Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-960/2025 23.12.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nəsibli Fərid İlham oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətdə olan torpaq sahəsindən sahibliyə və istifadəyə olan maneənin aradan qaldırılması və ortaq divarın məcburi qaydada sökülməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında (20-ci məhələ,128 ) 1004.00 kvm torpaq sahəsinin 117.46 kvm hissəsindən sahibliyə və istifadəyə Cavabdeh tərəfindən olan maneənin aradan qaldıırlması və ortaq divarın Cavabdeh vəsaiti hesabına məcburi qaydada sökülməsi, 01 fevral 2025-cı il tarixdə hüquqi yardımın göstərilməsi haqqında 04/07 müqavilə əsasında ödədiyi 100 manatın, 20 manat marka pulunun, 14 may 2025-ci il tarixdə hüquqi yardımın göstərilməsi haqqında EM-06/**-VK-***16/25 nömrəli müqavilə əsasında ödədiyi 500 manatın və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi 100 manat dövlət rüsumunun alınıb ona verilməsi. barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 13 iyun 2012-ci il tarixdə Naxçıvan şəhər 2-ci DNK –da qeydiyyata Qəzənfər 4/Ə-01-22A nömrəli alqı-satqı müqaviləsi əsasında mərhum X6 mülkiyyətində olan və ünvan 2 ünvanında yerləşən 1999.7 kvm torpaq sahəsinin 1004 kvm hissəsini almışdır. Hümbət Baxşıyev vəfat etdiyindən qalan torpaq sahəsi fərdi yaşayış evi ilə birlikdə Naxçıvan şəhər 3 saylı notariat ofisində rəsmiləşdirilmiş 21 yanvar 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Hümbət Baxşıyevin arvadı X8 adına 15 fevral 2021-ci il tarixdə qeydiyyata arvadı X8 adına 15 fevral 2021-ci il tarixdə qeydiyyata alınmışdır. Tünzalə Baxşıyeva fərdi yaşayış evini torpaq sahəsi ilə birlikdə 08 aprel 2021-ci il tarixli Naxçıvan şəhər 3 saylı Notariat Ofisində qeydiyyata alınan 4Ə-120 nömrəli müqavilə əsasında qızı Cavabdeh bağışlamışdır. Həmin müqavilə əsasında da 04 may 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına qeydiyyata alınmışdır. 04 oktyabr 2024-cü ildə mərhum X5 aldığı torpaq sahəsi Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən ölçülərkən sənəd üzrə 1004.00 kvm torpaq sahəsi faktiki olaraq 886.54 kvm olması müəyyən edilməklə 117.46 kvm azalma aşkar qızının edilmişdir ki, həmin ölçüdə torpaq sahəsi hasarla ayrılan Cavabdeh olan mülkiyyətində olan torpaq sahəsində qalmışdır. Mülkiyyətində olan 117.46 kvm torpaq sahəsindən Cavabdeh tərəfindən istifadəyə və sahibliyə olan maneənin aradan qaldırılması, hasar divarının öz vəsaiti hesabına sökülməsini istəyir. Cavabdeh ölçülərək Cavabdeh istifadəsində qalmış 117.46 kvm torpaq köməklik mənim mülkiyyətimdə olan torpaq sahəsinə əlavə edilməsi barədə Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak qeydiyyatı Dövlət xidmətinə göndərdiyi məktubuna cavab verilərək hüquqların üzrə müraciət ilə bağlı mübahisələr məhkəmə qaydasında həll olunduğundan aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Aldığı torpaq sahəsi qaytarılmasını tələb etdiyi torpaq sahəsindən 117.46 kvm az olduğundan həmin ölçüdə torpaq sahəsinin qaytarılması barədə Cavabdeh göndəriyi pretenziya məktubuna cavab verilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh məhkəməyə xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, məhkəmədə baxılan iş üzrə iddiaçı özünə məxsus torpaq sahəsinin ölçülməsi zamanı guya 117.46 kvm ərazinin azaldığını və həmin hissənin onun – Cavabdeh mülkiyyətində qaldığını iddia edir, həmçinin onun tərəfindən hasar çəkildiyini bildirərək həmin hasarın sökülməsini tələb edir. O bu iddianı tamamilə əsassız hesab edir və aşağıdakı arqumentləri məhkəmənin diqqətinə çatdırır: 1. İddiaçı tərəfindən sübut təqdim edilməyib, iddiaçı iddiasını dəstəkləmək üçün məhkəməyə hər hansı rəsmi kadastr planı, ekspert rəyi və ya torpaq ölçmə sənədi təqdim etməmişdir. Təkcə iddiaçı tərəfindən verilən ümumi istinadlarla torpağın guya azaldığını təsdiq etmək mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər kəs iddiasını əsaslandıran sübutları özü təqdim etməlidir. 2. Guya azalmış torpağın onun ərazisində qalması sübuta yetirilməyib. İddiaçı tərəfdən təqdim edilən heç bir sənəddə həmin 117.46 kvm torpaq sahəsinin məhz onun mülkiyyətində olan torpaq sahəsinə düşdüyünü göstərən rəsmi xəritə, ölçü və ya ekspertiza nəticəsi yoxdur. Bu halda onu cavabdeh kimi göstərməsi əsassızdır. 3. Hasar məsələsi iddiaçı iddia edir ki, həmin torpaq sahəsi guya onun tərəfindən hasarlanmışdır. Lakin onun tərəfindən indiyə qədər həmin ərazidə heç bir hasar çəkilməmişdir. Ona görə də “hasarın sökülməsi” tələbi tam əsassızdır. 4. İddianın əsassızlığı. Ümumilikdə, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar iddianı əsaslandırmır. Onun iddiaları yalnız fərziyyələrə əsaslanır və qanuni qüvvəyə malik rəsmi sənədlərlə dəstəklənməmişdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsini rəhbər tutaraq, iddiaçının onun barəsində irəli sürdüyü tələblərinin əsassız hesab edilməsini, torpaq sahəsinə dair iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil izahatında iddiaçının 2012-ci ildə torpaq sahəsini alqı-satqı müqaviləsi ilə aldığını, 2024-cü ilin oktyabr ayında iddiaçının torpaq sahəsindəki ölçüdən 117 kv metr kəsr gəldiyini, alqı-satqı zamanı ölçülərin aparılmadığını, divarın necə çəkildiyini bilmədiyini, hasarın çəkilməsinin 117 kvadrat əksik olmasına gətirib çıxarmayacağını, az bir hissə olmadığını, kəsr gələn torpaq sahəsinin bərpa edilməsini ayrılıb iddiaçının torpağına kəsr torpağın birləşdirilməsini istədiklərini bildirmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında Whatsapp vasitəsilə iclasa qoşulan İddiaçı izahatında torpaq sahəsini 2012-ci ildə aldığını, 48 min manata aldığını, sotunu 10000-dən artıq qiymətə aldığını, qonşu arasında olan hasarın daima olduğunu, torpağı alarkən də hasarın olduğunu, alanda torpaq komitəsinin gəlib ölçdüklərini, baxdıqlarını, sonra sənədləşdirdiklərini, son zamanlarda torpaq sahəsinin sənəddəkindən az olduğunu gördüyünü, belə ki, onun torpaq sahəsini satdığını, notariat qaydada alqı-satqı müqaviləsi bağladıqlarını, daha sonra daşınmaz əmlakdan gəlib torpaq sahəsini ölçdüklərini torpağın az olduğunu, torpaq komitəsinin o zaman ölçdükdə az olduğunu demədiyini, müqavilə bağladığı şəxsin isə əmlakı adına qeydiyyata aldıqmadığını bildirərək məhkəmədən iddianın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak etmiş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X23 izahatında ölçülərin aparıldığını, artıq kvadrat almadığını, hər bir kvadratın qeydiyyatdan keçirildiyini, 117 kvadrat torpaq sahəsinin 57 kvadrat metri Ayselin həyətində olduğunu, qalan 61 kvadrat metrini isə torpaq sahələri həmin ərazi üzrə sürüşmə olduğundan hansı hissədə olmasının müəyyən edilmədiyini bildirmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmiş, lakin elektron kabinet vasitəsilə etiraz göndərmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə, əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə işin mahiyyəti ilə əlaqədar işə əlavə edilmiş aşağıdakı materialları qiymətlənmişdir: Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən” Çıxarışa, əsasən, Daşınmaz əmlak 18/11 nömrəli reyestr kitabının 2131 nömrəli vərəqində qeydə alınmışdır. Naxçıvan şəhəri, 20-ci məhəllədə yerləşən 0.0996 ha torpaq sahəsindəki 65.00 kv.m qeyr yaşayış, 107.40 kv.metr yaşayış sahəsi tam mülkiyyət hüquqi üzrə X6 mülkiyyətindədir. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 04/953 nömrəli məktubda qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində X6 adına xx.xx.2011-ci il tarixdə JN-280A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə, 14/654 nömrəli Qeydiyyat vəsiqəsi əsasında ünvan 3 ünvanında 1999,7 m² torpaq sahəsində yerləşən, ümumi sahəsi 223,29 m² olan 5 otaqlı fərdi yaşayış evi qeydiyyata alınmışdır. xx.xx.2012-ci il tarixdə Naxçıvan Şəhər 2-ci DNK-da qeydiyyata alınan 4/Ə-01-22A nömrəli alqı-satqı müqaviləsi əsasında Hümbət Baxşıyev fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 1004 m² hissəsini İddiaçı satmışdır. xx.xx.2021-ci il tarixdə Naxçıvan Şəhər 3 saylı notariat ofisində qeydiyyata alinan 2V-8 nömrəli vərəsəlik şəhadətnaməsi əsasında fərdi yaşayış evı qalan 995.7 m torpaq sahəsi ilə birlikdə xx.xx.2021-ci il tarixdə X8 adına qeydıyyata alınmışdır. Haliyədə həmin ünvanda X6 adına torpaq sahəsı mövcud deyil. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən aydın olur ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş- X6 vərəsələri: ünvan 4 ünvanında qeydiyyatda olan X16 (AZE06503812, xx.xx.2009 - Naxçıvan, FİN:15B9GJE., d/t:xx.xx.1954) va o miras əmlakdan tam hissədə pay almalıdır. Səhadətiama verilən miras amiak -Naxçıvan Muxtar Respublikasi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2012 tarixdə BAXŞİ X7 verilmiş **********24- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanında 0.0996 ha torpaq šahəsi üzərində yerləşən ümumi sahəsi 223.28 kv/m, yaşayış sahəsi 115.88 kv/m, yardımçı sahəsi 107.4 kv/m, 5 otaqlı olan fərdi yaşayış evidən ibarətdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinın xx.xx.2024-cü il tarixli Daşınmaz əmlakın dövlət reyestrindən məlumatın verilməsi barədə məktubunda bildirilir ki, Naxçıvan Muxtar Respublikasının daşınmaz oman dövlət reyestrində X6 adına xx.xx.2011-cı il tarixdə JN- 280A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə, 14/654 nömrəli Qeydiyyat vəsiqəsi əsasında ünvan 3 ünvanında 1999,7 m² torpaq sahəsində yerləşən, ümumi sahəsi 223,29 m² olan 5 otaqlı fərdi yaşayış evi qeydiyyata alınmışdır. xx.xx.2012ci il tarixdə Naxçıvan Şəhər 2-ci DNK-da qeydiyyata alınan 4/Ə-01-22A torpaq nömrəli alqı-satqı müqaviləsi əsasında Hümbət Baxşıyev fərdi yaşayış evinin yerləşdiyi sahəsinin 1004 m² hissəsini İddiaçı satmışdır. 7/10A xx.xx.2012-ci il tarixdə qeyd olunan torpaq sahəsi Naxçıvan şəhəri, 20-ci məhəllə ünvanı ilə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata notariat ofisində alınmışdır. Əmlakın hazırkı ünvanı 20-ci məhəllə 6/10-dur. ünvan 6 şəhadətnaməsi əsasında fərd yaşayış Tünzalə evi qalan 995,7 m² torpaq sahəsi ilə birlikdə 15 02 2021-ci il tarixda Baxş Adil qızının adına qeydiyyata alınmışdır X22 fərdi yaşayış evini torpaq sahəsı ılə bırlikdə 08 04 2021 cr il tarixde Baxşıyeva şəhər 3 saylı notariat ofisində qeydiyyata alınan 40-120 nomreli mugavile esas ida Aysel Hümbət qızına bağışlamışdır. Yaşayış evi yuxarıda qeyd olunan müqavilə əsasında xx.xx.2021-ci il tarixdə alinmışdır. daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına qeydiyyata 40-368 xx.xx.2022-ci il tarixdə Naxçıvan şəhər 3 saylı notariat ofisində qeydiyyata alınan nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 432,08 m² hissəsini X17 bağışlamışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X4 şəhər 20-ci mahalla döngə 6 ev 12 ünvanında yerləşən, ümumi sahəsi 223.28 kv/m, yaşayış sahəsi 115.88 kv/m yardımçı sahəsi 107 4 kv.m olan 5 olaqlı fərdi tam mülkiyyəti üzrə onun olan hissəni Cavabdeh hədiyyə etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh ünvan 8 ünvanında yerləşən, ümumi sahəsl 0.0996 ha ol olan torpaq sahəsinin tam mülkiyyət üzra on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəni "Hədiyyə alanın" X12 mülkiyyətinə verir. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli, 04/583 nömrəli məktubda qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində X6 adına xx.xx.2011-ci il tarixdə JN280A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə, 14/654 nömrəli Qeydiyyat vəsiqəsi əsasında ünvan 3 ünvanında 1999,7 m² torpaq sahəsində yerləşən, ümumi sahəsi 223,29 m² olan 5 otaqlı fərdi yaşayış evi qeydiyyata alınmışdır. xx.xx.2012-ci il tarixdə Naxçıvan şəhər 2-ci DNK-da qeydiyyata alınan 4/ǝ-01-22A nömrəli alqı-satqı müqaviləsi əsasında Hümbət Baxşıyev fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 1004 m² hissəsini İddiaçı satmışdır. xx.xx.2021-ci il tarixdə Naxçıvan şəhər 3 saylı notariat ofisində qeydiyyata alınan 2V-8 nömrəli vərəsəlik şəhadətnaməsi əsasında fərdi yaşayış evi qalan 995,7 m² torpaq sahəsi ilə birlikdə xx.xx.2021-ci il tarixdə X8 adına qeydiyyata alınmışdır. Tünzalə Baxşıyeva fərdi yaşayış evini torpaq sahəsi ilə birlikdə xx.xx.2021-ci il tarixdə Naxçıvan şəhər 3 saylı notariat ofisində qeydiyyata alınan 40-120 nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh bağışlamışdır. Yaşayış evi yuxarıda qeyd olunan müqavilə əsasında xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixdə Naxçıvan şəhər 3 saylı notariat ofisində qeydiyyata alınan 40-368 nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 432,08 m² hissəsini X17 bağışlamışdır. Haliyədə həmin ünvanda X6 adına torpaq sahəsi mövcud deyil xx.xx.2024-cü il tarixdə İddiaçı məxsus torpaq sahəsinə baxış keçirilərkən ona məxsus torpaq sahəsinin sənəd üzrə 1004,00 m², faktiki olaraq 886,54 m² təşkil etdiyi, torpaq sahəsində 117,46 m² azalma olduğu aşkar edilmişdir. Araşdırma nəticəsində azalan 117,46 m² torpaq sahəsinin 56,26 m² hissəsinin Cavabdeh torpaq sahəsinin sərhədləri daxilində olduğu müəyyən olunmuşdur. Qalan 61,20 m² torpaq sahəsi isə Cavabdeh həyətyanı torpaq sahəsindən şimal istiqamətdə yerləşən torpaq sahələrinin sərhədləri daxilindədir. Qeyd olunan ərazidə yerləşən torpaq sahələrində tikililər aparılan zaman döngə nöqtələrində dəyişikliklər edildiyindən torpaq sahələrinin sənəd üzrə göstəriciləri ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluqlar yaranmışdır. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən” Çıxarışa, əsasən, Daşınmaz əmlak 18/11 nömrəli reyestr kitabının 2131 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə ********* nömrə ilə qeydə alınmışdır. Naxçıvan şəhəri, 20-ci məhəllədə yerləşən 0.0996 ha torpaq sahəsindəki 223.3 kv.metr yaşayış sahəsi tam mülkiyyət hüquqi üzrə Cavabdeh mülkiyyətindədir. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli, 04/868 nömrəli məktubda qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində X6 adına xx.xx.2011-ci il tarixdə JN-280A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə, 14/654 nömrəli qeydiyyat vəsiqəsi əsasında ünvan 3 ünvanında 1999,7 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 223,29 m² olan 5 otaqlı fərdi yaşayış evi qeydiyyata alınmışdır. xx.xx.2012-ci il tarixdə Naxçıvan şəhər 2-ci DNK-da qeydiyyata alınan 4/Ə-01-22A nömrəli alqı-satqı müqaviləsi əsasında Hümbət Baxşıyev fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 1004 m² hissəsini İddiaçı satmışdır. xx.xx.2021-ci il tarixdə Naxçıvan şəhər 3 saylı notariat ofisində qeydiyyata alınan 2V-8 nömrəli vərəsəlik şəhadətnaməsi əsasında fərdi yaşayış evi qalan 995,7 m² torpaq sahəsi ilə birlikdə xx.xx.2021-ci il tarixdə X8 adına qeydiyyata alınmışdır. Tünzalə Baxşıyeva fərdi yaşayış evini torpaq sahəsi ilə birlikdə xx.xx.2021-ci il tarixdə Naxçıvan şəhər 3 saylı notariat ofisində qeydiyyata alınan 4Ə-120 nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh bağışlamışdır. Yaşayış evi yuxarıda qeyd olunan müqavilə əsasında xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixdə Naxçıvan şəhər 3 saylı notariat ofisində qeydiyyata alınan 4ǝ-368 nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 432,08 m² hissəsini X17 bağışlamışdır. Haliyədə həmin ünvanda X6 adına torpaq sahəsi mövcud deyil. xx.xx.2024-cü il tarixdə İddiaçı məxsus torpaq sahəsinə baxış keçirilərkən ona məxsus torpaq sahəsinin sənəd üzrə 1004,00 m², faktiki olaraq 886,54 m² təşkil etdiyi, torpaq sahəsində 117,46 m² azalma olduğu aşkar edilmişdir. Araşdırma nəticəsində azalan 117,46 m² torpaq sahəsinin 56,26 m² hissəsinin Cavabdeh torpaq sahəsinin sərhədləri daxilində olduğu müəyyən olunmuşdur. Qalan 61,20 m² torpaq sahəsi isə Cavabdeh həyətyanı torpaq sahəsindən şimal istiqamətdə yerləşən torpaq sahələrinin sərhədləri daxilindədir. Qeyd olunan ərazidə yerləşən torpaq sahələrində tikililər aparılan zaman döngə nöqtələrində dəyişikliklər edildiyindən torpaq sahələrinin sənəd üzrə göstəriciləri ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluqlar yaranmışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll olunduğundan Sizə aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur. İddiaçının vəkili və nümayəndəsi Vəkil xx.xx.2025-ci il tarixdə Cavabdeh pretenziya məktubu göndərərək bildirmişdir ki, Naxçıvan şəhəri 20-ci məhəllə döngə 6, ev 12 ünvanında 1999.7 kvm torpaq sahəsində yerləşən, ümumi sahəsi 223.29 kvm olan 5 otaqlı fərdi yaşayış evi mərhum atanız X6 adına Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 13 iyun 2012-ci il tarixdə Naxçıvan şəhər 2-ci Dövlət Notariat Kontorunda qeydiyyata alınan 4/Ə-01-22A nömrəli alqı-satqı müqaviləsi əsasında Hümbət Baxşıyev fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 1004 kvm hissəsini İddiaçı satmışdır. 21 yanvar 2021-ci il tarixdə Naxçıvan şəhər 3 saylı Notariat Ofisində qeydiyyata alınan 2V-8 nömrəli vərəsəlik şəhadətnaməsi əsasında fərdi yaşayış evi sənəd üzrə qalan 995.7 kvm torpaq sahəsi ilə birlikdə 15 fevral 2021-ci il tarixdе ananız X8 adına qeydiyyata alınmışdır. Tünzalə Baxşıyeva fərdi yaşayış evini torpaq sahəsi ilə birlikdə 08 aprel 2021-ci il tarixdə Naxçıvan şəhər 3 saylı Notariat Ofisində qeydiyyata alınan 4Ə-120 nömrəli bağışlama müqaviləsi əsasında Sizə bağışlamışdır. 04 oktyabr 2024-cü il tarixdə İddiaçı məxsus torpaq sahəsinə baxış keçirilərkən ona məxsus torpaq sahəsinin sənəd üzrə 1004.00 kvm olması göstərilməsinə baxmayaraq, faktiki olaraq torpaq sahəsi 886.54 kvm təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı almış olduğu torpaq sahəsindən 117.46 kvm əskik gəlmişdir. Həmin torpaq sahəsinin İddiaçı qaytarılması Sizə təklif olunur. Əks təqdirdə torpaq sahəsinin Sizdən alınıb verilməsi barədə məhkəməyə müraciət olunacaqdır. Bununla bağlı məktubu aldıqdan sonra 10 günün ərzində cavab verməyiniz Sizə təklif olunur. Mübahisə məhkəmə səviyyəsində həll olunarsa bununla bağlı çəkəcəyim bütün xərcin Sizdən alınıb mənə verilməsini məhkəmədən xahiş edəcəyəm. X9 ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilədə bildirilir ki, X9, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyat tarixi xx.xx.2011-ci il, qeydiyyat № **********, reyestr № **********69-10301, çıxarış № ******* əsasında mənə məxsus olan Naxçıvan şəhəri, 20-ci məhəllədə mülkiyyətimdə olan 0,2 ha torpaq sahəsində yerləşən və üzərində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 115,88 kv.m yaşayış, 65,00 kv.m qeyri-yaşayış, 107,40 kv.m köməkçi sahədən ibarət olan 128 nömrəli yaşayış evimin həyətyanı torpaq sahəsindən 1004 kv.m torpaq sahəsini İddiaçı satmışdır. Həmin müqavilə imzalanarkən satılan torpaq sahəsinə görə alıcı İddiaçı 5500 (beş min beş yüz) manat məbləğində pul almışdır. İş materiallarına əlavə olunmuşdur: -Ba seriyalı 099972, 070864, 160338, 041158 və 013121 nömrəli daşınmaz əmlakın icbari siğortası şəhadətnaməsi -X6 AZ-İ seriyalı 493214 nömrəli ölüm haqqında şəhadətnaməsinin surəti, - X6 X16 ilə arasında bağlanmış 315431 nömrəli nikah haqqında şəhadətnamənin surəti, - X6 vərəsələri yoldaşı X16 (1954), oğlu X24 (1980), Cavabdeh (1981), X10r (1987). - X9 AZ1319763 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.1951-ci il tarixdə anadan olmuşdur. --X13 AZ-İ seriyalı 331162 nömrəli ölüm haqqında şəhadətnaməsinin surətinə əsasən xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. -X11 AZ-İ seriyalı 349761 nömrəli ölüm haqqında şəhadətnaməsinin surətinə əsasən xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. -X16 tərəfindən verilən notariat qaydada təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizədə bildirmişdir ki, həyat yoldaşı X9, xx.xx.2012-ci ildə vəfat etmişdir. Onlardan ünvan 5 ünvanında yerləşən mülkü miras qalmışdır. Həmin miras əmlakdan vərəsəlik yolu ilə ona çatan qəbul edirəm. -X24 xx.xx.2020-ci il tarixli çıxarışa əsasən xx.xx.1980-ci il tarixdə anadan olmuşdur. -X24 tərəfindən verilən notariat qaydada təsdiq olunmuş xx.xx.2020-ci il tarixli ərizədə bildirmişdir ki, xx.xx.2012-ci ildə ölmüş atam X5 (qohumluq əlaqəsi və miras qoyanın s.a.a.) irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın mənə çatası hissəsindən imtina edirəm. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cl, 1268-ci və 1269-cu maddələrinin tələbləri mənə izah edildi. -X18 xx.xx.2020-ci il tarixli çıxarışa əsasən xx.xx.1987-ci ildə anadan olmuşdur. -X18 AZ-176040 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X29 ilə xx.xx.2005-ci il tarixdə nikah bağlamışdır. -X18 tərəfindən verilən notariat qaydada təsdiq olunmuş ərizədə bildirmişdir ki, xx.xx.2012-ci ıldə ölmüş mərhum atam X5 miras qalmış bütün amlaklardan mənə çatan miras payını qəbul etməmişəm, etmirəm. -Cavabdeh AZ-403640 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.1981-ci ildə anadan olmuşdur. -Cavabdeh tərəfindən verilən notariat qaydada təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizədə bildirmişdir ki, atam X9, xx.xx.2012-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra qalmış miras pay mi qəbul etnəmişəm, etmirəm, etmək niyyətində deyiləm. Adımın vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasıni istəmirəm. Gələcəkdə mirasın qəbul edilməsi üçün müəyənləşdirilmiş müddətin bərpası üçün heç bir iddiam və tələbim olmayacaqdır. -X16 xx.xx.2025-ci il tarixli arayışa əsasən ünvan 9 ünvanında qeydiyyatda olmaqla yaşayır. -X16 tərəfindən verilən notariat qaydada təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizədə bildirmişdir ki, ona məxsus olan ünvan 10 ünvanında 0.0996 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evimi torpaq sahəsi ilə birlikdə qızım Cavabdeh bağışlayır. - Cavabdeh X26 ilə arasında bağlanmış AZ 041681 nömrəli nikah haqqında şəhadətnamənin surəti, -Cavabdeh tərəfindən verilən notariat qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizədə bildirmişdir ki, ona məxsus olan ünvan 8 ünvanında yerləşən ümimi sahəsi 0.0996-ha olan torpaq sahəsinin 303.05 hissəsini ərim X17 bağışlayır. -xx.xx.2024-cü il tarixli arayışa əsasən Əzimov X15 şəhəri, 20 yanvar küçəsi, döngə 1, ev 9C ünvanında qeydiyyatdadır. -xx.xx.2025-ci il tarixli arayışa əsasən Cavabdeh ünvan 12 ünvanında qeydiyyatdadır. -Pretenziya məktubunun göndərilməsinə dair reyestr və xəbərnamə, -Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixdə tərtib etdiyi akt. -Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Texniki Pasportu” na, əsasən, ünvan 13 ünvanında yerləşən 0.0996 ha torpaq sahəsinin planı və ölçüləri. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli, 04/613 nömrəli müşayiət məktubu ilə məhkəməyə göndərdiyi mütəxəssis rəyində qeyd olunmuşdur ki, Naxçıvan Şəhər Məhkəməsinin icraatında olan iddiaçı X14, cavabdeh Başıyeva Aysel Hümbət qızına qarşı mülkiyyətdə olan torpaq sahəsindən sahiblik və istifadəyə olan maneənin aradan qaldırılması və ortaq divarın məcburi qaydada sökülməsi tələbinə dair mülki iş üzrə ünvan 3 ünvanında yerləşən torpaq sahəsinə iddiaçı X1 nümayəndəsi Vəkil iştirakı ilə baxış keçirilmişdir. Hüquqi sənədlərə əsasən, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestrində Başıyev Hümbət Qazanfer oğlunun adına xx.xx.2011-ci il tarixli, JN-280A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə və 14/654 nömrəli qeydiyyat vəsiqəsi əsasında ünvan 3 ünvanında 1999,7 kv.m torpaq sahəsində yerləşən, ümumi sahəsi 223,29 kv.m olan 5 otaqlı fərdi yaşayış evi qeydiyyata alınmışdır. xx.xx.2012-ci il tarixdə Naxçıvan Şəhər 2-ci DNK-da qeydiyyata alınmış 4/0-01-22A nömrəli alqı-satqı müqaviləsi əsasında Hümbət Başıyev fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 1004 kv.m hissəsini X2. xx.xx.2021-ci il tarixdə Naxçıvan şəhər 3 saylı notariat ofisində qeydiyyata alınmış 2V-8 nömrəli vərəsəlik şəhadətnaməsi əsasında fərdi yaşayış evi qalan 995,7 kv.m torpaq sahəsi ilə birlikdə xx.xx.2021-ci il tarixdə Başıyeva Tünzalə Adil qızının adına qeydiyyata alınmışdır. Tünzalə Başıyeva fərdi yaşayış evini torpaq sahəsi ilə birlikdə xx.xx.2021-ci il tarixdə Naxçıvan şəhər 3 saylı notariat ofisində qeydiyyata alınmış 40-120 nömrəli müqavilə əsasında Başıyeva Aysel Hümbət qızına bağışlamışdır. Yaşayış evi yuxarıda qeyd olunan müqavilə əsasında xx.xx.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində Başıyeva Aysel Hümbət qızının adına qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixdə Naxçıvan şəhər 3 saylı notariat ofisində qeydiyyata alınmış 40-368 nömrəli bağışlama müqaviləsi əsasında Aysel Başıyeva fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 432,08 kv.m hissəsini X17 bağışlamışdır. İddiaçının nümayəndəsinin iştirakı ilə X19 məxsus torpaq sahəsi xx.xx.2025-ci il tarixdə ölçüldükdə torpaq sahəsinin sənədlər üzrə 1004,00 kv.m, faktiki olaraq isə 886,54 kv.m olduğu müəyyən edilmiş və torpaq sahəsində 117,46 kv.m azalma aşkar edilmişdir. Araşdırma nəticəsində azalan 117,46 kv.m torpaq sahəsinin 56,26 kv.m hissəsinin Başıyeva Aysel Hümbət qızının torpaq sahəsinin sərhədləri daxilində, qalan 61,20 kv.m torpaq sahəsi isə Cavabdeh həyətyanı torpaq sahəsindən şimal istiqamətdə yerləşən torpaq sahələrinin sərhədləri daxilindədir. Qeyd olunan ərazidə yerləşən torpaq sahələrində tikililər aparılan zaman sahələrin döngə nöqtələrində dəyişiklik edilməsi artıq torpaq sahəsinin konkret olaraq hansı mülkiyyətçiyə məxsus sahənin sərhədləri daxilində olmasını müəyyən etməkdə çətinlik yaradır. İş materiallarına əlavə olunan xx.xx.2024-cü il tarixli AN-1314512 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə görə Əzimov X15 şəhəri, 20-ci məhəllə, 7/10A ünvanında yerləşən ümumi sahəsi 0.1 ha olan torpaq sahəsini 80000 manata X3. Məhkəmə tərəflərin və mütəxəssisin izahatını dinləyib, həmçinin işin faktiki hallarını və toplanmış sübutları tədqiq edib, onları əlaqəli şəkildə qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Həmin Məcəllənin 152.1-152.4-cü mаddələrinə əsаsən mülkiyyət hüququ subyеktin оnа mənsub əmlаkа öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə еtmək və оnа dаir sərəncаm vеrmək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Qeyd olunmalıdır ki, məhkəmənin həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların (daha sonra qanunla qorunan) yaradılması nəticəsini doğurur. Hazırki iş üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Başıyeva Aysel Hümbət qızı tərəfindən mülkiyyətində olan Naçıvan şəhəri, 21-ci məhəllə, döngə 6, ev 12 ünvanında (20-ci məhəllə 128) 1004 kv.m torpaq sahəsinin 117.46 kvm hissəsindən sahibliyə və istifadəyə yaradılmış maneənin aradan qaldırılması və ortaq divarın cavabdehin vəsaiti hesabına sökülməsini xahiş etmişdir. İş materiallarında olan sənədlərdən aydın olur ki, xx.xx.2024-cü il tarixli AN-1314512 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə görə Əzimov X15 şəhəri, 20-ci məhəllə, 7/10A ünvanında yerləşən ümumi sahəsi 0.1 ha olan torpaq sahəsini 80000 manata X3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Yuxarıda qeyd edilən maddi hüquq normalarından da aydın olduğu kimi İddiaçı mülkiyyətində olan torpaq sahəsini başqa şəxsə satdığı-notarial qaydada alqı-satqı müqaviləsi bağladığı andan həmin əmlak üzərində sahiblik və istifadə hüququnu itirmişdir. Lakin buna baxmayaraq iddiaçı başqa şəxsə qarsa sahiblik və istifadəyə olan maneənin aradan qaldırılmasını xahiş edir ki, onun artıq sahiblik və istifadə hüququ olmadığından maneənin aradan qaldırılmasını tələb etmək hüququ da mövcud deyildir. İddiaçı sahiblik və istifadəyə olan maneə kimi cavabdehlə arasında olan ortaq divarın sökülməsini tələb edir ki, işə baxılarkən divarın məhz cavabdeh tərəfindən inşa edilməsi təsdiqini tapmamış, tapmış olduğu halda belə iddiaçının bu cür tələbi iddia etmək üçün subyektiv hüququ olmamışdır. Nəticə: Beləliklə işin yuxarıda şərh olunan hallarını ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı mülkiyyətdə olan torpaq sahəsindən sahibliyə və istifadəyə olan maneənin aradan qaldırılması və ortaq divarın məcburi qaydada sökülməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. İddia rədd edildiyindən məhkəmə məsrəfinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbində qeyd edilən vəkil xərci və dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı mülkiyyətdə olan torpaq sahəsindən sahibliyə və istifadəyə olan maneənin aradan qaldırılması və ortaq divarın məcburi qaydada sökülməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Məhkəmə məsrəfi olaraq cavabdehdən tələb edilən vəkil xərci və dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-960/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-960/2025
23.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver