Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-953/2024 24.09.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan ünvan 1-ə yaşayış və istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini əsaslandıraraq bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzili xx.xx.1998-ci il tarixdə satın almışdır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin ******* nömrəli çıxarışına əsasən həmin mənzil tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Qızı Cavabdeh 2016-cı ilədək ünvan 1də pasport qeydiyyatında idi. Sonradan o daimi yaşamaq üçün Bakı şəhərinə köçmüşdür. Fatimənin evin pasport qeydiyyatında dayanması səbəbindən o mülkiyyəti üzərində sərəncam hüquqlarını həyata keçirə bilmir. Cavabdeh 24 iyun 2024-cü il tarixdə məhkəməyə iddiaçının iddia ərizəsinə etiraz göndərmişdir. Həmin etiraz ərizəsində qeyd olunmuşdur ki, atası İddiaçı atasına məxsus qeydiyyatda olduğu mənzildən istifadə hüququnun itirilməsi iddia tələbi barədə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmişdir. İddia tələbini bununla əsaslandırır ki, 2016-cı ilədək ünvan 3 ünvanında qeydiyyatda olsa da, sonradan daimi yaşamaq üçün Bakı şəhərinə köçmüşdür. Bakı şəhərinə köçməyinə səbəb ailə həyatı qurmağı olmuşdur. Qısa müddət ailə həyatı davam etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsi əsasında nikaha xitam verilmişdir. Ailəli olduğu müddətdə həyat yoldaşının evinə qeydiyyata düşmüşdür. Nikah pozulduqdan sonra Xətai Rayon Polis İdarəsinin inzibati binasında qeydiyyata alınmışdır. Daxili İşlər naziri tərəfindən polis idarələrinin inzibati binasında qeydiyyatda olanların çıxarılması ilə bağlı müvafiq əmr əsasında qeydiyyatdan çıxarılmışdır. İddia ərizəsində qeyd edilir ki, xx.xx.2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Onun adına çıxarışla mənzil yoxdur. Polis İdarələrinin inzibati binalarına qeydiyyata düşmək hazırda mümkün deyil. Mənzil Məcəlləsinin sözügedən maddəsi daimi yaşamaq hüququnu özündə ehtiva edir. Nikah pozulmasa idi, daimi yaşayacaqdı. Hazırki mərhələdə özü, bacısı və qardaşı daxil olmaqla, atasının növbəlilik üzrə 1-ci dərəcə vərəsələridirlər. Vərəsəlik hüququndan məhrum edilməmişdir ki, onun sözügedən mənzilə istifadə hüququ itirilsin. Doğulduğu andan o evdə onun nəinki istifadə hüququ mülkiyyət hüququ da əmələ gəlmişdir. 12 mart 1999-cu il Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarında Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə bu cür hüquqi qiymət verilir ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Qanunverici yuxarıda göstərilən qaydaları təsbit edərkən hüquqları pozulması ehtimal olunan icarədarın və ya onun ailə üzvlərinin həmin qanundan irəli gələn hüquqlarının tam və hərtərəfli təmin olunmasını əsas götürmüşdür. Mənzil qanunvericiliyinə əsasən, tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Konstitusiya Məhkəməsi imperativ olaraq qeyd edir ki, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən, altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Əksinə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından sui-istifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsi ilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin. Atası onu evə qeydiyyata salmış, qardaşı imkan verməmişdir ki, evdə yaşasın. Atası onu apararaq, ad yazılmayan yataqxana tipli tikiliyə yerləşdirmişdir. Onun həmin evə getməməyinin və orada yaşamamağının səbəbi qardaşı tərəfindən ona hədə-qorxular olunmasıdır. Buna səbəb isə atasının onu evdən qeydiyyatdan çıxarmaqla evi qardaşının adına keçirmək istəməsidir. Qardaşının təzyiqi altında hazırki iddia tələbini atası bu səbəbdən qaldırıb ki, onu qeydiyyatdan çıxararaq evi qardaşına rahat şəkildə bağışlaya bilsin. Qardaşının təsiri ilə atası və anası bu gün də süni əngəllər yaradaraq, onu evə buraxmırlar. Bütün qohumlarına da valideynləri və qardaşı təsir edirlər ki, gəlsə evə buraxmayın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olana hüquqlardan məhrum etmir. Odur ki, yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası müvafiq qanunvericilik aktlarını rəhbər tutaraq atasının ona qarşı qaldırdığı yaşayış binasının tərkib hissəsindən yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması barədə iddia tələbi qanunsuz olduğundan təmin edilməməsini xahiş etmişdir. 24 sentyabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə İddiaçı mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İddiaçı vəkili və nümayəndəsi X4 iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi X7 cavabdehin 2016-cı ildən etibarən həmin mənzildə yaşamadığını, Bakı şəhərində yaşadığını, nikahı pozulduqdan sonra da Naxçıvan şəhərinə qayıtmadığını, etirazı qəbul etmədiyini, belə ki, cavabdehin özü də etiraz ərizəsində ailə qurub getdiyini qeyd etdiyini, həmçinin etirazda evdə yaşamağa qardaşının, valideynlərinin maneə yaratdığını qeyd etsə də real maneənin olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyini, belə bir maneə olmadığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında qızının 7 ildən çoxdur mübahisəli mənzildə yaşamadığını, qızının nikaha düşdüyünü, yola getmədikləri üçün ayrıldıqlarını, sonra da hazırki evə ümumiyyətlə qayıtmadığını, evi oğlunun adına keçirmək istədiyini, qızı Fatimənin buna maneə yaratdığını, qızının Türkiyədə yaşadığını, əlaqələrinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində iddiaçı ilə 30 ildir qonşu olduqlarını, Fatiməni tanıdığını, ancaq 12-13 ildir ümumiyyətlə görmədiyini, onun evlənib getməsi barədə də məlumatının olmadığını, iddiaçının daimi həmin mənzildə yaşadığını, Fatimənin harada olması barədə məlumatı olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində 1978-ci ildən həmin binada qaldığını, iddiaçının sonradan köçdüyünü, 30 ildən çoxdur qonşu olduqlarını, 2009cu ilədək özünün Naxçıvan şəhərində yaşadığını, həmin vaxtlar Fatiməni orada gördüyünü, sonra Bakı şəhərinə getdiyini, 2014-cü ildə qayıtdığını, həmin vaxtdan da Fatiməni ümumiyyətlə həmin mənzildə görmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X14 ifadəsində 20 ildir iddiaçı ilə qonşu olduqlarını, qızı Fatiməni əvvəl gördüyünü, 10 il olar ki onu görmədiyini, hazırda həmin mənzildə Rafiqin, oğlunun, gəlininin və nəvələrinin yaşadığını bildirdi. Məhkəmə iddiaçının vəkil və nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda, işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İddia ərizəsinə əlavə olunmuş 07 iyul 1998-ci il tarixli müqavilənin təsdiq edilmiş surətinə əsasən, X1 şəhəri, Atabəylər məhəlləsi, bina 13, mənzil 21 ünvanında yerləşən mənzili İddiaçı satmışdır. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş MH ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 91.18 kv.m olan mənzilin tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12/25 nömrəli reyestr kitabının 4804 nömrəli vərəqində qeydiyyata alınması aydın olur. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən verilmiş 29 iyul 2024-cü il tarixli, 04/100 nömrəli məktuba əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 91.18 m2 olan 5 otaqlı mənzil Naxçıvan şəhər 2-ci DNK-nın xx.xx.1998-ci il tarixli, 3M-222 nömrəli alqı-satqı müqaviləsi əsasında xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 16 may 2024-cü il tarixli, ******* nömrəli arayışa əsasən, X3 şəhəri, Atabəylər məhəlləsi, ev 13, mənzil 21 ünvanında qeydiyyatdadır. X2, X15, X16, Cavabdeh, İddiaçı da həmin ünvanda qeydiyyatdadırlar. İddia ərizəsinə əlavə olunmuş Qıvraq kənd soveti tərəfindən verilmiş 22 sentyabr 1984-cü il tarixli, İİİ-ЖГ seriyalı, 399816 nömrəli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən, İddiaçı ilə X10 arasında 22 sentyabr 1984-cü il tarixdə nikah bağlanmış və bu nikahın bağlanması haqqında akt qeydləri kitabında 50 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 26 iyul 2024-cü il tarixli çıxarışa əsasən, X11 ilə Cavabdeh arasında olan nikah pozulmuş və bu nikahın pozulması kitabında 09 fevral 2016-cı il tarixdə 12 nömrə ilə qeyd edilmişdir. Cavabdeh mübahisəli evdən istifadə ilə bağlı hüquq münasibətləri 1 sentyabr 2000-ci ilə qədər yarandığından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-in 8 iyun 1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsi) müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli Qərarında göstərilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə, mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Lakin bu maddə həmin şəxslər arasında razılaşmanın formasını və reallaşmasının şərtlərini müəyyən etməməklə məsələni tərəflərin öhdəsinə buraxmış, yaşayış sahəsindən istifadə qaydası və xərclərdə iştirakın məbləği haqqında əmələ gələn mübahisələrin məhkəmə yolu ilə həllini müyyənləşdirmişdir. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin: 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində (İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir) və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. “Respublika Məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 1992-ci il 16 oktyabr tarixli, 2 №-li qərarının (1994-cü il 20 may tarixli, 4 №-li və 1998-ci il 25 mart tarixli, 4 №-li qərarlarında edilmiş dəyişikliklərlə) 8-ci bəndində göstərilir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, qanunla daha uzun müddət nəzərdə tutulmamışdırsa, müvəqqəti olaraq başqa yerə getmiş kirayəçinin və onun ailə üzvlərinin yaşayış sahəsinə hüququ altı ay müddətinə saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, bununla əlaqədar mübahisə yarandıqda, maraqlı şəxslərin iddiaları üzrə məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmə kirayəçinin və onun ailə üzvünün üzrlü səbəblərdən müəyyən edildiyindən artıq müddətə başqa yerə getdiyini müəyyən etdikdə, iddianı təmin etmir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh 8 ildən artıq müddətdir ki, mübahisəli mənzili daimi əsaslarla tərk etmişdir. Həmçinin məhkəmə onu da bildirir ki, Cavabdeh 24 iyun 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək ərizədə adına çıxarışla mənzil olmadığını, özü, bacısı və qardaşı daxil olmaqla, atasının növbəlilik üzrə 1-ci dərəcə vərəsələr olduqlarını, vərəsəlik hüququndan məhrum edilmədiyini, onun sözügedən mənzilə istifadə hüququ itirilmədiyini, doğulduğu andan o evdə onun nəinki istifadə hüququ hətta mülkiyyət hüququ əmələ gəldiyini, atasının onu evə qeydiyyata saldığını, evdə yaşamağa qardaşının imkan vermədiyini, atasının onu apararaq, ad yazılmayan yataqxana tipli tikiliyə yerləşdirdiyini, onun həmin evə getməməyinin və orada yaşamamağının səbəbinin qardaşı tərəfindən ona hədə-qorxular olunması olduğunu, buna səbəbin isə atasının onu evdən qeydiyyatdan çıxarmaqla evi qardaşının adına keçirmək istəməsi olduğunu, qardaşının təzyiqi altında hazırki iddia tələbini atasının onu qeydiyyatdan çıxararaq evi qardaşına rahat şəkildə bağışlaya bilməsi üçün qaldırdığını, qardaşının təsiri ilə atası və anasının bu gün də süni əngəllər yaradaraq, onu evə buraxmadıqlarını qeyd etsə də bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir, eyni zamanda məhkəmə araşdırması zamanı da cavabdehin ərizəsində qeyd etdiyi bu halların əsaslı olmasını təsdiq edən hallar ortaya çıxmamışdır. Məhkəmə cavabdehin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi, mülki-prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən cavabdeh etirazının əsasını təşkil edən halları sübut etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Qeyd edilənlərə əsasən müəyyən edildi ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir və cavabdeh 8 ildən çoxdur ki, mübahisəli mənzildə yaşamır, oranı daimi əsaslarla tərk etmişdir və onun qeydiyyatı formal xarakter daşıyır. Cavabdehin mübahisəli mənzildə qeydiyyatda qalması iddiaçıya mənzildən maneəsiz istifadə etməyə imkan vermir. Cavabdehin uzun müddətdir ki, mübahisəli mənzildə yaşamaması onun özünə başqa daimi yaşayış yeri seçməsi qənaətinə gəlməyə imkan verir. Cavabdehin mənzildə olan pasport qeydiyyatı hazırda formal xarakter daşımaqla “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsində təsbit edilmiş bu qanunun məqsədlərinin təmin edilməsinə xidmət etmir. Ona görə də, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz (dinc) istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia tələbi təmin edilməli; -Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən yaşayış və istifadə hüququ itirilmiş hesab edilməli; -iddia təmin edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən yaşayış və istifadə hüququ itirilmiş hesab edilsin. İddia təmin edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-953/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-953/2024
24.09.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver