Məhkəmə qərarları › İş №2(078)-950/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-950/2021

05.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-950/2021 05.08.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən e t d i m: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhər XDM İK-nın 20 dekabr 1993-cü il tarixli, 517 nömrəli qərarına əsasən ona ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin verilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizəni ümumi məhkəmələrdə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina olunmalıdır. Belə ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhər XDM İK-nın 20 dekabr 1993-cü il tarixli, 517 nömrəli qərarına əsasən ona ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin verilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə əlavə edilmiş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 24 may 2021-ci il tarixli, 06/325 nömrəli məktubuna əsasən, Ərizəçi ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin ayrılması barədə qərarın əslini və ya müvafiq arxiv arayışını təqdim etməklə, əmlak üzərində yaranan hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Xidmətin Naxçıvan şəhər İdarəsinə müraciət edə biləcəyi bildirilmişdir. İnzibati mübahisələrə aidiyyəti üzrə inzibati məhkəmələrdə baxılmalıdır. İnzibati mübahisələrə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılmalı deyil. Ona görə də, ərizəçi faktiki sahibi olduğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun əldə edilməsi üçün Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Naxçıvan şəhər İdarəsinə müraciət etməli, əgər ərizəçiyə mülkiyyət hüququnun tanınmasından imtina olunarsa, həmin inzibati orqanın hərəkətlərindən (hərəkətsizliyindən) Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 15.4-cü bəndinə əsasən, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Həmin qərarın 16.1-ci maddəsinə əsasən, inzibati mübahisə hüquqi təbiətinə görə mülki (iqtisadi) mübahisələrdən fərqli olduğundan mülki (iqtisadi) tələblər inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddialarla, inzibati iddia tələbləri isə mülki məhkəmə icraatı qaydasında qaldırılan iddialarla heç bir halda birləşdirilə və onlara birgə baxıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə, iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən, Ərizəçi izah olunmalıdır ki, Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Naxçıvan şəhər İdarəsinə müraciət etməli, əgər ərizəçiyə mülkiyyət hüququnun tanınmasından imtina olunarsa, həmin inzibati orqanın hərəkətlərindən (hərəkətsizliyindən) Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət etməlidir. 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də, Ərizəçi tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 30 iyul 2021-ci il tarixli qəbzlə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldım: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsini qəbul etməkdən imtina edilsin. Ərizəçi izah olunsun ki, Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Naxçıvan şəhər İdarəsinə müraciət etməli, əgər ərizəçiyə mülkiyyət hüququnun tanınmasından imtina olunarsa, həmin inzibati orqanın hərəkətlərindən (hərəkətsizliyindən) Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət etməlidir. Ərizəçi tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 30 iyul 2021-ci il tarixli qəbzlə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar