Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-967/2022 27.10.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı X1, onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən yaşayış və istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı X4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan ünvan 1 ünvanında olan yaşayış binasının tərkib hissəsindən yaşayış və istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı X4 iddiasını müdafiə edərək izahatında bildirmişdir ki, Naxçıvan şəhəri 48-ci məhəllə ev 14 A onun mülkiyyətindədir. X7 ilə X2 arasında olan nikah 19 sentyabr 2019-cu il tarixdə Naxçıvan şəhər Nikah Evində 91 sayla pozulmuşdur. Fuadın qızı və onun nəvəsi olan 1997-ci il təvəllüdlü Cavabdeh anası boşandıqdan sonra ünvan 2 ünvanında anası X2 yanında yaşamış və X10 ilə 17 sentyabr 2021-ci il tarixdə ailə həyatı qurmuş, haliyyədə Xırdalan şəhəri Məhəmməd Əsədov 48 ünvanında yaşayır. Onun mənzilin pasport qeydiyyatında dayanması səbəbindən mülkiyyəti üzərində sərəncam hüquqlarını həyata keçirə bilmir. Onun ailə üzvü deyil, digər nəvəsi yəni Turacın qardaşı oğlu Fuadla birlikdə onunla yaşayırlar. 5-6 ildir Turac anası ilə birlikdə həmin evdən çıxıb gediblər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək izahatında iddiaçının fikrini təsdiq etdiyini bildirmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid X9 ifadəsində bildirmişdir ki, iddiaçı ilə qonşudur. İddiaçı Şərəbanı xanım neçə illərdir həmin evdə yaşayır. Hazırda oğlu Fuadla və nəvəs ilə yaşayır. Turac neçə illərdir evdən çıxıb gedib. Həmin evdə son illər Turacı görməmişdir. Turac lap əvvəllər orada yaşayırdı. Son neçə ildir anası ilə birlikdə həmin evdən çıxıblar. Məhkəmə baxışı iclasında şahid X8 ifadəsində bildirmişdir ki, iddiaçı ilə qonşudur. İddiaçı Şərəbanı xanım neçə illərdir həmin evdə yaşayır. Hazırda oğlu Fuadla və nəvəsi ilə orada yaşayır. Turac neçə illərdir evdən çıxıb gedib. Həmin evdə son illər Turacı görməmişdir. Turac lap əvvəllər Şərəbanı xanımın oğlu Fuad boşanmadan orada yaşayırdı. Sonra boşanma oldu. Fuadla oğlu Şərəbanı xanımın evində yaşamağa davam etdilər, Turacla anası evdən getdilər. Sonra Turacın ailə qurub Bakıya getdiyini eşitmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin bütün hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş MH seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən məlum olmuşdur ki, Naxçıvan şəhəri, 48-ci məhəllədə 0.0458 ha torpaq sahəsində yerləşən 164.4 kv.metr sahəsi olan 14A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 18/16 nömrəli reyestr kitabının 3130 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 05/1560 nömrəli arayışından aydın olur ki, ünvan 1 ünvanında qeydiyyatda olan şəxslər aşağıdakılardır: 1.X13-1971 2.X4-1950 3.Cavabdeh-1997
4. X14-1998; İş materiallarında olan nikahın pozulması haqqında AZ-İ№175963 nömrəli şəhadətnamədən aydın olur ki, X13 ilə X5 arasındakı nikah 19 sentyabr 2019-cu il tarixdə pozulmuş bu barədə 91 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 saylı Mənzil İstismar İdarəsinin arayışından aydın olur ki, ünvan 3 ünvanında yaşayan X2 aşağıdakı ailə üzvü vardır: 1.Cavabdeh-1997 Naxçıvan şəhər 1 saylı Nikah Evinin müdirinin 06 iyul 2022-ci il tarixli Az-İİ-511579 Çıxarışdan aydın olur ki, X10 ilə Cavabdeh arasında 17 sentyabr 2021-ci il tarixdə nikah bağlanmış, bu barədə 389 nömrəli akt qeydi icra edilmişdir. Məhkəmə “hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir” prinsipi ilə işə mahiyyəti üzrə yanaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə оlan maddi hüquq nоrmalarına və işin baхılması zamanı qüvvədə оlan prоsessual hüquq nоrmalarına uyğun çıхarılmalıdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında hüquq münasibətləri mülkiyyət hüququnun yarandığı vaxt-2017-ci ildə yarandığından hazırki mübahisəyə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il tarixli Qərarında göstərilir: “Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır”. Məhkəmə hazırki iş üzrə hallara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarındakı hüquqi mövqelərindən yanaşaraq qeyd edir ki, mübahisəli fərdi yaşayış evi 04 avqust 2018-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində X3ən adına dövlət qeydiyyatına alınmışdır. Xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Məhkəmə bunu nəzərə alıb hesab edir ki, iddiaçının tələbinə münasibətdə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cü maddəsi tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Dogər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanılmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Lakin iş üzrə Cavabdeh iş üzrə iddiaçının ailə üzvü deyil və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərdən biri olmasını sübut edə bilməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəlarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, məhkəmələr hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı hallarda ona xitam verilməsi məsələsində də söhbət gedə bilməz. Bu mülki iddiada da cavabdehlərin artıq əvvəllər mövcud olmuş yaşayış və istifadə hüquqları o dövrdə qüvvədə olan mənzil qanunvericiliyinə görə itirildiyindən onun xitamından da söhbət gedə bilməz. Burada yalnız həmin şəxslərin yaşayış və istifadə hüquqlarının itirilmiş hesab olunmasından danışmaq olar. Həmçinin müvafiq Plenum qərarında qeyd olunmuşdur ki, "Yaşayış yeri olduğu yer haqqında” AR Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Buradan da belə hesab etmək olar ki, əgər şəxsin məhkəmə qətnaməsi ilə yaşayış və istifadə hüququ itirilmiş hesab olunursa, məhz həmin qətnamə əsasında şəxs pasport qeydiyyatından çıxarılmalıdır. İddiaçı yenidən ikinci dəfə qeydiyyatdan çıxarılma ilə bağlı məhkəməyə müraciət etməyəcəkdir. Bu həmçinin yeniidən iddia qaldırılmasının qarşısını almaqla, həmçinin prosesssual qənaət prinsipinə xidmət etmiş olacaqdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edir ki, cavabdeh iddiaçının ailə üzvü deyildir və onu saxlaması öhdəliyi daşıyan şəxs deyildir. Belə olan halda onun mənzil qeydiyyatında formal olaraq adının olması reallıqda mənzildən istifadə edən şəxsin mənzili üzərində hüquqlarını həyata keçirməyə maneə yaratması ilə nəticələnir. Buna görə də iddia əsaslı olduğundan təmin olunmalı, iddiaçı X4 cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında olan yaşayış evinin tərkib hissəsindən Cavabdeh yaşayış və istifadə hüququna xitam verilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia təmin olunduğundan iddiaçı X6 tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2022-ci il tarixdə 8027 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi: İddia təmin edilsin. İddiaçı X1 mülkiyyətində olan ünvan 1 ünvanında olan yaşayış evinin tərkib hissəsindən Cavabdeh yaşayış və istifadə hüququna xitam verilsin. İddiaçı X6 tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2022-ci il tarixdə 8027 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Gülnar Səfərəliyeva