Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-930/2024 03.06.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası X1 publik hüquqi şəxsinə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası X1 publik hüquqi şəxsinə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, iddianın təmin edilməsi, Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsaslanan xx.xx.2021-ci tarixli, 102 nömrəli əmrinin və bu əmrə əsasən ******* nömrəli əmək kitabçasının 10-cu səhifəsindəki 6-cı qeyd nömrə ilə yazılmış "Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilsin” qeydinin etibarsız sayılaraq ləğv edilməsi, Cavabdehinin 16 aprel 2021-ci il tarixli, 34 nömrəli əmrinin ləğv edilməsi, onun baş tibb bacısı vəzifəsinə bərpa olunması və işə bərpa olunan günə kimi olan məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi, mediasiyada ödədiyi rüsumun cavadehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilibverilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddiaçı məhkəməyə ünvanladığı iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə tanış olarkən müəyyən olunmuşdur ki, iddia ərizəsinə əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışda qanunsuz işdən azad olunması barədə 16 aprel 2021ci il tarixli, 34 saylı əmrinin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanıb ödənilməsi tələbi ilə bağlı olan mübahisə üzrə mediasiyaya müraciət edildiyi qeyd edilmiş, həmin tələblər üzrə də mediasiyada iştirak edilməməsi səbəbindən arayış verilmişdir. Lakin iddiaçının iddia ərizəsinin xahiş hissəsindən də göründüyü kimi iddiaçı həmçinin “Əmək Məcəlləsinin 69cu maddəsinin 1-ci bəndinə əsaslanan xx.xx.2021-ci tarixli, 102 nömrəli əmrinin və bu əmrə əsasən ******* nömrəli əmək kitabçasının 10-cu səhifəsindəki 6-cı qeyd nömrə ilə yazılmış "Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilsin” qeydinin etibarsız sayılaraq ləğv edilməsi” tələbini də irəli sürmüş, ancaq iddia ərizəsinə “Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsaslanan xx.xx.2021-ci tarixli, 102 nömrəli əmrinin və bu əmrə əsasən ******* nömrəli əmək kitabçasının 10-cu səhifəsindəki 6-cı qeyd nömrə ilə yazılmış "Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilsin” qeydinin etibarsız sayılaraq ləğv edilməsi” tələbi ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakını təsdiq edən sənəd əlavə olunmamışdır. İddia tələbindən də göründüyü kimi “Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsaslanan xx.xx.2021-ci tarixli, 102 nömrəli əmrinin və bu əmrə əsasən ******* nömrəli əmək kitabçasının 10-cu səhifəsindəki 6-cı qeyd nömrə ilə yazılmış "Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilsin” qeydinin etibarsız sayılaraq ləğv edilməsi” ilə bağlı mübahisə əmək münasibətlərindən irəli gələn mübahisədir ona görə də tərəflər həmin tələblə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etməlidirlər. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.6-1-ci maddələrinə müvafiq olaraq, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası X1 publik hüquqi şəxsinə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası X1 publik hüquqi şəxsinə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-930/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-930/2024
03.06.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver