Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-88/2024 26.02.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən yaşayış və istifadə hüququnun tanınması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsi ilə müraciət edərək iddiaçının Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə yaşayış və istifadə hüququnun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdirmişdir ki, xatırladığı qədəri ilə 30 ilə kimi Həsən əminin evində qalıb. Həmin evdə həyat yoldaşı, o və qızları yaşayıb. Sözügedən əmlak Həsən əminin atasının həyəti, yəni yoldaşının da baba həyəti olub. O ailə quranda qayınatasının həyətinə gəlin köçüb. Sonra həmin həyəti satıblar. Digər qayınları öz ata həyətindən paylarını alıblar. Onlar da həyətin pulu ilə Şıxmahmud kəndində ev alıb oraya köçüb. Sonra da Həsən əminin icazəsi ilə Həsən əminin yaşadığı həyətə köçüblər. Qızları həmin vaxt balaca idi. Qızları 1981-ci il və 1990-cı il təvəllüdlüdür. Hazırda ailəlidirlər və Türkiyə Respublikasında yaşayırlar. O, həmin həyətə tam olaraq xatırlamasa da təqribən 1992-ci illərdə köçüb. Bir neçə il qaldıqdan sonra həyat yoldaşı Bakıya getdi və o qızları ilə birlikdə Bakıya həyat yoldaşının yanına getmişlər. Həyat yoldaşı vəfat etdiyində onun cənazəsini Naxçıvana gətirib dəfn etmişlər. Həmin vaxtdan Həsən əminin onlara verdiyi evin bir hissəsində yaşamağa başlamışlar. Ev köhnə və bərbad vəziyyətdə idi. O, həmin evə xərc qoyub evi təzədən bərpa edib. Təqribən 5 ay bundan əvvəl gəlib köhnə evlərin sökülməsi ilə bağlı evləri siyahıya alırdılar. Müvafiq orqanların əməkdaşına evdə neçə illərdir yaşadığını, ancaq evin ona məxsus olmadığını, əgər ev sökülsə ona ev çatacaqmı dediyində cavab olaraq bildiriblər ki, ona heç nə çatmır. Ona yaşamaq üçün bir otaq lazımdır. Bəs ev sökülsə o, harada yaşayacaq? Həmin evə neçə illərdir xərc qoyub. Hazırda ağır formada şəkər və təyziq xəstəsidir. Məhkəmə iclası zamanı dindirilən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək verdiyi izahatında hüquqlarını müdafiə etdiyi şəxsin izahatını təsdiqlədiyini, heç bir əlavəsinin olmadığını bildirmiş və sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir. 1940-cı ildən yəni doğulan gündən həmin evdə yaşayıb. Ev ona məxsusdur. Solmazın özünün evi vardı. Solmaz onun qardaşının gəlinidir. Mərhum qardaşı oğlunun arvadıdır. Qardaşının digər oğlanları yəni Solmazın qayınları ata evlərini Solmazın ərinə bağışladılar. Onlar da onu satıb Şıxmahmud kəndində yaşadılar. Sonra da Bakı şəhərinə köçdülər. Qardaşı oğlu Bakı şəhərində rəhmətə getdi. O, cənazəsini Naxçıvana gətirib burada dəfn etdi. O zaman Solmazın 2 balaca qız övladı vardı. İnsanlıq və humanistlik edib Solmaza qızları ilə onun evində yaşamağı təklif edib. Onun başqa evi var və orada yaşayır. Solmaz da razılaşıb qızları ilə həmin mübahisəli evdə yaşadı. Hazırda qızları böyükdür və türk vətəndaşları ilə ailə qurub Türkiyə Respublikasında yaşayırlar. Solmaz təqribən 15 ildir ki, ona məxsus evdə yaşayır. İmkan versinlər o rahat yaşasın. Cavabdeh sonda iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı ilcasında şahid X4 ifadəsində göstərmişdir ki, tərəflərin hər ikisini tanıyır. 2007-ci ildə həmin məhəllədə ev alıb oraya köçmüşlər. 20 ilə yaxındır ki, həmin ərazidə yaşayır. Ev Həsən əmiyə məxsusdur. Solmaz xala da orada özünə aid hissədə yaşayır. Solmaz xala həmin evə çox xərc qoyub. Ev çox köhnə və uçulmuş vəziyyətdə idi. Məhkəmə baxışı ilcasında şahid X5 ifadəsində göstərmişdir ki, o doğulduğu vaxtdan həmin məhəllədə yaşayır. Həsən əminin atasından qalan ev olub və evə neçə illərdir ki, Həsən əmi sahiblik edir. Solmazla əri bir müddət Həsən əminin icazəsi ilə gəlib orada yaşadılar. Sonra Solmazın əri Bakıda işləməyə getdi və Solmaz da qızları ilə çıxıb Bakıya getdilər. Sonra Solmazın əri Bakıda vəfat etdi. Ancaq Bakıda və Naxçıvanda dəfn edildiyini tam xatırlamır. Amma yasda iştirak edib. Solmaz 20-25 ildir həmin evdə yaşayır. Məhkəmə baxışı ilcasında şahid X22 ifadəsində göstərmişdir ki, cavabdeh onun atası, iddiaçı isə əmioğlusunun həyat yoldaşıdır. Həmin ev vaxtı ilə 2 otaq və 2 dəhlizdən ibarət olub. O, valideynləri və baba-nənəsi yaşayıb. Sonra o ailə qurub həmin evdən çıxıb. Solmaz bacı gəlib qızları ilə birgə atasının evində yaşayıb. Solmaz bacı həmin evdə qızları ilə yaşayanda o artıq həmin evdən çıxmışdı. Məhkəmə baxışı ilcasında şahid X17 ifadəsində göstərmişdir ki, iddiaçı onun dayısı gəlini, cavabdeh isə dayısıdır. Solmaz və əri yəni dayıoğlusu dayısının həyətini digər dayoğlanları ilə birlikdə satdılar. Solmazgil özlərinə Şəxmahmud kəndində ev aldılar. Oranı da satıb müvəqqəti Həsən dayının evində yaşamağa başladılar. Sonra da Bakıya köçdülər. Solmazın əri narkoloji xəstə idi və vəfat etdi. Sonra Solmaz qızları ilə Naxçıvana qayıtdı və Həsən dayının icazəsi ilə həmin evdə qaldılar. Solmaz Bakıdan qayıdanda qızları artıq böyük idi. Məhkəmənin qiymətləndirməsi: Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən məlum olmuşdur ki, Naxçıvan şəhəri, Təbriz küçəsində 0.0437 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 104.13 kv.m olan 4 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 18/57 nömrəli reyestr kitabının 11157 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş 3717 inventar nömrəli texniki pasportunun surətindən məlum olur ki, ünvan 1 Cavabdeh adına qeydiyyata alınmışdır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 04/482 nömrəli məktubunda qeyd olunmuşdur ki, ünvan 2 ünvanında 500 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 75.80 kv.m olan fərdi yaşayış evi Naxçıvan MR daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə Naxçıvan şəhər 1-ci notariat kontorunun xx.xx.2007-ci il tarixli 2/V-75 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”si əsasında Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən aydın olur ki, X18 ilə İddiaçı 1981-ci il təvəllüdlü Aynurə və 1990-cı il təvəllüdlü Aytən adlı övladları var. İş materiallarında olan Babək rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş AZ-İ seriyalı 011842 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X18 xx.xx.2003-cü il tarixdə infarkt diaqnozu ilə Bakı şəhərində vəfat etmiş və bu barədə 69 nömrəli akt qeydi aparılmışdır. İş materiallarında olan xx.xx.2006-cı il tarixdə verilmiş 089391 nömrəli vəsiqənin surətindən məlum olur ki, X23 İ qrup əlildir. İş materiallarında olan Naxçıvan şəhər 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 889 nömrəli arayışdan aydın olur ki, ünvan 2 ünvanında aşağıdakı şəxslər pasport qeydiyyatındadır:
1. Cavabdeh-1940;
2. X7-1978;
3. X22-1967;
4. X23-1984;
5. X3—2002;
6. X24-1978;
7. X25-1997;
8. Cavabdeh Elçin oğlu-1999;
9. X14-1958;
10. X11-1982;
11. X12-1989. Babək Rayon İcra Hakimiyyəti Babək rayon Şıxmahmud kənd İƏDN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 298 nömrəli arayışına əsasən İddiaçı Babək rayon Şıxmahmud kəndində qeydiyyatdadır. Naxçıvan Şəhər Məhkəməsi tərəfindən sözügedən mülki işlə bağlı xx.xx.2024-cü il tarixdə Naxçıvan MR Ədliyyə Nazirliyinə, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə və Naxçıvan MR Dövlət Arxiv İdarəsinə İddiaçı və mərhum həyat yoldaşı X9 adına daşınmaz əmlakın əmlakın (torpaq və fərdi yaşayış evi, mənzil) olub-olmaması, olduğu halda həmin əmlak üzərində hər hansı sərəncam (alqısatqı, bağışlama) barədə məlumat verilməsi barədə sorğu göndərilmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyi tərəfindən Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli sorğusuna verilmiş cavabda qeyd olunmuşdur ki, 2015-ci il tarixdən “Elektron notariat” informasiya sistemində axtarış aparılmış, lakin İddiaçı və X9 adına daşınmaz əmlakın özgəninkiləşdirilməsi müqaviləsinin bağlanması barədə məlumat tapılmamışdır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli sorğusuna verilmiş cavabda qeyd olunmuşdur ki, Babək Rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu il tarixli, 81 nömrəli qərarı əsasında Musayeva (Məmmədova) Solmaz Sərtib qızma və X13 ailə üzvləri ilə birlikdə (cəmi 4 nəfər) Babək rayon, Şıxmahmud kəndində Torpağın mülkiyyətə verilməsinə dair JN-002A nömrəli Şəhadətnamə ilə 538,6 m2 həyətyanı, JN-639 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə 6580 m2 kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. Babək rayonu, Şıxmahmud kəndində yerləşən 538,6 m2 torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 85,21 m2 olan fərdi yaşayış evi ilə birlikdə 11 fevral 2009cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Torpağın mülkiyyətə verilməsinə dair JN- 002A nömrəli Şəhadətnamə əsasında İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı bəhs olunan fərdi yaşayış evini Babək rayon dövlət notariat kontorunun 19 fevral 2009-cu il tarixli, 4Ə1-51 nömrəli alqı-satqı müqaviləsi əsasında X1. Babək rayonu, Şıxmahmud kəndində yerləşən 6580 m2 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 11 fevral 2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Babəkrayon dövlət notariat kontorunun 26 yanvar 2009-cu il tarixli, 2V1-3 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməsi əsasında İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı bəhs olunan torpaq sahəsini Babək rayon dövlət notariat kontorunun 02 aprel 2009-cu il tarixli, 4Ə1-79 nömrəli alqı-satqı müqaviləsi əsasında X2. X21 Respublikasının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı və X9 adına daşınmaz əmlak mövcud deyil. Naxçıvan MR Dövlət Arxiv İdarəsi Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli sorğusuna verilmiş cavabda qeyd olunmuşdur ki, İddiaçı və mərhum həyat yoldaşı X9 adına daşınmaz əmlakın (torpaq və fərdi yaşayış evi, mənzil) olub-olmamasıbarədə hər hansı tarix göstərilmədiyindən bu haqda arayış verilməsi mümkün deyil. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır. Konistitusiyanın 29-cu mddəsində qeyd olunur ki, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Həmin Məcəllənin 152.1-152.4-cü mаddələrinə əsаsən mülkiyyət hüququ subyеktin оnа mənsub əmlаkа öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə еtmək və оnа dаir sərəncаm vеrmək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz (dinc) istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə оlan maddi hüquq nоrmalarına və işin baхılması zamanı qüvvədə оlan prоsessual hüquq nоrmalarına uyğun çıхarılmalıdır. Məhkəmə İddiaçı münasibətdə mübahisənin həlli zamanı hansı maddi hüquq normasının tətbiq ediləcəyini müzakirə edərək belə nəticəyə gəlir ki, hazırki iddia tələbi istər qüvvədə olmayan Mənzil Məcəlləsinin 123-cü və 53-cü maddəsi tətbiq edildikdə, istərsə də Azərbaycan Respublikası Mülki Məvəlləsinin 228.1 və 228.2-ci maddələrinin tətbiqi baxımından əsassızdır. Belə ki, iddiaçının mülkiyyətçi Cavabdeh yaşayış evinə ilk dəfə mübahisənin həlli zamanı 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsinin 123-cü və 53-cü maddələri və tətbiq olunmalı, ikinci dəfə 2004-cü ildə mülkiyyətçi Cavabdeh fərdi yaşayış evinə köçməsinə münasibətdə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinin müddəaları tətbiq olunmalıdır. Belə ki, yaşayış sahəsindən istifadə ilə bağlı hüquq münasibətləri 2000-ci ilin sentyabr ayının 1-dək yarandığı halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxıldığı zaman qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh məxsus olan fərdi yaşayış evindən yaşayış və istifadə hüququnun əsaslandığı ailə-hüquqi bağlılığı olmamışdır. İddiaçı ailə qurarkən qayınatasına məxsus evə gəlin köçmüşdür və bu halda onun istifadə hüququ 1970-ci illəri əhatə etdiyindən məhz qayınatasının evinə yaranmışdır. Daha sonra 1990-cı illərdə mülkiyyətçi Cavabdeh razılığı ilə sözügedən mənzilə ailə üzvləri ilə köçmüşdür ki, bu halda onun mənzildən istifadə hüququ qüvvədə olmayan Mənzil Məcəlləsinə uyğun olaraq yaransa da ailəsi ilə Bakı şəhərinə köçməsi və orada yaşaması halında həmin istifadə hüququnu itirmişdir. 2004-cü ildə yenidən mülkiyyətçinin razılığı ilə yenidən sözügedən mənzilə köçürülən zaman onunla mülkiyyətçi arasında yazılı formada razılıq olmamış, bu cür yazılı razılıq olmadığı üçün daşınmaz əmlakda qeydiyyata alınmamışdır. Bu isə onu ifadə edir ki, mülkiyyətçinin bu razılığı qanuni formada mövcud olmamışdır. İş materiallarından aydın olur ki, iddiaçı sözügedən mübahisəli yaşayış evində yaşadığı müddətdə mülkiyyətində həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələri olmuşdurdur və Babək rayonu Şıxmahmud kəndində yerləşən həmin torpaq sahələri üzrə iki dəfə 2009-cu ildə alqı-satqı müqavilələri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10- 1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə məsrəflərinə münasibətdə məhkəmə qeyd edir ki, iddia rədd edildiyindən ödənilən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq
qətetdi:
İddiaçı Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən yaşayış və istifadə hüququnun tanınması tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Ödənilən dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Gülnar Səfərəliyeva