Məhkəmə qərarları › İş №2(078)-894/2020

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-894/2020

27.11.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-894/2020 27.11.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və cavabdeh təşkilatlar Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri X11 və X2, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Cavabdeh nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Cavabdehna qarşı işə bərpa və məcburi iş buraxmaya görə əməkhaqqı tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Cavabdehna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən azad olunması barədə xx xxxxxxxx 2020-ci il tarixli 21k nömrəli əmri ləğv edib işinə bərpa olunması və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşə məhkəmədə baxılan zaman İddiaçı razılığı ilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi cavabdeh olaraq işə cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında 1992-ci ildən Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan təşkilatlarda işlədiyini, işlədiyi müddətdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini, xx xxxxxxxx 2020-ci ildə Cavabdeh 21 k nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tutduğu vəzifədən azad edildiyini, onunla bağlanmış əmək müqaviləsinin ləğv edildiyini, 29 ildir Nazirlikdə işlədiyini, 8- ildən artıqdır ki, mühafizə yegeri işlədiyini, işlədiyi müddətdə işinin öhdəsindən layiqincə gəldiyini, üzərinə düşən vəzifəsini vicdanla yerinə yetirdiyini, işdən azad edilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixdə əmr verilsə də həmin əmrin surətinin 02 dekabrda şikayətə getdikdən sonra tapşırıq verilərək ona təqdim edildiyini, mühafizə yegerinin vəzifəsinin müfəttişdən fərqli olduğunu, Nazirliyinin işçilərinin onun öz vəzifəsinin öhdəsindən gələ bilməməsinə dair qeyd etdiyi halların əslində müfəttişin vəzifəsi olduğunu, onun işdən azad edilməsi ilə bağlı heç bir həmkarlar komitəsinin yığıncağının keçirilmədiyini, bununla bağlı ona heç bir məlumat verilmədiyini, sentyabr ayının 3-də Azər müəllimin onu Nazirliyə çağırdığını, nazirin qəbulunda olduğunu, ona tapşırıq verildiyini, sentyabr ayının 4-də sahəyə getdiyini, orada traktoru hazır vəziyyətdə işlədiyini görən zaman akt tərtib etdiyini, həmin vaxta qədər bir nəfərin ona həmkarlarının iclası olması, onu işdən azad edilməsi məsələsinə baxılmasını bildirmədiyini, işlədiyi müddətdə ağacların salınması, yaşıllıqların qorunması üçün əlindən gələni etdiyini, özünün döyüşçü, müharibə veteranı olduğunu, şəhid ailəsi olduğunu, onun işdən azad edilməsinin qanunsuz və əsassız olduğunu bildirib işdən azad edilməsi barədə verilmiş əmrin ləğv edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh təşkilat Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Cavabdeh nümayəndəsi X9 iddianı qəbul etməyərək verdiyi izahatında İddiaçı “Arazboyu” Təbiət Yasaqlığında mühafizə yegeri işlədiyini, özünün bir il bunda əvvəl “Arazboyu” Təbiət Yasaqlığının direktoru təyin edildiyini, İddiaçı onun rəhbərliyi ilə işlədiyi müddətdə öz işinin öhdəsindən gələ bilmədiyini, dəfələrlə bununla bağlı şifahi xəbərdarlıq edildiyini, iddiaçının nəzarətində olduğu sahələrdə qanunsuz olaraq ağac kəsilməsi, ov edilməsi, qum cınqıl, daş aparılaraq qanunsuz olaraq təbii sərvətdən istifadə edilməsi faktları olduğunu, bunların hər bir aşkar edilib sənədləşdiriləndən sonra iddiaçının məlumatı olduğunu, halbuki iddiaçının özünün bu faktları aşkar edib məlumat verməli olduğunu, 2020-ci ilin may ayında qanunsuz ağac kəsilməsi faktı ilə əlaqədar öz üzərində düşən vəzifələri yerinə yetirə bilmədiyinə görə şiddətli töhmət verildiyini, buna baxmayaraq iddiaçı öz nöqsanlarından nəticə çıxarmadığını, qanunsuz ov faktını aşkar edə bilmədiyini, bununla bağlı bu inzibati xəta törətmiş şəxslərin inzibati qaydada məsuliyyətə cəlb edildiyini, bir neçə müddət qanunsuz olaraq traktorla təbii sərvətlərdən istifadə edildiyini, lakin iddiaçı öz ərazisinə nəzarət etmədiyi üçün Nazirlik əməkdaşları tərəfindən bu fakt aşkar edilərək sənədləşdirdildiyini, bununla bağlı özünün Nazirliyə təqdimat göndərdiyini, bundan sonra Nazirlikdə Həmkarlar Komitəsinin iclası keçirildiyini, özünün şəxsən iddiaçıya iclasın yerini və vaxtını bildirmək üçün telefonuna zəng vuran zaman telefonuna zəng çatmadığını, Nazirlik tərəfindən iddiaçının işdən azad edilməsi əmri veridlikdən sonra həmin əmrin Yasaqlığa göndərildiyini, Yasaqlığın isə Nazirliyin əmri əsasında onu işdən azad edildiyini bildirib iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh təşkilat Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X11 izahatında iddianın əsassız olduğunu, İddiaçı işlədiyi müddətdə öz vəzifələrini layiqincə icra etmədiyini, dəfələrlə ona xəbərdarlıq edildiyini, mühafizə etməli olduğu ərazidə qanunsuz təbii sərvətdən istifadə faktının onun tərəfindən aşkar edilməli olduğu halda Nazirliyin əməkdaşları tərəfindən aşkar edildiyini, bu halın dəfələrlə təkrarlandığını, 2020-ci ilin may ayında qanunsuz ağac kəsilməsi faktını aşkar edə bilmədiyini və əraziyə nəzarət edə bilmədiyinə görə İddiaçı şiddətli töhmət aldığını, bundan nəticə çıxarmadığını, daha sonra qanunsuz ov faktını aşkar edə bilmədiyini, sonuncu dəfə qanunsuz təbii sərvətdən istifadə faktını aşkar etmədiyini, həmin hadisənin 31 avqust tarixində Nazirlik əməkdaşları tərəfindən aktlaşdırıldığını, Nazirliyə “Arazboyu” Təbiət Yasaqlığının direktoru tərəfindən təqdimat daxil olduqdan sonra həmkarlar komitəsinə müraciət edildiyini, Komitənin iclası keçirildiyini, komitənin üzvlərinin iclasda iştirak etdiyini, törətdiyi hüquq pozuntusunun xatakteri nəzərə alınaraq İddiaçı işdən azad edilməsi razılığı verildiyini, İddiaçı törətdiyi pozuntu ilə bağlı izahat verməsini təklif etsə də onun izahat verməkdən imtina etdiyini, həmkarlar komitəsinin razılığından sonra Nazir tərəfindən işdən azad edildiyini, əmrin qanunauyğun verildiyini bildirib, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh təşkilat Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X3 nümayəndə Kamran Əliyevin izahatında uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən X7 ifadəsində Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyində Həmkarlar Komitəsinin sədri işlədiyini, Nazir tərəfindən ona müraciət edilərək İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi məsələsinə baxılmasının bildirildiyini, komitənin üzvləri ilə iclas çağırıldığını, İddiaçı iclasın vaxtı barədə məlumat vermək üçün Yasaqlığın direktoru T.Quliyevin cib telefonu ilə zəng vurulduğunu, telefona zəng çatmadığını, xx xxxxxxxx 2020-ci il tarixdə iclas keçirildiyini, təqdim edilmiş sənədlər müzakirə olunaraq İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsinə razılıq verildiyini, bu barədə işəgötürən komitənin yığıncağının prtokolunun qərarından çıxarış göndərildiyini bildirdi. Məhkəmənin qiymətləndirilməsi: Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən əsas tutulmalı qaydalar bunlardır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmçinin sübutların qiymətləndirilməsinin məzmunu onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsindən ibarətdir. Məhkəmə sübutları müəyyən edərkən məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyinin kifayət edilməsini qiymətləndirir. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2012-ci il tarixli əmək müqaviləsinin surətindən aydın olur ki, tərəflər arasında əmək müqaviləsi imzalanmış, İddiaçı Cavabdeh Sədərək rayonu üzrə mühafizə yegeri vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətsiz olaraq bağlanmış, işçi əmək müqaviləsi üzrə Sədərək rayonunun bütün meşə mühafizəsini öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 13ü nömrəli Əmrin surətindən aydın olur ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən şəxsi işinə yazılmaqla sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli Aktdan aydın olur ki, həqiqətən həmin tarixdə Sədərək rayonu ərazisində aparılan monitroinq zamanı yolkənarı yaşıllıq zolaqlarında və meyvə bağlarında nəzarətsizlik ucbatından suvarılma aparılmadığından ərazilərdəki yaşıllıq zolaqlarında quruma halları və suvarılmayaa kəskin ehtiyac olduğu qeydə alınmışdır. Monitroinq aparılan zmaan Arazboyu Dövlət Yasaqlığının mühafizə yegeri İddiaçı rast gəlinməmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli Aktdan aydın olur ki, aparılan reyd yoxlama zamanı Sədərək rayonunun Vəlidağ istiqamətində 1 (bir) ədəd SamsN/20markalı ekskvatrola ərazidə təbii sərvətdən qanunsuz istifadə halı qeydə alınmış, ekskavatora yaxınlaşanda həmin vaxt ekskvatorun yanında heç kim olmamış, eyni zamanda mühafizə yegeri İddiaçı rast gəlinməmişdir. Bu haqda Nazirliyə məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Cavabdeh direktoru Turab Quliyev tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli təqdimatdan aydın olur ki, İddiaçı dəfələrlə işində nöqsanlara yol vermiş, qanunsuz ağac kəsilməsi faktını aşkar edə bilməmiş və buna görə də xx xxx 2020-ci il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Lakin əməkdaş yenə də işində dönüş yaratmamış, Sədərək rayonu ərazisində yaşıllıqların suvarılması və becərilməsinə nəzarət etməmiş, kəskin suvarmaya ehtiyac olan yerlərin suvarılması, çatışmazlıqların aradan qaldırılması ilə bağlı heç bir tədbir görməmiş və məlumat verməmişdir. Bu kimi hal xx xxxx 2020-ci il tarixdə nazirlikdən gələn əməkdaşlar tərəfindən qeydə alınmış və aradan qaldırılması ilə bağlı tədbirlər görülmüşdür. xx xxxxxx 2020-ci il tarixində Sədərək rayonu ərazisində qanunsuz öv halının Şərur rayon polis əməkdaşları tərəfindən qeydə alınmasına baxmayaraq əməkdaşın xəbəri olmamış və heç bir məlumat verilməmişdir. Növbəti dəfə isə xx xxxxxx 2020-ci il tarixdə Sədərək rayonu ərazisində təbii sərvətlərdən qanunsuz istifadə olunması faktı qeydə alınmış və əməkdaşın məlumatı olmamışdır. Bu hallara bir daha yol verməməsi məqsədilə əməkdaş haqqında müvafiq tədbir görülməsi xahiş edilmişdir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli Aktdan aydın olur ki, Mehdi Abdullayev xx xxxxxxxx 2020-ci il tarixdə saat 17:00-da “Arazboyu” Dövlət Təbiət yegeri İddiaçı Həmkarlar İttifaqı Komitəsinin xx xxxxxxxx 2020-ci il tarixdə keçiriləcək iclasında iştirak etməsi üçün dəfələrlə zəng vurmasına baxmayaraq onun telefonuna zəng çatmamışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Həmkarlar İttifaqı Komitəsinin protokolundan aydın olur ki, Komitənin iclası xx xxxxxxxx 2020-ci il tarixdə 15 nəfər üzvün iştirakı ilə keçirilmişdir. İş materiallarına əlavə edilmiş Həmkarlar İttifaqı Komitəsinin protokolundan Çıxarışdan aydın olur ki, Cavabdeh mühafizə yegeri İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndində əsasən işəgötürənin müraciəti qanuni və əsaslı olduğundan onun işdən azad olunmasına razılıq verilmişdir. Protokoldan çıxarış xx xxxxxxxx 2020-ci il tarixdə işəgötürənə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli Aktdan aydın olur ki, X11 Cavabdeh mühafizə yegeri İddiaçı işində buraxdığı nöqsanlara dair izahat verməsini tələb etməsinə baxmayaraq İddiaçı izahat verməkdən imtina etmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx xxxxxxxx 2020-ci il tarixli 151k nömrəli əmri ilə İddiaçı Sədərək rayonu üzrə mühafizə yegeri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tutdğu vəzifədən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir (əsas: Nazirliyin Həmkarlar İttifaqı Komitəsinin qərarı) İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 21k nömrəli Əmrin surətindən aydın olur ki, İddiaçı Sədərək rayonu üzrə mühafizə yegeri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tutdğu vəzifədən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir (əsas: Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 151k nömrəli əmri). İş materiallarına əlavə edilmiş əmək kitabçasının qeydiyyatı kitabının Çıxarışın surətindən aydın olur ki, İddiaçı əmək kitabçası xx.xx.2020-ci ildə təqdim olunmuş və əmək kitabçasının alınmasına dair qrafa onun tərəfindən imzalanmamışdır. Məhkəmə mülki işin materiallarını, işin faktiki və hüquqi hallarını, iddia ərizəsinə iddiaçı tərəfindən təqdim edilən sənədləri, cavabdeh tərəfindən məhkəməyə təqdim edilməsi tələb olunan sənədləri, iş üzrə dindirilmiş şahid ifadəsini əlaqəli şəkildə yoxlayıb, təqdim olunan sübutları qiymətləndirib, hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən öz mövqeyini aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanı, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzimləyir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə a) tərəflərdən birinin təşəbbüsü, b) əmək müqaviləsinin müddətinin qurtarması, c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), d) tərəflərin iradəsindən asılı olmayan hallar,e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsi aşağıdakı əsaslarla ləğv edilə bilər a) müəssisə ləğv edildikdə b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu halda əmək münasibətlərinə xitam verilə bilər. İddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda- Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına müraciət edir, bununla bağlı müvafiq sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Məhkəmə işin faktiki hallarını maddi hüquq normaları ilə müqayisəli təhlil edib qeyd edir ki, əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün Nazirliyin Həmkarlar İttifaqı Komitəsinə müraciət olunmuş və həmin müraciətə baxılaraq Komitə tərəfindən protokoldan çıxarış işəgötürənə təqdim olunmuşdur. İddiaçı Həmkarlar Komitəsinin iclasına dəvət olunmadığını və iştirak etmədiyini qeyd etsə də cavabdeh tərəfindən təqdim olunmuş aktdan, şahid olaraq Komitə sədri tərəfindən verilmiş ifadədən aydın olur ki, yığıncağın iclasına dəvət edilərək telefonuna zəng vurulmuş zəng çatmamışdır. Azərbaycan Respublikası Əmək qanunvericiliyinin tələblərinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işəgötürən işçidən yazılı izahat verilməsini tələb etməlidir. İşçinin yazılı izahat verməkdən imtina etməsi onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini istisna etmir. Əgər işəgötürən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verirsə onun zəruriliyini əsaslandırmalıdır. İşəgötürən əmrdə göstərməlidir ki, işçi konkret olaraq hansı öhdəliklərini yerinə yetirməmiş, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə hansı formada ciddi xələl gətirmiş və bütün bu sadalanan faktlar lazımi sənədlərlə təsdiq olunmalıdır. Məhkəmə əmək qanunvericiliyinin tələblərinin mübahisənin predmeti ilə əlaqəli şəkildə təhlil edib hesab edir ki, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənə, müəssisənin qanuni mənafeyinə hansı formada xələl gətirməsi iş materiallarında olan xx xxxx 2020-ci il tarixdə tərtib edilmiş aktla, xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş aktla təsdiq edilir. Məhkəmə iddiaçının işdən azad edilməsi ilə bağlı əmrin xx xxxxxxxx 2020-ci il tarixdə imzalanmasına baxmayaraq onun surətinin 02 oktyabrda ona təqdim edilməsi ilə bağlı bildirdiyi hallara hüquqi qiymət verərək qeyd edir ki, əmrin və əmək kitabçasının verilməsi şəxsin hüquqlarının müdafiəsi üçün məhkəmə müraciət etmək hüququnun başlandığı müddətdir. Azərbaycan Respublikası əmək qanunvericiliyində müəyyən edilmiş qaydalara riayət edilməklə əmr verilmiş, əmrin verilməsindən sonra qanunla müəyyən edilmiş müddətdən gec şəxsə təqdim edilməsi həmin əmrin qanunsuz olmasına əsas vermir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli qərarı). Nəticə: Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alan məhkəmə sonda belə nəticəyə gəlir ki, İddiaçı işdən azad edilməsinə dair Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx xxxxxxxx 2020-ci il tarixli 151k nömrəli əmri və onun əsasında verilmiş Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixli 21k nömrəli əmrlərin ləğvi üçün iş materiallarında mötəbər sübutlar mövcud deyildir. Həmin əmrlər verilən zaman sənədləşdirilmə aparılarkən hər hansı qanun pozuntusuna yol verilmədiyindən sözügedən əmrlər qanuni və əsaslıdır. Ona görə də İddiaçı cavabdeh təşkilat Naxçıvan “MR Ekologiya və X4 Cavabdehna qarşı işə bərpa və məcburi iş buraxmaya görə əməkhaqqı tələbinə dair iddiası təmin olunmamalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh təşkilat Naxçıvan “MR Ekologiya və X4 Cavabdehna qarşı işə bərpa və məcburi iş buraxmaya görə əməkhaqqı tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar