Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-892/2022 08.09.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi vəkili və nümayəndəsi Vəkil, Maraqlı şəxs1 iştirakı ilə, Ərizəçi miras əmlakın faktiki qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi vəkili və nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, X1 miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs2 və Maraqlı şəxs1 maraqlı şəxs qismində prosesə cəlb olunmuşdur. Məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Ərizəçi məhkəmə iclaslarında iştirak etməmiş, o, məhkəmədə vəkili və nümayəndə vasitəsilə təmsil olunmuşdur. Məhkəmə iclası zamanı dindirilən ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizəni müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, ərizəçinin həyat yoldaşı X6 xx.xx.2019-cu ildə vəfat etmişdir. Ondan Bakı şəhəri, Yasamal rayonu, Zulalov İsfəndiyar küçəsi ev 17, mənzil 6 miras qalmışdır. Mərhumun vərəsələri həyat yoldaşı Ərizəçi və övladları Maraqlı şəxs2, Maraqlı şəxs1 və X9 olmuşdur. X9 2021-ci ildə vəfat etmişdir. O evli olmamış və vərəsəsi olmamışdır. Rəşad Türkiyədə vəfat etmişdir. X7 vəfat etdikdən sonra miras əmlakı sənədləşdirmək istəmişlər, lakin Rəşad xaricdə olduğu üçün sənədləşmə apara bilməmişlər. Rəşad vəfat etdikdən sonra isə Notarius müddət keçməsini əsas tutub mirası sənədləşdirməkdən imtina etmişdir. Miras əmlak Ərizəçi tərəfindən qəbul edilmişdir. Qaz, işıq, su müqavilələri, elektrik enerjisindən sərf olunma ilə bağlı müqavilələr, sığorta müqavilələri, ödəmə qəbzləri mirası bir daha qəbul etməyi bir daha təsdiq edir. Ərizəçi və övladları arasında miras əmlakla bağlı mübahisə yoxdur. Ərizəçi miras hüquqlarını dövlət qeydiyyatına aldıra bilmir. Sadəcə olaraq müddət keçdiyindən notarius miras əmlaka dair şəhadətnamə vermir. Ona görə miras hüquqlarının tanınması ilə bağlı məhkəməyə müraciət edir. Ərizəçinin vəkili və nümayəndəsi Vəkil sonda qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında işə baxılan zaman Maraqlı şəxs1 izahatında bildirmişdir ki, ərizəçi onun anasıdır. Anası və atası Bakı şəhərində yaşamış, atasının vəfatından sonra isə anası bir müddət Bakı şəhərində yaşamış, sonra isə onun yanına Naxçıvana gəlmişdir. Digər qardaşı Zehralı Bakı şəhərində özünəməxsus mənzildə yaşayır. Bakı şəhərində atasından qalan miras evi anası kirayə verməmişdir. Anası xəstədir və müalicə almaq üçün tez-tez Bakı şəhərinə gedir. Həmin müddət evdə qalır. Evin kommunal xərclərini də anası ödəyir. Onun mirasın anası tərəfindən qəbul edilməsinə heç bir etirazı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxs2 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin ərizəçinin vəkili və nümayəndəsi notariat qaydasında təsdiq edilmiş ərizəsini təqdim etmişdir. Maraqlı şəxs2 ərizəsində xx.xx.2019-cu ildə vəfat etmiş atası X2 mirasın ona çatan hissəsini qəbul etmədiyini bildirmişdir. Məhkəmə işə Maraqlı şəxs2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid X10 ifadəsində göstərmişdir ki, Ərizəçi və ailəsini yaxından tanıyır, qonşuluq münasibətləri vardır. Sona xala hazırda oğlu Nihadla yaşayır. Lakin Nihadın atası Vaqif Talıbovun sağlığında Ərizəçi ilə birlikdə Bakıda olan evlərində yaşayırdılar. Təxminən 3 il əvvəl Vaqif Talıbov vəfat etdi. Yas mərasimi Naxçıvanda saxlanıldı. Yasdan bir müddət sonra Sona xala Bakıya getdi və orada bir müddət oğlu Rəşad ilə birlikdə qaldı. Lakin Rəşad xaricə gedəndən sonra Sona xala oğlu Nihadın yanına gəldi. Hazırda Nihadla yaşayır. Onun bildiyinə görə Vaqif Talıbovun Bakıda olan evində Sona xaladan başqa heç kim yaşamayıbdır. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib ərizəçinin vəkili və nümayəndəsinin, maraqlı şəxsin izahatını, şahidin ifadəsini, işin bütün hallarını nəzərə alıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən aydın olur ki, X7 ilə Vəliyeva (Talıbova) Sona Əli qızı 21 may 1976-cı ildə nikah bağlamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən aydın olur ki, X9 xx.xx.1977-ci ildə Naxçıvan rayon Cavidabad kəndində anadan olmuşdur, atası X7 oğlu, anası X11r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən aydın olur ki, Maraqlı şəxs1 xx.xx.1980-ci ildə Babək rayon Cavidabad kəndində anadan olmuşdur, atası X7 oğlu, anası X11r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən aydın olur ki, Maraqlı şəxs2 xx.xx.1989-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur, atası X7 oğlu, anası X11r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən aydın olur ki, X12 xx.xx.2019-cu ildə xırçəng intoksikasiyası diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş, bu barədə xx.xx.2019-cu il tarixdə 321 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən aydın olur ki, X9 25 noyabr 2021-ci ildə yoluxucu olmayan xəstəlik (məhkəmə hadisəsi) diaqnozu ilə Türkiyə Respublikası İstanbul şəhər Sultanqazidə vəfat etmiş, bu barədə xx.xx.2021-ci il tarixdə 1323 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan şəhər 2 saylı Nikah Evinin müdiri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 514 nömrəli arayışdan aydın olur ki, xx.xx.2021-ci ildə Türkiyə Respublikası İstanbul şəhər Sultanqazidə vəfat etmiş X5 ailə vəziyyətinin yoxlanılması məqsədilə xx.xx.2011-ci ildən xx.xx.2021-ci ilədək aparılmış yoxlama məlumatlarında nikahı haqqında akt qeydi aşkar edilməmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyətinin 6 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 01/0394 nömrəli arayışdan aydın olur ki, Naxçıvan şəhəri, ünvan 2 ünvanında yaşamış mərhum X3 müəyyən edilən vərəsələri aşağıdaklardır:
1. Maraqlı şəxs2 İman oğlu-atası-vəfat edib;
2. X4-anası-vəfat edib;
3. Ərizəçi-həyat yoldaşı-1952;
4. Maraqlı şəxs2-oğlu-1989;
5. Maraqlı şəxs1-oğlu-1080;
6. X9-oğlu-1977. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən aydın olur ki, ünvan 1 ünvanında yerləşən 64.7 kvadrat metr sahəsi olan mənzil tam mülkiyyət hüququ əsasında xx.xx.2017-ci il tarixdə X3 adına ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 2608 nömrəli reyestr kitabının 242998 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 22 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli arayışında qeyd olunub ki, ünvan 1 X3 adınadır. Mənzilin istismar xərcini, məişət tullantıları haqqını həyat yoldaşı Ərizəçi tərəfindən ödənilir. Naxçıvan şəhəri bir saylı Notariat Ofisi tərəfindən Ərizəçi xx.xx.2022-ci il tarixli məktubuna xx.xx.2022-ci il tarixdə verilmiş 108 nömrəli cavab məktubundan məlum olur ki, ərizəçiyə aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Su təhcizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qruplarına aid olan fiziki şəxslərlə bağlanan xx.xx.1999-cu il tarixli müqavilədən aydın olur ki, müqavilə ünvan 1 ünvanı üzrə X7 ilə bağlanmışdır. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Plenum Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsində vərəsəlik dedikdə, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi anlaşılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddənin məzmunundan da göründüyü kimi Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirir: Formal və qeyri-formal üsulunu. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə vərəsənin notariat kontoruna miras qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur:
1. Miras əmlaka sahiblik etmək üsulu.
2. Miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirib və ona sahib durur, onun üzərində fiziki “ağalıq edir”. Bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etmək adlanır. Bir qayda olaraq vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Miras əmlakı faktiki idarə etmək dedikdə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımı vəziyyətdə saxlamaq, təmir etmək və ya saxlanılması üçün çəkilən xərcləri ödəmək, vergi ödəmək, sığorta haqqı və digər ödənişlər vermək və s... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin tələbinə əsasən mirasın qəbul edilməsi faktı və vərəsəliyin açılma yeri məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə belə hesab edir ki, mərhum X3 vəfatından sonra ondan qalmış ünvan 1 ünvanında yerləşən mənzil miras əmlak olaraq Ərizəçi tərəfindən qəbul edilmişdir. İşə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, mərhum X3 vəfatından sonra ünvan 1 ünvanında yerləşən mənzili ərizəçi idarə edir. Bu hal ərizəçinin vəkili və nümayəndəsinin izahatı ilə yanaşı, şahid ifadəsi və iş materiallarında olan digər sənədlərlə təsdiqini tapmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, mülki qanunvericilikdə mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş normaların məzmunundan da aydın olduğu kimi, mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək üsulunu özündə ehtiva edir. Mirasın faktiki qəbulu dedikdə vərəsənin miras əmlakda yaşamaqla onu qəbul etməsi ilə və ya həmçinin miras əmlak barəsində vərəsə mülkiyyətçinin öz əmlakının qorunması və sahiblik etməsi ilə bağlı hərəkətlər edir. Yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilən hüquqi mövqeyə uyğun olaraq Ərizəçi miras əmlakda yaşaması vərəsə tərəfindən mirasın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsinə dəlalət edir. Hazırki tələbi üzrə vərəsə Ərizəçi ərinin vəfatından sonra həmin mənzilin idarəçiliyini həyata keçirmişdir. Ərizəçinin izahatından da məlum olmuşdur ki, ərizəçi qanunla müəyyən olunmuş müddətdə Notariat orqanına müraciət etmədiyi üçün notariat orqanı tərəfindən vərəsəlik haqqında şəhadətnamə verilməmişdir. Bundan sonra ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ərizəçinin izahatından məlum olmuşdur ki, bu faktın təsdiqi qeyd edilən əmlaka hüquqlarının dövlət qeydiyyatına alınması üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X1 miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. X1 miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Gülnar Səfərəliyeva