Məhkəmə qərarları › İş №2(078)-96/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-96/2021

10.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-96/2021 10.02.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladı Cavabdeh onun mülkiyyətində olan ünvan 2 mənzil 36-da olan evinə istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə təqdim edərək iddia tələbinin dəqiqləşdirilməsini xahiş edərək tələbə iddaçı İddiaçı mülkiyyətində olan ünvan 2 mənzil 36-da yerləşən evindən Cavabdeh ilə yanaşı onun övladları olan 2006-cı il təvəllüdlü X8 və 2010-cu il tarixdə anadan olmuş X4 istifadə hüquqlarının itirilməsi çərçivəsində baxılmasını xahiş etmiş, məhkəmənin qərardadı ilə iddiaçının xahişi təmin edilmiş, mülki işə Cavabdeh və onun övladları olan 2006-cı il təvəllüdlü X8 və 2010-cu il tarixdə anadan olmuş X4 X1 mülkiyyətində olan ünvan 2 mənzil 36-da yerləşən evindən istifadə hüquqlarının itirilməsi tələbi çərçivəsində baxılmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə təmsil etdiyi və hüquqlarını müdafiə etdiyi iddiaçının yaşlı və xəstə olması ilə əlaqədar məhkəmə iclaslarında iştirak etmədiyini bildirib onun iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında izahat verən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək bildirmişdir ki, cavabdeh iddiaçının qızıdır. Cavabdeh 2004-cü ildə ailə quraraq Gəncə şəhərinə köçmüş və həyat yoldaşı ilə Moskva şəhərinə getmişdir. Həyat yoldaşı Moskva şəhərində yaşasa da cavabdeh hazırda Gəncə şəhərində övladları ilə birlikdə yaşayır. Cavabdehin və uşaqlarının iddiaçının mənzilində pasport qeydiyyatında olmaları iddiaçının həmin mənzil üzərində sərəncam vermək hüquqlarına maneə törədir. Belə ki, iddiaçı mənzilini satmaq və bağışlamaq istəyir, lakin orada qeydiyyatda olan şəxslərin razılığı tələb edilir. Cavabdeh isə uzun illərdir ailə quraraq daimi olaraq həmin mənzildən getmişdir. Cavabdehin mənzilin pasport qeydiyyatından çıxarılması üçün İnzibati Məhkəməyə müraciət etmək istəsələr də onlara cavabdehin iddiaçının ailə üzvü olduğundan ilk əvvəl onun istifadə hüquqlarının itirilməsi üçün ümumi məhkəmədə iddia qaldırmaq hüquqları izah edilmişdir. Cavabdehlə bərabər onun övladları da faktiki yaşamadıqları halda mənzilin pasport qeydiyyatına alınmışdır. Cavabdeh 2004cü ildə ailə qurmuş, həmin vaxt keçmiş Mənzil Məcəlləsi qüvvədə olmuşdur. Həmin Məcəlləsə görə yaşayış yerini tərk etmiş kirayəçinin və ailə üzüvünün həmin yerdə istifadə hüququ altı ay müddətinə saxlanılır. Əgər şəxs daimi olaraq yaşayış yerini tərk edirsə kirayə müqaviləsi getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir və yaşayış sahəsinə hüquqları itirilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, cavabdeh xx xxxxxx 2021-ci il tarixdə məhkəməyə teleqram göndərərək qeydiyyatda olan evinin ata evi olduğunu, hazırda iki övladı ilə birlikdə həmin evdə qeydiyyatda olduğunu, onun və uşaqlarının qeydiyyata düşməyə yerinin olmadığını, hazırda yaşadığı yerdə heç bir evin sənədinin olmadığını, həmin evdən pay istədiyini, ata mülkü oduğunu, qeydiyyatdan çıxarılmasına etiraz etdiyini, hazırda Gəncə şəhəri Sevinc qəsəbəsində yaşadığını, qəsəbədə ünvan olmadığını bildirmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərmişdir ki, iddiaçı onun anası, cavabdeh isə bacısıdır. Bacısı 2004-cü ildə ailə quraraq Gəncə şəhərinə getmiş və hazırda ailəsi ilə orada yaşayır, iki övladı vardır. Yaşadıqları yer sənədləşdirilmədiyinə görə övladları da anasının adına olan mənzilin pasport qeydiyyatındadırlar. O anası ilə yaşayır və anası evi satmaq istəsə də qeydiyyatda olan şəxslərin razılığı tələb edilir. Bununla bağlı bacısı Nailəyə zəng vursalar da Nailə məhkəmə yolu ilə məsələnin həll edilməsini onlara bildiribdir. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, iddiaçı Alvina ilə qonşudur. Alvinanın qızı Nailə uzun illərdir ki, ailə qurub və Gəncə şəhərində yaşayır. Alvina mənzilini satmaq istəyir və Nailə ona razılıq ərizəsi göndərmir. Uzun illərdir ki, Nailə həmin evdən çıxıb gedibdir, nadir hallarda ailəsini görməyə gəlir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını, şahidlərin ifadələrini dinləyib, cavabdehin teleqramını, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib,onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx xxxx 2020-ci il tarixli MH seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan aydın olur ki, ünvan 2 mənzil 36 ünvanında yerləşən ümumi sahəsi 66.36 kv.metr sahəsi olan mənzil tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 5 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 1298 nömrəli arayışdan aydın olur ki, Muradova X3 şəhəri H.Əliyev 3, mənzil 36-da qeydiyyatdadır və aşağıdakı ailə üzvləri vardır. 1.Cavabdeh-qızı-1977 2.X5-qızı-1990 3.X9-nəvəsi-2006 4.X10-nəvəsi-2010 İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 5 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 1296 nömrəli arayışdan aydın olur ki, Əliyeva X7 şəhəri H.Əliyev 3, mənzil 36-da qeydiyyatdadır lakin 2004-cü ildə ailə həyatı qurub və bu ünvanda yaşamır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının tələbinin qanuni əsasını analogiyanı tətbiq etməklə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60, 87-ci maddələri təşkil edə bilər. Məhkəmə qeyd edir ki, tərəflər arasında hüquq münasibətləri 2004-ci ildən əvvəl yarandığından, hazırki mübahisəyə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. xx.xx.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. xx.xx.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi aşağıdakı hallarda daha uzun müddət saxlanır: 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda—həqiqi hərbi xidmət müddətində; praporşik, miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqda—hərbi xidmətin birinci beş ili ərzində; 2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələrin, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i. a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i. a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə-həmin işin görülməsinin və ya təhsilin bütün müddətində; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə-onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə. Uşaqların çıxdıqları yaşayış sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi); 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə— bu vəzifəni yerinə yetirdiyi bütün müddətdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə— bu müəssisədə qaldığı bütün müddətdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə—orada olduğu bütün müddətdə; 7) həbs olunduqda—istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə... 10) cinayət üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə – təhlükəsizlik tədbirlərinin qüvvədə olduğu müddətdə. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsini daha uzun müddətə saxlamanın digər şərtləri və halları SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən olunur. Bu maddənin 1-7-ci və 10-cu bəndlərində göstərilən hallarda müvəqqəti başqa yerə getmiş şəxslərin yaşayış sahəsi müvafiq bənddə göstərilən müddətin qurtardığı gündən altı ay ərzində saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında xx xxxx 1999-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. İşin hallarından görünür ki, Cavabdeh ailə üzvü olaraq mübahisli mənzildə 2004-cü ilə kimi yaşamış, sonra ailə quraraq başqa yerə köçmüşdür. Məhkəmə cavabdehin 2004-cü ildə iddiaçının mülkiyyətində olan mənzildən ailə quraraq köçüb getməsini daimi çıxıb getməsi kimi qiymətləndirir. Beləliklə, icarədarın ailə üzvü kimi cavabdehin yaşayış sahəsindən getməsi onun yaşayış sahəsindən daimi olaraq çıxıb getməsi kimi qiymətəndirilərək bu hal cavabdehin mübahisəli evdən istifadə hüququnun saxlanılmaması kimi qəbul edilməlidir. Buna görə də Cavabdeh Naxçıvan şəhəri, Heydər Əliyev 3, ev 36-da yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə iddia tələbinin digər hissəsinə yəni Cavabdeh və onun övladları olan 2006-cı il təvəllüdlü X8 və 2010-cu il tarixdə anadan olmuş X4 X1 mülkiyyətində olan ünvan 2 mənzil 36-da yerləşən evindən istifadə hüquqlarının itirilməsinə münasibətdə də iddia tələbinin təmin edilməsi nəticəsinə gəlir və gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlənrinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edlənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Cavabdeh övladlarının yaşayış yerin cavabdehin yaşayış yeri sayıldığından, onların da cavabdehlərlə birlikdə mübahisəli mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi qanunun tələblərindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1 və 27.2-ci maddələrinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər; ön dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüququnu itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehlərin uşaqları ilə birlikdə iddiaçının mülkiyyətində olan mənzildə yaşaması Azərbaycan Respublikası Konstitusiyasının 43-cü və İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından iddiaçının mənzil hüquqlarına müdaxilə kimi qiymətləndirilməlidir. Məhkəmə Cavabdeh tərəfindən məhkəməyə daxil olan teleqrama münasibət bildirərək qeyd edir ki, hazırki iddia tələbi qeydiyyatdan çıxarılma deyil, yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbidir. Cavabdeh müqavif qeydiyyatdan çıxarılma ilə bağlı iddia tələbi irəli sürüldüyü halda həmin arqumentlərini təqdim edə bilərdi. Hazırki iddia predmetinə baxılarkən cavabdeh mübahisəli mənzildə yaşayamsına dair hər hansı mötəbər sənədi məhkəməyə təqdim etməmişdir. Beləliklə, yuxarıda göstərilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, iş üzrə İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, H.Əliyev 3, ev 36-da yerləşən fərdi yaşayış evindən Cavabdeh və yetkinlik yaşına çatmayan uşaqları X8 və X4 istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh və yetkinlik yaşına çatmayan uşaqları X8 və X4 İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, H.Əliyev 3, ev 36-da yerləşən fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar