.xx.2024-cü ildə Naxçıvan şəhərində vəfat etmiş X23 barəsində xx.xx.1972-ci ildə tərtib olunmuş 539 saylı doğum akt qeydinə əsasən atasının X28, anasının Maraqlı şəxs7 Şirin qızı olması, xx.xx.2004-cü ildə Naxçıvan şəhər Nikah Evində bağlanan 103 saylı nikah haqqında akt qeydinə əsasən arvadının Maraqlı şəxs6 olması, həmin nikahdan xx.xx.2005-ci ildə Maraqlı şəxs7 (akt-626, xx.xx.2008-ci il Naxçıvan ŞQŞ), Maraqlı şəxs8 (akt-652, xx.xx.2005-ci il Naxçıvan ŞQŞ) doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 29 dekabr 2025-ci il tarixli, 13/1895 nömrəli arxiv arayışından Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi VVAQ şöbəsinin Naxçıvan şəhəri üzrə 1943-cü ilə dair doğum akt qeydi kitabında Ərizəçi xx.xx.1943-cü il tarixdə Naxçıvan şəhərində anadan olması, atasının X6, anasının Maraqlı şəxs10 Fərux qızı olması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 15 noyabr 2023-cü il tarixli, AZ-İ seriyalı, 700280 nömrəli çıxarışdan X9 xx.xx.2016-cı il tarixdə mədəcik fibrilisiyası səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 58 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 16 noyabr 2023-cü il tarixli, AZ seriyalı, 080589 nömrəli çıxarışdan X10 xx.xx.2001-ci il tarixdə ağciyər ürək çatmamazlığı səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 335 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Culfa rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 noyabr 2023-cü il tarixli, AZ seriyalı, 043707 nömrəli çıxarışdan X6 və X4 arasında xx.xx.1969-cu il tarixdə nikahın bağlanması və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 nömrə ilə qeyd edilməsi; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 02 dekabr 2024-cü il tarixli, 215789 nömrəli çıxarışdan X11 və X5 arasında xx.xx.1954-cü il tarixdə nikahın bağlanması və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 238 nömrə ilə qeyd edilməsi; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 24 yanvar 2025-ci il tarixli, 734233 nömrəli çıxarışdan X11 və X8 birgə nikahından xx xxxxxxx 1959-cu il tarixdə Maraqlı şəxs2 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 24 yanvar 2025-ci il tarixli, 514913 nömrəli çıxarışdan X11 və X8 birgə nikahından xx xxxxxx 1958-ci il tarixdə Maraqlı şəxs1 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 24 yanvar 2025-ci il tarixli, ******* nömrəli çıxarışdan X11 və X5 birgə nikahından xx xxxxxx 1968-ci il tarixdə X36 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 12 dekabr 2024-cü il tarixli çıxarışdan X12 və X31 arasında xx.xx.1963-cü il tarixdə nikahın bağlanması və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 202 nömrə ilə qeyd edilməsi; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 24 yanvar 2025-ci il tarixli, ******* nömrəli çıxarışdan X12 və Maraqlı şəxs7 Şirin qızının birgə nikahından xx xxxx 1965-ci il tarixdə Maraqlı şəxs4 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 24 yanvar 2025-ci il tarixli, ******* nömrəli çıxarışdan X12 və Maraqlı şəxs7 Şirin qızının birgə nikahından xx xxxxxx 1967-ci il tarixdə Maraqlı şəxs5 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 24 yanvar 2025-ci il tarixli, 381199 nömrəli çıxarışdan X12 və Maraqlı şəxs7 Şirin qızının birgə nikahından 25 iyul 1972-ci il tarixdə X35 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 24 yanvar 2025-ci il tarixli, AZ-İ seriyalı, 100061 nömrəli çıxarışdan X23 və X24 arasında xx.xx.2004-cü il tarixdə nikahın bağlanması və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 103 nömrə ilə qeyd edilməsi; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 24 yanvar 2025-ci il tarixli, AZ-İ seriyalı, 170772 nömrəli çıxarışdan X23 və Maraqlı şəxs6 birgə nikahından 13 avqust 2008-ci il tarixdə Maraqlı şəxs8 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 24 yanvar 2025-ci il tarixli, AZ-İ seriyalı, 789338 nömrəli çıxarışdan X23 və Maraqlı şəxs6 birgə nikahından xx xxxx 2005-ci il tarixdə Maraqlı şəxs7 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 24 yanvar 2025-ci il tarixli, 082372 nömrəli çıxarışdan X9 və X25 birgə nikahından xx xxxxxxxx 1962-ci il tarixdə X26 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 24 yanvar 2025-ci il tarixli, ******* nömrəli çıxarışdan X9 və X25 birgə nikahından 28 avqust 1966-cı il tarixdə Maraqlı şəxs10 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 24 yanvar 2025-ci il tarixli, 032843 nömrəli çıxarışdan X9 və X25 birgə nikahından xx xxxxxx 1971-ci il tarixdə Maraqlı şəxs11 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər İcra Hakimiyyəti 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 10 fevral 2025-ci il tarixli, 251 nömrəli arayışdan mərhum X3 birinci arvadı Maraqlı şəxs10 Fərrux qızı (vəfat edib), ikinci arvadı X21 (vəfat edib), oğlu X27 (vəfat edib), oğlu X28 (vəfat edib), oğlu X29 (vəfat edib) və oğlu Ərizəçi adlı vərəsələri olması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər İcra Hakimiyyəti 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 10 fevral 2025-ci il tarixli, 250 nömrəli arayışdan mərhum X23 arvadı Maraqlı şəxs6, qızı Maraqlı şəxs7, oğlu Maraqlı şəxs8, atası X28 (vəfat edib) və anası Maraqlı şəxs7 Şirin qızı (vəfat edib) adlı vərəsələri olması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 dekabr 2019-cu il tarixli, AZ-İ seriyalı, 497292 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X11 xx.xx.2018-ci il tarixdə işemik insult səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 398 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 may 2021-ci il tarixli, AZ-İİ seriyalı, 165150 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X12 xx.xx.2021-ci il tarixdə dilin arxa səthinin bədxassəli yenitörəməsi səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 216 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 03 fevral 2025-ci il tarixli, AZ-İİ seriyalı, 674188 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X25 xx.xx.2019-cu il tarixdə xərçəng intoksikasiyası səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 202 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan şəhər 3 saylı Notariat ofisi tərəfindən verilmiş 14 aprel 2025-ci il tarixli, 76 nömrəli məktubdan xx.xx.1992-ci il tarixdə vəfat etmiş mərhum X2 miras qalmış Naxçıvan şəhəri, İdris Məmmədov küçəsi, ev 20 ünvanında yerləşən fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsənin vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə biləcəyi, miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyi, sənədlərə baxıldıqda mirasın qəbulu üçün müəyyən edilmiş müddət buraxıldığından və şəhadətnamənin verilməsi üçün sənədlər ofisə təqdim olunmadığından məhkəməyə müraciət etməyinin tövsiyə olunması aydın olur. Ərizəçi tərəfindən miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsini tələb etməsi isə mülki işin mübahisəli halıdır. Məhkəmə mülki işin mübahisəli halının araşdırılması ilə bağlı aşağıdakıları qeyd edir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə görə, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.3-cü bəndinə əsasən məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Plenum qərarının 1.4-cü bəndinə əsasən, lazimi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 10-cu bəndinə əsasən, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olubolmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. İddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 16 noyabr 2023-cü il tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, X6 12 dekabr 1992-ci il tarixdə ürək qan damar çatışmazlığı səbəbi ilə Naxçıvan şəhərində vəfat etmişdir. Qeyd olunan hala əsasən ərizəçinin Naxçıvan şəhəri, İdris Məmmədov küçəsi, ev 20 ünvanında olan 0.0109 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 78.57 m2 olan fərdi yaşayış evindən ibarət miras əmlakı faktiki olaraq qəbul etməyi faktının müəyyən edilməsi tələbi miras qoyanın öldüyü vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun olaraq həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd edilən qanunvericilik normasının tələbini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması kimi 1964-cü ildən 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir. 1964-cü ildən 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə görə vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. İddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyan X6 tərəfindən vəsiyyətnamə tərtib edilmədiyi müəyyən edilmişdir. Bu isə o deməkdir ki, hazırkı vəziyyətdə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilməlidir. Həmin Məcəllənin 528-ci maddəsinə görə vərəsəlik miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 529-cu maddəsinə görə miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu vərəsəliyin açıldığı yer sayılır. Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 530-cu maddəsinə əsasən miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar qanun üzrə vərəsələr sayılır. Həmin Məcəllənin 532-ci maddəsinin mahiyyətinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Qeyd olunan normaların tələbindən də göründüyü kimi Maraqlı şəxs10 Fərrux qızı (vəfat edib), X21 (vəfat edib), X27 (vəfat edib), X28 (vəfat edib), X29 (vəfat edib) və Ərizəçi mərhum X3 birinci növbə vərəsələridir. Həmin Məcəllənin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qanunvericiliyin yuxarıda qeyd edilən maddi hüquq normasından görünür ki, Azərbaycan Respublikasının qüvvədən düşən mülki qanunvericiliyi mirasın qəbul edilməsinin iki üsulunu - formal, yəni notariat kontoruna ərizə verməklə və qeyri-formal– faktiki cəhətdən qəbul edilmə üsulunu müəyyənləşdirir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu, yəni onu faktiki olaraq qəbul etmək isə iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Mirasın faktiki qəbulu üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib olur, onun üzərində fiziki “ağalıq” edir. Yəni bu hərəkətlərdən mirası qəbul etməsi açıq-aşkar görünür və bəlli olur. Mirasın faktiki idarə edilməsi isə üsulu isə o deməkdir ki, vərəsənin etdiyi elə hərəkətdir ki, bu hərəkətləri adətən o öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. İddia tələbinin məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, ərizəçi atasından qalan mirası qeyri-formal üsulla qəbul etmişdi. Yəni o, mirasa həm faktiki sahiblik etməklə, həm də onu faktiki idarə etməklə qəbul edib. Bu fakt həm işdə iştirak edən şəxslərin məhkəmədə verdiyi izahatları ilə, həm də məhkəmədə dindirilmiş şahid ifadələri, həmçinin digər sübutlarla öz təsdiqini tapır. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini, mülki iş materiallarını bir-biri ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, Ərizəçi mərhum X3 vəfatından sonra ondan qalmış miras əmlakı mərhumun öldüyü gündən həm faktiki sahiblik etməklə, həm də onu faktiki idarə etməklə mirası qəbul etmişdir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən maraqlı şəxslərin izahatlarında, şahidlərin ifadələrində Ərizəçi mirası qəbul etməsini qeyd etməsini və həmçinin Maraqlı şəxs3 məhkəməyə göndərdiyi teleqramını də nəzərə alır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına əsasən mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -ərizə təmin edilməli; -12 dekabr 1992-ci il tarixdə ölən X2 miras qalmış Naxçıvan şəhəri, İdris Məmmədov küçəsi, ev 20 ünvanında olan 0.0109 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 78.57 m2 olan fərdi yaşayış evinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli; -ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. 12 dekabr 1992-ci il tarixdə ölən X2 miras qalmış Naxçıvan şəhəri, İdris Məmmədov küçəsi, ev 20 ünvanında olan 0.0109 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 78.57 m2 olan fərdi yaşayış evinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, o, rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №2(078)-863/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-863/2025
30.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver