Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-94/2024 23.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər X7, Cavabdeh2 və Cavabdeh3 qarşı zəbt olunmuş torpaq sahəsinə görə kompensasiya ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 200 kv.m sahəyə yaxın olan torpaq sahəsinin zəbt olunmasına görə kompensasiya şəklində 25000 (iyirmi beş min) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 200 kvadrat metr sahəyə yaxın olan torpaq sahəsində qardaşı X17 vəfatından bir müddət öncə 2020-ci ilin ortalarında ona məxsus olan həyətyanı torpaq sahəsində onun razılığı olmadan tikililər tikməyə başlamışlar. Həmin andan həmin tikililərin qanunsuz olduğunu, ona məxsus torpaq izərində aparılmasını onlara deyərək dərhal sökülməsini qardaşına və onun ailəsinə bildirsə də buna baxmayaraq, onlar tikintini dayandırmayaraq inşaya davam etmişdilər. Qardaşının vəfatından sonra isə onun oğlu Vüqar və ailəsi onu eşitməyərək, onun narazılıqlarına məhəl qoymayaraq qanunsuz hərəkətlərini davam etdirərək ona məxsus torpaq sahəsi üzərində tikililər tikməyə davam etmişdilər. 2021-ci ilin əvvəlində Vüqarın vəfatından sonra hazırkı cavabdehlər X15, Cavabdeh2 və Cavabdeh1 Vüqar qızı qanunsuz tikilini başa çatdıraraq onun hüquqlarını pozmaqda davam etmişdirlər. Onların bu hərəkətlərini mübahisələndirsə də tələbi təmin olunmamışdır. Hazırda ona məxsus olan 200 kv.m sahəyə yaxın olan ona məxsus olan torpaq sahəsi cavabdehlərin istifadəsindədir. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunmasına baxmayaraq cavabdehlər tərəfindən son illər ərzində inşa edilmiş özbaşına tikili qanuni olaraq ona məxsus olan torpaq sahəsi üzərində inşa olunmuş və həmin tikili ona aid həyətyanı torpaq sahəsindən istifadə edərək küçəyə çıxışına bir dəfəlik son qoymuşdur. Hazırda yaşadığı evdən öz torpaq sahəsindən keçməklə küçəyə çıxışı həmin qanunsuz aparılmış tikiliyə görə mümkün deyildir. Küçədən evimə nəinki, özünün gediş-gəlişi, hətta heç bir əşyanın gətirilməsi, habelə avtomobilin gəlməsi qeyri-mümkündür. Onun yola (küçəyə) çıxmağı yalnız qonşuluğunda yaşayan bacısının həyətindən keçməklə dar bir cığırla mümkündür. Mülkiyyətindən ana yolla birbaşa çıxışı olan yolunun (ərazisinin) mövcud olmasına baxmayaraq cavabdehlərin mülkiyyətində olan torpağı qanunsuz zəbt etməklə üzərində qanunsuz tikili aparması nəticəsində öz torpağından keçərək, istifadə edərək küçəyə çıxmaq imkanına son qoyulmuşdur. Bu səbəbdən qanunsuz şəkildə zəbt edilmiş 200 kvadrat metr torpaq sahəsinə görə ona 25000 (iyirmi beş min) manat kompensassiya ödənilməsini istəyir. Cavabdehin həyat yoldaşı vəfat edib. Hazırda cavabdeh və qızı onun həyətində qalır. Onun həyətinə yiyələniblər. Evini onun həyətində tikib. Evi sökmək istəmirsə heç olmasa evin ərizasinə və istifadə etdiyi torpaq sahəsinə uyğun ona 25000 manat kompensasiya versin. Cavabdehin yaşadığı ev ona məxsus torpaqda tikilib. Evinin qabağındakı torpaq da ona məxsusdur. Evin yaratdığı maneə ucbatından torpağının digər hissəsindən də istifadə edə bilmir. Ekspertizadan gəlib baxıblar. Ölçü aparıblar. Rəyi də veriblər. Rəydə də hər şey aydın göstərilir. Əgər tələb etdiyi torpaq sahəsinin kv.m-i az olsa o, torpağın sahəsinə görə qiymət tələbini bildirəcək. Həmin 76.25 kv.m ona məxsusdur. Həmin hissəyə dair orada olan əşyalarını götürsün. Ona tərəf olan hissədən istifadə etməsin. Rəylə razı deyil. Torpağın qiyməti rəydə 4000-5000 manata qədər azaldılıb. Lakin artıq mübahisə çox uzanmasını istəmir və təkrar torpağın qiymətinin müəyyən edilməsini tələb etmir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında izahat verən Cavabdeh2 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddia tələbi ilə qətiyyən razı deyil, çünki hazırda ev tikib qaldığı ev də, torpaq sahəsi də onsuzda iddiaçıya məxsusdur. İddiaçının tələbi ilə qeyd edilən sahənin kv.m azdır. Ayrıca olaraq kompensasiyanın miqdarı da çoxdur. Onun 3000 manata ancaq gücü çatar. Həmin hissənin iddiaçıya məxsus olduğunu bilir. Əzizxan kişi həmin hissənin mülkiyyətçisidir. Ancaq həmin hissənin pulunun hesablanıb Əzizxan kişiyə veriləcək pulu yoxdur. İşsizdir. Balaca qızı isə ailə başçısını itirdiyi üçün 120 manat pensiya alır. Məşğulluq İdarəsinə müraciət edib. Dərziliklə bağlı sertifikat alıb sonra dərzi işləyəcək. Onun həmin hissədə artıq əşyalarını yığmağı üçün yer var və işıq sayğacı orada durur. O, mübahisəli olan torpaq sahəsinin bir hissəsindən imtina edir. Ora açılan qapını da bağlayacaq. Pəncərə də onsuzda uşaq otağının pəncərəsidir. Heç bir maneçiliyi yoxdur. Kompensasiya pulunu da hissə-hissə ödəyə bilər. Qeyd edilənlərə əsasən müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə digər cavabdehlər X7 və Cavabdeh3 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməyinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə digər cavabdehlər X5 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında Naxçıvan MR Dövlət Yerqurluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitunun Yerqurluşu şöbəsinin rəisi X3 bildirmişdir ki, ölçmə işləri aparılıb. Həmin ölçülərin əvvəlcə də eyni həyətyanı torpaq sahəsində ölçmə aparılıb. Mütəxəssis müvafiq ölçüləri və rəyi məhkəməyə təqdim etdi. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-3275/2023 nömrəli qərarı ilə İddiaçı cavabdehlər X7, Cavabdeh2 və Cavabdeh1 Vüqar qızına qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması, tikilmiş tikililərin sökülməsi, torpaq sahəsindən çıxarılma, torpaq sahəsindən istifadə və sahibliyə olan maneələri aradan qaldıraraq küçəyə çıxışa şərait yaradılması tələbinə dair mülki iş üzrə İddiaçı Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(108)-39/2023 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 2496 inventar nömrəli Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair pasportun surətinə əsasən Naxçıvan şəhəri Firdovsi ev 117 İddiaçı adına qeydiyyata alınmışdır. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xx.xx.2024-cü il tarixli 04/476 nömrəli məktubunda qeyd edilmişdir ki, Naxçıvan şəhəri, 6-cı küçədə (Bahadur Abbasov küçəsində) yerləşən torpaq sahəsi qiymətləndirmənin nəticəsinə əsasən bəhs olunan 0.02 ha torpaq sahəsinin bazar dəyəri 19700 (on doqquz min yeddi yüz) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə verilən 278/2024 nömrəli məktubunda qeyd olunmuşdur ki, ünvan 3 ünvanının yerləşdiyi ərazidə yerləşən torpaq sahələri yerindən asılı olaraq 8000 (səkkiz min) manatdan 15000 (on beş min) manatadək qiymətləndirilir. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələlər üzrə Dövlət Xidməti Yerquruluşu, Geodeziya və Kartoqrafiya” Məhdud Məsuliyyətli Cəmiyyətinin Yerquruluşu şöbəsi tərəfindən 2024-cü ilin fevral ayında verilmiş mütəxəssis rəyində qeyd olunmuşdur ki, iddiaçının iddia etdiyi ərazilər müəyyən olunmuş və ölçmə zamanı məlum olmuşdur ki, mübahisəli ərazi 14.28 kv.m açıq eyvandan, -71 kv.m cavabdehin istifadəsində olmayan boş ərazidən, 53 kv.m cavabdehin istifadəsində yaşayış sahəsindən, 7.3 kv.m cavabdehin istifadəsində olan köməkçi sahədən və ümumi istifadədə olan lakin iddiaçının sərhədləri daxilinə düşən 76.16 kv.m torpaq sahəsindən ibarətdir. İddiaçının digər iddia etdiyi şərq istiqamətində yerləşən ərazi qonşu mülkiyyətinə aiddir və iddiaçı ilə heç bir əlaqəsi yoxdur. Naxçıvan MR Naxçıvan şəhəri Naxçıvan Bələdiyyəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 109 nömrəli məktubda qeyd olunmuşdur ki, “Bələdiyyə torpaqlarının ayrılmasma dair sənədlərin hazirlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununun İV bəndinin 23-cü hissəsində qeyd edilir ki, Torpaq hərracı və ya müsabiqəsi keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə orpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə dən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Normativ hüquqi aktın tələbini əsas götürməklə bələdiyyələr torpağın mülkiyyətə verilməsi ilə bağlı bu qanunun normalarınə tətbiq edir. xx.xx.2022-ci il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsinin (kirayə müqaviləsi) surətindən aydın olur ki, X10 ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 61.4 kv.m, yaşayış sahəsi 38.6 kv.m olan 3 otaqlı mənzili xx.xx.2026-cı il tarixədək 200 manata X2 verilmişdir. Naxçıvan şəhər 1 saylı Nikah evi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ 513209 nömrəli nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, X18 ilə Quliyeva (Sadıxlı) Tərlan Vüqar qızı arasında həmin tarixdə nikah bağlanmış və bu barədə 265 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 1454 nömrəli arayışa əsasən Quliyev X9 şəhəri B.Abbasov döngə 7, ev 8 ünvanında qeydiyyatdadır. Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 1453 nömrəli arayışa əsasən Quliyeva X12 şəhəri B.Abbasov döngə 4, ev 9 ünvanında qeydiyyatdadır. Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 1466 nömrəli arayışa əsasən X1 şəhəri B.Abbasov döngə 7, ev 8 ünvanında qeydiyyatdadır. Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 1468 nömrəli arayışa əsasən Sadıxlı X14 şəhəri 6-cı küçə döngə 4, ev 9 ünvanında qeydiyyatdadır. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xx.xx.2024-cü il tarixli 04/476 nömrəli məktubunda qeyd edilmişdir ki, Naxçıvan şəhəri, 6-cı küçədə (Bahadur Abbasov küçəsində) yerləşən torpaq sahəsi qiymətləndirmənin nəticəsinə əsasən bəhs olunan 0.02 ha torpaq sahəsinin bazar dəyəri 19700 (on doqquz min yeddi yüz) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə verilən 278/2024 nömrəli məktubunda qeyd olunmuşdur ki, ünvan 3 ünvanının yerləşdiyi ərazidə yerləşən torpaq sahələri yerindən asılı olaraq 8000 (səkkiz min) manatdan 15000 (on beş min) manatadək qiymətləndirilir. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələlər üzrə Dövlət Xidməti Yerquruluşu, Geodeziya və Kartoqrafiya” Məhdud Məsuliyyətli Cəmiyyətinin Yerquruluşu şöbəsi tərəfindən 2024-cü ilin fevral ayında verilmiş mütəxəssis rəyində qeyd olunmuşdur ki, iddiaçının iddia etdiyi ərazilər müəyyən olunmuş və ölçmə zamanı məlum olmuşdur ki, mübahisəli ərazi 14.28 kv.m açıq eyvandan, -71 kv.m cavabdehin istifadəsində olmayan boş ərazidən, 53 kv.m cavabdehin istifadəsində yaşayış sahəsindən, 7.3 kv.m cavabdehin istifadəsində olan köməkçi sahədən və ümumi istifadədə olan lakin iddiaçının sərhədləri daxilinə düşən 76.16 kv.m torpaq sahəsindən ibarətdir. İddiaçının digər iddia etdiyi şərq istiqamətində yerləşən ərazi qonşu mülkiyyətinə aiddir və iddiaçı ilə heç bir əlaqəsi yoxdur. xx.xx.2022-ci il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsinin (kirayə müqaviləsi) surətindən aydın olur ki, X10 ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 61.4 kv.m, yaşayış sahəsi 38.6 kv.m olan 3 otaqlı mənzili xx.xx.2026-cı il tarixədək 200 manata X2 verilmişdir. Naxçıvan şəhər 1 saylı Nikah evi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ 513209 nömrəli nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, X18 ilə Quliyeva (Sadıxlı) Tərlan Vüqar qızı arasında həmin tarixdə nikah bağlanmış və bu barədə 265 nömrəli akt qeydi icra edilmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının məcburiliyinin qanunvericilikdə təsbit edilməsi daşınmaz əmlakın konkret şəxsə məxsus olmasının müəyyən edilməsində dövlətin publik hüquqi marağının mövcudluğundan irəli gəlir. Bu maraq şəxslərin hüquqlarının səmərəli müdafiəsi və mülki dövriyyənin sabitliyinin təmin edilməsində ifadə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Lakin nəzərə alınmalıdır ki, bu akt özlüyündə əmlak hüququnun yaranması, dəyişdirilməsi və ona xitam verilməsinin əsasını təşkil etmir. Belə ki, Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin ümumi əsaslarını müəyyən edən 14-cü maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları Məcəllənin 14.2-ci maddəsində sadalanmışdır. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən, əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar isə Məcəllənin 139-1-ci maddəsində əks olunmuşdur. Mülki Məcəllənin 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Eyni zamanda, Mülki Məcəllənin Mülkiyyət hüququnun əldə edilməsi və itirilməsi adlanan 9cu fəslinin 1-ci paraqrafı ilə daşınmaz əşyalara mülkiyyət hüququnun əldə edilməsi qaydaları tənzimlənmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, tələbin xarakteri əmlak maraqlarının mövcudluğunu nəzərdə tutduğu hallarda, belə maraq yalnız o zaman “əmlak” hesab oluna bilər ki, daxili qanunvericilikdə onun əsasları müəyyən edilsin (Kopecky Slovakiyaya qarşı iş üzrə 2004-cü il 28 sentyabr tarixli, X16rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli Qərarlar). “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun) 7.3.2-ci maddəsinə əsasən, siyahıya alma dövründə yazılı sənədlərlə təsdiq edilən torpaqla bağlı qanuni, lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslər (Bu Qanun qüvvəyə minənədək torpaq üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarının əmələ gəlməsi üçün əsas olan dövlət orqanının və bələdiyyənin aktlarının və müqavilənin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi və ya bağlanması şəxsin torpaqla bağlı hüquqlarının qanunsuz hesab edilməsi üçün əsas ola bilməz), 7.3.3-cü maddəsinə görə isə ikinci əldən icarəyə verən qismində icarəçi, üçüncü şəxslərə istifadəyə verən qismində istifadəçi və ya istifadəçi ilə şifahi və ya yazılı həqiqi sübutla təsdiq edilən razılaşma əsasında torpağı qısa müddətli istifadə edən şəxslər alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər və bu Qanunla müəyyən edilmiş qaydada itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Məhkəmənin qənaətinə görə, “hətta torpaqların dövlət ehtiyacları üçün alınması nəzərdə tutulan hallarda hüquqi qeydiyyatdan keçməyən tikililərin istifadəçilərinə dövlət kompensasiya ödəməyi öhdəsinə götürür. Belə olan təqdirdə iddiaçının mülkiyyətində olan torpaq sahəsində yaşayış sahəsi inşa edərək orada faktiki yaşayan cavabdeh həmin torpaq sahəsinin əvəzini kompensasiya şəklində iddiaçıya ödəməlidir”. Beləliklə, yuxarıda qeyd olunan əsasları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər X7, Cavabdeh2 və Cavabdeh3 qarşı zəbt olunmuş torpaq sahəsinə görə kompensasiya ödənilməsi tələbinə dair iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalı, iddia tələbi cavabdehlər X7 və Cavabdeh3 münasibətdə rədd edilməlidir. Cavabdehlər Cavabdeh3 ailə qurması və Bakı şəhərində kirayə yaşaması iş materiallarında olan sənədlərlə təsdiq edilir. Cavabdeh X15 isə istər iddiaçının, istərsə də cavabdehin izahatı ilə özünə məxsus evdə yaşaması təsdiq olunur. Mübahisəli əmlakda istifadə edən şəxs Cavabdeh2dır. Eləcə də hər üç cavabdehin mərhum X8 vərəsəsi olması onların iddiaçı qarşısında birgə cavabdehliyini məcburi şərt hesab etmir. Bu gün əmlakdan istifadə edən, əmlakdan faydalanan kimdirsə iddiaçının torpaq sahəsinə görə müvafiq kompensasiyanı da həmin şəxs ödəməlidir. Belə ki, mütəxəssis tərəfindən aparılmış ölçü planından aydın olur ki, Cavabdeh2 tərəfindən istifadə olması iddia edilən və İddiaçı mülkiyyətində olan torpaq sahəsinin ölçüsü 172.54 kv.metrdir. Onun 53 kv.metri yaşayış sahəsi, 76.25 kv.metri iddiaçının sərhədləri daxilində olan yaşayış sahəsinin ön tərəfində olan torpaq sahəsi, 14.28 kv.m açıq eyvan və 21.71 kv.m açıq eyvandan aşağı hissədə cavabdehin istifadəsində olmayan boş ərazidən 7.3 kv.m cavabdehin istifadəsində olan köməkçi sahədən ibarətdir. İşə baxılan zaman cavabdeh 14.28 kv.metr açıq eyvanı sökmüş və həmin hissə və 21.71 kv.metr hissə iddiaçının birbaşa istifadəsinə daxil edilmişdir. Qeyd edilən torpaq sahəsinin 35,99 kv metri yüklülükdən azad edilmişdir. Hazırda cavabdehin istifadəsində olan iddiaçıya məxsus cəmi torpaq sahəsinin ölçüsü 136.55 kv.metr təşkil edir. Daşınmaz Əmlak tərəfindən torpaq sahəsinin qiymətləndirilməsi 2 sot torpaq sahəsi üçün 19700 manat müəyyən edilmişdir. Buradan 1 kvadrat metr torpaq sahəsinin qiyməti sadə riyazı hesablama yolu ilə müəyyən edilməsi mümkün olduğundan mütəxəssis hesablamasına zərurət yaranmamışdır. 1x19700:2 sot= 98.5 manat. Daşınmaz əmlakın qiymətləndirmə arayışına müvafiq olaraq 1 kvadrat metr torpaq sahəsinin qiyməti 98.5 manat təşkil edir. Cavabdehin istifadəsində olan 136.55 kv.metr torpaq sahəsinin qiyməti isə müvafiq olaraq 136.55x98.5=13450 (on üç min dörd yüz əlli) manat təşkil edir. Belə olan halda iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, 3450 (on üç min dörd yüz əlli) manat pul Cavabdeh2 tutularaq İddiaçı verilməlidir. İddia tələbi Cavabdeh2 qalan hissədə pulun verilməsi, eləcə də Cavabdeh3 və X7 münasibətdə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2023-cü il tarixli 14919 nömrəli qəbzlə ödənilmiş 165 (bir yüz altmış beş) manat dövlət rüsumunun 88.80 (səksən səkkiz manat səksən qəpik) manat hissəsi Cavabdeh2 alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər X7, Cavabdeh2 və Cavabdeh3 qarşı zəbt olunmuş torpaq sahəsinə görə kompensasiya ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh2 13450 (on üç min dörd yüz əlli) manat alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə və cavabdehlər X7 və Cavabdeh3 münasibətdə rədd edilsin. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2023-cü il tarixli 14919 nömrəli qəbzlə ödənilmiş 165 (bir yüz altmış beş) manat dövlət rüsumunun 88.80 (səksən səkkiz manat səksən qəpik) manat hissəsi Cavabdeh2 alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-94/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-94/2024
23.07.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver