Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-950/2022 25.10.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı4, iddiaçı və eyni zamanda digər iddiaçı Akdağ (Abazərova) Zərifə Bayraməli qızının nümayəndəsi İddiaçı1, İddiaçı1 vəkili və nümayəndəsi Nümayəndə və Cavabdeh12 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, Akdağ (Abazərova) Zərifə Bayraməli qızının və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X35, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 və Cavabdeh13 qarşı payın müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2, Akdağ (Abazərova) Zərifə Bayraməli qızı və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 0.1438 ha torpaq sahəsindən və yaşayış evindən 1/10 hissədə paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iddiaçı Akdağ (Abazərova) Zərifə Bayraməli qızına rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, lakin o, nümayəndəsi İddiaçı1 vasitəsilə məhkəmədə təmsil olunmuşdur. Məhkəmə işə iddiaçı Akdağ (Abazərova) Zərifə Bayraməli qızının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə baxışı iclasında iddiaçı və eyni zamanda digər iddiaçı Akdağ (Abazərova) Zərifə Bayraməli qızının nümayəndəsi İddiaçı1 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, ünvan 2 ünvanında 0.1438 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 62.8 kv.m təşkil edən fərdi yaşayış evi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əəmlakın Dövlət Reyestrindən çıxarışı əsasında **********28-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin mülkiyyət paylı mülkiyyət olmaqla iddiaçıların və sağ cavabdehlərin və vəfat etmiş vərəsələrin mülkiyyətindədir. Haliyyədə həmin mülkdə və torpaq sahəsində Cavabdeh1 və Cavabdeh2 yaşayırlar. X18 xx.xx.1982-ci il tarixdə, X29 xx.xx.1965-ci il tarixdə, X23 xx.xx.2019-cu il tarixdə, X9 16 may 2010-cu il tarixdə, X24 xx.xx.2018ci il tarixdə, X36 xx.xx.2002-ci il tarixdə, X13 xx.xx.2016-cı il tarixdə vəfat etmişlər. Onların torpaq sahələri paylı mülkiyyət olduğundan öz paylarının verilməsini və sərhədlərinin müəyyənləşdirilməsini istəyirlər, çünki cavabdehlər bütün torpaq sahəsindən istifadə edirlər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat verən İddiaçı1 vəkili və nümayəndəsi Nümayəndə hüquqlarını müdafiə etdiyi və eyni zamanda nümayəndəsi şəxsin izahatını təsdiqlədiyini, heç bir əlavəsinin olmadığını bildirmiş və sonda iddianın təmin olunması barədə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında digər iddiaçılar İddiaçı2 və İddiaçı4 iddianı müdafiə edərək izahatında İddiaçı1 izahatını təsdiqlədiklərini, heç bir əlavələrinin olmadığını bildirərək sonda iddianın təmin olunması barədə qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə baxışı iclasında Cavabdeh12 izahatında bildirmişdir ki, o mərhum X5 övladıdır, iddiaçılar onun xalasıdır. Onun bacı və qardaşları analarına çatacaq olan mirasdan onun xeyrinə imtina edəcək və o da anasının mirasını qəbul edəcəkdir. Müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslasının vaxtı və yeri barədə digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, X35, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh13 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, X30, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh13 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Hazırki iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məhkəmə araşdırması zamanı tərəflərin verdiyi izahatdan və mülki iş materiallarına əlavə olunmuş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair **********28-10301 reyestr nömrəli pasportun surətindən məlum olur ki, Naxçıvan şəhəri 20 Yanvar ev 52 X25, X14, Cavabdeh13, İddiaçı1, İddiaçı3, İddiaçı2, X6, İddiaçı4, X15 və X8 verilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli Çıxarışdan aydın olur ki, Naxçıvan şəhəri 20 Yanvar küçəsində 0.1438 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 62.8 kv.m olan 52 nömrəli fərdi yaşayış evi X19, X10, Cavabdeh13, İddiaçı1, İddiaçı3, İddiaçı2, X4, İddiaçı4, X11, X7 mülkiyyətinə verilmişdir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş A 028936 nömrəli Torpaq sahəsinin planı və ölçüsünün surətindən və xx.xx.2022-ci il tarixli 1309 nömrəli arayışından məlum olmuşdur ki, Naxçıvan şəhəri, 20 Yanvar küçəsi ev 52 ümumi birgə mülkiyyət kimi X19, X10, Cavabdeh13, İddiaçı1, İddiaçı3, İddiaçı2, X4, İddiaçı4, X11, X7 mülkiyyətinə verilmişdir. xx.xx.1955-ci il tarixdə verilmiş İ-İE sriyalı 535136 nömrəli evlənmək haqqında şəhadətnamənin sutərində qeyd olunmuşdur ki, X20 ilə Quliyeva (Abazərova) Qüdrət Qasım qızı arasında həmin tarixdə nikah bağlanmış və bu barədə 73 nömrəli akt qeydi icra olunmuşdur. xx.xx.2019-cu il tarixli arayışda qeyd olunmuşdur ki, X20 xx.xx.1982-ci il tarixdə ürək qan-damar çatışmazlığı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmişdir. xx.xx.2022-ci il tarixli çıxarışda qeyd olunmuşdur ki, X36 xx.xx.2002-ci il tarixdə ürəyin işemiya xəstəliyi diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmişdir. xx.xx.2019-cu il tarixli arayışda qeyd olunmuşdur ki, X29 xx.xx.1965-ci il tarixdə bədənin bütün hissəsinin yanması diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmişdir. xx.xx.2022-ci il tarixli çıxarışda qeyd olunmuşdur ki, X24 xx.xx.2018-ci il tarixdə ürəyin aterosklerotik xəstəliyi diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmişdir. xx.xx.2022-ci il tarixli çıxarışda qeyd olunmuşdur ki, X13 xx.xx.2016-cı il tarixdə beyin qan dövranının çatışmazlığı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmişdir. xx.xx.2022-ci il tarixli çıxarışda qeyd olunmuşdur ki, X23 xx.xx.2019-cu il tarixdə qaraciyər xərçəngi diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmişdir. xx.xx.2022-ci il tarixli çıxarışda qeyd olunmuşdur ki, X9 xx.xx.2010-cu il tarixdə intihar, baş beynin əzilməsi diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmişdir. Naxçıvan Şəhər icra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 24 nömrəli arayışdan aydın olur ki, mərhum X2 şəhəri, 20 Yanvar ev 39 (yeni ünvan ünvan 3 -X20-atası-vəfat edib; - X29-anası-vəfat edib; - Cavabdeh13-qardaşı-1949; - X13-bacısı-vəfat edib; -X16-bacısı-1953; -İddiaçı3-bacısı-1955; -İddiaçı2-bacısı-1957; -X9-bacısı-vəfat edib; -İddiaçı4-bacısı-1962. Naxçıvan Şəhər icra Hakimiyyəti 4 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 16 nömrəli arayışdan aydın olur ki, mərhum İddiaçı4 Naxçıvan şəhəri, Çənlibel 24/30 ünvanında yaşamış və onun aşağıdakı vərəsələri vardır: -Cavabdeh6-həyat yoldaşı-1959; - Cavabdeh7-oğlu-1984; - Cavabdeh8-oğlu-1986; -Cavabdeh9-qızı-1993. Naxçıvan Şəhər icra Hakimiyyəti 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1216 nömrəli arayışdan aydın olur ki, mərhum X1 şəhəri, Xətai 5/7 ünvanında yaşamış və onun aşağıdakı vərəsələri vardır: -X42-həyat yoldaşı-vəfat edib; - Cavabdeh10-oğlu-1976; - Cavabdeh11-oğlu-1974; - X26- ögey qızı-1968; -Cavabdeh12-qızı. Naxçıvan Şəhər icra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1280 nömrəli arayışdan aydın olur ki, mərhum X3 şəhəri, 20 Yanvar ev 39 (yeni ünvan ünvan 3 -Cavabdeh1-həyat yoldaşı-1952; - Cavabdeh2-oğlu-1971; - X46-qızı-1969; - Cavabdeh4-qızı-1970; -Cavabdeh5-qızı-1974. Naxçıvan Şəhər icra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1281 nömrəli arayışda qeyd olunmuşdur ki, aşağıda adları qeyd olunmuş şəxslər ünvan 8 ünvanında pasport qeydiyyatındadırlar: -Cavabdeh1-1952; - Cavabdeh2 -1971; -X43- 1974. -X52-1979; -X31-1996; -X32-2002; -X37-2002; -X27-2014; -Cavabdeh13-1949; -X38-1981; -İddiaçı3-1955; -İddiaçı4-1962; -X33-1995; -X47-2005. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə görə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Həmin Məcəllənin 152.1-152.4-cü mаddələrinə əsаsən mülkiyyət hüququ subyеktin оnа mənsub əmlаkа öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə еtmək və оnа dаir sərəncаm vеrmək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Mülki Məcəllənin 152.5-ci mаddəsinə əsаsən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər... İstər işin yuxarıda qeyd edilən faktiki hallarından, istərsə də yuxarıda qeyd edilən maddi hüquq normaları ilə işin faktiki hallarının təhlilindən məhkəmə bu qənaətə gəlir ki, mövcud sənədlər ünvan 1 ünvanında yerləşən yaşayış evinin və torpaq sahəsinin iddiaçıların, sağ olan Cavabdeh13 və vəfat etmiş şəxslər X4, X5, X19, X10, X11 paylı mülkiyyətində torpaq sahəsinin olmasını təsdiq edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə qeyd edir ki, nə qədər ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmirsə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir (MM 140-cı maddə). Belə olan halda məhkəmə qüvvədə olan hüquqmüəyyənedici sənədlər əsasında iddiaçıların paylı mülkiyyətində olan torpaq sahələrində onların hər birinin payının müəyyən edilməsi barədə iddia tələbini uğurlu hesab edir və iddia tələbində qeyd edilənləri nəzərə alaraq iddiaçıların hər birinin payını-bütün mülkiyyətçilər nəzərə alınmaqla bərabər qaydada müəyyən edilməsini qanunvericiliyin norma və prinsiplərinə uyğun hesab edir. Nəticə: Məhkəmə belə qənaətə gəlir ki, X19, X10, Cavabdeh13, İddiaçı1, İddiaçı3, İddiaçı2, X4, İddiaçı4, X11, X7 ümumi birgə mülkiyyəti sayılan Naxçıvan şəhəri 20 Yanvar küçəsində 0.1438 ha torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 62.8 kv.m olan 52 nömrəli fərdi yaşayış evində 1/10 hissə İddiaçı1, 1/10 hissə İddiaçı2, 1/10 hissə Akdağ (Abazərova) Zərifə Bayraməli qızının və 1/10 hissə İddiaçı4 payı müəyyən edilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddia təmin edildiyindən İddiaçı1 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2022-ci il tarixdə 30434 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, X28, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 və Cavabdeh13 tutularaq İddiaçı1 qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Naxçıvan şəhəri 20 Yanvar küçəsində 0.1438 ha torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 62.8 kv.m olan 52 nömrəli fərdi yaşayış evində iddiaçılar İddiaçı1 payının 1/10 hissə, İddiaçı2 payının 1/10 hissə, Akdağ (Abazərova) Zərifə Bayraməli qızının payının 1/10 hissə və İddiaçı4 payının 1/10 hissə olması müəyyən edilsin. İddiaçı1 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2022-ci il tarixdə 30434 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, X28, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 və Cavabdeh13 tutularaq İddiaçı1 qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-950/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-950/2022
25.10.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver