Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-866/2020 10.12.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi və Ərizəçi3 qanuni nümayəndəsi Ərizəçi1 və Ərizəçi1 vəkili Vəkil iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, X8 mərhum qayınanası (nənəsi) X6 ölümündən sonra ünvan 1 ünvanında yerləşən miras əmlakın mərhum həyat yoldaşı (atası) X18 tərəfindən faktiki qəbul edilməsi və mərhum həyat yoldaşı (atası) X10 ölümündən sonra miras əmalkın yalnız onlar tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, X8 mərhum qayınanası (nənəsi) X6 ölümündən sonra ünvan 1 ünvanında yerləşən miras əmlakın mərhum həyat yoldaşı (atası) X18 tərəfindən faktiki qəbul edilməsi və mərhum həyat yoldaşı (atası) X10 ölümündən sonra miras əmalkın yalnız onlar tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən ərizəçi və Ərizəçi3 qanuni nümayəndəsi Ərizəçi1 ərizəsini müdafiə edərək bildirmişdir ki, o X18 ilə xx xxxxxx 1990-cı iı tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, nikahlarından Nərgiz, Asimə və Aysun adlı övladları vardır. Aysun hələ yetkinlik yaşına çatmamışdır. Onaların yaşadıqları Naxçıvan şəhəri Qaraçuq kəndi 4-cü küçə döngə 12, ev 5-də yerləşən miras əmlak qayınanası mərhum X6 mülkiyyətində olmuşdur. Qayınanasının iki övladı vardır, əri X15 və oğlu-onun həyat yoldaşı X18 vəfat etmişdir. Digər övladı Maraqlı şəxs isə hələ o gəlin köçməzdən əvvəl Rusiya Federasiyasına çıxıb getmiş, həmin vaxtdan ondan heç bir xəbər alınmamışdır. O özü qayı İbrahimi görməmişdir. Gəlin köçən zaman Sumqayıt şəhərində yaşamış, sonra evi satıb Qaraçuq kəndində torpaq alıb ev tikmişdirlər. Əri Kamil qızının toyu günü vəfat etmişdir. Qayınanası Ləzifə 2005-ci ildə vəfat etdikdən sonra onlar miras əmlakda yaşamağa davam etmiş, əri Kamil 2017-ci ildə vəfat etmişdir. Həmin vaxtdan sonra da miras əmlakda özü və övladları yaşamışdır. Tək ailə başçısıdır, maddi imkanı çox aşağı olduğu üçün nə qayınanasının vəfatından sonra evi yoldaşının adına sənədləşdirə bilmiş, nə də yoldaşının vəfatından sonra sənədləşmə apara bilməmişdir.həmin mirasda onlarda başqa heç kim olmamış və yaşamamışdır. Notariat orqanına müraciət etdikdə qanunla nəzərdə tutulmuş müddət keçdiyindən məhkəməyə müraciət etmək hüququnun olması ona bildirilmişdir. Ona görə də məcbur qalıb məhkəmədə ərizə vermişdir. Ərizəçi qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında Ərizəçi1 vəkili Vəkil ərizəni müdafiə edərək izahatında ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında Ərizəçi2 izahatında ərizəni müdafiə etdiyini, anası Ərizəçi1 dediklərini təsdiq etdiyini, hər hansı əlavəsi olmadığını bildirib ərizənin təmin edilməsini məhkəmdən xahiş etdi. Məhkəmə baxışı iclasında X16 izahatında ərizəni müdafiə etdiyini, anası Ərizəçi1 dediklərini təsdiq etdiyini, hər hansı əlavəsi olmadığını bildirib ərizənin təmin edilməsini məhkəmdən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxs rəsmi qaydada məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Maraqlı şəxs iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid X20 ifadəsində ərizəçilərin onun qonşusu olduğunu, uzun illərdir ki, Kamil və ailəsinin həmin evdə yaşadıqlarını, əvvəl Kamilin anası və Kamilin, arvadı və üç uşağı ilə birlikdə orada yaşadığını, Kamilin anasının, bir neçə ildə sonra özünün vəfat etdiyini, arvadı və üç qızının qaldığını, hazırda da onların həmin evdə yaşadıqlarını, Kamilin İbrahim adlı qardaşı olduğunu bilmədiyini, onu heç vaxt görmədiyini bidlirdi. Məhkəmə baxışı iclasında şahid X19 ifadəsindən ərizəçilərin qonşusu olduğunu, uzun illərdir qonşuluq etdiklərini, mərhum Kamillə yaxın olduğunu, Kamilin anasını və Kamilin həmin evdə vəfat etdiyini, arvadı və üç qızının qaldığını, onların da həmin ünvanda yaşadıqlarını bildirdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçi və digər ərizəçinin qanuni nümayəndəsinin, ərizəçilərin,, onun vəkilinin izahatını tədqiq edib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş Çıxarışdan məlum olmuşdur ki, X12 xx xxxxxx 2004-cü il tarixdə koma makordinfarktı diaqnozu ilə Babək rayonu Qaraçuq kəndində vəfat etmiş və bu barədə ölüm kitabında xx.xx.2005-ci il tarixdə 19 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının Qaraçuq kənd X21 üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 875 nömrəli arayışdan aydın olur ki, mərhum X1 şəhəri, Qaraçuq kəndində qeydiyyatda olub və onun aşağıdakı vərəsələri vardır. -X15-həyat yoldaşı-vəfat edib; -X18-oğlu-vəfat edib; -Maraqlı şəxs-oğlu-1976 Nikahın bağlanması haqqında şəhadətnamədən aydın olur ki, X18 ilə X7 arasında xx xxxxxx 1999-cu il tarixdə nikah bağlanmış, bu barədə 45 nömrəli qeyd icra edilmişdir. Doğum haqqında şəhadətnamələrdən aydın olur ki, X18 ilə X4 nikahlarından xx xxxxxxx 2000-ci il tarixdə X13, xx xxxxxx 2002-ci il tarixdə X16, xx xxx 2003-cü il tarixdə Ərizəçi3 adlı övladları doğulmuşdur. Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş çıxarışdan aydın olur ki, X18 xx.xx.1975-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, atası X15, anası X9r, xx xxxxxxxx 2017-ci il tarixdə Naxçıvan şəhərində vəfat etmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının Qaraçuq kənd X21 üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 920 nömrəli arayışdan aydın olur ki, mərhum X3 şəhəri, Qaraçuq kəndində qeydiyyatda olub və onun aşağıdakı vərəsələri vardır. -Ərizəçi1-həyat yoldaşı-1970; -Ərizəçi2-qızı-2000; -X16-qızı-2002; -Ərizəçi3-qızı-2003 Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli “Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən məlum olmuşdur ki, ünvan 2 ünvanında yerləşən 45.6 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi və 0.2 ha olan torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 18/40 nömrəli reyestr kitabının 7795 nömrəli vərəqində qeydiyyata alınmışdır. Naxçıvan MR Ədliyyə Nazirliyi Naxçıvan şəhər 1 saylı Notariat Ofisinin notariusu tərəfindən Ərizəçi1, X13, Ərizəçi3 və X8 xx xxxx 2020-ci il tarixli məktubuna xx xxxx 2020ci il tarixdə verilmiş 125 nömrəli cavab məktubundan məlum olur ki, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət buraxıldığından ərizəçilərə aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan qəbzlərdən aydın olur ki, su, qaz və elektrik xidmətləri üzrə kommunal xərclər Kamil Rəhimov adına ödənilmişdir. İş materiallarıda olan Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının Qaraçuq kənd X21 üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 919 nömrəli arayışdan aydın olur ki, Maraqlı şəxs 11 ərzində Naxçıvan şəhəri Qaraçuq kəndinəolmamış və harada olduğu bilinmir. Azərbaycan Respublikası Mülki Məcəlləsində vərəsəlik dedikdə ölmüş şəxsin (miras qoyanın) əmlakının qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə görə miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddənin məzmunundan da göründüyü kimi Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirir: formal və qeyri-formal üsulunu. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur. 1.Miras əmlaka sahiblik etmək üsulu. 2.Miras əmlakı faktiki idarə etmək üsulu. Miras əmlaka faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirib və ona sahib durur, onun üzərində fiziki “ağalıq edir”. Bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etmək adlanır. Bir qayda olaraq vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Miras əmlakın faktiki idarə edilməsi dedikdə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımi vəziyyətdə saxlamaq, təmir etmək və ya saxlanılması üçün çəkilən xərcləri ödəmək, vergi ödəmək, sığorta haqqı və digər ödənişlər vermək və s. Mülki işin materiallarına əlavə edilmiş sənədlərdən aydın olur ki, mərhum X18 miras əmlakı anasının vəfatından sonra qəbul etməklə yaşamış, qaz, su təhcizatı ilə kommunal xərclər onun tərəfindən ödənilmişdir. X22 anasının vəfatından sonra mənzildə yaşaması və mirası idarə etməsi şahid ifadələri ilə təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, mərhum X5 miras qalan ünvan 3 ünvanında yerləşən mənzil mərhum Kamil Rəhimov tərəfindən sağlığında qəbul edilmişdir. Mülki qanunvericiliyin normalarına əsasən miras açıldığı vaxtdan vərəsənin mülkiyyəti hesab edilir. Ona görə də X2 vəfatından sonra ondan miras qalan əmlakın vərəsələri ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X16 tərəfindən qəbul edilməsi iş materialları ilə sübut olunur. X2 vəfatından sonra həmin mənzili onun vərəsələri ərizəçilər qəbul etməklə idarə etmiş, bu hal ərizəçilərin izahatı və şahid ifadələri ilə təsdiq eidlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, mərhum X6 ölümündən sonra ünvan 1 ünvanında yerləşən miras əmlakın mərhum X18 tərəfindən sağlığında faktiki qəbul edilməsi və X10 ölümündən sonra ondan qalan miras əmlakın yalnız onun vərəsələri ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, X16 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 09 yanvar 200-ci il tarixdə vəfat etmiş mərhum X5 miras qalan ünvan 1 ünvanında yerləşən miras əmlakın mərhum X18 tərəfindən sağlığında qəbul etməsi faktı müəyyən edilsin. Mərhum X10 ölümündən sonra ondan qalan ünvan 1 ünvanında yerləşən miras əmlakın yalnız Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X16 tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-866/2020
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-866/2020
10.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver