Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-901/2023 06.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi,X3 məhkəmə iclas katibliyi, Ərizəçi və Ərizəçi3 nümayəndəsi Ərizəçi1 və ərizəçi və ərizəçi Nümayəndəsi X1 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, X2, Ərizəçi3 və Nümayəndə miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: Ərizəçilər Ərizəçi1, X2, Ərizəçi3 və Nümayəndə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilin vərəsələr Ərizəçi1, X2, Ərizəçi3 və Nümayəndə tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. xx.xx.2023-cü il tarixə təyin edilmiş mülki iş üzrə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə ərizəçilər Ərizəçi3 və Nümayəndə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ərizəçi və Ərizəçi3 nümayəndəsi Ərizəçi1 və ərizəçi və ərizəçi Nümayəndəsi X1 nümayəndələri olduqları ərizəçilər Ərizəçi3 və Nümayəndə iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazlarının olmadığını bildirməsini nəzərə alan məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə əsaslanmaqla ərizəçilər Ərizəçi3 və Nümayəndə iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Ərizəçi və ərizəçi Nümayəndəsi X2 və ərizəçi və Ərizəçi3 nümayəndəsi Ərizəçi1 06 iyul 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə vəsatət təqdim edərək vəsatətdə miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etdiklərini, həmin ərizəyə baxılmasını istəmədiklərini qeyd edərək, qeyd olunan ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Məhkəmə ərizəçi və ərizəçi Nümayəndəsi X2 və ərizəçi və Ərizəçi3 nümayəndəsi Ərizəçi1 ərizəsini nəzərdən keçirib bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Hazırki vəziyyətdə isə məhkəmənin hazırlıq iclasında ərizəçilər ərizənin geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan normasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ərizəçilərin ərizəsi və ona əlavə edilmiş sənədlər onlara geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə məhkəmə işi mahiyyəti üzrə həll etmədikdə məhkəmə aktını qərardad formasında çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1 və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, Ərizəçi1 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 30 may 2023-cü il tarixli, 28974 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Ərizəçilər Ərizəçi1, X2, Ərizəçi3 və Nümayəndə miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçilərə geri qaytarılsın. Ərizəçi1 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 30 may 2023-cü il tarixli, 28974 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №2(078)-901/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-901/2023
06.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver