Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-876/2022 21.11.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakdan payın naturada ayrılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə paylı mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən yaşayış evindən və torpaq sahəsindən onun ½ payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki və mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər 06 noyabr 1990-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Tərəflər arasındakı nikah qeydi Naxçıvan Şəhər Məhkəməsinin 16 iyun 2010-cu il tarixli 2(078)-82/2010 nömrəli qətnaməsi ilə pozulmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 05 may 2014-cü il tarixli 2(078)-261/2014 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı əmlakın birgə mülkiyyət sayılması və ona çatan payın müəyyən olunması tələbinə dair iddiası təmin edilərək Naxçıvan şəhəri, B.Abbasov küçəsiu döngə 4-də istifadədə olan 0.0089 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı, 40.0 kv.m yaşayış, 22.96 kv.m qeyri-yaşayış, 29.44 kv.m köməkçi sahədən ibarət 2A saylı mənzil Cavabdeh və İddiaçı birgə mülkiyyəti sayılmaqla payların müəyyən olunması və ½ hissə Cavabdeh, ½ hissə İddiaçı mülkiyyətinə verilməsi qət edilmişdir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan aydın olur ki, Naxçıvan şəhəri 6-cı küçə döngə 7-də yerləşən 0.0088 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 69.4 kv.m olan 10 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında ½ hissə Cavabdeh, ½ hissə İddiaçı adına qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrində 18/4 nömrəli reyestr kitabının 746 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Naxçıvan şəhəri 6-cı küçə döngə 7 ev 10 onunla Cavabdeh paylı mülkiyyətindədir. Lakin cavabdehlə həyətyanı torpaq sahəsində və yaşayış evində paylarının hansı hissəsində olması, paylarından istifadə ilə bağlı aralarında narazılıqlar yaranmışdır. Buna görə payının naturada ayrılmasım istəyir. Aralarında heç cür razılaşma əldə olunmadığından məcbur qalaraq məsələnin həlli üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək verdiyi iddia ərizəsində qeyd edilənlərlə eyni izahat vermiş, əlavə olaraq qeyd edtmişdir ki, hazırda yaşamağa yeri yoxdur və o, qardaşının evində qalır, cavabdehlə həmin evdə birlikdə yaşamaq mümkün deyil. O, ekspert rəyi ilə qətiyyən razı deyil, çünki ev razılıq əsasında naturada bölünə bilər və mümkündür. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Cavabdeh verdiyi izahatında evin hələ nikahdan əvvəl tikildiyini, həmin vaxt imkanı olmadığından evi adına sənədləşdirə bilmədiyini, sonra da iddiaçı xəstə olduğundan onun müalicələrinə pul xərclədiyini bildirmişdir. Daha sonralar nikahda olduqları dövrdə evi sənədləşdirmişdir. İddiaçı bundan istifadə edib öz mülkiyyətinə evin yarısını keçirib. Hazırda evin bütün kommunal xərcləri özünün adına olduğu üçün bütün xərcləri özü qarşılayır. Özünün heç vaxt evin naturada bölünməsini istəmədiyini, ekspert rəyinə etiraz etmədiyini bildirmiş, çünki ona və iddiaçıya pay ayrılan zaman məhkəmə qətnaməsində bu cür tələb qoymamışdır. Onun tələbi evdən istifadəyə maneənin aradan qaldırılması olmuşdur. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Naxçıvan Şəhər Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli 2(078)-876/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək, eksertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, Mərkəzin 12 oktyabr 2022-ci il tarixli 268 nömrəli məhkəmə tikinti-texniki ekpertizası üzrə ekspert rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən 0.0088 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 69.4 kv.m olan fərdi yaşayış evinin-daşınmaz əmlakın mülkiyyətçilərin paylarına mütənasib surətdə (1/2 hissə ilə İddiaçı və 1/2 hissə ilə Cavabdeh) texniki cəhgətdən naturada təcrid olunmuş şəkildə bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər uzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının rəyini sübut kimi qiymtləndirir və verilmiş rəyi iddia ərizəsi və iş üzrə toplanmış sübutlarla yanaşı qiymətləndirərək iddia tələbinin rədd edilməsi qənaətinə gəlir. Belə ki, iddia tələbi payın naturada bölünməsi tələbidir. Daşınmaz əmlakın qeydiyyat sənədindən aydın olur ki, iddiaçının payı 1/2 hissədədir. Ekspertin rəyinə görə naturada bölgü mümkün deyildir. Hazırki vəziyyətdə iddia tələbindən kənara çıxmaq üçün müstəsna hallar yoxdur. Ona görə də məhkəmə tələbin təmin edilməməsi nəticəsinə gəlir. Məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 4 aprel 2014-cü il tarixli qərarını da nəzərə almışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakdan payın naturada ayrılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-876/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-876/2022
21.11.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver