Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-960/2024 05.09.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evdən məcburi çıxarma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus ünvan 1 ünvanında 0.0463 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 139.96 kv.m olan fərdi yaşayış evindən məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini əsaslandıraraq qeyd etmişdir ki, ünvan 2 ünvanında 0.0463 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 139.96 kv.m olan fərdi yaşayış evi qeydiyyat nömrəsi **********, 18/58 nömrəli reyestr kitabının 11326 vərəqində qeydiyyata alınmaqla tam mülkiyyət hüquqi ilə ona məxsusdur. Mərhum atası X18 2006-cı il tarixdə vəfat etmişdir. Qanunla müəyyən olunmuş müddətdə həmin miras əmlak digər qanuni vərəsələrin razılıq ərizələri əsasında onun mülkiyyətinə keçmişdir. Sözü gedən mənzildə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeydiyyatdadır və yaşayır. Cavabdeh1 onun X2 ilə evləndikdən sonra mərhum atası X9 razılığı əsasında 2000-ci ildən sonra həmin evə gəlin köçüb yaşamışdır. X2 uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır. O ailə üzvləri ilə birlikdə ona məxsus mənzildə yaşayır. X1 həyat yoldaşı və övladları həmin mənzildə onun və ailə üzvlərinin normal yaşamağına mane olurlar. Tez-tez evə söz söhbət salırlar. O yaxın günlərdə övladını evləndirib yaşadığı mənzilə gəlin köçürmək niyyətindədir. Belə olan halda cavabdehlərin həmin mənzildə qeydiyyatda olub və yaşamaları isə ona xeyli çətinlik yaradır. O öz mülkiyyətindən sərbəst şəkildə istifadə edə bilmir. Cavabdehlərin ona aid mənzildə yaşaması və mütəmadi olaraq münaqişə yaratması onun hüquqlarını pozur. Ona görə cavabdehlərin onunla birgə yaşaması qeyri-mümkün olacağından evdən çıxarılmasını istəyir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 28 iyun 2024-cü il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək ərizədə iddiaçı Rzayev X8 Şəhər Məhkəməsinə iddia ilə müraciət edərək onları, yəni evin daimi sakinlərini, həmin evin əsil sahibi olmuş mərhum qaynatası X12 tərəfindən ailə üzvü kimi qəbul edilmiş üzvlərini məcburi qaydada evdən çıxarılmasını xahiş etmişdir. İddiaçı evdən məcburi qaydada çıxarılmalarını onunla əsaslandırır ki, guya onlar onun ailə üzvlərinin normal yaşamına mane olur, tez-tez sözsöhbət salırlar. Amma əksinə olaraq bütün söz-söhbətin yaranmasına məhz onlar səbəb olurlar. İddiaçı iddia tələbi tamamilə əsassızdır, qəbuledilməzdir və rədd edilməlidir. Belə ki, o-Cavabdeh1 2001-ci ildə X11 ilə rəsmi nikaha girərək ailə həyatı qurmuşlar. Özü Bakı şəhərindən olmasına baxmayaraq həyat yoldaşı Rzayev Məhərrəmin atasına məxsus (mərhum Rzayev Əliyə) evə gəlin gəlmiş və onu Rzayev Əli və onun ailə üzvləri ailə üzvləri sırasına qəbul edərək daimi yaşayışları üçün evin müəyyən bir hissəsindən yaşayış sahəsi ayırıb onların istifadəsinə vermişlər və həmçinin yaşadıqları evə daimi qeydiyyatını da həyata keçirmişlər. Həmin yaşayış sahəsində yaşadıqları bu müddətdə birgə nikahlarından Elvin və Emil adlı iki övladları olub və uzun illərdir ki, ailə üzvləri ilə birlikdə qeydiyyatında durmaqla həmin mənzil sahəsində yaşayırlar. Həyat yoldaşı Rzayev Məhərrəm uzun illər Naxçıvan şəhərində müxtəlif sahələrdə çalışaraq ailəsini dolandırırdı. Lakin bir neçə il bundan əvvəl keçirmiş olduğu xəstəliklə əlaqədar burada özünə uyğun iş tapmaqda çətinliklər çəkdiyindən qazanc əldə edib ailəsini dolandırmaq məqsədi ilə Rusiya Federasiyasına getmiş və orada özünə iş taparaq müvəqqəti olaraq qalır və vaxtaşırı Naxçıvana gələrək ailəsinin yanında yaşayır. 2005-ci ildə evin əsil sahibi Əli Rzayev vəfat etmiş və vərəsələrin birgə razılığına əsasən ev İddiaçı adına keçirilmişdir. Həmin vaxt onlar yəni qardaşı Məhərrəm Rzayevin, həyat yoldaşı Arzu və övladları Elvin və Emilin yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi barədə hər hansı bir razılaşmaları, söhbətləri olmamış, əksinə İddiaçı də onların orada yaşamasını qəbul etmişdir və gələcəkdə onların özünə ev alaraq oradan çıxacaqları təqdirdə ev almalarına yardım olaraq onlara 10 000 (on min) dollar məbləğində yardım da edəcəyinə söz vermişdir və elə bu şərt müqabilində də evin onun adına keçirilməsinə razılıq verilmişdir. Lakin keçən bu uzun illər ərzində iddiaçı onlara heç bir yardım etməmişdir. Bu onu göstərir ki, evin onun adına keçirilməsi naminə razılıqlarını almaq üçün onları hiylə ilə aldatmışdır. Onların isə maddi durumları özlərinə ev almağa imkan vermir. Evdən çıxmaları üçün də hər hansı bir səbəb və əsas yoxdur. Amma son illərdə bu məsələni onlar ciddiləşdirərək onları narahat etməyə başlayıblar. Buna görə də İddiaçı onları yaşadıqları evdən məcburi qaydada çıxarmaq məqsədilə məhkəməyə vermişdir. Halbuki onların yaşadıqları evdə yaşayış hüququ evin əsil sahibi mərhum qaynatası Əli Rzayev tərəfindən illər öncə təmin edilmiş, tanınmış və qəbul edilmişdir. İddiaçı məhkəmədə qaldırdığı iddia tamamilə qanunsuz, əsassız və ədalətsiz olduğu üçün ona hüquqi qiymət verilə bilməz. Qeyd etdikləri xüsusatları nəzərə alaraq İddiaçı barələrində məhkəməyə təqdim etmiş olduğu “evdən məcburi çıxarılma tələbi” barədə iddiasının rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında izahat verən İddiaçı oğlunun evləndiyini, 3 ailənin bir evdə birlikdə yaşamasının mümkün olmadığını, həmçinin qardaşının böyük oğlu ilə danışdığını, artıq getmək lazım olduğunu dediyini, qardaşının istədiyi vaxt gəlib həmin evdə yaşaya biləcəyini, ancaq onun arvadının, uşaqlarının, yəni özünün yaxın qohumu sayılmayan şəxslərin onun evində yaşamasını istəmədiyini, həmçinin düşmən kimi olduqlarını, birlikdə yaşamalarının mümkün olmadığını, 2006-cı ildə qardaşına 10000 dollar verəcəyini dediyini, yəni həmin vaxt evdən çıxsaydılar ev tikməyə başlasaydılar köməklik edəcəyini, indi də faktiki olaraq torpaq alıb ev tikməyə başlasalar bir əmi kimi köməklik edəcəyini, özünün borcu olduğunu, kompensasiya kimi həmin pulu cavabdehlərə verə bilməyəcəyini, 18 ildir onun mülkiyyətində olan evdə yaşadıqlarını, cavabdehlərə kompensasiya vermək vəzifəsi olmadığını, özünün də şəxsi həyatı olduğunu, sərbəst yaşamaq hüququnun təmin edilməsini istədiyini bildirərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh1 izahatında 2001-ci ildən həmin evdə yaşadığını, evə gəlin kimi köçdüyünü, həmin vaxt qayınatasının da sağ olduğunu, razılıq verdiyini, özü həmin evə gəlin köçəndə iddiaçının Gəncə şəhərində yaşadığını, sonradan gəldiyini, həmin vaxt mirası qəbul edərkən iddiaçının onun həyat yoldaşına 10000 dollar pul verəcəyini dediyini, onun da bu şərtlə mirasdan imtina etdiyini, yazılı heç nə olmadığını, evi böləcəklərini dediklərini, gətirib ortadan dirəklər vurduqlarını, belə yaşadıqlarını, sonra qapı açmaq istədiklərini ancaq iddiaçının qapı açmağın mümkün olmadığını dediyini, ancaq həmin yerdən pəncərə açdıqlarını, illərdir onları aldatdıqlarını, iddiaçının anasına özünün baxdığını, hazırda onları evdən çıxarmaq üçün gəlini bəhanə etdiyini, həyat yoldaşının infarkt keçirtdiyini, beyninə qan sızdığını, özünün də xəstə olduğunu, uşaqlarının da səhhətləri ilə bağlı problemləri olduğunu, uşaqlarının 4000 manata avtomobil aldıqlarını, onu da hissə-hissə ödədiklərini, evin heç də balaca olmadığını, həyətinin də böyük olduğunu bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh3 izahatında mübahisəli evin 5 otaqlı ev olduğunu, 3 otağın iddiaçıda, 2 otağın da onlarda olduğunu, 10000 dollar versə evdən çıxacaqlarını bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh2 izahatında özünün heç evdə olmadığını, aralarında münaqişə olmadığını, babası öləndə əmisinin evi adına keçirtdiyini, 3 nəfərin aylıq əmək haqqının normal olmadığını, avtomobili də kreditlə aldıqlarını, yaşamağa başqa yerləri olmadığını bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını dinləyən məhkəmə müəyyən edir ki, X11 ilə Cavabdeh1 arasında 08 noyabr 2001-ci il tarixdə nikah bağlanması, Cavabdeh1 həmin vaxtdan ünvan 1 ünvanında yerləşən mənzilə köçərək orada yaşaması, onların birgə nikahlarından cavabdehlər 28 avqust 2002-ci il təvəllüdlü Cavabdeh3 və 28 avqust 2003-cü il təvəllüdlü Cavabdeh2 adlı uşaqlarının doğulması və onların da həmin evdə yaşamaları, 2006-cı ildə isə həmin mənzilin iddiaçının adına rəsmiləşdirilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olması işin mübahisəsiz hallarıdır. Həmin halların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən 14 noyabr 2006-cı il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışdan Naxçıvan şəhəri H.Aslanov küçəsi döngə 6-da mülkiyyətdə olan 472.4 kv.m torpaq sahəsində yerləşən, 1 mərtəbəli 1 otaqlı 23.2 kv.m yaşayış, 19.5 kv.m qeyri-yaşayış, 16.2 kv.m köməkçi sahədən ibarət 19 nömrəli fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydiyyata alınması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan ünvan 1 ünvanında 0.0463 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 139.96 kv.m olan fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18/58 nömrəli reyestr kitabının 11326 nömrəli vərəqində qeydiyyata alınması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən verilmiş 05 iyun 2006-cı il tarixli, AZ-İ seriyalı, 163795 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X9 14 may 2006-cı il tarixdə mədə xərçəngi səbəbindən Naxçıvan şəhərində vəfat etməsi; -iş materiallarına əlavə olunmuş və Naxçıvan şəhər VVADQ Şöbəsi tərəfindən verilmiş 25 fevral 1976-cı il tarixli, İV-ЖГ seriyalı, 305590 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X18 ilə X5 birgə nikahlarından 13 yanvar 1976-cı il təvəllüdlü X11 adlı övladlarının doğulması; -iş materiallarına əlavə olunmuş və Naxçıvan şəhər VVADQ Şöbəsi tərəfindən verilmiş 08 noyabr 2001-ci il tarixli, AZ-İ seriyalı, 041535 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X11 ilə X14 arasında 08 noyabr 2001-ci il tarixdə Naxçıvan şəhər Nikah Evində nikah bağlanması, həmin tarixdə bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 271 nömrə ilə qeyd edilməsi; -iş materiallarına əlavə olunmuş və Naxçıvan şəhər VVADQ Şöbəsi tərəfindən verilmiş 16 sentyabr 2002-ci il tarixli, AZ-İ seriyalı, 256190 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X11 ilə Cavabdeh1 birgə nikahlarından 28 avqust 2002-ci il təvəllüdlü Cavabdeh3 adlı övladlarının doğulması; -iş materiallarına əlavə olunmuş və Naxçıvan şəhər VVADQ Şöbəsi tərəfindən verilmiş 13 oktyabr 2003-cü il tarixli, AZ-İ seriyalı, 381397 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X11 ilə Cavabdeh1 birgə nikahlarından 28 avqust 2003-cü il təvəllüdlü Cavabdeh2 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 09 aprel 2024-cü il tarixli, 369 nömrəli arayışdan İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olması və ailə üzvlərinin arvadı X15, qızı X10 və oğlu X7 olması; -iş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 08 iyul 2024-cü il tarixli, 561 nömrəli arayışdan X6 ünvan 1 ünvanında qeydiyyatda olması və ailə üzvlərinin arvadı Cavabdeh1, oğlu Cavabdeh3 və oğlu Cavabdeh2 olması; -iş materiallarına əlavə olunmuş 23 avqust 2006-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 14 may 2006-cı il tarixdə vəfat etmiş X9 əmlakının vərəsəsi ünvan 1 ünvanında yaşayan İddiaçıdur. -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 09 aprel 2024-cü il tarixli, 370 nömrəli arayışdan İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 17 aprel 2024-cü il tarixli, 384 nömrəli arayışdan Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatda olması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 17 aprel 2024-cü il tarixli, 385 nömrəli arayışdan Cavabdeh3 ünvan 1 ünvanında qeydiyyatda olması; -iş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 08 iyul 2024-cü il tarixli, 564 nömrəli arayışdan X4 ünvan 1 ünvanında qeydiyyatda olması; -iş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 08 iyul 2024-cü il tarixli, 563 nömrəli arayışdan X6 ünvan 1 ünvanında qeydiyyatda olması aydın olur. Hazırda iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlərin məcburi qaydada çıxarılmasını tələb etməsi isə mülki işin mübahisəli halıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, həmin izahatları iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin mübahisəli halının həlli baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, cavabdehlərin iddiaçıya məxsus mənzildən çıxarılması məsələsi həll edilərkən, ilk öncə cavabdehlərin həmin mənzildən istifadə hüququnun olubolmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli Qərarında göstərilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 oktyabr 2013-cü tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30 cu maddəsinin müddəaları tətbiq edilməlidir. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir İş materialları ilə müəyyən olunur ki, iddiaçının X2 ilə Cavabdeh1 arasında 08 noyabr 2001-ci il tarixdə nikah bağlanmış, Cavabdeh1 həmin vaxtdan ünvan 1 ünvanında yerləşən mənzilə köçərək orada yaşamış, onların birgə nikahlarından cavabdehlər 28 avqust 2002-ci il təvəllüdlü Cavabdeh3 və 28 avqust 2003-cü il təvəllüdlü Cavabdeh2 adlı uşaqları doğulmuş və onlar da həmin evdə yaşamış, 2006-cı ildə isə həmin mənzil iddiaçının adına rəsmiləşdirilmişdir. Eyni zamanda tərəflər arasında mübahisəli hüquq münasibəti 01 oktyabr 2009-cu il tarixdən əvvəl yaranmışdır, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarlarına əsasən bu halda mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair 27 may 2008-ci il tarixli Qərarında göstərilir ki, MM-in 228.5-ci maddəsi onu da nəzərdə tutur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə gəldikdə isə, MM-in 228.5-ci maddəsi həmin şəxslərin köçürülməsini mülkiyyətçinin razılığı ilə şərtləndirmişdir. Qanunun bu müddəalarının mənasına görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur. Göründüyü kimi qanunvericilik bu müddəada qeyd olunan şəxslərin yaşayış binasının tərkib hissəsinə köçürülməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Lakin, bunun üçün mülkiyyətçinin razılığının xüsusi olaraq mütləq şərt kimi müəyyən edilməsi qeyd olunan şəxslər tərəfindən yaşayış binasının tərkib hissəsindən əldə edilən istifadə hüququnun mülki hüquq sahəsi baxımından əşya hüququ kimi qiymətləndirilməli olmasına dəlalət edir. Konstitusiya Məhkəməsi Plenumunun Həmin Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər iddiaçının ailə üzvü hesab olunmadıqlarından, onların iddiaçıya məxsus yaşayış evindən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Belə ki, qeyd olunan maddi hüquq normalarına əsasən mülkiyyətçinin ailə üzvü sayılmayan şəxslərin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Lakin, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə bağlanmamışdır. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi olan iddiaçı ilə cavabdehlər arasında yaşayış sahəsindən istifadə hüququnun yaranması ilə bağlı notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, cavabdehlərin həmin yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin, cavabdehlərin hər hansı hüququnun olmamasına baxmayaraq, həmin mənzildən könüllü olaraq çıxmaması nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilmir. Odur ki, iddiaçı ona məxsus mənzildən cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır. Konistitusiyanın 29-cu mddəsində qeyd olunur ki, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləninin 153.3-cü maddəsinə əsasən əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz (dinc) istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq cavabdehlərin iddiaçıya məxsus mənzildə olması iddiaçının mənzil üzərində mülkiyyət hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlakı üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehlərin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia tələbi təmin edilməli; -İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məcburi qaydada çıxarılmalı; -iddia təmin edildiyindən 100 (yüz) manat miqdarında dövlət rüsumu iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin olunsun. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məcburi qaydada çıxarılsın. İddia təmin edildiyindən 100 (yüz) manat miqdarında dövlət rüsumu iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №2(078)-960/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-960/2024
05.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver