Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-913/2023 18.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdehna qarşı əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı Cavabdehna qarşı əmrin ləğv edilməsi, məcburi işə buraxmaya görə dəymiş ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013 tarixli 137 nömrəli əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə dəymiş ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, 1996-cı ildən X3 Dram teatrında aktyor vəzifəsində işləyirdi. 2000-ci ildə Naxçıvan MR “Əməkdar artisti” fəxri adına layiq görülmüşdür. Elə həmin il əlavə olaraq truppa müdiri vəzifəsinə təyin olunmuş və 2013-cü ilədək hər iki vəzifədə fəaliyyət göstərmişdir. 2008-ci ildə Azərbaycan Respublikası “Əməkdar artisti” fəxri adı ilə təltif olunmuşdur. 2009-cu ildə “Prezident mükafatına” layiq görülmüşdür. 2013-cü ilin iyun ayında teatrın yaradıcı heyətindən bir qrupunun əsaslı narazılığından yaranan şikayətlə əlaqədar olaraq Naxçıvan MR Ali Məclisinin sabiq aparat rəhbəri, Əli Həsənovun o zamankı maliyyə naziri Xalid İsgəndərovun və mədəniyyət naziri Sarvan İbrahimovun iştirakı ilə keçirilən yığıncaqda maliyyə nazirinin kollektivi “bambılılar, inkubator xoruzları” kimi alçaldıcı ifadələrlə təhqir etdiyinə görə yerindən qalxıb etirazını bildirərək sözlərinə diqqət etməsini xahiş etmişdir. Bu etirazı X.İsgəndərovun xoşuna gəlmədiyi üçün ona qeyzlə “Sən otur yerinə!” əmrinin qarşılığında “sən yox siz” cavabına nazirdən “sən elə mənim üçün sənsən” ifadəsini eşitmişdir. Kinayə ilə dediyi bu sözün qarşılığında bu kollektivin yarısının rəhbəri olduğunu başa salmaq istəmişdir. “Mən sizə siz deyirəmsə siz də mənə elə müraciət etməlisiniz” demişdir. O isə onun belə mədəni danışığının qarşılığında yenə də kobudcasına “Sən elə mənim üçün sənsən” ifadəsini təkrarlamışdır. Belə olduqda o da nazirə onda elə “sən də mənim üçün sənsən” cavabını verib əyləşmişdir. Bu cavabından hiddətlənən Əli Həsənov ona səsini ucaldaraq “Bu nə danışıqdır nazirlə danışırsan?- ” demişdir. Qalxıb ona ki, “Əli Müəllim, gözünüzün qarşısında, bu şəxs kollektivi kobudcasına təhqir edir. Siz ona irad tutmaq əvəzinə məni günahlandırırsınız” cavabını vermişdir. Əli Həsənov S.İbrahimova dönərək “Bunun əmrini verib işdən azad edin!” tapşırığını vermiş və ona zalı tərk etməyini əmr etmişdir. O etirazını bildirərək “belə bir təhqirə və haqsızlığa görə sizlərdən Ali Məclisin sədrinə şikayət edəcəyəm” deyib zaldan ayrılmışdır. Ertəsi gün işə gələndə məlumat guşəsində Mədəniyyət nazirinin Əmək məcəlləsinin 70-ci maddəsinin” ç” bəndi ilə işdən azad olunmağı barədə əmrini oxumuşdur. S.İbrahimovun yanına qalxaraq bu haqsız əmrə görə etirazını bildirmişdir. O isə acizanə görkəm alıb “Ə.Həsənovun əmri qarşısında mən kiməm ki?” deyə bildirmişdir. Buna cavab olaraq “Siz mənim nazirimsiniz. Günahsız olduğumu görə-görə məni müdafiə etmək əvəzinə kollektivi təhqir edənin qarşısında susub Əli Həsənovun da buyruq quluna çevrilib haqsızlığa rəvac verirsiniz” deyərək otaqdan çıxmışdır. Birinci mərtəbəyə enəndə dəhlizdə DİN-in bir əməkdaşını görmüş, yaxınlaşıb gəlməyinin səbəbini suruşanda “Vidadi adlı bir adamın dalınca gəlmişəm” demişdir. Onun özü olduğunu bildirdikdə, o təəccüb içində “Səndən başqa Vidadi yoxdurmu burda?” demişdir. O da cavabında “yox” demişdir. Dəqiqəşdirmək üçün bir daha “dünənki iclasda sən olmusan? Azərbaycan Respublikasının Əməkdar artisti İddiaçı” deyə soruşmuş, o da cavabında “bəli” demişdir. O “DİN-ə getməli olacayıq. Nazirin tapşırığıdır” demişdir. Onun maşını ilə Nazirliyə Qulu adlı birinin yanına getmişdirlər. Qulu onu görüb “niyə gəlmisən” deyə soruşmuşdur. “Gəlməmişəm gətiriblər” demişdir. O da həmin işçiyə “Vidadi müəllimi niyə gətirmisən?” deyə soruşanda o da “dünənki iclasda bu olub” deyə cavab vermişdir. Bunu eşidən Qulu müəllim başını iki əllərinin arasına alıb çarəsiz bir şəkildə “pahoo , bəs indi mən nə edəcəyəm” deyib 4-5 saniyə susmuşdur. Sonra o işçiyə “apar aşağıya naziri gözləyək” deyə tapşırmışdır. Axşama qədər onu nazirliyin zirzəmisində saxlamışdırlar. Ertəsi gün onu zirzəmidən çıxarıb həyətdə gözləyən nazir Əhməd Əhmədovun yanına aparmışlar. Nazirə yaxınlaşan kimi, təhqiramiz sözlərlə onu vurmağa başlamışdır. Sonra Quluya “aparın dərsini verin, ağlı başına gəlsin” deyə tapşırmışdır. Bu minvalla iki gün səhərdən axşama qədər ona işgəncə vermişlər. Arada bir müstəntiq çağırıb ondan izahat almışdır. Üç gündən sonra səhər-səhər Qulu qaçaraq yanına gəlib sən “X.İsgəndərova nə demisən?” deyə soruşmuş, o da cavabında “nə demişəmsə kollektivin qarşısında demişəm. Deyirsən gedək yanına nə dediyimi özü desin” demişdir. Onu X.İsgəndərovun yanına aparmışdırlar. Xalid onları qəbul edəndə ona “Bir nəfər iclasdan sonra mənə dedi ki, sən mənə demisən ki, mən sənin dabbaqda gönünə bələdəm” demiş, o da cavabında “mən elə söz deməmişəm, iclasda yüzə qədər adam var idi sən onların iyirmisindən də soruşub dəqiqləşdirə bilərdin. Bəlkə o bir nəfər mənə pislik eləmək üçün şər deyir, bir nəfərin sözü ilə qərar verməzlər ki” demişdir. O bir az susub sonra “mənə hər şey aydın oldu gedə bilərsən” demişdir. O çıxandan iki dəqiqə sonra Qulu da çıxmış və ona “Xalid Ə.Əhmədovla danışdı, sən evə gedirsən” demişdir. Özü onu maşınla məhlələrinə gətirmiş, yolda da bu haqda danışsa ya məhkəməyə müraciət etsə ailəsi ilə, həyatı ilə bərk-bərk hədələmiş və bunun da nazirin tapşırığı olduğunu söyləmişdir. O çarəsiz qalmış, heç bir yerə müraciət edə bilməmişdir. Ondan bir gün sonra isə yoldaşını haqsız olaraq işdən çıxarmışdırlar. Onun da şöbə müdiri İmamqulu Əhmədova tapşırıq verilmişdi ki, maddə ilə işdən çıxma əmri versinlər. Bunu ona İ.Əhmədovun özü demişdir. Bütün bu gərginlik və hədələrdən sonra şəkərli diabet xəstəliyinə düçar olmuşdur. Bu gün artıq Naxçıvan Muxtar Respublikasında yeni dövr başlamışdır. Böyük ümidlə inanır ki, bundan sonra haqq ədalət bərpa olmaqla haqsızlığa, məmur özbaşınalığına nəhayət ki, son qoyulacaq. Məhz bunları əsas götürüb hüquq müdafiəçilərinə arxalanaraq işsiz qaldığı 4 il ərzində eləcə də yoldaşının bu günə qədər işsiz qaldığı müddətdə onlara dəyən maddi və mənəvi zərərin, həm də şəkər xəstəliyinə görə təzminatın ödənilməsinə köməklik göstərilməsini, xahiş etmişdir. X2 Təşkilatına müraciət edilmiş, lakin heç bir müsbət nəticə alınmadığından məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Naxçıvan Şəhər Məhkəməsinə müraciət etməzdən əvvəl İnzibati Məhkəməyə müraciət etmişdir. Məhkəmədə ona bu məsələyə Naxçıvan Şəhər Məhkəməsinin baxmalı olduğunu bildirmişdirlər. O məcbur qalıb sənədlərini almaq üçün şikayətini geri götürmüşdür. Naxçıvan Şəhər Məhkəməsinə müraciət etməklə həm də haqqında verilən qanunsuz əmrin ləğvinə nail olmağı barədə qərar qəbul edilməsini xahiş etmişdir. 04 sentyabr 2023-cü il tarixə təyin edilmiş mülki iş üzrə məhkəmə baxış iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə təqdim edərək, Cavabdehna qarşı əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə dəymiş ziyanın ödənilməsi tələbi ilə Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdiyini, xx.xx.2013 tarixli 137 nömrəli əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə dəymiş ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyini, hal-hazırda tələbini dəqiqləşdirərək xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddət ərzində məcburi iş buraxmaya görə dəymiş ziyanın ödənilməsi barədə və xx.xx.2013 tarixli 27 nömrəli əmrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixində keçirilmiş məhkəmə hazırlıq iclasında iddiaçının ərizəsi təmin olunaraq iddia tələbinə xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddət ərzində məcburi iş buraxmaya görə dəymiş ziyanın ödənilməsi və xx.xx.2013 tarixli 27 nömrəli əmrin ləğv edilməsi həddində baxılması qərara alınmışdır. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında 19 iyun 2023-cü il tarixdən 16 fevral 2017-ci il tarixədək işsiz qaldığını, heç yerdə işləmədiyini, əmək haqqı almadığını, özünün və ailə üzvlərinin maddi cəhətdən çox sıxıntılı dövrlər keçirdiklərini, 16 fevral 2023-cü il tarixdə Babək Rayon Mədəniyyət İdarəsində işə başladığını, bunun da özünün çoxsaylı şikayətlərinin nəticəsində baş verdiyini, sonra da Cavabdehnda yenidən işə götürüldüyünü, lakin buna baxmayaraq hələ də 70-ci maddənin ç bəndi ilə işdən çıxarılmasına dair əmrin hələ də qüvvəsində olduğunu, əmək kitabçasında qaldığını, bunun da özünə çox pis təsir etdiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən Cavabdeh nümayəndəsi X7 izahatında iddianı qəbul etdiklərini, həmin vaxt özünün Cəlil Məmmədquluzadə adına Cavabdeh direktoru olmadığını, iclasda özünün də olduğunu, İddiaçı qanunsuz olaraq işdən çıxarıldığını, Naxçıvan MR Mədəniyyət və Turizm nazirinin əmr verməyə səlahiyyətinin olmadığını, lakin buna baxmayaraq qanunsuz şəkildə əmr verildiyini, həmin vaxt özünün direktor səlahiyyətlərini müvəqqəti icra etdiyini, sonra da özünə həmin əmr əsasında Vidadinin işdən çıxarılması barədə əmr verilməsini bildirdiklərini, özünün də məcbur qalaraq həmin əsassız əmr əsasında yenidən 26 iyun 2023-cü il tarixdə əmr imzaladığını, özünün imzaladığı 26 iyun 2023-cü il tarixli əmrə əsasən iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən çıxarıldığını, əslində isə bunun heç bir əsası olmadığını, iddiaçının öz əmək funksiyalarını yerinə yetirdiyini sadəcə iclasda nazirə etiraz etdiyinə görə onun barəsində bu cür əmr imzalandığını, hazırda iddiaçının Cavabdehnda işlədiyini, lakin həqiqətən də 19 iyun 2023-cü il tarixdən 16 fevral 2017-ci il tarixədək iddiaçının işsiz qaldığını, heç yerdə işləmədiyini, əmək haqqı almadığını, ona görə də onun həmin illərdə məcburi iş buraxmaya görə ödənilməli olan pulu tələb etməsinə haqq verdiyini, həmin hissədə də iddianı qəbul etdiyini, iddiaçının 70-ci maddənin ç bəndi ilə işdən çıxarılması barədə əmr imzalanarkən həmkarlar ittifaqının razılığı alınmadığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 19 iyun 2013-cü il tarixli, 137 nömrəli əmrində Cəlil Məmmədquluzadə adına Cavabdeh baş rejissorunun truppa üzrə köməkçisi və aktyoru İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edildiyi qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Cəlil Məmmədquluzadə adına Cavabdeh direktorunun 26 iyun 2013-cü il tarixli, 27 nömrəli əmrində aktyor, truppa müdiri İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi və son hesabının kəsilməsi qeyd olunmuş və əsas olaraq Naxçıvan MR Mədəniyyət və Turizm nazirinin 19 iyun 2013-cü il tarixli, 137 nömrəli əmri göstərilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsi tərəfindən verilmiş arayışdan aydın olur ki, İddiaçı xx.xx.2020-ci il tarixdən Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsin Endokrinoloji xəstəliklər şöbəsində “Şəkərli diabet İİ tip, yüngül forma”-diaqnozu ilə dispanser qeydiyyatındadır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin 04 aprel 2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı işdən azad olunması və dəymiş ziyanın ödənilməsi ilə bağlı mediasiya prosesinin tətbiqinə dair təklifinizlə əlaqədar bildirilir ki, Cəlil Məmmədquluzadə adına Cavabdeh əsasnaməsinə uyğun olaraq teatrın nomenklaturasına daxil olan işçilər istisna olunmaqla digər işçilərin işə təyin və işdən azad edilməsi məsələsi teatrın direktorunun səlahiyyətindədir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Babək Rayon Mədəniyyət İdarəsinin 01 avqust 2023-cü il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı 16 fevral 2017-ci il tarixdə 63 nömrəli əmrlə Babək Rayon Mədəniyyət İdarəsinin tabeliyində olan Mədəniyyət Evinə metodist vəzifəsinə təyin edilmiş, 10 sentyabr 2020-ci il tarixdə öz ərizəsi ilə əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 6-cı maddəsinə əsasən, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin azad seçdiyi və ya könüllü razılaşdığı işlə həyatını təmin etmək hüququnu əhatə edən əmək hüququnu tanıyırlar və bu hüququn təmin olunması üçün müvafiq addımlar atacaqlar. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əməyin təhlükəsizliyi normalarına əməl etmək, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq, dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq, fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək işçinin əsas vəzifələri hesab olunur. Məhkəmə qeyd edir ki, ilkin olaraq hazırki mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan Naxçıvan MR Mədəniyyət və Turizm nazirinin 19 iyun 2013-cü il tarixli, 137 nömrəli əmri əsasında verilən Cəlil Məmmədquluzadə adına Cavabdeh direktorunun 26 iyun 2013-cü il tarixli, 27 nömrəli əmrinin qanuniliyi yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı ilə olan əmək müqaviləsi ləğv edilərkən müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının razılığı alınmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80.2-ci maddəsinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Qeyd olunan maddənin tələbindən də göründüyü kimi həmkarlar ittifaqı təşkilatının üzvü olan işçinin əmək müqaviləsi onun üzv olduğu həmkarlar ittifaqı təşkilatının razılığı alınmadan ləğv edilə bilməz, cavabdeh təşkilat iddiaçı ilə olan əmək müqaviləsini ləğv etməmişdən əvvəl həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməli, təqdimata müvafiq əsaslandırma sənədlərini əlavə etməli, həmin məsələyə həmkarlar ittifaqı təşkilatı tərəfindən baxılaraq qərar qəbul edildikdən sonra işçinin əmək müqaviləsinin ləğvi məsələsinə baxılmalı idi. Lakin cavabdeh Cəlil Məmmədquluzadə adına Cavabdeh direktoru tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr verilərkən qeyd olunan tələblərə əməl edilməmişdir. Məhkəmə tərəfindən cavabdeh təşkilata yuxarıda qeyd olunan sənədlərin məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin cavabdehin nümayəndəsi tərəfindən belə sənədlərin mövcud olmadığı bildirilmişdir. Həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı həmin tarixdə işdə olmasına baxmayaraq onun işdən çıxarılma məsələsi onun iştirakı ilə araşdırılmamış, həmkarlar ittifaqının iclası keçirilməmiş, əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı iddiaçı dinlənilmədən, ondan izahat alınmadan onun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr verilmişdir, cavabdeh təşkilata həmkarlar ittifaqına müraciət edilməsini, həmkarlar ittifaqının iclasının keçirilməsini, iddiaçının həmin iclasa dəvət edilməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi təklif olunsa da cavabdeh təşkilatın nümayəndəsi həmkarlar ittifaqına müraciət edilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Göründüyü kimi əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək də intizam tənbehi sırasında göstərilməsinə, intizam tənbehi verilməmişdən əvvəl işçidən izahat verilməsinin tələb edilməli olmasına baxmayaraq iddiaçıdan izahat alınmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən cavabdeh etirazının əsasını təşkil edən halları sübut etməlidir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən iddiaçı tərəfindən əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərinin pozulması hallarını təsdiq edən hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, əksinə cavabdehin nümayəndəsi tərəfindən izahat verilərkən iddiaçının əmək funksiyalarını yerinə yetirdiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Yuxarıda sadalanan qanunvericilik normalarından da göründüyü kimi cavabdeh tərəf iddiaçı ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edərkən yuxarıda sadalanan tələblərə əməl etməli idi. Ancaq cavabdeh Cəlil Məmmədquluzadə adına Cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmçinin, məhkəmə onu da qeyd edir ki, qeyd olunanlar ilə bağlı sübut etmə yükü cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübut etmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud deyil. Əmək Məcəlləsinin 75.1-ci maddəsinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Lakin mülki iş materiallarından hazırki mübahisə üzrə belə halların olması müəyyən edilmir. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, Cəlil Məmmədquluzadə adına Cavabdeh ilə iddiaçı arasında bağlanılmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə Cəlil Məmmədquluzadə adına Cavabdeh direktorunun 26 iyun 2013-cü il tarixli, 27 nömrəli həmin əmri qanuni hesab edilə bilməz. Bu səbəbdən həmin əmr ləğv edilməli və iddiaçı əvvəlki iş yerinə bərpa edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının Cəlil Məmmədquluzadə adına Cavabdeh 26 iyun 2013 tarixli 27 nömrəli əmrin ləğv edilməsi hissəsində tələb əsaslı hesab edildiyindən və iddiaçı əvvəlki iş yerinə bərpa olunmalı olduğundan, iddia tələbi xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddət ərzində məcburi iş buraxmaya görə iddiaçıya əmək haqqının ödənilməsi hissəsində də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1 -ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafıq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin edilməli; - Cəlil Məmmədquluzadə adına Cavabdeh direktorunun 26 iyun 2013-cü il tarixli, 27 nömrəli əmri ləğv edilməli; - İddiaçı Cəlil Məmmədquluzadə adına Cavabdeh truppa müdiri və aktyoru vəzifəsinə bərpa olunmalı; - Cəlil Məmmədquluzadə adına Cavabdeh tərəfindən İddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddət ərzində məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cəlil Məmmədquluzadə adına Cavabdeh direktorunun 26 iyun 2013-cü il tarixli, 27 nömrəli əmri ləğv edilsin. İddiaçı Cəlil Məmmədquluzadə adına Cavabdeh truppa müdiri və aktyoru vəzifəsinə bərpa olunsun. Cəlil Məmmədquluzadə adına Cavabdeh tərəfindən İddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddət ərzində məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-913/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-913/2023
18.09.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver