Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-919/2024 22.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Ərizəçilər Ərizəçi1 və Novruzova (Hüseynova) Zəhra Fərman qızının, maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs3 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Novruzova (Hüseynova) Zəhra Fərman qızının maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 qarşı miras əmlakın faktiki qəbul edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Novruzova (Hüseynova) Zəhra Fərman qızı ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, mərhum anaları X2 ünvan 1 ünvanındakı daşınmaz əmlakda olan 1/3 hissə payının vərəsələri olaraq onlar tərəfindən qəbul olunması faktı barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Ərizəçilər Ərizəçi1 və Novruzova (Hüseynova) Zəhra Fərman qızı 22 oktyabr 2024cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək ərizədə miras əmlakın faktiki qəbul edilməsi tələbinə dair ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etdiklərini, ərizə və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə ərizəçilər Ərizəçi1 və Novruzova (Hüseynova) Zəhra Fərman qızının ərizəsini nəzərdən keçirib bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Hazırki vəziyyətdə isə məhkəmənin hazırlıq iclasında ərizəçilər ərizənin geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan normasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ərizəçilər Ərizəçi1 və Novruzova (Hüseynova) Zəhra Fərman qızının ərizəsi və ona əlavə edilmiş sənədlər onlara geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə məhkəmə işi mahiyyəti üzrə həll etmədikdə məhkəmə aktını qərardad formasında çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1 və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, Ərizəçi1 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 27 may 2024-cü il tarixli, 21505 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Ərizəçilər Ərizəçi1 və Novruzova (Hüseynova) Zəhra Fərman qızının maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 qarşı miras əmlakın faktiki qəbul edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçi1 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 27 may 2024-cü il tarixli, 21505 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim:Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-919/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-919/2024
22.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver