Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-866/2021 10.09.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y yə n e t d i : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və himayəsində olan övladlarının onun mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsinə və qeydiyyatdan çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək izahatında ünvan 1 ünvanında ümumi sahəsi 40.27 kv.m olan iki otaqlı mənzilin 2007-ci il 11 aprel tarixində bağlanmış müqaviləyə əsasən anası X5 tərəfindən ona bəxşiş edildiyini, həmin mənzilin bu gün də xüsusi mülkiyyətində olduğunu, 2011-ci ildə oğlu X8 rəsmi nikahı ilə əlaqədar Quliyeva (qızlıq familyası Həmzəyeva olub) Xədicə Hüseyn qızını mənzilinə qeydiyyata saldırdığını, 2018-ci ilin aprel ayında yaranmış problem ucbatından keşçmiş gəlininin iki azyaşlı övladını- 13 sentyabr 2012-ci il təvəllüdlü qızı X9 və 04 mart 2016-cı il təvəllüdlü oğlu X6 da götürərək atası evinə köçdüyünü və bir daha geri qayıtmadığını, həmin nikahın 2019-cu ilin yanvar ayında Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-55/2019 nömrəli qətnaməsi ilə pozulduğunu, boşanmadan sonra oğlunun qeydiyyatdan çıxaraq Bakı şəhərinə köçdüyünü, keçmiş gəlininin boşanmadan sonra kimliyini dəyişdiyini, qız familyasını götürdüyünü, lakin ona məxsus olan mənzildən qeydiyyatdan çıxmadığını, hazırda cavabdehin atasına məxsus olan, lakin yaxın bir neçə ilə əvvəl qardaşı X4 adına qeydiyyata alınmış ünvan 2 ünvanında yaşadığını, cavabdehin faktiki olaraq ona məxsus olan mənzildən istifadə hüququnu itirdiyi kimi, qeydiyyatda qalmaq hüququnu da itirdiyini, qeydiyyatdan çıxması üçün icra məmuru və vəkili vasitəsilə dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq, qeydiyyatdan çıxmadığını, cavabdehin günahı üzündən mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmədiyini, bunun nəticəsində mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcbur olduğunu, bunları nəzərə alaraq, Cavabdeh və himayəsində olan övladlarının onun mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsinə və qeydiyyatdan çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Həmçinin cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iki uşağı ilə qardaşının evində qaldığını, evi olan kimi qeydiyyatdan çıxacağını, məhkəmədə üzürlü səbəbdən iştirak edə bilmədiyini, nümayəndəsinin iştirakı ilə işə baxılaraq ona və uşaqlarına köməklik edilməsi üçün qərar verilməsini bildirmişdir. Məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi qismində izahat verən X10 iddianı qəbul etməyərək izahatında, cavabdehin qızı olduğunu, iddiaçının oğlu ilə cavabdehin ailə münasibətləri pozulandan sonra mübahisəli evdən çıxdığını, hazırda cavabdehin yaşamağa evinin olmadığını, qeydiyyata düşəcək mənzilin olmadığını, qardaşına məxsus evdə qaldığını, həmin evin satılaraq puluna iki ev tikmək fikirləri olduğunu göstərərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş: 11 aprel 2007-ci il tarixli notarial təsdiqli Müqavilənin surətinə əsasən, X5 tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 40.27 m2 (yaşayış sahəsi 27.82 m2) olan iki otaqlı mənzil İddiaçı bağışlanmışdır. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın təsdiqlənmiş surətindən aydın olur ki, Naxçıvan şəhəri, İstiqlal küçəsində istifadədə olan torpaq sahəsində yerləşən, 97 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən, 40.27 kv.m ümumi, 27.82 kv.m yaşayış, 12.45 kv.m köməkçi sahədən ibarət 2 otaqlı, 2 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 854 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********10-051259- 093854, qeydiyyat nömrəsi: 3659, qeydiyyat tarixi: 08.05.2007). Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş arayışa əsasən, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı aşağıdakı ailə üzvləri vardır:
1. Quliyeva Sahibə M.Cəfər qızı həyat yoldaşı 1969-cu il təvəllüdlü;
2. Xədicə Hüseyn qızı gəlini 1992-ci il təvəllüdlü;
3. X14 nəvəsi 2012-ci il təvəllüdlü;
4. X13 nəvəsi 2016-cı il təvəllüdlü. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-55/2019 nömrəli, 18 yanvar 2019-cu il tarixli qətnaməsinin surətinə əsasən, X16 ilə X7 arasında 18 aprel 2011-ci il tarixdə Naxçıvan şəhər Nikah Evində bağlanmış və 102 nömrə ilə qeydə alınmış nikah pozulmuş və iş üzrə tərəflərin uşaqları 13 sentyabr 2012-ci il tarixdə doğulmuş X14 və 04 mart 2016-cı il tarixdə doğulmuş X13 anaları X2 yanında saxlanmışdır. Məhkəmə izahatları, işin digər hallarını nəzərdən keçirib iddianın dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Kоnstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia rədd edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı cavabdehin istifadə hüququna xitam verilməsi (hüququn itirilmiş hesab edilməsi) barədə iddia irəli sürdüyü mənzil (ünvan 1 ünvanında yerləşən) üzərində sahiblik hüququna malikdir, yəni müvafiq iddia tələbi ilə çıxış etmək üzrə subyektiv hüquqa malikdir. Belə ki, 11 aprel 2007-ci il tarixli notarial təsdiqli Müqavilənin surətindən və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın təsdiqlənmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin sahibi iddiaçıdır, cavabdeh isə iddiaçının gəlini olmaqla, 2011-ci ildə həmin evə qeydiyyata düşmüşdür. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-55/2019 nömrəli, 18 yanvar 2019-cu il tarixli qətnaməsindən aydın olur ki, cavabdehlə iddiaçının oğlu X16 arasındakı 18 aprel 2011-ci il tarixli nikah pozulmuşdur. Beləliklə, mübahisə qüvvədə olan qanunvericiliyə əsasən həll edilməlidir. Hazırki iş üzrə cavabdeh evi tərk etmişdir. Mülki Məcəllənin 228.1-ci, 228.2-ci və 228.5-ci maddələrinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Beləliklə, cavabdehin yaşayış sahəsindən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, onun iddiaçıya məxsus evdə yaşamasına əsas verən, iddiaçı ilə yaxın qohumluq (müvafiq yazılı razılaşma olmadan iddiaçıya məxsus evdə yaşama hüququ yaradan) münasibətləri olmadığından, pasport qeydiyyatı isə yaşayış sahəsindən istifadə hüququ yaratmadığından məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya məxsus olan evdən istifadə hüququ yoxdur. Onun həmin mənzil üzərində istifadə hüququ olmadığından mövcud olmayan hüquqa xitam verilməsi (və ya hüququn itirilməsi) barədə iddia təmin oluna bilməz. Lakin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci və 3-cü maddələrinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Qanunun mənasına görə, şəxsin qeydiyyatda olduğu ünvan üzrə yaşayış sahəsindən istifadə hüququnun olduğu prezumpsiyası qüvvədədir. Yəni, əksi sübut olunmayınca, şəxsin qeydiyyatda olduğu yer onun yaşayış yeri hesab olunur. Bundan başqa, qeyd olunmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsaslarından biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Şəxsin yaşayış sahəsindən istifadə hüququ olmadan orada qeydiyyatda olması şəxsi əmlak üzərində sahiblikdən məhrum etməsə də, mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Yuxarıda qeyd olunduğu kimi, şəxsin qeydiyyatda olduğu ünvan üzrə yaşayış sahəsindən istifadə hüququnun olduğu prezumpsiyası qüvvədə olduğundan, bu hal mülkiyyətçinin öz hüquqlarının həyata keçirilməsinə maneə yaradır. Həmçinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununa əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Mülki Məcəllənin 157.4-cü maddəsində, sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia – neqator iddia vasitəsilə mülkiyyət hüququnun müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə, mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Neqator iddia dedikdə, əşyaya sahiblik edən mülkiyyətçinin, əmlaka sahiblik, ondan istifadə və ona sərəncam səlahiyyətlərinin həyata keçirilməsində manelərin aradan qaldırılması haqqında üçüncü şəxsə yönəlmiş tələbi başa düşülür. Neqator iddia mülkiyyətçi və üçüncü şəxsin mübahisəli əşya üzrə bir-biri ilə müqavilə münasibətlərində olmadığı və hüquq pozuntusunun subyektiv mülkiyyət hüququnun xitamına gətirmədiyi hallarda irəli sürülür. Neqator iddia irəli sürmək hüququna mülkiyyətçi, habelə titul sahibi malikdir. Cavabdeh qismində isə öz hüquqazidd davranışı ilə mülkiyyət hüququnun (titul sahibliyinin) normal həyata keçirilməsinə maneçilik yaradan şəxs çıxış edir. Məhkəmə müvafiq iddia tələbini neqator iddia kimi qiymətləndirir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. X15 Məcəlləsinin 563.1-ci maddəsinə əsasən, fiziki şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, cavabdehin yaşayış sahəsindən istifadə hüququ olmadan orada qeydiyyatda olması mülkiyyət hüquqlarının və ya titul sahibinin hüququnun pozulması kimi qiymətləndirilməli, iddia təmin olunmasa da, cavabdehin və övladlarının ünvan 1 ünvanında yerləşən mənzil üzrə pasport qeydiyyatında qalmaları mülkiyyətçinin mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçının müvafiq iddia tələbi ilə çıxış etməsinin məqsədi məhz cavabdehin və övladlarının yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasıdır. Cavabdeh yaşayış yeri üzrə qeydiyyatdan çıxarıldığı halda, iddiaçının pozulmuş hüququ bərpa oluna bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
q ə t e t d i:
İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu özünə aid hesab edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Qabil Məmmədov.