Məhkəmə qərarları › İş №2(078)-967/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-967/2021

14.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-967/2021 14.10.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdeh Məhərrəmova (Səfərova) Zenfira Məhərrəm qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y yə n e t d i : İddiaçı nümayəndə vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 41.41 m2 olan mənzilə Cavabdeh yaşayış sahəsinə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Həmçinin iddiaçı notarial qaydada ərizə ilə məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılması iddia tələbinin təmin olunması barədə qərar verilməsini xahiş etmişdir. Məhkəmə baxış iclası iddiaçının iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi qismində izahat verən Vəkil iddianı müdafiə edərək, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilin 1967-ci ildə iddiaçının mərhum həyat yoldaşı X4 verildiyini, onların ailəliklə həmin mənzildə yaşadıqlarını, iddiaçının qızı Cavabdeh da həmin mənzildə yaşadığını və 13 dekabr 1988ci il tarixdə X9 ilə Naxçıvan şəhər Nikah Evində rəsmi olaraq nikaha daxil olmaqla, evləndiklərini, iddiaçının qızının ailə qurandan sonra Naxçıvan şəhərində qaynanasına məxsus olan evdə yaşadığını, sonra isə onlara Naxçıvan şəhəri, İ.Məmmədov küçəsi, ev 46-da yerləşən 8 nömrəli mənzil verildiyini, iddiaçının qızı Cavabdeh (Səfərova) ailəsi ilə köçərək həmin mənzildə yaşadıqlarını, həmin mənzilin 16 avqust 2010-cu il tarixdə iddiaçının qızı Cavabdeh (Səfərova) əri X7 adına özəlləşdirilərək Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində qeydiyyata alındığını və həmin tarixdə Naxçıvan şəhər 1 saylı Dövlət Notariat Kontorunda qeydiyyata alınmış 4/ə-354 nömrəli Alqı-satqı Müqaviləsi əsasında Akif Səfərovun həmin mənzili X1 və iddiaçının qızının ailəsi ilə birlikdə Bakı şəhərinə köçərək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində aldıqları fərdi yaşayış evində yaşadıqlarını, iddiaçının yaşadığı mənzilin isə 1994-cü ildə mərhum əri X3 adına özəlləşdirildiyini, onun vəfatından sonra isə Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə əsasında 18 yanvar 2011-ci il tarixdə iddiaçının adına qeydiyyata alındığını, iddiaçının qızı Cavabdeh (Səfərova) 33 ildən artıqdır ki, Naxçıvan şəhəri, İstiqlal küçəsi, ev 99, mənzil 5-dən getdiyini, və bütün bu illəri özlərinə məxsus olan mənzildə (fərdi yaşayış evində) yaşadığını, Cavabdeh mülkiyyətçi İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə ehtiyacı olmadığından, özünə yaşayış yeri seçdiyindən, özünün daimi yaşayış yeri olduğundan, mübahisəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməli olduğunu, bunları nəzərə alaraq, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 41.41 m2 olan mənzilə Cavabdeh yaşayış sahəsinə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında cavabdeh qismində izahat verən Məhərrəmova (Səfərova) Zenfira Məhərrəm qızı iddianı qəbul etməyərək, evin nənəsi tərəfindən atasının adına alındığını, fəhlə kimi evin təmirində iştirak etdiyini, evi nənəsi ilə birlikdə təmir etdirdiklərini, onun təşəbbüsü ilə olduğunu, istilik sistemini, hamamı özlərinin tikdiklərini, Bakı şəhərində özlərinə məxsus evlərini satıb uşaqlarına ev aldıqlarını, hazırda kirayədə qaldıqlarını, hər ay Naxçıvana gəldiyini, xeyir-şər olduğunu, gəldiyində aylarla qaldığını, Mənzil-İstismar İdarəsinin kommunal xidmət pulunu ödədiyini, axırıncı 2 ili anası Bakıda olduğundan gəlmədiyini, bacısının ərinin anasına evi sat, Bakıya köç dediyini, anasını digər bacısının onun qeydiyyatdan çıxması üçün öyrətdiyini, anasının onlarda da qaldığını, digər qızının evində qala bilmədiyini dediyini, kürəkənin mübahisə etdiyini, küərəkənin atasının evini almaq istədiyini, bacısının ərinin bütün bu məsələləri mürəkkəbləşdirdiyini, hər şeyi onun etdiyini, bacısının və ərinin anasının evi satıb onlarla qalacağını bildiklərini, anasını qızışdırıb onun üstünə saldıqlarını, hazırda anasının bacısı ilə qaldığını, onun imkanının olduğunu, anasının təsir altında olduğunu, bunu da bacısı ilə ərinin etdiyini, 1991-2012-ci illərdə İ.Məmmədovda qeydiyyatda olduqlarını, sonra həmin evi satdıqlarından ordan qeydiyyatdan çıxıb anasının evində qeydiyyata düşdüklərini, özünün 1988-ci ildə evləndiyini, 2009-cu ildə Bakıya köçdüklərini, 2010-cu ildə evi satıb Bakıda ev aldıqlarını, Bakıdakı evin sənədinin olmadığını, 2020-ci ilə kimi qaldıqlarını, 2020-ci ilin noyabr ayında Binəqədidəki evi satıb oğluna ev aldıqlarını, sözügedən mənzildən 33 ildir ki, çıxdığını, lakin o evə gedib-gəldiyini, 1991-ci ildən 2009-cu ilə kimi öz evlərinin olduğunu, hazırda kirayədə qaldıqlarını, Kirayə Müqaviləsinin olmadığını, Naxçıvanda qalmamaqlarının səbəbinin uşaqlarının Bakıda yaşaması olduğunu, valideyinlərinin evi olduğundan onun haqqı olduğunu düşündüyünü, iddianın əsassız olduğundan rədd olunmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş: Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın təsdiqlənmiş surətindən aydın olur ki, Naxçıvan şəhəri, İstiqlal küçəsində istifadədə olan torpaq sahəsində yerləşən 99 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində, 41.41. kv.m ümumi, 28.83 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 5 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12/5 nömrəli reyestr kitabının 916 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********92-05101-093010, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 18.01.2011). Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş Fərdi yaşayış fonduna aid yaşayış evinin Texniki Pasportunun təsdiqlənmiş surətinə əsasən, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı adına qeydiyyata alınmışdır. Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş İV-JQ seriyalı, 481671 nömrəli, 07 iyul 2021-ci il tarixli çıxarışa əsasən, X9 ilə Cavabdeh arasında 13 dekabr 1988-ci il tarixdə nikah bağlanmışdır. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 04/432 nömrəli, 15 iyul 2021-ci il tarixli məktuba əsasən, Naxçıvan şəhəri, İ.Məmmədov küçəsi, bina 46-da yerləşən 8 nömrəli mənzil Naxçıvan şəhər XDS İK-nın 26 yanvar 1994-cü il tarixli, 37 nömrəli qərarı əsasında 16 avqust 2010cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X7 adına qeydiyyata alınmışdır. 16 avqust 2010-cu il tarixdə Naxçıvan şəhər 1-ci DNK-da qeydiyyata alınan 4/ə-2-354 nömrəli Alqı-satqı Müqaviləsi əsasında Akif Səfərov həmin mənzili X2. Məhkəmə izahatları, işin digər hallarını nəzərdən keçirib iddianın dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Kоnstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməklə, İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, İstiqlal küçəsində yerləşən 99 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində, 41.41. kv.m ümumi, 28.83 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 5 nömrəli mənzilə cavabdeh Məhərrəmova (Səfərova) Zenfira Məhərrəm qızının istifadə hüququ itirilmiş hesab edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən onun mübahisəli mənzilə ehtiyacının olmasına və iddiaçının onun mübahisəli mənzildən istifadəsini mümkünsüz etməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, cavabdehin iddiaçıya məxsus mübahisəli mənzilə ehtiyacının aradan qalxdığı və onun daimi olaraq başqa ünvanda yaşadığı müəyyən edilmişdir. Göstərilənlərə əsasən, cavabdehin mübahisəli mənzilə ehtiyacının aradan qalxdığı müəyyən edildiyindən məhkəmə hesab edir ki, onun həmin mənzilə istifadə hüququ itirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən, vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göstərilənlərə əsasən cavabdehin mübahisəli mənzilə ehtiyacının aradan qalxdığı müəyyən edildiyindən məhkəmə hesab edir ki, onun həmin mənzilə istifadə hüququnun itirilməsi müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, İstiqlal küçəsində yerləşən 99 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində, 41.41. kv.m ümumi, 28.83 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 5 nömrəli mənzilə Məhərrəmova (Səfərova) Zenfira Məhərrəm qızının istifadə hüququ itirilmiş hesab edilsin. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu özünə aid hesab edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar