Məhkəmə qərarları › İş №2(078)-913/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-913/2022

11.10.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-913/2022 11.10.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı işə bərpa və məcburi işə buraxılma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 05 iyul 2022-ci il tarixli 25k nömrəli əmrinin ləvğ olunaraq onun məcburi işə buraxılma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yerindəki vəzifəsinə bərpa olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 11 oktyabr 2022-ci il tarixdə saat 15:35-ə təyin olunmuş məhkəmə baxış iclasının vaxtı və yeri barədə tərəflərə qanunvericiliklə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər göstərilən tarixdə məhkəmə iclasına gəlməmiş, lakin iş üzrə İddiaçı məhkəmənin ünvanına xx.xx.2021-ci il tarixdə ərizə göndərərək cavabdeh təşkilatla aralarında barışıq əldə edildiyiuni, buna görə də iddiadan imtina etdiyini bildirmiş və mülki iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Məhkəmə İddiaçı iş üzrə icraata xitam verilməsi haqqında müraciətini müzakirə edib belə nəticəyə gəlir ki, işdə imtinanın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Bu səbəbdən də İddiaçı iddiadan imtina etməsi məhkəmə tərəfindən qəbul edilməli və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin maddənin tələbinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı işə bərpa və məcburi işə buraxılma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar