Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-911/2020 05.11.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi, ərizəçinin vəkili Vəkil, maraqlı şəxs Naxçıvan MR Dövlət X3 Naxçıvan Şəhər Şöbəsinin nümayəndələri X1 və Seyidov Mircəfər Mİrməhərrəm oğlunun iştirakları ilə, Ərizəçi 1992-ci ilin iyul ayından 2000-ci ilin avqust ayınadək “Dədəd Qorqud” kooperativində xadimə vəzifəsində işləməsinin, iş stajının müəyyən olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi 1992-ci ilin iyul ayından 2000-ci ilin avqust ayınadək “Dədəd Qorqud” kooperativində xadimə vəzifəsində işləməsinin, iş stajının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi izahatından ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçinin vəkili Vəkil izahatında ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Naxçıvan MR Dövlət X3 Naxçıvan Şəhər Şöbəsinin nümayəndələri X1 və Seyidov Mircəfər Mİrməhərrəm izahatlarında iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını və iş materiallarını əlaqəli şəkildə nəzərdən keçirib belə nəticəyə gəlir ki, mülki işin icraatına Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261ci maddəsinin tələbinə əsasən xitam verilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019cu il tarixli 03 saylı Qərarının 1.2-ci bəndində görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 13.1-ci bəndinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Həmin Qərarın 13.2-ci bəndinə görə əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Ərizəyə əlavə edilmiş əmək kitabçasından aydın olur ki, Ərizəçi 1992-ci ilin iyul ayından 2000-ci ilin avqust ayınadək “Dədəd Qorqud” kooperativində xadimə vəzifəsində işləməsi əmək kitabçasında öz təsdiqini tapmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, mövcud olan faktın yenidən təsdiq edilməsi yolverilməz olduğundan hazırki tələbə məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Ona görə də MPM-nin 261.0, 261.0.1-ci maddələrinin tələblərinə əsasən, işin icraatına xitam verilməli və ərizəçiyə müvafiq pensiya stajının təyin edilməsi üçün pensiya təminatını həyata keçirən orqana müraciət etmək hüququ izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, Ərizəçi tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2020ciil tarixdə 75389 №-li qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Ərizəçi 1992-ci ilin iyul ayından 2000-ci ilin avqust ayınadək “Dədə Qorqud” kooperativində xadimə vəzifəsində işləməsinin, iş stajının müəyyən olunması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ərizəçiyə müvafiq pensiya stajının təyin edilməsi üçün pensiya təminatını həyata keçirən orqana müraciət etmək hüququ izah edilsin. Ərizəçi tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2020-ciil tarixdə 75389 №-li qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Sədrlik edən Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-911/2020
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-911/2020
05.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver