Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-969/2021 23.12.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin naturada ayrılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı nümayəndə vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhəri, 60-cı məhəllə, 7/2 ünvanında yerləşən Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin vermiş olduğu **********14 reyestr və ********** qeydiyyat nömrəli Çıxarışa əsasən 2560.0 kv.m torpaq sahəsində ona məxsus olan ½ hissədə payının naturada ayrılıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə baxış iclası iddiaçının iştirakı olmadan keçirilmişdir. 19 noyabr 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddia tələbini müdafiə etdiyini, Naxçıvan şəhəri, 60-cı məhəllə 7/2 ünvanında yerləşən 2560.0 kvadrat metr torpaq sahəsinin onun və Cavabdeh birgə nikah dövründə əldə edilmiş mülkiyyət sayılmaqla, payların bərabər qaydada müəyyən olunduğunu və ½ hissənin Cavabdeh mülkiyyətində saxlanılmaqla, ½ hissənin isə onun mülkiyyətinə verilməsinə dair Naxçıvan Şəhər Məhkəməsi tərəfindən 16 fevral 2021-ci il tarixli, 2(078)-125/2021 nömrəli qətnamə qəbul olunduğunu, hazırda həmin torpaq sahəsindən onun payına düşən hissədən istifadə etmək istədiyini, bunun üçün naturada bölünməni istədiyini, həmin torpaq sahəsində ev tikib iki uşağı ilə yaşamaq istədiyini, ekspertizanın rəyi ilə razı olduğunu, torpağın 1-ci hissəsini istədiyini, həmin hissədə ev tikib uşaqları ilə qalmağa daha uyğun olduğunu, 2-ci hissədə olan torpaq sahəsinin qonşuluğunda qonşuya aid tövləsinin olduğunu, torpaq sahəsinin iş yerinə yaxın olduğunu göstərərək, Naxçıvan şəhəri, 60-cı məhəllə, 7/2 ünvanında yerləşən Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin vermiş olduğu **********14 reyestr və ********** qeydiyyat nömrəli Çıxarışa əsasən 2560.0 kv.m torpaq sahəsində ona məxsus olan ½ hissədə payının naturada ayrılıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi qismində izahat verən Vəkil iddianı müdafiə edərək, iddiaçının Cavabdeh ilə birgə nikahda olduqları müddətdə Naxçıvan Bələdiyyəsinin 11 avqust 2011-ci il tarixli, 58 nömrəli qərarı ilə Naxçıvan şəhəri, 60-cı məhəllə 7/2 ünvanında yerləşən bələdiyyə ərazisindən 2560.0 kv.metr torpaq sahəsi əldə etdiklərini, tərəflərin nikahları pozulduğundan iddiaçının iddiası əsasında torpaq sahəsinin Naxçıvan Bələdiyyəsinin 11 avqust 2011-ci il tarixli, 58 nömrəli qərarı ilə Cavabdeh mülkiyyətinə verildiyini, 03 iyun 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində Cavabdeh adına qeydiyyata alınmış Naxçıvan şəhəri, 60-cı məhəllə 7/2 ünvanında yerləşən 2560.0 kvadrat metr torpaq sahəsinin X2 və Cavabdeh birgə nikah dövründə əldə edilmiş mülkiyyət sayılmaqla, payların bərabər qaydada müəyyən olunduğunu və ½ hissənin Cavabdeh mülkiyyətində saxlanılmaqla, ½ hissənin isə iddiaçının mülkiyyətinə verilməsinə dair Naxçıvan Şəhər Məhkəməsi tərəfindən 16 fevral 2021-ci il tarixli, 2(078)-125/2021 nömrəli qətnamə qəbul olunduğunu, iddiaçının həmin qətnaməyə əsasən özünə çatan əmlakı Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində 16 iyul 2021-ci il tarixdə **********14 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçirib adına çıxarış aldığını, ancaq iddiaçının mülkiyyətində olan həmin torpaq sahəsindən istifadə edə bilmədiyini, bu səbəbdən də, iddiaçının məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəldiyini, ekspertizanın rəyi ilə razı olduqlarını, iddiaçının torpağın 1-ci hissəsini istədiyini, orda ev tikib uşaqları ilə qalmaq istədiyini, 2-ci hissədə olan torpaq sahəsinin qonşuluğunda qonşuya aid tövləsinin olduğunu, iddiaçının mülkiyyətində bir mənzilinin olduğunu, həmin mənzili satıb hazırki, torpaq sahəsində ev tikib yaşamaq istədiyini, həmin torpaq sahəsinin iddiaçının və atasının iş yerinə yaxın olduğunu göstərərək, Naxçıvan şəhəri, 60-cı məhəllə, 7/2 ünvanında yerləşən Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin vermiş olduğu **********14 reyestr və ********** qeydiyyat nömrəli Çıxarışa əsasən 2560.0 kv.m torpaq sahəsində iddiaçıya məxsus olan ½ hissədə payının naturada ayrılıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh iddianı qəbul edərək, həmin torpaq sahəsinin onun mülkiyyətində olduğunu, sonradan ½ hissənin iddiaçının mülkiyyətinə verildiyini, mülkün əldə olunmasında onun zəhmətinin olduğunu, ekspertizanın rəyi ilə torpağın bölünməsi hissəsində razılaşdığını, bölgünün düzgün müəyyən olunduğunu, hər iki hissədə istifadənin nəzərə alındığını, başqa formada bölgü aparılmasının mümkün olmadığını, lakin 1-ci mənzilin iddiaçıya verilməsi üçün müəyyən olunması hissəsində razılaşmadığını, 1-ci mənzilin ona verilməsini istədiyini, 2-ci hissədə qonşuya torpaq sahəsində 20 il bundan qabaq tövlə olduğunu, indi həmin tövlənin istifadəsiz olduğunu, Ruhəngizin iki evinin olduğunu, ikisinin də yaşamaq üçün yararlı olduğunu, hazırda da iddiaçının istifadə etdiyini, iddiaçının torpağı satacağını, özünün də iki mənzilinin olduğunu, lakin özünün həmin torpaq sahəsində iş yeri qurmaq istədiyini, 1-ci mənzil üzrə torpaq sahəsinin iş şəraiti yaratmaq üçün uyğun olduğunu, qanuni qərar verilməsini xahiş etdi. 06 dekabr 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında ekspert qismində izahat verən X5 izahatında məhkəmənin qərardadına əsasən mübahisəli torpaq sahəsində məhkəmə tikinti-texniki ekspertiza apardıqlarını, həmin torpaq sahəsinin naturada ayrılaraq ½ payların müəyyən olunmasının texniki cəhətdən mümkün olması nəticəsinə gəlindiyindən müvafiq rəyin verildiyini, rəydə aydın olsun deyə 1-ci və 2-ci mənzillər üzrə qeydiyyat aparılmaqla iddiaçı və cavabdehlərin adlarını göstərdiklərini, iddiaçıya və cavabdehə hansı hissənin verilməsini müəyyən etmədiklərini bildirdi. İş materiallarına əlavə olunmuş: AZ-İ seriyalı, 202578 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, Cavabdeh ilə X3 arasında olan nikah ləğv edilmiş, nikah ləğv olunandan sonra qadına “Hacıyeva” soyadı verilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(078)-125/2021 nömrəli qətnaməsinin surətinə əsasən, iddia təmin edilməkıə, Naxçıvan Şəhər 2 saylı Notariat Ofisində 04 iyun 2020-ci il tarixdə Cavabdeh ilə X9 arasında rəsmilədirilmiş 4Ə-136 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilmiş, bağışlama müqaviləsi əsasında Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində X8 adına aparılmış qeydiyyat ləğv edilmiş, Naxçıvan Bələdiyyəsinin 11 avqust 2011-ci il tarixli 58 nömrəli qərarı ilə Cavabdeh mülkiyyətinə verilmiş və 03 iyun 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində adına qeydiyyata alınmış Naxçıvan şəhəri, 60-cı məhəllə, 7/2 ünvanında yerləşən 2560 kvadrat metr torpaq sahəsi İddiaçı və Cavabdeh birgə nikah dövründə əldə edilmiş mülkiyyəti sayılmaqla paylar bərabər qaydada müəyyən olunmuş və ½ hissə Cavabdeh mülkiyyətində saxlanılmaqla, ½ hissə İddiaçı mülkiyyətinə verilmişdir. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın surətindən aydın olur ki, Naxçıvan şəhəri, 60-cı məhəllə 7/2 ünvanında yerləşən 0.256 ha torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə ½ hissədə İddiaçı, ½ hissədə isə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 16/23 nömrəli reyestr kitabının 4349 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********14, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 16.07.2021). Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin 25 oktyabr 2021-ci il tarixli, 270 nömrəli rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Naxçıvan şəhəri, 60-cı məhəllə 7/2 ünvanında yerləşən 0.256 ha həyətyanı torpaq sahəsindən payların naturada ayrılaraq verilməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Beləliklə, Naxçıvan şəhəri, 60-cı məhəllə 7/2 ünvanında yerləşən 0.256 ha torpaq sahəsinin paylara mütənasib formada (1/2 hissə Cavabdeh və 1/2 hissə İddiaçı payıdır) İddiaçı ilə Cavabdeh arasında təcrid olunmuş qaydada ayrılaraq (bölünərək) verilməsinin mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə iddiaçının, iddiaçının vəkili və nümayəndəsinin və cavabdehin izahatlarını və iş mаteriаllаrını аrаşdırıb iş üzrə tоplаnmış sübutlаrа оbyektiv hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Kоnstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “İnsan hüquq və azadlıqları haqqında Avropa Konvensiyası”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməklə, Naxçıvan şəhəri, 60-cı məhəllə 7/2 ünvanında yerləşən 0.256 ha torpaq sahəsindən İddiaçı 1/2 hissədə payı naturada bölünməli, Naxçıvan şəhəri, 60-cı məhəllə 7/2 ünvanında yerləşən paylı mülkiyyət hüququ ilə İddiaçı və Cavabdeh aid 0.256 ha torpaq sahəsindən iddiaçının 1/2 (ikidə bir) hissədə payının naturada ayrılması 1-ci mənzil üzrə həyətyanı sahənin yuxarı hissəsinin sol sərhəddindən sağ sərhəddinə doğru təqribən 17.60 metr, həmin istiqamətdə onun son nöqtəsindən həyətin sonuna doğru təqribən 55.31 metr, həmin hasarın son nöqtəsindən sol istiqamətə doğru təqribən 42.82 metr, həmin istiqamətdən həyətin yuxarısına doğru isə təqribən 37.26 metr sərhəd hasarları çəkilməklə ayrılmalıdır. Cavabdeh 1/2 (ikidə bir) hissədə payının naturada ayrılması zamanı 2-ci mənzil üzrə birinci mənzili ayıran hasardan sol istiqamətə doğru təqribən 17.60 metr, həmin istiqamətdə onun son nöqtəsindən həyətin sonuna doğru təqribən 55.55 metr, onun son nöqtəsindən qonşu istiqamətlərə doğru isə təqribən 7.49, 17.40 və 46.39 metr məsafələrdə sərhəd hasarları çəkilməklə mübahisə olunan həyətyanı torpaq sahənin təcrid sahələr şəklində ayrılmalıdır. Belə ki, iddiaçı payın naturada bölünməsini tələb edir. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın surətindən aydın olur ki, Naxçıvan şəhəri, 60-cı məhəllə 7/2 ünvanında yerləşən 0.256 ha torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə ½ hissədə İddiaçı, ½ hissədə isə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 16/23 nömrəli reyestr kitabının 4349 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********14, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 16.07.2021). Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin 25 oktyabr 2021-ci il tarixli, 270 nömrəli rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Naxçıvan şəhəri, 60-cı məhəllə 7/2 ünvanında yerləşən paylı mülkiyyət hüququ ilə İddiaçı və Cavabdeh aid 0.256 ha torpaq sahəsindən iddiaçının 1/2 (ikidə bir) hissədə payının naturada ayrılması 1-ci mənzil üzrə həyətyanı sahənin yuxarı hissəsinin sol sərhəddindən sağ sərhəddinə doğru təqribən 17.60 metr, həmin istiqamətdə onun son nöqtəsindən həyətin sonuna doğru təqribən 55.31 metr, həmin hasarın son nöqtəsindən sol istiqamətə doğru təqribən 42.82 metr, həmin istiqamətdən həyətin yuxarısına doğru isə təqribən 37.26 metr sərhəd hasarları çəkilməklə ayrılması, Cavabdeh 1/2 (ikidə bir) hissədə payının naturada ayrılması zamanı 2-ci mənzil üzrə birinci mənzili ayıran hasardan sol istiqamətə doğru təqribən 17.60 metr, həmin istiqamətdə onun son nöqtəsindən həyətin sonuna doğru təqribən 55.55 metr, onun son nöqtəsindən qonşu istiqamətlərə doğru isə təqribən 7.49, 17.40 və 46.39 metr məsafələrdə sərhəd hasarları çəkilməklə mübahisə olunan həyətyanı torpaq sahənin təcrid sahələr şəklində ayrılması müəyyən edilmiş, yaradılmış 1-ci və 2-ci mənzillərin həyətyanı torpaq sahələrinə həyətyanı torpaq sahəsinin yuxarı hissəsindən ayrı-ayrılıqda giriş-çıxış üçün nəzərdə tutulan hasar qapıları quraşdırılması nəzərdə tutulmuşdur. Bölgü nəticəsində iş üzrə tərəflərdən hər birinin ½ payına münasibətdə düşən torpaq sahəsi 1280.0 kvadratmetr təşkil etdiyi müəyyən olunmuşdur ki, buda hər iki tərəfin paylarının bərabər olduğunu müəyyən edir. Məhkəmə ekspert rəyini sübut növü kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. 223.4-cü maddəsinə əsasən, ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət e t d i: İddia təmin edilsin. Naxçıvan şəhəri, 60-cı məhəllə 7/2 ünvanında yerləşən 0.256 ha torpaq sahəsindən İddiaçı 1/2 hissədə payı naturada bölünsün. Naxçıvan şəhəri, 60-cı məhəllə 7/2 ünvanında yerləşən paylı mülkiyyət hüququ ilə İddiaçı və Cavabdeh aid 0.256 ha torpaq sahəsindən iddiaçının 1/2 (ikidə bir) hissəsinin ayrılması 1-ci mənzil üzrə həyətyanı sahənin yuxarı hissəsinin sol sərhəddindən sağ sərhəddinə doğru təqribən 17.60 metr, həmin istiqamətdə onun son nöqtəsindən həyətin sonuna doğru təqribən 55.31 metr, həmin hasarın son nöqtəsindən sol istiqamətə doğru təqribən 42.82 metr, həmin istiqamətdən həyətin yuxarısına doğru isə təqribən 37.26 metr sərhəd hasarları çəkilməklə ayrılsın. Cavabdeh 1/2 (ikidə bir) hissəsinin ayrılması zamanı 2-ci mənzil üzrə birinci mənzili ayıran hasardan sol istiqamətə doğru təqribən 17.60 metr, həmin istiqamətdə onun son nöqtəsindən həyətin sonuna doğru təqribən 55.55 metr, onun son nöqtəsindən qonşu istiqamətlərə doğru isə təqribən 7.49, 17.40 və 46.39 metr məsafələrdə sərhəd hasarları çəkilməklə mübahisə olunan həyətyanı torpaq sahənin təcrid sahələr şəklində ayrılsın. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-969/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-969/2021
23.12.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver