Məhkəmə qərarları › İş №2(078)-975/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-975/2022

27.10.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-975/2022 27.10.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə yaşayış və istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh mülkiyyətində olan Naxçıvan şəhəri ünvan 1 ünvanına yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 27 oktyabr 2022-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili ərizə və qərardad təqdim edərək cavabdehin iddiaçının evinə qeydiyyata düşməsi tarixinin 2014-cü il olmasının onlara aydın olduğunu nəzərə alıb cavabdehin Cavabdeh mülkiyyətində olan Naxçıvan şəhəri ünvan 1 ünvanına yaşayış və istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddia tələbinin dəqiqşlədirilmiş çərçivədə baxılmasına qərar verilmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Naxçıvan şəhəri ünvan 2 ünvanında yerləşən mənzil ona məxsusdur. Cavabdeh onun bacısıdır, Bacısı mənzilin pasport qeydiyyatında dayansa da haliyyədə ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Onun mənzilin pasport qeydiyyatında olması kommunal xərclərini ödədiyi mənzilə mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə yaradır. Həmçinin o mülkiyyətin üzərində sərəncam hüquqlarını həyata keçirə bilmir. Mənzili 1997-ci ildə alıb. Ancaq evin texniki pasportu olduğu üçün evin çıxarışını son 10 ildə almışdır. Həyat yoldaşı rəhmətə gedəndən sonra onun mülkü var idi, həyat yoldaşının birinci arvadından olan övladları həmin mülkü satıb ona da pul verdilər. Həmin pulun üstünü də düzəldib bacısı Ulduzun yaşadığı binanın 1-ci mərtəbəsində özünə 2 otaqlı hazırki evi almışdır. Ulduz onun indiki yaşadığı binanın 3-cü mərtəbəsində 5 nömrəli mənzildə ailəsi ilə birlikdə yaşayırdı. Təqribən 12 il bundan qabaq öz evlərini satıb ailəliklə Bakıya köçdülər. Ulduzun evinin alan şəxs onları məcbur etdi ki, evin qeydiyyatından çıxsınlar. Onlar çıxmadığı halda evin sahibi onları məhkəməyə verdi və Naxçıvan Şəhər İnzibati Məhkəməsində iş olanda Ulduz ondan bir bacı kimi xahiş etdi ki, Naxçıvanda qeydiyyat yeri olmadığı üçün onu və ailəsini mənzilin pasport qeydiyyatına salsın. O da bacısı olduğu üçün bunu etmişdir. Sonra Ulduzun oğlu, qızı, əri özləri mənzilin qeydiyyatından çıxıb Bakı şəhərində qeydiyyata düşdülər, Ulduza isə qeydiyyatdan çıxması üçün müraciət edəndə çıxmayacağını bildirdi. Hazırda Ulduzla bir bacı kimi danışmır. Münasibətləri pozulub. İndi də Ulduz deyir ki, onun haqqı var. Guya ona 10000 manat pul verməlidir. Dəfələrlə qohumlarla xəbər etmişdir ki, qeydiyyatdan gəlib çıxsın. Çıxmayacağını bildirib. Nə Ulduz, nə də onun ailə üzvləri bir gün olsun onun evində qalmayıblar. Sadəcə onları formal evin qeydiyyatına salmışdır. Qeyd etdiyi halları nəzərə alıb iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında iddiaçının izahatına əlavəsi olmadığını bildirmiş, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, məhkəməyə ərizə göndərmişdir. Cavabdeh ərizəsində bildirmişdir ki, Bakı şəhərində yaşadığı üçün xəstəliyi ilə əlaqədar Naxçıvana gələ bilmir. Bütün qohum qonşu onların evin alınmasında, ərsəyə gəlməsində nə qədər əziyyətləri haqqı olduğunu gözəl bilirlər. O ev övladlarının haqqıdır. Bir neçə il əvvəl Aygün notarius əsasında vəkalət yazaraq evi onun balaca qızı olan X1 adına yazdırmışdı. Lakin sonradan fikrini dəyişərək evi başqasının adına keçirməyi qərara alaraq onu məcbur edir ki, evin uçotundan çıxsın, evi satsın. O İddiaçı 10000 manat pul haqqını tələb edir. O ev satılsa da, satılmasa da. Onu payına düşən haqqını ona verilməsində kömək göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid X6 ifadəsində bildirmişdir ki, Aygün və Ulduz hər iki onun xalasıdır. Sözügedən evi Aygün xalası alıb. Ulduz xalası ailəsi ilə birlikdə Bakı şəhəri Binə qəsəbəsində yaşayırlar. Nə Ulduz xalası, nə də onun ailəsi bir gün belə olsun həmin mənzildə qalmayıblar. Onlar öz evlərini satdıqdan sonra Bakı şəhərinə köçüblər. Məhkəmə baxışı iclasında şahid X9 ifadəsində bildirmişdir ki, iddiaçı ilə hazırda qonşudur. O cavabdeh Ulduz xanımın evini 2010-cu ildə alqı-satqı əsasında almışdır. Həmin evi alanda Ulduz xanım ondan xahiş etdi ki, ona bir il möhlət versin, sonra özləri gəlib evin pasport qeydiyyatından çıxacaq. Lakin 2-3 il keçməsinə baxmayaraq dəfələrlə Ulduz xanıma sifariş etmişdir ki, gəlib evin qeydiyyatından çıxsınlar. Gəlib çıxmadılar. O da məcbur qalıb bu barədə Naxçıvan MR İnzibati Məhkəməsində onlara qarşı iddia qaldırmış və məhkəmənin gedişi zamanı onlar İddiaçı evinə qeydiyyata düşdükləri üçün iş üzrə icraata xitam verilmişdir. Ulduz bacısı Aygünün evinə qeydiyyata düşdükdən sonra bir gün də həmin evdə yaşamamışdır. Onlar evi satdıqdan sonra Bakı şəhərinə köçüb orada yaşayırdılar. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə mülki işin materiallarını tərəflərin izahatları və təqdim edilmiş sübutlar əsasında tədqiq edib hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan aydın olur ki, Naxçıvan şəhəri, Babək məhəlləsində yerləşən 12 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində 49.60 kv.m ümumi, 31.60 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 1 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12/13 nömrəli reyestr kitabının 2459 nömrəli vərəqində 04 mart 2014-cü ildə qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 6 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 01/0600 nömrəli 16 avqust 2022-ci il tarixli arayışdan aydın olur İddiaçı Babək məhəlləsi, bina 12 1 nömrəli evdə yaşayır və orada qeydiyyatda olan Cavabdeh- 1963 bacısıdır, Kərimova X4 şəhəri ünvan 1 ünvanında pasport qeydiyyatında olsa da haliyyədə həmin mənzildə yaşamır. İş materiallarında olan Naxçıvan MR İnzibati-İqtisadi Məhkəməsinin 06 mart 2014-cü il tarixli 2-1(078)-20/2014 nömrəli qərardadından aydın olur ki, iddiaçı X2 cavabdeh Naxçıvan şəhər Polis İdarəsinin Qeydiyyat və X3rşı Cavabdeh, X7, X1 və X5 Naxçıvan şəhəri, ünvan 4 ünvanının pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə icraata iddiaçının ərizəsi əsasında tələbinin təmin edilməsi və göstərilən şəxslərin onun evinin qeydiyyatından çıxaraq ünvan 1 ünvanına qeydiyyata düşmələri əsası ilə imtina etməsi səbəbindən xitam verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının yaşayış evininin tərkib hissəsindən istifadə hüququnun verilməsi ilə bağlı tələbinin əsaslı olub-olmamasının müəyyən edilməsi üçün ilk növbədə onun həmin evə dair istifadə hüququnun yaranıb-yaranmaması məsələsinə qiymət verilməlidir. Belə ki, hüquq mövcud olmadığı halda onun xitamından da söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə оlan maddi hüquq nоrmalarına və işin baхılması zamanı qüvvədə оlan prоsessual hüquq nоrmalarına uyğun çıхarılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəlarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, məhkəmələr hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı hallarda ona xitam verilməsi məsələsində də söhbət gedə bilməz. Bu mülki iddiada da cavabdehlərin artıq əvvəllər mövcud olmuş yaşayış və istifadə hüquqları o dövrdə qüvvədə olan mənzil qanunvericiliyinə görə itirildiyindən onun xitamından da söhbət gedə bilməz. Burada yalnız həmin şəxslərin yaşayış və istifadə hüquqlarının itirilmiş hesab olunmasından danışmaq olar. Həmçinin müvafiq Plenum qərarında qeyd olunmuşdur ki, "Yaşayış yeri olduğu yer haqqında” AR Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Buradan da belə hesab etmək olar ki, əgər şəxsin məhkəmə qətnaməsi ilə yaşayış və istifadə hüququ itirilmiş hesab olunursa, məhz həmin qətnamə əsasında şəxs pasport qeydiyyatından çıxarılmalıdır. İddiaçı yenidən ikinci dəfə qeydiyyatdan çıxarılma ilə bağlı məhkəməyə müraciət etməyəcəkdir. Bu həmçinin yeniidən iddia qaldırılmasının qarşısını almaqla, həmçinin prosesssual qənaət prinsipinə xidmət etmiş olacaqdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edir ki, cavabdehin iddiaçının mənzilinə qeydiyyatda düşməsi vaxtı hazırda qüvvədə olan Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonraya təsadüf edir. Cavabdeh formal şəkildə İddiaçı məxsus evə pasport qeydiyyatına düşmüş, həmin mənzildə yaşamamışdır. Bu hal şahidlərin ifadələri, Naxçıvan MR İnzibati-İqtisadi Məhkəməsinin qərardadı, müvafiq mənzil istismar idarəsinin arayışı ilə öz təsdiqini tapmışdır. Cavabdehin iddiaçıya məxsus olan evdə yaşayış və istifadə hüququ yaranmadığından ona xitam verilməsindən də söhbət gedə bilməz. İşin hallarından müəyyən edilmişdir ki, cavabdeh özünə məxsus olan mənzili satdıqdan sonra həmin mənzilin qeydiyyatından çıxmağa məcbur edilmiş və bu barədə məhkəmədə iddia qaldırılmış, bunun nəticəsində o iddiaçının mənzilinə qeydiyyata düşmüşdür. İşə baxılarkən ifadə verən şahidlər cavabdehin iddiaçıya məxsus olan mənzildə bir gün belə yaşamadığını bildirmələri, cavabdehin öz ərizəsində Bakı şəhərində yaşadığını təsdiq etməsi həqiqətən də cavabdehin qeydiyyatının formal qeydiyyat olmasını təsdiq edir. Mövcud olmayan hüquqa xitam verilməsi yolverilməz olduğundan iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə yaşayış və istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar